Aktual / Xəbəriniz olsun!

Adımızın taleyimizə hansı təsiri var?

Banu. | 4-09-2014, 18:00
8 275 31
Adımızın taleyimizə hansı təsiri var?


Uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır
Adlar da geyim kimidir, bəziləri insana tam uyğun olur, bəziləri böyük, bəziləri kiçik. Ümumiyyətlə, adların insan taleyinə böyük təsirinin olduğu deyilir. Belə ki, ad daşıdığı məna ilə insan həyatına təsir edir. Çünki adların yarandığı hərflər hərəsi ayrılıqda bir məna daşıyır.

Hərflərin sözlərə və adlara, ümumiyyətlə, bütün varlıqlara təsirini öyrənən elm huruf adlanır. İnsan adının taleyinə təsiri mövzusu ilmi hurufun əsas istiqamətidir.

Qədim Misirdən Roma İmperatorluğuna qədər bütün cəmiyyətlər elmi hurufla yaxından maralanıblar. Romalılar "nomen est omen" yəni "adımız taleyimizdir" deyəcək qədər qəti bir inanca sahibdilər.

Hərflərin sirri İsrail oğulları tərəfindən də araşdırılıb, analiz edilib. Bu üsulla Babil, Kalde, Asar və s. dövlətlər müxtəlif araşdırmalar aparıblar. Adamın adındakı hərflərin onun taleyinə təsir etdiyini zamanla ərəblər də qəbul ediblər. Məhəmmməd (ə.s) Peyğəmbər buyurub ki, "övladlarınızı gözəl adlarla adlandırın ki, onlar gözəl insan olaraq xatırlansınlar".

Azərbaycanda doğulan oğlan uşaqlarına verilən adlardan ən populyarı Yusifdir. Belə ki, bu ad 541 körpəyə verilib. İkinci yerdə Hüseyn (344), üçüncü yerdə isə Əli (325) adıdır. Bu barədə Ədliyyə Nazirliyindən bildirilib. Məlumata görə, qız uşaqlarına ən çox verilən ad isə Zəhradır. Bu ad 459 qız uşağına qoyulub. Digər ən çox verilən adlar isə Nuray və Fatimədir. Belə ki, 353 nəfərə Nuray, 301 nəfərə isə Fatimə adı verilib.

Türkiyədə adların analizi ilə məşğul olan həmyerlimiz Nicat Səmavinin sözlərinə görə, eynilə bürclərdə olduğu kimi hərflərdə də su, hava, od, torpaq qrupları var və hamısı heyvan xarakteriylə uyğunlaşdırılıb. "Elmi hurufa görə, adında ç, ş, ğ kimi işarəli hərflər və nöqtəli ö, i, ü hərfləri olan insanlar müəyyən həyati problemlər yaşaya bilər. Bura iqtisadi, sağlamlıq və ya ailəvi problemlər aid edilə bilər. Adında "gül" hecası olan insanlara (Gülşən, Gülnar, Gülay) diqqət yetirilirsə, görmək mümkündür ki, bu insanlar bədbəxt bir həyat yaşayırlar. Çünki cüt nöqtəli bu sait bədbəxtlik və problem gətirir. Hecanın ilk hərfi g isə bu təsiri artırır. "Adında r, l, n hərfləri olan insanlar xoşbəxt taleli insanlar olur. Adında v ilə re, rə hecaları olan insanlar pul toplamaqda çətinlik çəkərlər".

Araşdırmaçı deyir ki, adında s, ş, z olanlar fədakar, sevgi dolu insanlar olur. Od qrupu hərflər z, ş, f, g, y, hava qrupu hərflər k, h, r, c, j, su qrupu hərflər b, p, d, t və s, torpaq qrupu hərflər l, m, n-dır.

