Aktual / Xəbəriniz olsun!

Nigar İbrahimovanın ərə getdiyi oğlanın ilk həyat yoldaşı danışdı – Müsahibə+Fotolar

Banu. | 1-11-2013, 13:44
35 734 81


Azadqadin.az-ın məlumatına görə, Medainfo.az xəbər verir ki, dünən tanınmış stilist Nigar İbrahimova Ruslan Musayev adlı şəxslə "Hollivud” şadlıq evində təntənəli surətdə nikaha girib. Toy mərasimində bir çox sənət adamları ilə yanaşı qız evinin qohumları da iştirak ediblər. Gözlənildiyi kimi, adıçəkilən hadisəyə maraq hədsiz olub. Lakin müsbət fikirlərlə yanaşı mənfi rəylər də özünü gözlətməyib. Tezliklə məlum olub ki, təzə bəy bir dəfə nişanlı, bir dəfə isə evli olub və hazırda iki uşaq atasıdır. Faktı dəqiqləşdirmək üçün gecə saatlarında Ruslan Musayevin sabiq həyat yoldaşı ilə əlaqə yaratdıq. Onun açıqlaması bəzi mətləblərə aydınlıq gətirdi.

 

 

- Samirə xanım, gecəniz xeyir, siz Musayev Ruslanla nə vaxt ailə qurmuşdunuz?


 

- "Neon” restoranında təmtəraqlı nişanımızdan sonra 2007-ci ildə "Yeganə” şadlıq sarayında toyumuz oldu. 2008-ci ilin iyun ayının 13-ü Nuray, 2010-cu ilin oktyabrında isə Ayan adlı qızlarımız dünyaya göz açdı. Bizim münasibətlərimiz çox yaxşı idi. Doğrudur, Ruslanın həyatında qadınlar çox olurdu, mübahisələrimiz də bunun üstündə baş verirdi. Amma hər şey qaydasına düşürdü. Bu Nigar ortaya çıxandan sonra gərginlik artdı ailəmizdə. Bu başladı evə gəlməməyə. Yavaş-yavaş ailədən, uşaqlarından soyumağa başladı. Beləliklə, bu il sentyabrın 17-də rəsmən boşandıq. Ruslan tələsirdi elə bil. Tez ayrılmaq istəyirdi. Adətən məhkəmə hər iki tərəfə vaxt verir ki, gedin fikirləşin, bəlkə tərəflər arasında razılıq əldə olundu deyə. Amma bizim məhkəmə satın alınmışdı, nə vaxt verdilər, nə də bir şey. Tələsik ayrılmağımız haqda qərar verdilər. Heç Ruslan özü də gəlib çıxmadı məhkəməyə.

 

 

- Hansı rayonun məhkəməsinin qərarı ilə boşandınız?


- Nərimanov Rayon Məhkəməsinin.

 

- Bəs boşanmaya səbəb kimi nə gətirildi?


 

- Nə gətirəcək? "Münasibətlərimiz düz gəlmir”. Kişilərin bəhanəsi. Hamıya şamil eləmirəm.

 

 

- Sizə təzminat olaraq nəsə verildi – mənzilmi, zinət əşyasımı?


- Yox, yox, mənzil onsuz da yox idi, imkansız ailə idilər, qayınatamın evində yaşayırdıq. Avqust ayından ərizə vermişik boşanmaq üçün. O vaxtdan bəri bir qəpik də olsun aliment verməyib. Darısqallıq olsa da belə, dözürdüm. İki balamı düşünürdüm. Qayınatam da "Gənclik”də ona-buna yük daşıyır, alın təri ilə pul qazanır. Bir az qızıllarım var idi, onları da aldı əlimdən Ruslan. Çox şeylər var, danışmaq istəmirəm sadəcə... Dilimə gətirməyi özümə sığışdırmıram.

 

- Ruslan hardasa işləyirdi?


- Uzun müddət işləmədi. Hazırkı işi var ha, ora da biz düzəltmişik onu – mənim ailəm, qardaşım. Tikintidə "otdelkadr”dır.

 

 

- Keçmiş əriniz Nigar İbrahimova ilə necə tanış olub?


 

- Bilirsiniz, bu çoxdankı tanışlıqdır. Məndən də əvvəlki, hətta Ruslan birinci dəfə nişanlı olanda bu Nigarla tanış imiş. Birinci nişanlısı Vəfa ilə ayrılmasının da səbəbkarı Nigar olub. Zənglər edərək o qızın əsəblərini korlayıb. Elə faktlar var ki, açıqlaya bilmirəm, Bilirsiniz, böyük adamların adları hallanır, başa düşürsünüz? Bunu hamı bilir. Hamı bilir ki, o Nigar hansı yuvanın quşudur. Bir dəfə biz bulvarda hava alırdıq. Onda mən ikinci qızıma hamilə idim. Nigarın "İnfiniti”si var idi onda. Gəlib bulvarda düşdü, yanında da bir oğlan vardı. Ruslan onları görəndə qayıdıb dedi ki, siz də məni bağışlayın, buna bax, bu q...ə vaxt var idi mənimlə gəzirdi, indi dostumla gəzir. İndi həmin q...əni özünə arvad edən də bu o...ş Ruslandır.

