Aktual / Xəbəriniz olsun!

9 May – Faşizm üzərində qələbə günü

Banu. | 9-05-2014, 05:00
3 896 17

 

XX əsrdə ikinci dünya müharibəsi illəri bəşəriyyət üçün ən ağır və dəhşətli dövr olmuşdur. Almaniyada və İtaliyada yaranmış faşizm nəinki bu ölkələrin özünü və hətda bütün bəşəriyyəti təhlükə altına aldı. 
Ikinci vətən müharıbəsi illərində azərbaycan xalqı həm cəbhə bölmələrində, həm də arxa cəbhədə böyük qəhrəmanlıq və igidlik nümunələri göstərmişlər. Qısa bir müddətdə respublikada 87 qırıcı təyyarə batalyonu və 1124 özünü müdafiə dəstələri təşkil olundu. 1941-1945-ci illərdə 600 mindən çox azərbaycan oğlan və qızları cəbhəyə yollanırdılar. Azərbaycan diviziyaları Qafqazdan Berlinəcən mübariz yol keçdilər. 130-a yaxın həmyerlilərimiz Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldülər, 30 nəfəri Şərəf ordeni ilə təltif olundular. 170 min azərbaycan əskər və zabitçilər SSRİ-nin müxtəlif orden və medalları ilə təltif edilmişdir. Iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Ruslan Vəzirov, Adil Quliyev, Ziya Buniyatov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, Generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz qəhrəmanlığı ilə bizim xalqın şərəfli tarixinə yeni sətirlər yazdılar.
Respublika iqtisadiyyatınin cəbhə yoluna keçirilməsi məqsədilə böyük işlər görüldü. Yüngül və yeyinti sənaeləri cəbhə üçün işləməyə başladı. Kiçik bir vaxtda Bakı döyüşən ordunun ən mühüm cəbbəxanasına (arsenal) çevrildi. Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz fədakarlıqla çalışaraq cəbhəni və sənəemizi yanacaqla təmin edirdilər. 
Akademik Yusif Məmmədəliyevin rəhbərliyi ilə hava flotu (aviasiya) benzini almaq üçün yeni texnologiya yarandı. 1941-ci ildə neftçilərimizin fədakar əməyi nəticəsində Azərbaycanın tarixində ən çox 23,5 millyon ton istehsal olundu ki, bu da SSRİ-də istehsal olunan neftin 71.4%-ni təşkil edirdi. Ümumiyyətlə müharibə illərində Azərbaycan neftçiləri ölkəyə 75 milliyon ton neft, 22 milliyon ton benzin və başqa neft məhsulları vermişlər. Qətiyyətlə demək olar ki, faşizm üzərində qələbənin qazanmasında Bakı nefti əsas amiliərdən biri oldu. Bunu demək kifayətdir ki, hər beş təyyarənin, hər beş tankın, hər beş avtomobilin – dördü Bakı benzinilə işləyirdi. Ikinci dünya müharibəsi azərbaycan xalqının fədakar, qəhrəman, cəsərətli olmasını bir daha sübut etdi.

