Aktual / Xəbəriniz olsun!

Özünə inamı artıran daş - Yaqut

leyla meherremova | 1-05-2014, 20:00
11 188 27
 
 
 
Almaz, zümrüd və sapfirdən başqa, ən qiymətli daşlardan biri də yaqutdur. Corundum qrupundan olan yaqut, hexagonal kristal sisteminə malikdir. Sərtlik dərəcəsi 9-dur və sərtlik dərəcəsinə görə almazdan sonra sapfirlə birlikdə ikinci sıradadır.

Xüsusilə gözəlliyi, sərtliyi, işıltısı və çətin tapılmasına görə almazdan sonra ən bahalı daşdır. Struktur görünüşü şəffafdır. Təbii halda göstərişsiz bir daşdır, lakin kəsilib cilalandığında, almaz qədər göz alıcı olur. Yaqut daşının ərimə nöqtəsi 2050° C -dir. Yaquta qırmızı rəngini, içindəki xrom elementi verir. Yaqut hər cəhətdən möhkəm bir daş olduğu üçün çox dəfə yüksək istiliyə məruz qaldıqda rəng tonu və aydınlığı artırılar.

Qurani - kərimdə adı keçən 3 qiymətli daşdan (inci, mərcan, yaqut) biridir. Bir zatımızın hüsnxətt sənətində bu beyt tapılıb: ''Məhəmməd də (s.ə.v) bir insandır, amma digər insanlar kimi deyildir. Əksinə, O, daşlar arasında yaqut kimidir''. Bu beytdə əsl məqsəd Peyğəmbər Əfəndimizi tərif etməklə birlikdə, yaqutun digər daşlar arasındakı əhəmiyyətini və dəyərini də bildirir.
Qərbdə isə yaqut daşının krallıqda ancaq əsilzadələrin istifadə etməsinə icazə verilmişdir.
Çox qədim çağlardan günümüzə qədər, müalicə məqsədiylə də istifadə edilən bir daşdır. Xüsusilə ağıl xəstəliklərinin müalicəsində, vəba xəstəliyindən və ya zəhərlənmədən qorunmaq üçün istifadə edilmişdir.
Yaqut xüsusən eşq və gözəllik üçün tilsim qəbul olunmuş və istifadə edilmiş bir daşdır. Hindistanda daşların əfəndisi olaraq xatırlanır.

Çıxarıldığı ölkələr:

Birma, Əfqanıstan, Pakistan, Vyetnam, Tayland, Hindistan, Avstraliya, Rusiya və Amerikadır.

Yaqut daşının faydaları:

İnsana özünə inam və cəsarət verər. Özü ilə barışıq olmasını təmin edər. Daxili gücü artırar. Duyğular üzərinə təsir edərək sevgini motivasiya edər. Cinsi istəyin həddindən artıq olmasını nizamalayır. Qan dövranı və immunitet sistemində müsbət təsirləri vardır. Ağıl xəstəliklərinə qarşı qoruyucu olduğu və fayda verdiyinə inanılır. Hissləri qüvvətləndirər. Cinsi iqtidarsızlığı aradan qaldırır. Yüksək qızdırmanı salır. Bədəni sakitləşdirir. Infeksiyon xəstəliklərə qarşı bədənə müqavimət verir. Aşağı təzyiqi müalicə edər. Evli cütlər və aşiqlər arasındakı davanı soyudur, sonsuz sevgi verir. Sümükləri sağlam saxlayır, qırıqların asan qaynamasını təmin edir. Doğumu asanlaşdırır və ağrıları dindirir. Ruhi məlumatlanmanı təmin edir.

Bəzi satıcılar içində yaqut sözü keçən adlarla, alıcıları aldadır və başqa daşları yaqut deyə satır və bu daşların heç biri yaqut daşı qədər qiymətli deyildir. Bu adlar ümumiyyətlə: Adelaide yaqut, Cape ruby, Arizona yaqutu, Colorado yaqutu, Amerikan yaqutu, mont blanc yaqutu, BALES yaqutu, Bohemian yaqutu, Montana ruby, Braziliya yaqutu və Sibir yaqutu olaraq adlandırılır. Bunların bir qisimi yarı qiymətli daşdır, bir qisimi isə sintetik, şüşənin bəzi kimyəvilərlə qarışdırılaraq yaqut daşına bənzədilmiş halıdır.

Xoşbəxtlik, dinclik və sağlamlıq dolu günlərə ...

