Aktual / Xəbəriniz olsun!

Yediyimiz çörəyin halallığından əminsinizmi? Mən artıq yox

sheh | 1-02-2014, 11:55
2 994 49
 
 
 
ŞOK:Bərbərxanalardakı tüklər çörəyə qatılır - Araşdırma
 
  


Hər gün çörəklə birgə insan tükü yeyirik

Çörək... Ölkəmizdə qida olaraq ən çox istifadə olan məhsul haqqında nə qədər az məlumatımız var, təsəvvür belə edə bilməzsiniz. Çörəklə bağlı araşdırma hazırlamaq qərarına gələndə, bu günə qədər hazırlanan onlarla reportajdan, araşdırmadan, xəbərdən çox fərqli nə isə tapacağıma inanmırdım. Rayonlarda deyə bilmərəm, amma Bakıda o reportajların mövzusu olan kəsəyən dolu, antisanitariya içində fəaliyyət göstərən sexlərdən az qalıb. Bir çox çörək sexləri təmirli, işıqlı, müasir aparatura ilə təmin olunublar. Amma bu günlərdə Avropanı ayağa qaldıran bir fakt yenə də məni çörək mövzusuna qayıtmağa vadar elədi.

Mayasız çörəklər

Bunu hamı bilir ki, çörəyin şişməsi, gözəl forma alması üçün onilliklərlə mayadan istifadə olunub. Amma son araşdırmalar göstərir ki, maya ağır və uzun çəkən bir proses olduğu üçün (xəmir yoğrulduqdan sonra isti yerdə bir neçə saat gözlədilməlidir), artıq dünyanın hər yerində çörək istehsalında maya adı altında E 920 adlı maddə istifadə olunur. Son dövrlər Avropada bu maddədən istifadənin qadağan edilməsi üçün böyük təbliğat kampaniyaları keçirilir.

E 920 nədir? 

E 920 L-sistein adlı maddədir. Çörəyin qalxmasına, gözəl şəkil alıb, şan-şan olmasına kömək edir. Dünyada sadəcə Almaniyada, Çində və Malayziyada istehsal olunduğu bildirilir. Əsas tərkib hissəsi tükdür. Almaniyada donuz tükündən, Yaponiyada qaz tükündən, Çində isə insan tükündən istehsal edilir. Almaniya E920 -ni laboratoriyalarda süni şəkildə istehsal etməyə çalışsa da, bu metod effekti olmayıb, istehsal baha başa gəldiyi üçün o dayandırılıb və yenə də ən uğurlu xammal tük hesab edilib. Əslində Çində L-sisteini istehsal edən şirkət də alman şirkətidir, işçi qüvvəsi ucuz olduğu üçün Çində fəaliyyət göstərir. Və təbii ki, dünyanın bir çox ölkələri də Çin malı ucuz olduğu üçün bu maddəni oradan alır. Yəni insan tükündən hazırlanan E 920 maddəsi ilə hazırlanan çörək istehsal edir. Çində də insandan çox nə var?! Maddəni istehsal edən şirkət xammalı Çin bərbərlərindən, hər gün saç vurduran minlərlə insan tükündən alırlar. Öncə ö tüklər zavodlarda işlənir, kislota ilə işlənərək tərkibindəki L-sistein alınır, maddə halına salınır. Sonra isə qida əlavəsi kimi una qatılır. 
 


Necə qorunmalı?

İnanmıram ki, çox insan çörək alanda onun paketlənmiş olmasına önəm versin, ya da o paketin üstündəki xırda hərifli yazıları oxusun. Hətta paketlənmiş olsa belə, dünyadakı bu maddəyə qarşı etirazları nəzərə alan istehsalçılar onun adını çox vaxt paketin üzərinə yazmırlar. Amma yenə də bu maddənin istehsalda istifadə olunan adlarını sizə təqdim edirik. 

• E-920
• cystin
• L-альфа-Амино-бета-меркаптопро пионовая кислота
• L-Cysteine
• L-цистеин
• Цистеин

Aldığınız çörəyin paketlənməsinə, üstündə yazılanlara və təbii ki, alandan sonra neçə günə boyatlaşamsına diqqət edin. Çünki E 920 maddə qatqısı olan çörəklər gec boyatlaşır və gün keçdikcə qəribə iy verməyə başlayır. Ona görə də bir az bahalı çörək alaq, amma üstündə bu maddənin adı yazılan çörək almayaq. 

Verdiyi zərərlər
E 920 - nin yaratdığı xəstəliklər içində ən çox adı çəkilən xərçəngdir. Bundan başqa yaddaş pozğunluğu, əsəb xəstəlikləri də çox təsadüf olunur. İnsana məxsus saçdan hazırlanan bu maddənin vəhişiləşməyə, manqurtlaşmaya səbəb olduğu, insanın xarakterini pozduğu da deyilir. Amma ən önəmli nüanslardan biri də İslam dininə uyğun olmamasıdır. Quranda deyildiyi kimi "onlar ilk öncə yediyiniz çörəyi və namusu pozacaqlar və bununla da Allahı qiymət gününə məcbur edəcəklər". Türkiyənin ilahiyyatçı alimlərinin bu günlərdə ən çox narahat edən məsələlərdən biri də budur. 