Sovet İttifaqı qəhrəmanları

Abbas Quliyev (I) (1945)
Adil Quliyev (1945)
Ağaşirin Cəfərov (1943)
Aslan Vəzirov (1945)
Bahəddin Mirzəyev (1945)
Bəkir Mustafayev (1944)
Cəmil Əhmədov (1945 ölümündən sonra)
Əlif Piriyev (1945)
Əmi Məmmədov (1944 ölümündən sonra)
Əvəz Verdiyev (1944)
Faris Səfərov (1944)
Gəray Əsədov (1945 ölümündən sonra)
Həbibulla Hüseynov (1945 ölümündən sonra)
Həzi Aslanov (1942), (1991 ölümündən sonra)
İdris Süleymanov (1942)
İsmayıl Bayramov (1945 ölümündən sonra)
İsrafil Məmmədov (1941)
Mehdi Hüseynzadə (1957 ölümündən sonra)
Mehdi Quliyev (1943)
Məhərrəm Dadaşov (1945 ölümündən sonra)
Məlik Məhərrəmov (1943)
Məmiş Abdullayev (1945 ölümündən sonra)
Məmməd Məhərrəmov (1944)
Məmməd Məmmədov (I) (1945 ölümündən sonra)
Mərdan Musayev (1944)
Məstan Əliyev (1945 ölümündən sonra)
Mikayıl Əkbərov (1943 ölümündən sonra)
Mirzə Cəbiyev (1943)
Mirzə Vəliyev (1945 ölümündən sonra)
Müseyib Allahverdiyev (1945)
Müseyib Bağırov (1944)
Nəcəfqulu Rəfiyev (1944)
Qafur Məmmədov (1943 ölümündən sonra)
Qəzənfər Əkbərov (1944 ölümündən sonra)
Səlahəddin Kazımov (1943)
Səməd Abdullayev (1943)
Şəmsulla Əliyev (1944 ölümündən sonra)
Şirin Şükürov (1945)
Xəlil Məmmədov (1945)
Xıdır Mustafayev (1944)
Yusif Sadıxov (1945)
Ziya Bünyadov (1945)

ESMERRi | 28 aprel 2016 10:27 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: MELEK_
biz yalniz ve yalniz qelebe isteyirik
MELEK_ | 12 may 2014 09:35 | Status: Professional user | Şərh: 3 949
biz yalniz ve yalniz qelebe isteyirik
N....N92 | 10 may 2014 11:34 | Status: Professional user | Şərh: 4 351
Qelebe gunumuz mubarek
Lumia | 10 may 2014 11:30 | Status: Professional user | Şərh: 5 378
Allah muharibede helak olan butun zabit ve esgerlerimize rehmet elesin.Insallah qelebemizin davami Qarabagda olar.Tesekkurler.
Gulshen. | 10 may 2014 06:11 | Status: Qonaq | Şərh: 0
insallah qarabagi alib bele sevinek tebrik edek bir birimizi
tek melek | 9 may 2014 17:04 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
NURLU | 9 may 2014 15:46 | Status: Professional user | Şərh: 5 552
Sitat: Girl
Qələbə gününüz mübarək...!!
DENIZ QIZI3 | 9 may 2014 15:42 | Status: Gümüş user | Şərh: 3 858
ALLAH sehidlere rehmet etsin,qelebemizde mubarek olsun,gun olsun ki AZERBAYCANIN boyuk qelebesini bayram edek ,torpaqlarimi vehsilerden azad olunsun.
Ayan92 | 9 may 2014 12:52 | Status: Professional user | Şərh: 3 056
Qələbə günümüz mübarək.Allah ölənləri də rəhmət eləsin.

P.S.Elə indicə Həzi Aslanovun ev muzeyindən gəlirəm.
SEVDA | 9 may 2014 12:09 | Status: Nəzarətçi | Şərh: 17 437
dünyasını deyiwmiw bütün müharibe veteranlarına Allah rehmet elesin,qebirleri nurla dolsun....yerde qalanlara da Allah can sağlığı versin...

Onların sayesinde bu günü bayram edirik...
Alice | 9 may 2014 12:02 | Status: Professional user | Şərh: 5 020
Sitat: Girl
Qələbə gününüz mübarək...!!!

Məncədə bu söz yetər..
Girl | 9 may 2014 10:38 | Status: Professional user | Şərh: 8 206
Qələbə gününüz mübarək...!!!
Nergiz love | 9 may 2014 10:23 | Status: Professional user | Şərh: 7 871
tesekkurler xeber ucun maraqlididi
SABINA | 9 may 2014 08:59 | Status: Professional user | Şərh: 7 410
MARAQLI XEBER UCUN TESEKKURLER
Gülçin | 9 may 2014 08:46 | Status: Brilliant user | Şərh: 6 778
Xebere gore tesekkur edirem.
ehtibar | 9 may 2014 08:13 | Status: Gümüş user | Şərh: 2 547
maraqli xeberdir twk edirem
Aynur_Mezahirli | 9 may 2014 06:08 | Status: Qonaq | Şərh: 0
Melumat ucun tesekkurler Banu xanim...

Melumat ucun tesekkurler Banu xanim...