Mütəxəssisin sözlərinə görə, uşaqlara ad seçərkən adın gözəlliyindən çox, uşağın taleyinə necə təsir edəcəyini öyrənmək lazımdır. Bunun üçün uşağın adındakı hərflərin ədədi düzülməsi, hərf sayı, adın içindəki nöqtəli və işarəli hərflərin olmasına diqqət yetirmək və ata-ananın adıyla uyğun olmasına önəm vermək lazımdır. Həmsöhbətimiz bildirir ki, adlarda olan hərflər təkcə insanın taleyinə deyil, sağlamlığına da təsir edə bilər. "Əgər adda "a" hərfi çoxdursa, qan dövranı ilə bağlı xəstəliklər, "e" hərfi çoxdursa, boğaz yollarıyla bağlı xəstəliklər çox olur. "R" və "t" kimi sərt hərflərlə bitən adlı insanlar sərt insanlar olur.

Ekspertə görə, əslində heç bir hərfə yaxşı və ya pis demək doğru deyil. Çünki hamısı enerji dəyərləri daşıyır. Bu enerjilərin yarısı müsbət, yarısı mənfidir. Amma bəzi hərflərin daha ağır tale yaşatdığını bilirik. Məsələn ü, ö, ğ bir az çətin hərflərdir. İnsan istədiyi zaman adını dəyişərsə, bu, onun taleyinə təsir edə bilər.

İslam dinində də insanlara gözəl ad seçilməsi böyük əhəmiyyət daşıyır. Yeni doğulan uşağa qısa bir müddət ərzində gözəl bir ad qoymaq ana və ataların ən əhəmiyyətli vəzifələrindəndir. Uşağa qoyulan ad həm bu dünyada, həm də axirətdə etibarlıdır. İlahiyyatçı Səriyyə Saminin dediyinə görə, peyğəmbərimiz nəinki balaca uşaqların, hətta böyüklərin də adı ilə maraqlanmış və yaxşı təsiri olmayan adları dəyişmişdir. "Peyğəmbərimiz buyurub ki, "qiyamət günü adınız və atalarınızın adı ilə çağırılacaqsınız. Elə isə özünüzə gözəl adlar seçin".

Müsahibimizin sözlərinə görə, Allaha xas adları insanlara qoymaq olmaz. "Əgər belə adlar qoymaq istəyirsinizsə, adların əvvəlinə "əbdül" sözünü artırmaq lazımdır. Məsələn Kərim, Əziz adarının qarşısına Əbdül sözünü qoymaqla bu adlardan istifadə edə bilərsiniz".

Peyğəmbərimizin insanlara məsləhət gördüyü adlar arasında Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Aişə, Fatimə, Zeynəb, Xədicə, Cəmilə, Zəhra adları var.

Seçim insanın əlindədir. Kim nəyi seçərsə, onu da yaşayar. Odur ki, övladlarınıza ad verərkən gözəl adlar seçin ki, həyatları gözəl keçsin...

Ekspress.az

fidancik | 8 noyabr 2015 14:55 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Rəşidə Əzizli | 19 oktyabr 2015 07:06 | Status: Qonaq | Şərh: 0
Təşəkkür edirəm maraqlı xəbər üçün
N....N92 | 1 dekabr 2014 15:28 | Status: Professional user | Şərh: 4 351
tesekkurler
SABINA | 7 sentyabr 2014 02:27 | Status: Professional user | Şərh: 7 410
Booooy menim sert oldugumu butun sayt bildiki.
SEVDA | 7 sentyabr 2014 00:22 | Status: Nəzarətçi | Şərh: 17 437
Öz adimdan da,övladlarımın adlarından da razıyam.twk....
Nigar_ | 5 sentyabr 2014 17:58 | Status: Professional user | Şərh: 2 124
Sitat: gulcin777
Cox saq ol canim, qarsiliqlidir.

