Aktual / Xəbəriniz olsun!

“Qız uşaqlarının adına heç bir vəsait köçürülməyəcək”

Banu. | 28-02-2015, 12:02
7 294 31
“Qız uşaqlarının adına heç bir vəsait köçürülməyəcək”

Deputat kasıb ailələrdə övlad artımına ehtiyac görmür
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında bildirib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq: "Həmin hesaba 10 min manat vəsait köçürüləcək. 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Hazırda Azərbaycanda hər 100 doğulan qıza 116 oğlan uşağı düşür. Ancaq ölkədə bioloji norma göstəricisi 105-dir. Bu onu göstərir ki, müəyyən müddətdən sonra qızların sayında azalma müşahidə olunacaq".

V.Bayramovun sözlərinə görə, bu proses yalnız demoqrafik baxımdan deyil, həm də iqtisadi baxımdan arzuolunmayandır: "Məhz buna görə, təklif edirik ki, qız uşaqlarının sayının artırılması üçün stimullaşdırıcı metodlar həyata keçirilsin. İnzibati metodlarla qız uşaqlarının ana bətnində öldürülməsinin qarşısını almaq mümkün deyil. Çox təəssüf ki, bu, heç bir səmərə vermir. Məhz buna görə ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. Bu təklifimiz Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq".

"Bunlar boş söhbətdir və sosial informasiyadır"

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli isə deyib ki, Azərbaycanda ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacağı və onların hesabına 10 min manat vəsaitin köçürüləcəyi ilə bağlı yayılan xəbərlər əsassızdır: "Bunlar boş söhbətdir və sosial informasiyadır. Necə ola bilər ki, məbləği qıza vermək olar, oğlana olmaz? Bu gün də sosial informasiyalar qədər narahat, cəmiyyəti tərpədən informasiyalar yoxdur".

Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: "Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə, həvəsləndirməsi də olsa, kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır".

Hazırda hər 100 doğulan qıza 116 oğlan düşür

Azərbaycanda 2003-cü ildən başlayaraq doğum səviyyəsi tədricən yüksəlib. "Azərbaycan Respublikasında əhali sakinliyi və demoqrafik inkişaf sahəsində Dövlət Proqramı"nda (2014-2025-ci illər) qeyd olunub ki, bu dövr ərzində ümumi nəsilvermə əmsalı 1.9 səviyyəsindən yüksələrək 2013-cü ildə 2.2 təşkil edib. Bununla yanaşı, diri doğulanların cins strukturunda 1990-cı illərin əvvəllərindən oğlan uşaqlarının artımı müşahidə olunur və hazırda hər 100 doğulan qıza 116 oğlan düşür (bioloji norma göstəricisi 105-107 təşkil edir).
Qeyd olunanlar ilk növbədə valideynlər tərəfindən uşağın cinsinin seçimi ilə bağlı verdiyi qərar və tədbirlərlə (selektiv abortlar) izah oluna bilər. Ölkədə diri doğulanların ümumi sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların payı 1990-cı ildə 2.6 faiz, 2003-cü ildə 10.5 faiz, 2013-cü ildə isə 14.5 faiz təşkil edib.

"Oğlanların sayı qızların sayından həddindən artıq çoxdur"

Qadın Krizis Mərkəzinin məsləhətçi həkimi Təranə Həsənova açıqlamasında bildirdi ki, ölkəmizdə selektiv abortlar həqiqətən var və geniş vüsət almaqdadır. Onun sözlərinə görə, selektiv abortları ölkəmizin adət-ənənəsi ilə əlaqələndirmək olmaz: "Statistika illər ərzində daim dəyişilir. Selektiv abort yalnız bizə aid olan bir şey deyil. Yəni Azərbaycan dünya ölkələri arasında selektiv abortlara görə heç də birinci yerdə durmur. Statistikada Çin ilkin sıralarda gəlir. Orda başa düşmək olar ki, dünyaya gələn uşaqların sayına məhdudiyyət qoyulub. Bunu bir kənara qoyaq. Qonşu ölkə olan Gürcüstan selektiv abortlarda ən öndə gedir. Yəni bunun müsəlmançılığa, adət-ənənəyə heç bir aidiyyatı yoxdur. O ki qaldı yerdə qalan xüsusiyyətlərə, bilirsiniz ki, ailələr hazırda iki uşaqlı ailə modelinə daha çox üstünlük verirlər. İkincisi, ailələrin uşaqları böyütməklə bağlı maddi cəhətdən problemləri olur. Ailələr istəyirlər ki, uşaqların sayı onların istəyinə uyğun olsun. Qısası onlar bunu tənzim edib, çox uşağın olmasına icazə vermirlər".

