Aktual / Xəbəriniz olsun!

Pəncərənizin şüşələrini necə parıldatmalı?

E-A | 21-07-2011, 15:04
20 056 68

 


 

Pəncərə şüşələrini küləkli və çox isti havada silmək məsləhət görülmür. Çünki təmizlikdən sonra onlarda silinməyən ləkələr əmələ gələ bilər. Ümumiyyətlə, pəncərələri silərkən çərçivədən başlamaq lazımdır. Pəncərələrin çərçivəsini və altını duru təmizləyici vasitələrlə silmək və naşatır spirti əlavə olunmuş isti su (2 xörək qaşığı naşatır spirti və 1litr su) ilə yumaq olar. Pəncərələri silərkən suya soda tökmək olmaz, çünki bu, parıltını aparır. Pəncərələr silinərkən sintetik pərdələr çıxarılmalı və yuyucu vasitələrdən hazırlanan məhlulda (40 dərəcə temperaturda) isladılmalıdır. Sonra pərdələrin hamar qalması üçün yaxalanaraq yüngülcə sıxılmalı və dərhal yerinə asılmalıdır. Pəncərələr silinərkən pambıq parçadan olan pərdələri isə bir kənara çəkmək lazımdır. Bu cür pərdələr şotka və ya tozsoranla təmizlənir.
     Pəncərələrin həm çərçivəsi, həm də şüşəsi əvvəlcə içəri tərəfdən silinməlidir. Şüşələri yuyub təmizlədikdən sonra onu quru əski ilə əvvəlcə şaquli, sonra üfüqi istiqamətlərdə silib parıldadırıq. Yuyucu vasitələrdən istifadə edərkən diqqət etmək lazımdır ki, çərçivələrə dəyməsin. Şüşələri vaxtaşırı yumşaq yun parçanı kətan yağına batırıb silmək, sonra isə pambıq və ya yun parça ilə qurutmaq məsləhət görülür. 
     Şüşə təmizləmək üçün köhnə və etibarlı vasitələrdən biri də toz şəklində olan təbaşir və ya diş tozudur. 2-3 xörək qaşığı tozu 1stəkan suya əlavə edərək məhlul hazırlanır, sonra parçanı onda isladıb hər iki tərəfdən şüşəyə sürtürük. Şüşə quruyanda onu quru yumşaq parça və ya əzilmiş qəzet ilə təmizləyirik. Çox tutqunlaşmış şüşələri sirkə əlavə olunmuş ilıq su (2 xörək qaşığı sirkə və 1 litr su) ilə yumaq olar. Yeri gəlmişkən deyək ki, sirkəli su ilə yuyulmuş pəncərəyə milçəklər, demək olar ki, qonmur. Şüşələri naşatır qatılmış ilıq su (1hissə naşatır spirti və 10 hissə su) ilə də yumaq, sonra parıldayana qədər əski, ya da qəzetlə silmək olar. Kerosinin iyi milçəkləri qorxudur. Bunun üçün də 5 litr suya yarım xörək qaşığı kerosin əlavə edərək şüşələri yumaq olar. Şüşə və güzgünü çiy kartof da yaxşı təmizləyir. Bunun üçün təmizlənmiş kartofu kəsib onlara sürtmək, sonra yuyub əski ilə qurutmaq lazımdır. Suya kraxmal qatanda (1 xörək qaşığı kraxmala və 1 litr su əlavə edilir) şüşələr uzun müddət parıltısını itirmir. 

  


