Aktual / Xəbəriniz olsun!

Arayış təqdim etməyənlər evlənə bilməyəcək

Banu. | 1-01-2015, 12:56
2 739 11


Qanuna dəyişiklik qüvvəyə mindi
Azərbaycan prezidenti İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən nikaha daxil olmaq istəyən şəxslərin icbari tibbi müayinədən keçmələri ilə bağlı tələb 2015-ci il yanvarın 1-dən qüvvəyə minib.
Milli Məclisin oktyabrın 17-də qəbul etdiyi “Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslər siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər.
Qanuna əsasən, nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi, habelə həmin şəxslərə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhət verilməsi onların müraciəti ilə yaşayış yeri üzrə dövlət və (və ya) bələdiyyə tibb müəssisələrində pulsuz həyata keçirilməlidir. Nikaha daxil olmaq istəyən şəxslərə onların tibbi müayinəsinin nəticələri ilə yanaşı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış veriləcək. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış tibbi müayinədən keçmə faktını və tibbi məsləhətin verildiyini təsdiq edir və həmin şəxslərin tibbi müayinəsinin nəticələrini əks etdirmir.

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayış onların Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə nikaha daxil olmaq barədə verdikləri ərizəyə əlavə olunacaq. Bu orqanların vəzifəli şəxsləri nikaha daxil olmaq istəyən şəxslərdən onların tibbi müayinəsinin nəticələrini tələb edə bilməz. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə qaydası və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın Nazirlər Kabineti tərəfindən təsdiq edilir. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir. Nikaha daxil olan şəxslərdən biri özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını o birindən gizlətdikdə, digər tərəf nikahın etibarsız sayılması tələbi ilə məhkəməyə müraciət edə bilər.

Nikah Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin, tibbi müayinədən keçdiklərini təsdiq edən arayış əlavə edilməklə bu barədə ərizə verdikləri gündən 1 ay sonra onların iştirakı ilə bağlanacaq. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı, tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın təqdim edilməsi və onların nikah yaşına çatmaları zəruridir. tibbi müayinədən keçdiklərini təsdiq edən arayışı təqdim etməkdən imtina edən şəxslər arasında nikahın bağlanmasına yol verilməyəcək.

Ancaq nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmələri ilə bağlı hələ bir sıra məsələlər də həllini tapmayıb. Məsələn, Nazirlər Kabineti nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısını, tibbi arayış formasını müəyyən etməlidir. Prezident İlham Əliyevin 17 dekabr tarixli fərmanına əsasən 3 ay müddətində Nazirlər Kabineti tərəfindən nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin siyahısı, tibbi müayinə ilə bağlı arayışın forması müəyyən edilməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verilməlidir. /APA/

Janna_1994 | 3 fevral 2016 12:52 | Status: Şərhçi | Şərh: 499
yaxwidir cox xestelikler var
ESMERRi | 5 noyabr 2015 20:00 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: SEVDA
Yaxşı qanundur,amma yarımçıqdır deyesen....pis-pis xestelikler baş alib gedir...
SEVDA | 2 yanvar 2015 14:48 | Status: Nəzarətçi | Şərh: 17 439
Yaxşı qanundur,amma yarımçıqdır deyesen....pis-pis xestelikler baş alib gedir...
Ay_Sun | 2 yanvar 2015 10:14 | Status: Brilliant user | Şərh: 13 408
Subaylar ucun lazimli xeberdir.
SABINA | 2 yanvar 2015 03:36 | Status: Professional user | Şərh: 7 410
Sitat: mamasinin ureyi
Insallah saqlamliq elede esas deyl mence. Xosbextlik saqlimla qurulmur. Yaxsi heyat yoldas hen qadin hem kisi xesde olsa bele ferq etmez hec vaxt yarlarini tek qoymaz.

sozunde heqiqet var.duzdu men de hec vaxt tek qoymaram.sozde yox emelde dedim ve etdim.bir an olsun onu tek qoymadim yoxlugumu hiss etmedi.sukr allah onu mene bagisladi.men imtahanlari sinaqlari sevirem ve sebrlede uzu ag cixiram.tek komeyim allah olub.


p.s vacib xeberdir.emel etmek lazimdir terk etmemek serti ile
mamasinin ureyi | 1 yanvar 2015 19:13 | Status: Professional user | Şərh: 1 112
Insallah saqlamliq elede esas deyl mence. Xosbextlik saqlimla qurulmur. Yaxsi heyat yoldas hen qadin hem kisi xesde olsa bele ferq etmez hec vaxt yarlarini tek qoymaz.
Dəniz qızı | 1 yanvar 2015 18:41 | Status: Brilliant user | Şərh: 8 017
Sitat: aysun94
Belə yaxşıdır. Heç olmasa bilərlər ki, kim xəstdir kim sağlam. Sonra uşaq olmuyanda ailə dağılır boş yerə..
Billurə | 1 yanvar 2015 14:54 | Status: Professional user | Şərh: 4 892
Belə yaxşıdır. Heç olmasa bilərlər ki, kim xəstdir kim sağlam. Sonra uşaq olmuyanda ailə dağılır boş yerə..
SARAXATUN | 1 yanvar 2015 14:07 | Status: Professional user | Şərh: 1 529
Bir yana baxanda ele bele yaxwidida hec olmasa uwaq ustundede olsa aileler daqilmaz
Elgun_Azizov | 1 yanvar 2015 14:05 | Status: Professional user | Şərh: 1 393
Desənə təzə yem yeri açılıb.Birazda pul ora çıhar daha.
nazli411 | 1 yanvar 2015 13:59 | Status: Qonaq | Şərh: 0
beyenirem amma bizimkiler esasende oglanlar razi olacaqlar???????????

YENI ILINIZ MUBAREK EZIZ LERIM