Son olaraq qeyd edim ki, həm tibbi, həm dini cəhətdən caiz olmayan, zərərli olan bu maddənin ölkəmizdə istifadəsinə dövlət səviyyəsində qadağa qoyulmalıdır. Könüllü şəkildə heç bir sahibkar bu ucuz başa gələn maddədən və metoddan imtina etməyəcək. Biz isə çörək alanda diqqət etməliyik ki, tüklə istehsal olunan çörək yeməyək, həm də ki, Çin tüküylə....
 


ESMERRi | 20 fevral 2016 17:10 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Allah belasIni versin bu kafirlerin
dılay | 24 dekabr 2015 09:13 | Status: Brilliant user | Şərh: 8 184
Allah belasIni versin bu kafirlerin
my life is music | 18 fevral 2015 16:44 | Status: Gümüş user | Şərh: 736
bizim mektebde kolbasa coreyin icinen qurd olusu milcek,dis,tuk zadda cixir.yene de alib yeyirer.men almiram cunki bufetci arvadin ellinen iyrenirem
nurlana nurlana | 14 fevral 2015 21:29 | Status: Gümüş user | Şərh: 1 950
Sitat: SevilenQadin
Allah sene qurban olum gunde neler esitmirik sad
NURLU | 3 fevral 2014 13:05 | Status: Professional user | Şərh: 5 552
ALLAH her gun bir soz esidirik.men cox vaxt xemire maya vurmuram soyuq su ile yoqururam(bunu bilen var idi aranizda??)
hemise ev coreyi bisirirem almiriq,yaydada lavas yeyirik ancaq,onuda ozum edirem ancaq.
SevilenQadin | 2 fevral 2014 22:54 | Status: Şərhçi | Şərh: 384
Allah sene qurban olum gunde neler esitmirik sad
HUSNIYYA | 2 fevral 2014 16:09 | Status: Gümüş user | Şərh: 1 191
Indiki zameneden her sey cixar...
Kikita01 | 2 fevral 2014 15:52 | Status: Şərhçi | Şərh: 392
ESHI INDI YEDIYIMIZ SEYLERIN COXUSU ONSUZDA SAGLAMLIGIMZA ZIYANDIR,XESTELIKLER COXALIR,OMRUMUZU AZALDIR,GETDIKCE OLUMUMUZ YAXINLASIR.
Nigar | 2 fevral 2014 12:17 | Status: Gümüş user | Şərh: 6 063
Videoya baxdim...Baxdiqca insanda heqiqetende pis fikirler oyanir.Bunu nece edirler nece elleri gelir hec bilmirem..Dehwetdi!!!
SEVDA | 2 fevral 2014 01:09 | Status: Nəzarətçi | Şərh: 17 441
2 ay bundan qabaq oxumuwdum bunu saytların birinde.
luce | 2 fevral 2014 00:17 | Status: Professional user | Şərh: 2 922
Indi, her seyde birsey var. Guya yediyimiz, icdiyimiz seylerin hansi temizdir ki...
Sari gelin | 1 fevral 2014 23:45 | Status: Gümüş user | Şərh: 2 439
ne yazacagimi bilmirem .dogrudan da wokdayam .qiyamet gunu yeni bu qeder yaxindadir ?mece ,en yaxwisi ozumuze eziyyet verib evde corek biwirmekdir ..



 qizlarin coxu burda yazib ki biz ev coreyinden istifade edirik .bes colde bayirda olanda acanda ...hansi corekdn istifade edirik ki ???evden torbamizda corek dawimiriq ki .hec kim dukan coreyinden sigortalanmayib ..ne deyek ALLAH onlarin cezasin versin 
RUSTEM | 1 fevral 2014 23:10 | Status: Qonaq | Şərh: 0
biz bazar coreyi yemirik hec kesede meslehet deyil hen durumu hemde keyfiyeti yoxdur  siz bilirsinizmi corek sexlerinde hansi yagdan istifade edirler
Nərmin.bayram | 1 fevral 2014 22:32 | Status: Gümüş user | Şərh: 2 313
AMAN  ALLAHIMM  BU  NƏ .  YAXŞIKI  BİZ  EVDƏ  BİŞİRİRİY  HƏM  TƏNDÜRDƏ  HƏMDƏ  PEÇQADA . HAMINIZA  MƏSLƏHƏT  GÖRÜRƏM  AY  XANIMLAR  ÖZ  ÇÖRƏYİNİZİ  ÖZÜNÜZ  HAZIRLAYIN
M.Aliyeva | 1 fevral 2014 21:24 | Status: Gümüş user | Şərh: 1 970
ALLAH CEZANIZI VERSIN , HALIM PISLEWDI GOR NE GUNLERE QALDIQ , ILAHI . 
seva123 | 1 fevral 2014 21:14 | Status: Qonaq | Şərh: 0
Sitat: Sabahım.
Mən əminəm  Şeh  bacı.-----Çünki  özüm  bişirirəm---necə  deyərlər  əsl  arvadam.Gül kimi  yumşaq   bulka  kimi  cörəklər  bişirirəm    dadınnnan  doymaq  olmur.
Elə  pis  öyrətmişəm  ki   evdəkiləri   tələsik  olanda   belə   mağazadan  çörək  alsaq  belə  orda  qalır  yeyən  olmu

