Aktual / Xəbəriniz olsun!

Toy günü ürəyi dayanan 19 yaşlı gəlinin həyat hekayəsi

Aynur_Qurbanqizi | 26-08-2011, 20:16
25 781 118


Toy günü ürəyi dayanan 19 yaşlı gəlinin həyat hekayəsi




İnsan həyatı arzulardan ibarətdir. Arzular isə tükənmir ki, tükənmir... Bir-birini dəlicəsinə sevən iki gəncin də arzusu var idi. Ailə həyatı qurub, xoşbəxt yaşamaq. Onların dost-tanışları deyir ki, bu cütlüyün sevgisi saf idi. O qədər saf ki, hətta onlar vüsal anlarından sonra hər şeyin daha da gözəl olacağına, dünyanın tamamilə dəyişəcəyinə inanırdılar. Səbirsizliklə həsrət dolu toy gününün yetişməsini gözləyirdilər. Nəhayət, bu gün də gəldi. Amma...


Afaqı faciəyə aparan hadisə


1992-ci il təvəllüdlü İsgəndərova Afaq Bilal qızı Şamaxının Cavanı kəndində anadan olub. Onun özündən başqa kiçik qardaşı da var. Orta məktəbi əla qiymətlərlə bitirən Afaq Şamaxı Humanitar Kollecinin “Təsviri İncəsənət və Rəsmxətt” fakültəsinə daxil olur. Kollecdə digər tələbə yoldaşlarından fitri istedadı ilə fərqlənir. Onun əl qabiliyyəti hər kəsi heyran edir. Çəkdiyi rəsm əsərləri müxtəlif sərgilərə göndərilir. Həm də qrupun sinif nümayəndəsi kimi özünü qoçaq qız kimi doğruldur. Afaq kollecdə oxuyan zaman musiqi müəllimi 23 yaşlı Alim adlı oğlanla tanış olur. Onlar bir-birini sevməyə başlayırlar. Zaman keçdikcə Afaqla Alim bir-birinə bağlanır. Afaqın tələbə yoldaşları isə belə deyir: “Afaq istəyirdi ki, kolleci bitirib ailə həyatı qursun. İndi 3-cü kursda oxuyurdu. Təhsilini başa vurmağa cəmi bir il qalmışdı. 6 aya yaxın idi ki, nişanlanmışdılar. Çox mehriban idilər. Heç vaxt aralarında mübahisə olmazdı. Afaq özünü elə xoşbəxt hiss edirdi ki...”
Gənclər qərara gəlirlər ki, bu yaz subaylığın daşını atsınlar. Hətta ailələrini tələsdirirlər ki, may ayı girənə kimi toylarını etsinlər. Aprelin 23-nə toy təyin olunmuşdu.
Qız toyu Şamaxı şəhərindəki “Şamaxı” restoranında olur. Toyun bütün yeməkləri qız evində hazırlanır. Afaq qohum-əqrəba ilə birlikdə bir neçə gün yuxusuz qalaraq şadlıq sarayına göndəriləcək yeməkləri hazırlayır. Toy günü atası onu çırağın ətrafında üç dəfə dolandırır. Üzərlik yandırılır və 19 yaşlı gəlin təmizlik, sədaqət simvolu sayılan güzgü, çıraq və yanan şamlarla ata evindən çıxarılır. Ancaq həmin gün üzücü bir hadisə baş verir. Afaqın qohumları bu hadisəni belə nəql edirlər: “Afaqın toy çırağının lampası sındı. Yenisini aldıq, o da sındı. Bu, hamımıza pis təsir etdi. Anası da yuxusunu qarışdırmışdı. Biz ona təsəlli verdik ki, Allahın köməkliyi ilə heç bir şey olmaz. Amma bilirdik ki, çırağın lampasının qırılması gələcək faciədən xəbər verir”. Bəli, artıq Afaqın faciəsi yaxınlaşırdı... Özü də heç kimin gözləmədiyi bir vaxtda.


Həyat onlara xoşbəxt olma şansı vermədi

 



