Aktual / Xəbəriniz olsun!

Xobbisi uşaq doğmaq olan qadın (fotolar)

Aynur_Qurbanqizi | 25-08-2011, 19:30
7 969 64




Kelli Beyts 18 övlad anasıdır. Onun övladları arasında əkizlər, qeysər kəsimi əməliyyatı nəticəsində doğulanlar və ya süni mayalanma vasitəsilə dünyaya gələnlər yoxdur.
Kelli 14 dəfə hamilə olub və hər dəfə də dünyaya övlad gətirib, 4 uşağı isə övladlığa götürüb.

Milli.Az xəbər portalı "ABC News"a istinadən bildirir ki, ABŞ-ın Tennesi ştatındakı Leyk Siti şəhərində yaşayan 44 yaşlı Kellinin dediyinə görə, yenə ana olmaq istəyir. O, daha iki oğulu dünyaya gətirmək niyyətindədir.

"Bəzi qadınlar hamilə olanda narahatlıq keçirirlər. Bəziləri isə ümumiyyətlə, hamilə olmaq istəyirlər. Mən isə hamilə olmayanda özümü hamiləlik dövrlərimlə müqayisədə daha narahat hiss edirəm", - Kelli deyib.

Gil və Kelli Beyts ailəsinin bütün üzvləri bir evdə yaşayır.
22 yaşlı Zak, 21 yaşlı Mikaella, 21 yaşlı Erin, 19 yaşlı Louson, 18 yaşlı Natan, 16 yaşlı Eliss, 16 yaşlı Tori, 15 yaşlı Treys, 14 yaşlı Karlin, 13 yaşlı Cozi, 12 yaşlı Keti, 10 yaşlı Cekson, 9 yaşlı Uorden, 8 yaşlı İsayya, 5 yaşlı Adel, 4 yaşlı Elli, 2 yaşlı Kelli və ən nəhayət, 11 aylıq Cadson.

Kellinin dediyinə görə, onlar 19 uşağın böyüdüyü Daqqers ailəsi ilə dostluq edirlər. İki ailə bir araya gələndə 37 uşaq birlikdə oynayır.

Gilin dediyinə görə, onun ailəsində "riyazi hesab pozulub".

"Hə də, ədalətsizlik və nizamsızlıqdır axı. Riyazi hesabı bərpa etmək üçün 10 qızım, 10 oğlum olmalıdır. Buna görə də gərək bundan sonra iki oğulu da dünyaya gətirək", - Gil gülərək söyləyib.

Beyts ailəsində 8 qız bir otaqda yatır və yatanda da ayrılmaq istəmir.
Kelli Beytsin dediyinə görə, onların ailəsində 10 uşağın tibbi sığortası yoxdur.

"Ona görə də həkimə ehtiyac duyanda, sadəcə, hospitala üz tuturuq. Təbii, bu, bizə baha başa gəlir, axı Amerikada səhiyyə ucuz deyil. Lakin Tanrıya şükür edirik ki, belə övladlarımız var və Tanrı bizi bəxtəvər edib",  - Kelli Beyts deyib.

Leyk Sitidə 5 yataq otağı olan ailə harasa yollananda iki böyük avtomobillə səfər edir. Maşınlardan biri 15, digəri isə 7 yerlikdir.
Beyts ailəsinin paltar dolabında isə yüzlərlə köynək, şalvar, futbolka var.
Bu böyük ailənin paltarlarını isə evin ilk qatındakı otaqda quraşdırılmış 5 paltaryuyan maşın yuyur.
Mətbəxdəki 4 soyuducu 18 övladın qida ehtiyatlarının cəmləşdiyi məkandır.

Ata Gil Beytsin dediyinə görə, o, ailənin ərzaq ehtiyaclarını ödəmək üçün günaşırı yollandığı "Walmart" supermarketində hər dəfə ən azı 250 dollarlıq alış-veriş edir.

İnternet və televizorun olmadığı evdə Beytslərin övladları dərslərini hazırlayandan sonra birlikdə dincəlirlər. Onların hamısı istedadlıdır və hərəsi bir musiqi alətində ifa edir.











Gulshen. | 22 fevral 2014 21:33 | Status: Qonaq | Şərh: 0
Cennetde yeri hazirdi INS Allah
PAYIZ | 8 aprel 2013 12:38 | Status: Gümüş user | Şərh: 1 078

Imkan ilanda her wey olar

lasto4ka | 4 aprel 2013 15:15 | Status: Şərhçi | Şərh: 242

Allah saxlasin bowduqdan bilmirler neynesinler)))))))))))))

Sevinc.F | 22 fevral 2013 23:19 | Status: Gümüş user | Şərh: 951
MASHALLAH
deniz yildizi | 19 fevral 2013 17:11 | Status: VİP user | Şərh: 696
ALLAH saxlasin
Derin 03 | 11 fevral 2013 01:02 | Status: Şərhçi | Şərh: 421
men 2 usaq saxlayiram deyirem yoruldum.halaldi vallah
Nubar-Senan | 9 yanvar 2013 15:54 | Status: Şərhçi | Şərh: 381
:n3: dog ha dog)))
qaragoz | 23 dekabr 2012 12:34 | Status: Qonaq | Şərh: 0
imkan olandan sonra nevar uwaq saxlamaga
ruzgargulum | 17 dekabr 2012 16:57 | Status: Brilliant user | Şərh: 2 493
Allah saxlasin
Torpaq | 13 noyabr 2012 19:17 | Status: Professional user | Şərh: 3 570
smile
Lale | 19 sentyabr 2012 05:51 | Status: Yazar | Şərh: 3 264
dehwetdir vallah.onlari nece saxlayir goresen?
azeri_oglu | 4 sentyabr 2012 00:51 | Status: Gümüş user | Şərh: 2 243
ana bele olareee))))
TATLI GUZEL | 5 avqust 2012 10:19 | Status: Professional user | Şərh: 5 781
aaaaaaa ne geribe
SoFiYYa AnGeL | 30 iyun 2012 22:36 | Status: Professional user | Şərh: 957
Delilikdir bu !=)) :n3: :n3: ne demek olar artik =)