T.Həsənova qadınların abortları daha çox uşaq böyütmək, onun çətinliyi ilə əlaqələndirdiyini deyir: "Şəxsən mənim özüm üçün maraqlı olur. Ona görə də selektiv aborta gələn qadınlara bu sualı verirəm. Onlar hamısı bu cavabı verirlər. Onlar deyirlər ki, "ailədə iki uşağın olmasını istəyirik". Onlar da həmin uşağın hökmən oğlan olmasını istəyirlər. Oğlan uşaqlarının çoxluğu ilə bağlı rəsmi statistika var. Ancaq mən qeyri-rəsmi statistikanı demək istəyirəm. Məktəblərdə siniflərə diqqət edin. Hazırda məktəblərdə siniflərdəki oğlanların sayı qızların sayından ciddi şəkildə çoxdur".

Selektiv abortların qarşısı alınmasa...

T.Həsənovanın fikrincə, bu prosesin qarşısını almaq məsələsi də var. Onun sözlərinə görə, təbii seçim olmalıdır: "Bunun üçün ən azı ailələrin ümumi vəziyyəti yaxşılaşmalıdır. Burda da dövlət proqramı olmalıdır. O proqram ciddi şəkildə işləməlidir və onun işləməsinə dövlət özü güclü nəzarət etməlidir. Yəni ailələrə müxtəlif formada güzəştlər olmalıdır. Bunun üçün qonşu ölkələrin təcrübələrindən faydalanmaq olar. Ölkənin gəlirindən asılı olaraq həmin proqrama yeni nələrsə əlavə etmək olar. Layihə hazırlanmalıdır və işlənməlidir. Əgər dövlət özü ailələrin arxasında dayanmasa, bu proses artan tendensiya ilə davam edəcək".

Sosioloq Cavid İmamoğlu Bizimyol.info-ya açıqlamasında bildirdi ki, Azərbaycan reallığında selektiv abortların sayı çox olduğundan bu kimi üsullar effektiv olacaq. Selektiv abort cinsə görə aparılan abortdur: "Ultrasəs müayinəsindən sonra valideynlər müəyyənləşdirir ki, uşaq qız və ya oğlan olacaq. Müşahidələr göstərir ki, uşağın cinsiyyəti qız olan zaman valideynlər abort etdirməyə meylli olurlar. Bu baxımdan maddi cəhətdən təşviq edilən tədbirlər selektiv abortların qarşısını almağa kömək edəcək. Valideynlər bu dəfə qız uşaqlarına qarşı daha həssas olacaqlar. Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyində cinsə görə ayrı-seçkilik yoxdur. Hətta ən son 2011-ci ildə nikah yaşı da oğlan və qızlar arasında bərabərləşdirildi. Ancaq qanunvericiliyin bərabər yanaşma ortaya qoymasına baxmayaraq, cəmiyyətin düşüncəsində, stereotipli düşüncələrdə qız uşaqlarına qarşı oğlan uşaqlarından fərqli yanaşma var. Bu səbəbdən də hökumətin, hər hansı başqa təşkilatların proqram irəli sürməsi, dünyaya gələn qız uşaqlarına görə 10 min manat məbləğində yardım etmələri həqiqəqətən də bu prosesə müsbət təsir göstərəcək".

C.İmamoğlu deyir ki, dünyanın bir çox ölkələrində, xüsusi ilə də Avropa məkanında uşaq dünyaya gətirməyi təbliğ etmək üçün bir dəfəlik pul müavinəti və ya uzunmüddətli müavinətlər nəzərdə tutulub: "Estoniya, Hollandiya, İsveç və bütün Qərbi Avropa ölkələrinin hökumətini misal göstərə bilərik. Onlar demoqrafik gərginliyi aradan qaldırmaq üçün bu cür maddi rifah vəd edirlər. Azərbaycanda da əgər qız uşaqlarının dünyaya gəlməsində selektiv abortların qarşısı alınmasa, gələcəkdə demoqrafik gərginliyə səbəb ola bilər. Ona görə belə addımların atılması çox müsbətdir".//bizimyol.info