     Şüşə və güzgülər duzlu su ilə də yuyulduqda parıltılı olur. 1 xörək qaşığı sirkəni 1 stəkan suya əlavə edərək (ya da bərabər ölçüdə naşatır spirti və su qatışığından istifadə edərək) şüşə və güzgüdəki ləkələri aparmaq olar. 
     Milçəyin qoyduğu ləkələri soğan kəsiyi ilə təmizləmək olar. Pəncərə çərçivələrini rəngləməzdən öncə soğanı bölərək şüşəyə sürtsəniz, rəng damcılarını asanlıqla təmizləyə bilərsiniz. Şüşəni sirkədə isladılmış əski ilə silsəniz, rəng şüşəyə yapışmaz. Yağlı boya ilə rənglənmiş qapı və pəncərələrin parıltısını qaytarmaq üçün 2 xörək qaşığı sirkə ilə 1 litrlik bankaya doldurulmuş taxta kəpəyini qarışdırıb sürtün.
     Güzgülər də pəncərə şüşələri üçün olan preparatlarla təmizlənir. Güzgünün uzun müddət görkəmini itirməməsi üçün onu evin elə yerinə qoymaq lazımdır ki, günəş şüaları birbaşa üstünə düşməsin, batareya və buxarıya yaxın olmasın. Əks halda onda ləkələr əmələ gəlir. Güzgünü silərkən əvvəlcə əski ilə tozu alınmalı, ləkələri pəncərə üçün olan vasitələrlə təmizlənməli, sonra isə parıldayana qədər silinməlidir. Çox çirkli güzgünü naşatır spirti və diş tozundan hazırlanan duru qatışıqla sürtüb, quruyandan sonra yumşaq kağızla silib parıldatmaq olar. Həmçinin güzgünü odekolonla islanmış parça ilə də silmək olar. Çərçivənin künclərini isə kibrit çöpünə pambıq dolayaraq təmizləmək olar. Güzgü lil əlavə edilmiş soyuq su ilə də silinsə, parıldayar.

 


SABINA | 6 oktyabr 2014 10:17 | Status: Professional user | Şərh: 7 410
tesekkurler
Nigar | 24 fevral 2014 20:02 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Aytekin82
Maraqlı xəbərdi, bilirdim



Sitat: Ulviyye
twkler....

Gulshen. | 23 fevral 2014 11:20 | Status: Qonaq | Şərh: 0
Tewekkur mesklehete gore
Meryem_Duyqu | 13 fevral 2014 23:08 | Status: Yazar | Şərh: 4 130
Faydalı məsləhətlər üçün sağ olun.
Ulviyye | 5 dekabr 2013 14:37 | Status: Gümüş user | Şərh: 2 839
twkler....
sev-onu-kalbim | 26 noyabr 2013 18:41 | Status: Şərhçi | Şərh: 104
ТЕЩЕККУРЛЕРРРРРРРРРРРРРРРРРРРРРРРРРРР

TEWEKKURRRRRRRRRRRRRRRRRRRRRRRRR
Aytekin82 | 13 iyun 2013 12:06 | Status: Brilliant user | Şərh: 6 586
Maraqlı xəbərdi, bilirdim
Mickey Mouse | 12 iyun 2013 11:21 | Status: Professional user | Şərh: 4 008
Eh lazim deyil.....
RaySum | 12 mart 2013 20:34 | Status: Professional user | Şərh: 2 594
pencere silmirem piss cixmasin
Əfşan | 11 mart 2013 02:00 | Status: Professional user | Şərh: 1 714
atdim secilmislere,yeni lazimlidi
SEVA00 | 6 mart 2013 23:13 | Status: VİP user | Şərh: 1 013
sevmiremde pencere qapi silmeyi.1 pencere silirem 5 gun qolum aqriyir n6
arzular | 4 mart 2013 08:56 | Status: Şərhçi | Şərh: 145
tws
Billurə | 26 fevral 2013 19:48 | Status: Professional user | Şərh: 4 892
təşəkkürlər..
LUSY | 5 oktyabr 2012 20:28 | Status: Şərhçi | Şərh: 124
men yayin istisindede pencere silende hemin gunu mutleq yagiw yagir..inanin esebden esmece tutur meni. :n11: 10 eded boyuk pencereni sil sonrada yagis-yagsin :n1: men evvel sinkali suyla yuyuram sonra susesilenle temizleyirem...twk smile
S24 | 5 oktyabr 2012 20:15 | Status: Gümüş user | Şərh: 797
adamınqolu qirilir silene kimi
sevinc keder | 2 oktyabr 2012 16:04 | Status: Professional user | Şərh: 3 818
NİFRET EDİREM PENCERE SİMEYE AMMA HEMİŞE MENE DÜŞÜR PENCERELERİ SİLMEK :n1:
TATLI GUZEL | 27 iyul 2012 11:05 | Status: Professional user | Şərh: 5 781
HMMMM.TESEKKURLER