0115
Nara88 | 5 sentyabr 2014 17:49 | Status: Professional user | Şərh: 4 252
oglum olarsa adini Yusif qoyacam Insallah,cox xosum gelir bu addan

Adında r, l, n hərfləri olan insanlar xoşbəxt taleli insanlar olur


mende bu herfler var ve xosbextem love
Gülçin | 5 sentyabr 2014 17:40 | Status: Brilliant user | Şərh: 6 778
Sitat: Nigar_ 
Düz edirsiz,bilirəm zarafatdır amma bir söz deyim sizin zarafatlarınız da incə olur adama xoş gəlir ya bəlkə mən elə düşünürəm bilmirəm yəqin gözəl xalamı çox istəyirəm ona görə.
Cox saq ol, canim, qarsiliqlidir. love
Aynur_Mezahirli | 5 sentyabr 2014 14:17 | Status: Qonaq | Şərh: 0
Mənim uşaqlarımın adı Fatimə və Hüseyn, təşəkkürlər Banu xanım...

Sitat: Nergiz love
Menim oqlum olanda isteyirdim menali ad qoyum qaynanamla qaynim Dastan qoymaq isteyirdiler men razi olmadim.yoldasimla razilasib Yasin adini qoyduq

Bacı incimə uşağa Yasin adı qoymaq düzgün deyil, çünki (Möminlərin zinəti) kitabından qısa bir söz deyim deyilirki uşaqlarınıza yasin adı da qoymayın. Bu ad həzrəti Məhəmməd (s)-a məxsus bir addır.
Nigar_ | 5 sentyabr 2014 12:10 | Status: Professional user | Şərh: 2 124
Sitat: gulcin777
Nigarim, hec vaxt bele "elmi arasdirmalara" ehemiyyet vermirem. Serhimi de zarafatyana yazmisam

Düz edirsiz,bilirəm zarafatdır amma bir söz deyim sizin zarafatlarınız da incə olur adama xoş gəlir ya bəlkə mən elə düşünürəm bilmirəm yəqin gözəl xalamı çox istəyirəm ona görə. 0115
amerika | 5 sentyabr 2014 10:46 | Status: Şərhçi | Şərh: 278
hamısı boş şeylerdi.her şwy Allahın elindedi
Gülçin | 5 sentyabr 2014 09:32 | Status: Brilliant user | Şərh: 6 778
Sitat: G-Damla
Qismət olsa evlənib ailə qursam oğumun. adını AYXAN qoyacam Qızımında adını DAMLA qismət olsa inşallah
Can, qismet olar, insAllah.
Men ogluma Imam adiyla bagli qoymusam.ve cox fexr edirem ve sevinirem.ALLAH OGLUMU ADINA LAIQ BOYUTSUN IMAMIN ADINA LAIQ OLSUN VE ALLAH ADAMI DINDAR NAMUSLU OGLAN OLSUN.AMIN.tesekkurler xebere gore.
Nazlı_Kız | 5 sentyabr 2014 02:17 | Status: Brilliant user | Şərh: 6 472
Qismət olsa evlənib ailə qursam oğumun. adını AYXAN qoyacam Qızımında adını DAMLA qismət olsa inşallah
aynur198 | 5 sentyabr 2014 00:50 | Status: Şərhçi | Şərh: 192
Adin taleye ne dexli.Allah her kesin qismetini hele ana betninde iken verir.
boris arxan | 4 sentyabr 2014 23:40 | Status: Professional user | Şərh: 4 783
niye bele xeber yazib insanlari tewfiwe salirlar
dream reality | 4 sentyabr 2014 23:10 | Status: Professional user | Şərh: 1 449
Tewekkurler maraqli idi amma inanmadim
Gülçin | 4 sentyabr 2014 22:40 | Status: Brilliant user | Şərh: 6 778
Sitat: Nurus.
Allah qismet elesin qizim olanda adini-Asi,oglum olanda Nicat qoyacam.Cunki coxxx sevdiyim adlardir,eger cox olsa yeni adlar fikirleşerik.
Qismet olar, insAllah. love Aile de qurarsan, bebeslerin de olar, ureyinden kecen adlari da qoyarsan.