Qız toyu adlanan ilk mərasimdən sonra oğlan tərəfi gəlini Mərəzəyə aparacaqlarını və ertəsi gün oğlan toyu keçirəcəklərini bildirir. Onlar öz adətlərinə uyğun olaraq, gəlinin qız toyundan birbaşa oğlan evinə getməli olduğunu deyirlər və Afaq Qobustan rayonunun inzibati mərkəzi olan Mərəzə qəsəbəsinə aparılır. 19 yaşlı gəlinlə bərabər onun xalası qızı və əmisi yoldaşları da qonşu rayona yola düşür.
Aprelin 24-ü günorta saatlarında Mərəzə qəsəbəsində fəaliyyətini dayandırmış üzüm emalı zavodunun həyətində qurulmuş çadırda toya hazırlıq görülür. Stollar açılır. Hər kəs əlindən gələni edir, can yandırır. Hamı toyun daha da şən keçməsinə çalışır. Toy məclisinə çoxlu sayda qonaq dəvət olunmuşdu. Hər kəs deyib-gülür, gənclərə xoşbəxtlik arzulayırdı.
Təzə gəlinlə bəy isə evdə oturub yemək yeyirlərmiş. Onlar hazırlaşırlar ki, qonaqların qarşısına çıxsınlar. Saat 15-16 radələrində bəy toyda dostları ilə deyib-gülən zaman Afaq evdə tək oturub özünə bəzək-düzək edirmiş. Ancaq qəflətən onun vəziyyəti pisləşir. O, tez xalası qızı Laləni çağırır. Xalası qızı yetişdikdə Afaq halsız vəziyyətdə döşəmənin üzərində uzanıbmış: “Mən içəri keçib tez onun üzünə su vurdum. Özümü itirmişdim. Tez-tələsik bəyin qohumlarını çağırdım. Əvvəl elə bildik ki, yüngül bir şeydir. Yəqin keçib gedər deyə fikirləşdik. Amma sonra gördük ki, Afaq özünə gəlmədi. Təcili tibbi yardım çağırdıq. Afaqın qayınanası da həkimdir. Tibbi yardım gələnə kimi o, köməklik göstərdi. Ancaq getdikcə qızın vəziyyəti pisləşdi. Həkimlər onu maşına mindirib xəstəxanaya apardılar. Amma sonra dedilər ki, o, elə yolda keçinib”.
Afaqı xəstəxanaya gəlinlik paltarında gətirirlər. Onun ürəyinin sıxıldığını zənn edən həkimlər gəlinlik donunu da cırmışdılar. Hətta yolda onun bəxt üzüyü də itir. Həyat yoldaşı Alim də xəstəxanada idi. Afaqın əllərini sıxaraq, “qurban olaram Afaq, məni tək qoyma”, deyərək çığırırdı. Amma hər şey bitmişdi...


“Toyu vaya dönən balam hey!!!”

 


Xalası Şükufə: “Afaq çox şən qız idi. Hətta qız toyunda əlindəki gülü iki-üç dəfə hamını aldatdıqdan sonra atdı. Hamımız onu çox istəyirdik. Evin tək qızı idi. Anasının dağ boyda dərdi oldu. Balasının toyu yasa çevrildi. Afaqın bişirdiyi çörəyi anası bağrına basıb ağlayır. Afaq həmişə deyirdi ki, çoxlu övladım olacaq. Heç kimin ağlına gəlməzdi ki, belə şey ola bilər”.
Afaqın xalası deyir ki, qızı dəfn edən zaman Alim özünü öldürmək istəyib: “Oğlan heç özündə deyil. Qəbrin yanına uzanıb, deyirdi ki, məni də onun yanında dəfn edin. Sonra nişan üzüyünü çıxarıb qızın barmağına taxdı. Neçə gündü göz yaşlarını da saxlaya bilmir. Bir-birlərini çox istəyirdilər. Ölüm onları ayırdı”.
Afaqın dəfninə qurulmuş mağar lərzəyə gəlmişdi. Anası Güldəstə xanımın gözlərində yaş yox idi. Ağlamaqdan taqəti tükənmişdi. Başları yaylıqlı qadınlar ağı deyirdi. Afaqın anası isə ağlaşma içərisində boğuq səslə: “Toyu vaya dönən balam hey!!! Mən qızımı zülmlə böyütmüşdüm. Xoşbəxt günündə tale qızımı əlimdən aldı. Balamın ölüm dərdi məni yandırır”, deyərək fəryad edirdi. Mağarın bir küncündə oturub Afaqın şəklinə gözünü zilləyən Alim isə heç kimlə danışmır, elə hey susurdu...
İndi hər iki ailədə hər kəsin gözü yolda, könlü intizardadır. Biri qızlarının onlara qonaq gələcəyi günü, digəri isə gəlinlərini gözləyirlər. Kəsəsi, Alimə Afaqla ürəkdolusu yaşamaq qismət olmadı...


Günay MUSAYEVA, (Musavat qəzeti)


ESMERRi | 6 mart 2016 21:58 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Ay_Sun
Sitat: leyla meherremova
DOGURDAN DA SEVINCLE KEDERIN ARASI BIR GOZ QIRPIMIDIR...ALLAH REHMET ELESIN.

Duzdur bacim.
Ay_Sun | 3 dekabr 2014 18:14 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: leyla meherremova
DOGURDAN DA SEVINCLE KEDERIN ARASI BIR GOZ QIRPIMIDIR...ALLAH REHMET ELESIN.

