Aktual / Xəbəriniz olsun!

Ailə quranlara veriləcək sağlamlıq haqqında arayış belə olacaq - FOTO

Banu. | 17-05-2015, 21:36
3 272 16
Ailə quranlara veriləcək sağlamlıq haqqında arayış belə olacaq - FOTO
 

Artur Rasizadə dəyişiklikləri təsdiqlədi.

Nazirlər Kabineti "Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə qərar verib.

Baş nazir Artur Rasizadənin imzaladığı yeni qərarda bildirilir:
 
"Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə 
Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).
3. "Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilsin (3 nömrəli əlavə).
 
1 nömrəli əlavə 
 
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı:
 
1. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:

1.1.    hemoqlobinopatiyalar:

1.1.1.  böyük beta-talassemiya;
1.1.2.  aralıq beta-talassemiya;
1.1.3.  drepanotalassemiya;
1.1.4.  oraqvari hüceyrəli anemiya;
1.2.     İİV/QİÇS;
1.3.     sifilis.

2 nömrəli əlavə
 
Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası
 
1. Ümumi müddəalar
 
1.1. Bu Qayda  sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin  13-cü maddəsinə əsasən hazırlanmışdır və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.
1.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının  Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.
1.3. Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir. 
 
2. Tibbi müayinələrin təşkili
 
2.1. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.
2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi  pulsuz aparılır.
2.3. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına  nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.
 
3. Tibbi müayinələrin keçirilməsi və məsləhətlərin verilməsi
 
3.1. Nikaha daxil olmaq istəyən şəxslərin  hər biri tibbi müayinədən keçirilir.
3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə  müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.  
3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.
3.4. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan  Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan  Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.
3.5. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır  və müəssisənin möhürü  ilə təsdiq edilir.
3.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.
3.7. Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir. 
3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən  şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.
3.9. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

3 nömrəli əlavə



ESMERRi | 7 noyabr 2015 21:39 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Ay_Sun
Subaylar ucun maraqli xeberdir.
Ay_Sun | 30 may 2015 01:04 | Status: Brilliant user | Şərh: 13 408
Subaylar ucun maraqli xeberdir.
aynur azimova | 20 may 2015 15:22 | Status: Qonaq | Şərh: 0
beyendimmmmmmmmmm
esma inci | 19 may 2015 16:03 | Status: Gümüş user | Şərh: 1 096
Sitat: kristal
Her yerde oldugu kimi burda da ruwvet verib alacaqlar

eyib sobetdi bra azerbaycandi wink
lady sweet | 19 may 2015 04:30 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: kristal
Her yerde oldugu kimi burda da ruwvet verib alacaqlar
SULTANIM | 18 may 2015 22:30 | Status: Ekspert | Şərh: 4 742
Sitat: Sariwka1
Guya burda saxtakarlıq olmayacaq?

Kim saxtakarliq ederse, ozune ziyan eder. Bu her kesin xeyrine lazim olan bir qanundur.
Ag Gul | 18 may 2015 15:50 | Status: Professional user | Şərh: 4 333
Allah hər kəsi xoşbəxt eləsin
kristal | 18 may 2015 15:21 | Status: VİP user | Şərh: 1 184
Her yerde oldugu kimi burda da ruwvet verib alacaqlar
drop | 18 may 2015 11:39 | Status: Gümüş user | Şərh: 2 448
goresen hami bir nefer kumi emel eliyecek yoxsa ele bu qanun kagizda qalacaq?
SEVDA | 18 may 2015 09:40 | Status: Nəzarətçi | Şərh: 17 439
Lap yaxwı....
BULUTUM | 18 may 2015 09:15 | Status: Professional user | Şərh: 7 387
Lap yaxwi.bir bele xeste uwaqlar olmaz.
Sariwka1 | 18 may 2015 08:31 | Status: VİP user | Şərh: 1 774
Guya burda saxtakarlıq olmayacaq?
Dəniz qızı | 18 may 2015 08:28 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: boris arxan
bele olsa yaxwidi emel etseler

Hə vallah.
boris arxan | 18 may 2015 00:28 | Status: Professional user | Şərh: 4 784
bele olsa yaxwidi emel etseler
Sunay Elizade | 17 may 2015 23:53 | Status: Gümüş user | Şərh: 2 156
Maraqli xeberdi.
Real Madrid CF | 17 may 2015 23:05 | Status: Qonaq | Şərh: 0
Lap yaxsi...