Aysel İsgəndərli

dılay | 10 yanvar 2016 22:59 | Status: Brilliant user | Şərh: 8 184
Tewekkurlerr.
ESMERRi | 3 noyabr 2015 17:20 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: ESMER
Sitat: kiraz mevsimi
Tesekkurler bunun sonu ele buda olmaliydi.
ESMER | 24 oktyabr 2015 21:43 | Status: VİP user | Şərh: 817
Sitat: kiraz mevsimi
Tesekkurler bunun sonu ele buda olmaliydi.
Real Madrid CF | 1 aprel 2015 19:15 | Status: Qonaq | Şərh: 0
Tesekkurler bunun sonu ele buda olmaliydi.
leyla_nazim | 8 mart 2015 15:12 | Status: Qonaq | Şərh: 0
Menim 1 oglum var. İnsallah ALLAH mene qiz payida verer AMİN!
BULUTUM | 2 mart 2015 22:46 | Status: Professional user | Şərh: 7 388
Sitat: BEATIFUL GIRL
Sitat: TERANE1978
Sitat: BEATIFUL GIRL
Sitat: Vetenperver
Sitat: BEATIFUL GIRL
besdirin de dalasdiz.oglanda qizda allahin payidir.sonra da deyirsiniuz ki sen balacasan boyuklere agil qoyma.indi kimdir usaq hereketi eliyen?

Sənə ikinci dəfə deyirəm qarışma sən,işinlə məşğul ol.Sənlik deyil,niyə mənim işimə qarışırsan,sənin nəyinə lazım?Uşaqsan otur uşaqlığını elə.Sənə ilk dəfə dediyim sözdən nətivə çıxartmamısan.
Uşağın fərdini gör birinci kim qoydu,ona irad bilmirməkdən mənə bildirirsən."Ədalətin" göz qabağındadır.Çalış nəticə götürüb üşüncü səhvi eləmə.Üçüncüsündən özünü qoru.

sen canin baba

babam-babam gic babam.

oh beeeeeeeeeeee

Ay seni uwaq uwaq ki,uwaq.bbabam babam gic bbabam.hahahahaha oldum gulmekdenn.aa seni mektebli uwaq.

Sitat: Hesretli
Qizim qizila donubdu xeberi yox oglanlarin.qiz nedi ogul nedi her iksi bir wanedi.menim Cemile qizim menim ucun bir danedi.Allah butun balalari qorsum menim oglumda qizimda icinde.

Sitat: Hesretli
Qizim qizila donubdu xeberi yox oglanlarin.qiz nedi ogul nedi her iksi bir wanedi.menim Cemile qizim menim ucun bir danedi.Allah butun balalari qorsum menim oglumda qizimda icinde.

Allah oglunuda qizinida gozlerine ciraq etsin.

SEN MENI ELE BELE QIZ BILME TERISIM.YUZ BELE OGLANI YOA VEREREM.

Kiz sen lap prprikolsan.cavanliq ceyilik xexexex
BULUTUM | 2 mart 2015 19:02 | Status: Professional user | Şərh: 7 388

Hesretli | 1 mart 2015 22:32 | Status: Qonaq | Şərh: 0
Qizim qizila donubdu xeberi yox oglanlarin.qiz nedi ogul nedi her iksi bir wanedi.menim Cemile qizim menim ucun bir danedi.Allah butun balalari qorsum menim oglumda qizimda icinde.
N....N92 | 1 mart 2015 16:08 | Status: Professional user | Şərh: 4 351
Allah balalarimizi boyuyende pis yoldan pis adlanmaqdan qorusun insallah canlarini saglam etsin Amin,Bir qizim var 5yawinda biride qarnimda 5ayliq.Allahdan dileyim saglam olmaqlaridi,Qaldi ki bu pul meselesine bow sobetlere niye inanirsiz ki??? usaq dogulanda 75manati bir zulumle ordan bura burdan ora gederek aldiq 10 000 vermeye dovlet agilinimi itiribki???
Nilay | 1 mart 2015 15:55 | Status: Qonaq | Şərh: 0
ALLAH qiz balanida oguluda qorusun .Her zaman deyirem ikisinide ALLAH yaradir qizi ogula deyismerem ogulu qiza bu ne sozlerdi .neceki hansi barmagi kessen agriyar elecede ovlad ovladdi hansina neyse olsa yanarsan .oguluda qizida veren allaha qurban olum .Insallah oglum olar dadini gorerem cox isteyirem .Boyuklerden uzr
Vetenperver | 1 mart 2015 14:43 | Status: Professional user | Şərh: 6 700
Sitat: BEATIFUL GIRL
babam-babam gic babam.