N....N92 | 5 may 2014 14:04 | Status: Professional user | Şərh: 4 351
hami deyir yaqut zumrub briliant basqalari.. hec sevmiremde rengli esyalari
Ay_Sun | 4 may 2014 11:34 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: ŞehZam
Bilmirdim indi bildim sayenizde cox sag olun
Nara88 | 3 may 2014 17:35 | Status: Professional user | Şərh: 4 253
qirmizi daslari hec sevmirem,ama bilmediklerimi oyrendim,tskler
ŞehZam | 2 may 2014 23:39 | Status: Professional user | Şərh: 2 577
Bilmirdim indi bildim sayenizde cox sag olun
Zulya | 2 may 2014 16:57 | Status: Gümüş user | Şərh: 1 640
Ellerinize sagliq ..
Lumia | 2 may 2014 14:40 | Status: Professional user | Şərh: 5 378
Das-qas seven deyilem.Birce qara brilyantdan cox xosum gelir.Anamin yaqut qasi olan sirgalari var.Tesekkurler Leyla xanim.
Gulus. | 2 may 2014 14:19 | Status: Professional user | Şərh: 2 436
Xebere gore tesekkurler.
Alice | 2 may 2014 13:20 | Status: Professional user | Şərh: 5 020
Sevdiyin daşlar Yaqut, almaz və sapfirdi..

Xoşbəxtlik, dinclik və sağlamlıq dolu günlərə ...


Amin Leyla bacı sizinlə birgə..
Meryem_Duyqu | 2 may 2014 12:42 | Status: Yazar | Şərh: 4 130
Yaqut daşını çox bəyənirəm.Təşəkkürlər.
NURLU | 2 may 2014 10:08 | Status: Professional user | Şərh: 5 552
xebere göre twk...
Gulya2676 | 2 may 2014 09:50 | Status: Gümüş user | Şərh: 2 586
Sitat: Huseyn80
Cox maraqli xeber oldu "Yaqut" dashi haqqinda bilmis oldum. Tesekkurler Leyla bacim yorulmayasan...
nergiz_zz | 2 may 2014 09:46 | Status: Professional user | Şərh: 3 814
ƏLLƏRİN AĞRIMASIN....
Gulshen. | 2 may 2014 08:26 | Status: Qonaq | Şərh: 0
tewekkurlerrrr
Nərmin.bayram | 2 may 2014 07:57 | Status: Gümüş user | Şərh: 2 313
təşəkkürlər...
SULTANIM | 2 may 2014 07:21 | Status: Ekspert | Şərh: 4 742
Bəzi satıcılar içində yaqut sözü keçən adlarla, alıcıları aldadır və başqa daşları yaqut deyə satır və bu daşların heç biri yaqut daşı qədər qiymətli deyildir.

He bunu duz buyurmusan Leylacim. Melumatlandirici xebere gore tesekkur edirem.
SABINA | 2 may 2014 07:18 | Status: Professional user | Şərh: 7 410
menim sevdiyim das sapfirdir goy sapfir/amma bu dasin ela rengi var tesekkurler
SEVDA | 2 may 2014 06:48 | Status: Nəzarətçi | Şərh: 17 439
menim sevdiyim daw firuzedi.xebere göre twk...
BITANECIK | 2 may 2014 06:28 | Status: Şərhçi | Şərh: 119
Xəbər üçün təşəkkürlər ....
sanel | 2 may 2014 06:06 | Status: Professional user | Şərh: 3 647
faydali xeberdi xosum gelir yaqut dasindan
Aytekin82 | 2 may 2014 05:06 | Status: Brilliant user | Şərh: 6 587
Nənəmin yaqut və firuzə qaşlı üzükləri vardı. Bibimdədi. Antikvar şeylərdi. Həm formasına görə, həm də qızılının rənginə görə...
Təşəkkürlər xəbərə görə, Leylaşka..
canım aşkım | 2 may 2014 02:12 | Status: Şərhçi | Şərh: 246
cox ela xeberdir.uzun muddetdi bu dasi axtariram tapilmirki tapilmir.bu dasin bir xususiyyeti de odurki gozunde problem olanlara meslehetdi.xeyli muddet goze cekirsen goz xestliyini aradan goturur,teessufki temiz dasin ozunu tapa bilmedim
Röyamsan. | 1 may 2014 23:33 | Status: Brilliant user | Şərh: 6 102
Marağlı xeberdir... Təşəkkürlər canım.
Aynur_Mezahirli | 1 may 2014 22:49 | Status: Qonaq | Şərh: 0
Cox maraqli xeber oldu "Yaqut" dashi haqqinda bilmis oldum. Tesekkurler Leyla bacim yorulmayasan...
Gülçin | 1 may 2014 21:43 | Status: Brilliant user | Şərh: 6 780
Çox maraqli xeberdir, teşekkür edirem.
Nazlı_Kız | 1 may 2014 21:38 | Status: Brilliant user | Şərh: 6 473
Maraqlı idi təşəkkürlər canım mənim...
BULUTUM | 1 may 2014 21:24 | Status: Professional user | Şərh: 7 387
Anamin vari idi.
ehtibar | 1 may 2014 20:25 | Status: Gümüş user | Şərh: 2 547
maraqli xeberdir oxuyun