Sitat: Sabahım.
Mən əminəm  Şeh  bacı.-----Çünki  özüm  bişirirəm---necə  deyərlər  əsl  arvadam.Gül kimi  yumşaq   bulka  kimi  cörəklər  bişirirəm    dadınnnan  doymaq  olmur.
Elə  pis  öyrətmişəm  ki   evdəkiləri   tələsik  olanda   belə   mağazadan  çörək  alsaq  belə  orda  qalır  yeyən  olmu

Sitat: Sabahım.
Mən əminəm  Şeh  bacı.-----Çünki  özüm  bişirirəm---necə  deyərlər  əsl  arvadam.Gül kimi  yumşaq   bulka  kimi  cörəklər  bişirirəm    dadınnnan  doymaq  olmur.
Elə  pis  öyrətmişəm  ki   evdəkiləri   tələsik  olanda   belə   mağazadan  çörək  alsaq  belə  orda  qalır  yeyən  olmu

mende hele edirem baci
pirenses | 1 fevral 2014 21:09 | Status: VİP user | Şərh: 1 397
allah corek de yiye bilmiyeceyik..dayi sozum yoxdu..
Sabahım. | 1 fevral 2014 21:02 | Status: Professional user | Şərh: 3 359
Mən əminəm  Şeh  bacı.-----Çünki  özüm  bişirirəm---necə  deyərlər  əsl  arvadam.Gül kimi  yumşaq   bulka  kimi  cörəklər  bişirirəm    dadınnnan  doymaq  olmur.
Elə  pis  öyrətmişəm  ki   evdəkiləri   tələsik  olanda   belə   mağazadan  çörək  alsaq  belə  orda  qalır  yeyən  olmur
nuray2007 | 1 fevral 2014 20:35 | Status: Şərhçi | Şərh: 420
xebere gore sag olun
Nazlı_Kız | 1 fevral 2014 19:13 | Status: Brilliant user | Şərh: 6 473
Hmmm....Xeber ucun cox sagol canim
leyla# | 1 fevral 2014 18:34 | Status: Şərhçi | Şərh: 371
guya yediyimiz her sey temizdi derd coreye qalib ne olsun yeyirik kim olub cinlilere nolub o corekden yeyirler?esiiiiiiiiiiiiiiii bos seydi her seyi ureyinize salmayin
yalniz arzu | 1 fevral 2014 18:19 | Status: Gümüş user | Şərh: 1 759
ÜRƏY AGRISI İLƏ OXUDUM.DEMƏLİ KİTƏK ÇÖRƏK DEYİL YEDİYİMİZ.İÇDİYİMİZ BÜTÜN QİDALARI HAMSINI ARAŞDIRSAN YEQİN Kİ ÇOXLU SAYDA BELƏ FAKTLARLA QARŞILAŞARIG.HEYF......
lauretka | 1 fevral 2014 18:10 | Status: Qonaq | Şərh: 0
dehwetdieee, cay bogazimda qaldi, elebil tuk udmuwam)))) wink wink wink wink wink wink wink
DENIZ QIZI3 | 1 fevral 2014 17:36 | Status: Gümüş user | Şərh: 3 858
biz hec vaxt  corek almiriq ozumuz bisirirk ,basqasinin  bisirdiyini men yeye bilmirem,tesekkurler sheh baci
NaraAzer | 1 fevral 2014 17:21 | Status: Professional user | Şərh: 1 373
Ay Sheh baci bir bunu esitmemisdik,yediyimiz coreyede haram qatillar,amma mence kendde yeni Mastagamizda halal corek satilir en azindan Islam dinine riayet edenler,en yaxsisida evde ozumuz coreyi bisirmekdir.Allah ozu komey olsun AMin!
Gulyar Memmedova | 1 fevral 2014 16:53 | Status: Şərhçi | Şərh: 595
bir corek qalmiwdi onada barmaq uzatdilar.xebere gore sag olun
bayaz gulum | 1 fevral 2014 16:37 | Status: VİP user | Şərh: 1 050
dehsetdi yaxsiki coreyi ozum bisirirem
shela | 1 fevral 2014 16:27 | Status: Gümüş user | Şərh: 2 910
Yaxshi ki ozum bishirirem..teshekkur sheh baci.
Gulus. | 1 fevral 2014 16:24 | Status: Professional user | Şərh: 2 436
Dehset,bele hereket eleyenin Allah cezasin versin.İnsallah.Xebere gore tesekkurler.
Lumia | 1 fevral 2014 15:34 | Status: Professional user | Şərh: 5 378
Sitat: sheh
ayyyyyyyyy nə qədər güldüm, ay Lumuş, Allah güldürsün səni.

 
Teki hemise gulesiz Sheh xala.