Tərbiyyəsiz,qanacaqsız mərifətsiz qız!Sən yəqin küçədə qalmış qızsan.Özünə hörmət qoumursan,deyəsən kişilərdən ünvanına pis sözlər eşitmək istəyirsən.Sənin kimi qızı heç bir valideynə arzulamıram!

Sitat: Mavish
O başqa söz demək istədi, sirin nikli istifadəçinin oğlu yoxdur axı,mənim oğlum var mən deyə bilirəmki 1000 yon qıza dəyişmərəm, səndə 2 dən də var 2 ni də çox sevirsən, ,

Əlbətdə elədir məndə, Maviş,sən ayrı anasan,səl ana.Sənin oğlun olmasada onun kimi belə deməzdin.
SARAXATUN | 1 mart 2015 02:36 | Status: Professional user | Şərh: 1 529
Qardawimin 4oqlu olub her defede qiz istiyibler oqlan olub indi gelin yene hamiledi ellerimiz goydediki Allah qiz versin bu defe qardawima biz ailelikce qiz delisiyik.
kristal | 1 mart 2015 02:30 | Status: VİP user | Şərh: 1 184
Son vaxtlar oglan uwaqlari cox dogulyr.bu tekce abortla bagli deyil.ele cox adamın birinci uwagi oglan dogulur.hele ikinci de

Sitat: Vetenperver
Demə bu söhbət yalan imiş,heçdə 10 min ikinci qız uşağını vermirlər.Əslində doğulan uşaqlar arasında oğlan uşaqlarının sayı çox olsada yaş getdikcə bu say bərabərləşir,25 yaşda isə artıq qızların sayı çox olur,çünki oğlanlar ya hərbidə ölürlər,ya qəzalarda,yada Rusiyyaya gedirlər burda evlənkirlər nəticədə bəzi qızlar ailə qura bilmirlər.Qızların sayını artırmaqla gələcəkdə qızların ailə qumaq problemidə çətinləşəcək.10 min manatda valideyin üçün o qız uşağının tam xərcinə ödəmiyəcək çünki bir qızı ailə quranadək saxlamaq 10 min mantdan daha çox xərci olacaq.Pul belədir aldın xərclədin sonra isə yenədə qalıərsan belə.Yaxşı qoy qızların sayı oğlanlarla müqisədə 3-4 dəfə çox olsun amma biz müharibə şəraitində yaşayırıq həmdə qızların ailə qurma məsələsi var oda problemli olacaq.

Sitat: sirin bala 
qizimi 10000000000000000 dene oqlana deysmerem

Məndə oğlumnu dediyiniz rəqəm qədər qıza dəyişmərəm.
Mavish | 1 mart 2015 01:25 | Status: Brilliant user | Şərh: 2 389
Sitat: Vetenperver
Sitat: BEATIFUL GIRL
besdirin de dalasdiz.oglanda qizda allahin payidir.sonra da deyirsiniuz ki sen balacasan boyuklere agil qoyma.indi kimdir usaq hereketi eliyen?

Sənə ikinci dəfə deyirəm qarışma sən,işinlə məşğul ol.Sənlik deyil,niyə mənim işimə qarışırsan,sənin nəyinə lazım?Uşaqsan otur uşaqlığını elə.Sənə ilk dəfə dediyim sözdən nətivə çıxartmamısan.
Uşağın fərdini gör birinci kim qoydu,ona irad bilmirməkdən mənə bildirirsən."Ədalətin" göz qabağındadır.Çalış nəticə götürüb üşüncü səhvi eləmə.Üçüncüsündən özünü qoru.

O başqa söz demək istədi, sirin nikli istifadəçinin oğlu yoxdur axı,mənim oğlum var mən deyə bilirəmki 1000 yon qıza dəyişmərəm, səndə 2 dən də var 2 ni də çox sevirsən, ,
Vetenperver | 28 fevral 2015 23:20 | Status: Professional user | Şərh: 6 700
Sitat: BEATIFUL GIRL
besdirin de dalasdiz.oglanda qizda allahin payidir.sonra da deyirsiniuz ki sen balacasan boyuklere agil qoyma.indi kimdir usaq hereketi eliyen?