Duzdur bacim.
Miraj | 4 noyabr 2014 16:08 | Status: Professional user | Şərh: 2 625
Sitat: Nergiz love
Sitat: leyla meherremova
DOGURDAN DA SEVINCLE KEDERIN ARASI BIR GOZ QIRPIMIDIR...ALLAH REHMET ELESIN.


raziyam sizinle.alla hec kime gostermesin yasini gozel caqinda
KARAGULUM | 1 noyabr 2014 00:16 | Status: Gümüş user | Şərh: 1 433
Yad hissler deyil....Allah her kesi penahinda saxlasin
Nergiz love | 30 mart 2014 11:21 | Status: Professional user | Şərh: 7 871
Sitat: leyla meherremova
DOGURDAN DA SEVINCLE KEDERIN ARASI BIR GOZ QIRPIMIDIR...ALLAH REHMET ELESIN.

raziyam sizinle.alla hec kime gostermesin yasini gozel caqinda
Damla A-va | 27 oktyabr 2013 17:10 | Status: VİP user | Şərh: 616
yazigim geldiyee...oz gelinliknen...
HUSNIYYA | 21 iyul 2013 23:20 | Status: Gümüş user | Şərh: 1 191
cox pis oldum..tuklerim biz-biz oldu..Allah rahmat elasin..
((_YERAZKA_)) | 15 iyul 2013 02:28 | Status: Şərhçi | Şərh: 134
ay can yaziq qiz Allah olari ayirdi meslehet beleymiw QIZA aLLAH REHMET ELESIN,OGLANSA SEBR VERSIN BOYUK BIR DERDTI
Girl | 1 iyul 2013 14:32 | Status: Professional user | Şərh: 8 206
Sitat: leyla meherremova
DOGURDAN DA SEVINCLE KEDERIN ARASI BIR GOZ QIRPIMIDIR...ALLAH REHMET ELESIN.
Mickey Mouse | 10 iyun 2013 12:45 | Status: Professional user | Şərh: 4 008
Sitat: SHIRIN-SHIPSIRIN.
yeri cennetlik olsun!amin,,

Amin!
SHIRIN-SHIPSIRIN. | 13 may 2013 22:58 | Status: Gümüş user | Şərh: 1 347
yeri cennetlik olsun!amin,,
ayruska | 13 aprel 2013 19:04 | Status: Professional user | Şərh: 3 978

Allah rehmet etsin amin

PAYIZ | 11 aprel 2013 00:19 | Status: Gümüş user | Şərh: 1 078

He,yedimdadi bu xeberi qardawim gelib dedi,hami deli olmuwdu.Men Alimle paralel sinifde oxumuwam,cox agilli bir oglan idi,heqiqeten.

He o gun qizin halininda nece deyiwdiyini daniwmiwdilar,eh yazmiram...

Nara88 | 5 aprel 2013 12:17 | Status: Professional user | Şərh: 4 253

goz yaslarimi saxlaya bilmedim Allah rehmet eylesin((((

NaraAzer | 15 mart 2013 15:11 | Status: Professional user | Şərh: 1 373
ALLAH REHMET ELESIN,OLUMU HER CANLI DADACAQDI,AMMA NE ZAMAN GELECEYINI ALLAH BILIR
selime | 15 mart 2013 11:26 | Status: Qonaq | Şərh: 0
COX PIS OLDUM ALLAH REHMET ETSIN
UMUGULSUM | 14 mart 2013 20:37 | Status: Qonaq | Şərh: 0
sebr sebr sebr
Gozel Melek | 5 mart 2013 20:05 | Status: Gümüş user | Şərh: 1 531
Allah rehmet etsin.
Sevinc.F | 5 mart 2013 19:49 | Status: Gümüş user | Şərh: 951
Allah rehmet etsin.
Bele sheyler mene fox pis tesir edir.
Aglaya aglaya oxudum.
Allah uzaq elesin
Ruqeyye | 6 fevral 2013 16:19 | Status: VİP user | Şərh: 579
Allah rehmet etsin. sarsitici xeber idi cox pis oldum .
Cennet ciceyi | 6 fevral 2013 16:16 | Status: Şərhçi | Şərh: 166
Agladim :n27: .bizim bir yaxinimizin nishani olmaliydi.nishandan bir gun once qiz zeherlenib,gece kecinmishdi.
Girl | 30 yanvar 2013 16:25 | Status: Professional user | Şərh: 8 206
Allah ailesine sebr versin allah :n27:
Derin 03 | 30 yanvar 2013 00:27 | Status: Şərhçi | Şərh: 421
bu ne xeber idi gece vaxti oxudum ureyim aqridi.allah he kese yasatmasin.
Gul_Cicek | 27 yanvar 2013 20:45 | Status: Şərhçi | Şərh: 98
Allah ailesine sebr versin
lalita | 10 yanvar 2013 14:56 | Status: VİP user | Şərh: 1 390
LAP UREYIM AGRIDI ISMETE BAX ALLAH BIRDE HEC KIME YASATMASIN
ilusha | 7 yanvar 2013 00:44 | Status: Qonaq | Şərh: 0
Allah Anasina sebir versin..
Seninle sevgi | 5 yanvar 2013 15:02 | Status: Şərhçi | Şərh: 155
off nie ele olubee :n27:
selenay | 3 yanvar 2013 23:43 | Status: Professional user | Şərh: 1 466
allah rəhmət etsin(((pis oldum :n27:
Əfşan | 3 yanvar 2013 23:37 | Status: Professional user | Şərh: 1 714
Allah gunahlarini bagishlasin,yeri cennet olsun.AMIN!
arzum | 3 yanvar 2013 23:34 | Status: Şərhçi | Şərh: 172
allah rəhmət etsin.