Sitat: Nigar_ 
Onlara o qədər inanmayın ay Gülçin xala,5 adamdan sorğu keçirirlər adını qoyurlar "elmi araşdırma".
Nigarim, love hec vaxt bele "elmi arasdirmalara" ehemiyyet vermirem. Serhimi de zarafatyana yazmisam.
ehtibar | 4 sentyabr 2014 22:24 | Status: Gümüş user | Şərh: 2 547
bular bow weydir
Elgun_Azizov | 4 sentyabr 2014 22:15 | Status: Professional user | Şərh: 1 393
Həmişə istəmişəm adım fərqli olsun tək-tük adlardan olsun. Çalışacam gələcəkdədə az olan ad qoyum.
Sabahım. | 4 sentyabr 2014 22:06 | Status: Professional user | Şərh: 3 359
MƏN BELƏ ŞEYLƏRİ ÜRƏYİMƏ GƏTİRMİRƏM.ELƏ BURDA DEYİLƏN O QƏDƏR GÜLAYLAR GÜLNARLAR TANIYIRAM Kİ XOŞBƏXTDİRLƏR
Nigar_ | 4 sentyabr 2014 22:02 | Status: Professional user | Şərh: 2 124
Sitat: gulcin777
Men kusdum bu alimlerden. wink Adimin birinci hecasi Gul-dur, indi menim heyatim bedbextdir? 0112 Bunlar aqillarina ne gelir, onu da yazirlar. feel

Onlara o qədər inanmayın ay Gülçin xala,5 adamdan sorğu keçirirlər adını qoyurlar "elmi araşdırma".


Həmişə arzulayardım ki,qızım olsa adını Lamiyə qoyacağam.Amma artıq istəmirəm bu arzunun da reallaşmağını.
Öz adımsa Nigardır təxmin etdiyimə görə adımın mənası "sevgili canan"dır.Qədim azəri adlarındandır.
Mehri-Ban | 4 sentyabr 2014 21:52 | Status: Professional user | Şərh: 1 329
Peyğəmbərimizin insanlara məsləhət gördüyü adlar arasında Abdullah, Əbdürrəhman, Məhəmməd, Həsən, Hüseyn, Aişə, Fatimə, Zeynəb, Xədicə, Cəmilə, Zəhra adları var.

Boyuk qizimin adi Cemiledir. Tesekkurler xebere gore Banu xanim

Oz adim kimi xasiyyetim var menim. Yeni ele deyirler winked 0104
Nurus. | 4 sentyabr 2014 20:46 | Status: Brilliant user | Şərh: 6 982
Allah qismet elesin qizim olanda adini-Asi,oglum olanda Nicat qoyacam.Cunki coxxx sevdiyim adlardir,eger cox olsa yeni adlar fikirleşerik.
Gulshen. | 4 sentyabr 2014 20:19 | Status: Qonaq | Şərh: 0
Ovladlarimin adlari gozel adlardir..XEDICE.YUSIF.ESMANUR.
Nergiz love | 4 sentyabr 2014 19:26 | Status: Professional user | Şərh: 7 871
Menim oqlum olanda isteyirdim menali ad qoyum qaynanamla qaynim Dastan qoymaq isteyirdiler men razi olmadim.yoldasimla razilasib Yasin adini qoyduq
Gülçin | 4 sentyabr 2014 19:15 | Status: Brilliant user | Şərh: 6 778
Men kusdum bu alimlerden. wink Adimin birinci hecasi Gul-dur, indi menim heyatim bedbextdir? 0112 Bunlar aqillarina ne gelir, onu da yazirlar. feel
DENIZ QIZI3 | 4 sentyabr 2014 18:56 | Status: Gümüş user | Şərh: 3 858
Yaxsi adlari yaxsi insanlar dasiyar teskkurler Banu xanim.
SEVA | 4 sentyabr 2014 18:42 | Status: Professional user | Şərh: 5 150
xeber ucun cox sag olun bele seylere inanmiram ama usaqlara ad secende ele ad secmek lazimdi ki utanmasinlar
FLOVERandGİRL | 4 sentyabr 2014 18:32 | Status: Professional user | Şərh: 3 251
Sitat: f e a
deyerli melumat idi twk