Sənə ikinci dəfə deyirəm qarışma sən,işinlə məşğul ol.Sənlik deyil,niyə mənim işimə qarışırsan,sənin nəyinə lazım?Uşaqsan otur uşaqlığını elə.Sənə ilk dəfə dediyim sözdən nətivə çıxartmamısan.
Uşağın fərdini gör birinci kim qoydu,ona irad bilmirməkdən mənə bildirirsən."Ədalətin" göz qabağındadır.Çalış nəticə götürüb üşüncü səhvi eləmə.Üçüncüsündən özünü qoru.
Nigar | 28 fevral 2015 22:39 | Status: Gümüş user | Şərh: 6 063
Nem valla.......
Ay_Sun | 28 fevral 2015 22:23 | Status: Brilliant user | Şərh: 13 409
Tesekkurler.
Ag Gul | 28 fevral 2015 21:47 | Status: Professional user | Şərh: 4 333
Sitat: SARA55
səbrim çatmadı oxumağa təşəkkürlər
Vetenperver | 28 fevral 2015 20:42 | Status: Professional user | Şərh: 6 700
Demə bu söhbət yalan imiş,heçdə 10 min ikinci qız uşağını vermirlər.Əslində doğulan uşaqlar arasında oğlan uşaqlarının sayı çox olsada yaş getdikcə bu say bərabərləşir,25 yaşda isə artıq qızların sayı çox olur,çünki oğlanlar ya hərbidə ölürlər,ya qəzalarda,yada Rusiyyaya gedirlər burda evlənkirlər nəticədə bəzi qızlar ailə qura bilmirlər.Qızların sayını artırmaqla gələcəkdə qızların ailə qumaq problemidə çətinləşəcək.10 min manatda valideyin üçün o qız uşağının tam xərcinə ödəmiyəcək çünki bir qızı ailə quranadək saxlamaq 10 min mantdan daha çox xərci olacaq.Pul belədir aldın xərclədin sonra isə yenədə qalıərsan belə.Yaxşı qoy qızların sayı oğlanlarla müqisədə 3-4 dəfə çox olsun amma biz müharibə şəraitində yaşayırıq həmdə qızların ailə qurma məsələsi var oda problemli olacaq.

Sitat: sirin bala 
qizimi 10000000000000000 dene oqlana deysmerem

Məndə oğlumnu dediyiniz rəqəm qədər qıza dəyişmərəm.
Miraj | 28 fevral 2015 18:41 | Status: Professional user | Şərh: 2 625
esi qizin harda bexti varki ona pul vereler
Nur | 28 fevral 2015 17:47 | Status: Professional user | Şərh: 3 988
Sitat: Girl
Son zamanlar qız uşaqları çox tələf olunur... Məncə bu məvacibim verilməsnin səbəbidə qız uşaqlarının sayını artırmaq idi...
sirin bala | 28 fevral 2015 17:40 | Status: Gümüş user | Şərh: 1 669
indi hele zamanddi ki qiza bile yalvaran var ehalimizin 90 fayizi usaqi olmadxna gore mualicelrdeler bezileri iise qurduf esi qizdi usaqi cxardilarr menim 1 yasinda qizim var allahin payna sukur qizimi 10000000000000000 dene oqlana deysmerem
Dəniz qızı | 28 fevral 2015 16:52 | Status: Brilliant user | Şərh: 8 019
Hazırda məktəblərdə siniflərdəki oğlanların sayı qızların sayından ciddi şəkildə çoxdur".Düzdü.
Girl | 28 fevral 2015 16:17 | Status: Professional user | Şərh: 8 206
Son zamanlar qız uşaqları çox tələf olunur... Məncə bu məvacibim verilməsnin səbəbidə qız uşaqlarının sayını artırmaq idi...
SEVDA | 28 fevral 2015 15:30 | Status: Nəzarətçi | Şərh: 17 441
Ele bele de bilirdim....
Mavish | 28 fevral 2015 14:26 | Status: Brilliant user | Şərh: 2 389
Dünən qan analizi verməyə balnitsaya getmişdim, yazıq ordakı tibb bacıları da sevinirdilər bu xəbərə..hə biz hara bizim millət yaxşı yaşamağı hara?!
nurlana nurlana | 28 fevral 2015 14:12 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: SARA55
səbrim çatmadı oxumağa təşəkkürlər
BULUTUM | 28 fevral 2015 13:53 | Status: Professional user | Şərh: 7 388
Men bunu qeyd etmiwdim.ewib ancaq inanma.
boris arxan | 28 fevral 2015 13:52 | Status: Professional user | Şərh: 4 784
Sitat: ELİSA
Ewitdim ama inanmamiwdim onsuz:)) Cunki bura Azerbaycandi

duz soz
SARA55 | 28 fevral 2015 13:47 | Status: Qonaq | Şərh: 0
səbrim çatmadı oxumağa təşəkkürlər