 


- Düşünürsünüz ki, sizdən ayrılan keçmiş əriniz Nigar İbrahimova ilə maddi marağa görə evlənib?


- Əlbəttə. O alfonsdur. O, məndən də çox istifadə elədi. O, Nigarı puluna görə aldı. Ümumiyyətlə, Ruslangilin durumu çox zəifdir.


- Samirə xanım, fikrinizdən belə çıxır ki, Nigar İbrahimova Ruslanın ailəli, hətta iki qız atası olduğunu əvvəlcədən bilirmiş?


-

Əlbəttə. Bizi Nigar ayırdı. Ailəmi o dağıtdı. Nigar bilirdi ki, Ruslan ailəlidir, arvad-uşağı var, amma onunla yenə də gəzməkdə davam edirdi. Hələ bu azmış kimi, Ruslanla bərabər qohumlarının evlərinə də gedirdi. Bax o belə tərbiyəsiz qadın olub. Onu el-aləm tanıyır, təkcə mən tanımıram ki. Ay başına dönüm, nooldu bu qədər tanınmışlar evləndi, amma bu qədər abardılmadı. Nigar niyə belə abartdı hər şeyi?

 


- Bəlkə elə bu ayrılıq yaxşılığa doğru imiş?


- Allaha min şükür. Bilirsiniz, mən heç də yanmıram. Bizim nəsildə boşanan olmayıb. Olsa da, nə boşanan qadın ərə gedib, nə də arvadı ölən kişisi yenidən evlənib. Uşaqlara görə narahatam. Nuray uşaqdır, heç nə başa düşmür, amma Ayan hər şeyi anlayır. Sizinlə bir jurnalist kimi yox, bir qadın kimi danışıram. Boşanmaq ayıb deyil. Amma hər şeyin bu dərəcədə olması uşaqlara həddindən çox mənfi təsir göstərir. Balaca qızım tez-tez atasını xəbər alır... Bilmirəm ona nə cavab verim. Hər atası haqda danışanda mən Ruslanın yerinə xəcalət çəkirəm, inanın Allaha, elə bilirəm ki, bu iyrənc əməli mən tutmuşam... Ancaq inanın ki, bu, belə davam etməyəcək. Nigar onun dalından elə təpik vursun ki. Alfonsdur da. Nigarla puluna görə evlənib. O Nigarın müsahibələrini oxuyun, deyir ki, 7-8 aydır birlikdəyik. Biz sentyabrın 17-də boşanmışıq. Necə olur bəs bu? Deməli, Ruslan ailəli ola-ola görüşürdülər.


- Ruslan boşanana kimi sizinlə bərabər yaşayırdı?


- Bəli. Bizimlə də qalırdı, gəlib-gedirdi də. Mən anamgilə gəlib-gedirdim, şəraitsiz idi qayınatamın evi.

 


- Harda yaşayırdınız?


- Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində.

 

- Özünüz hardasa işləyirsiniz?


- Xeyr, psixologiyanı bitirmişəm, amma heç yerdə işləməmişəm.

 

- Bundan sonrakı həyatınızı necə qurmağı planlaşdırırsınız? Çətin olar iki uşaqla sizə. Amma alimenti tələb etmək hüququnuzdan istifadə edə bilərsiniz.


- Əlbəttə istifadə edəcəyəm. Ona mesaj yazdım ki, ay alçaq, bu nə iş idi gördün? Yaxşı kişi o mesajları qəbul etməzdi, amma Ruslan etdi. El içində necə gəzəcək? Bu şəhərdə on nəfərdən beşi Nigardan danışır. İki nəfəri makiyaj edir deyə, ayıblarını pulla örtəcəyini düşünür? Mənim ailəmi dağıtdı o Nigar. Yuva yıxanın yuvası olmaz.

 

- Sabiq ərinizin uşaqlarla görüşünə imkan verəcəksinizmi?


 

- Mən o tərbiyəsizin yanına qızlarımı buraxa bilmərəm. O cür tərbiyəsizdən nə götürəcəklər? Bu, belə davam etməyəcək. Nigar onu "peşka” yerinə qoyacaq. Deyəcək, dur, bu da məcburiyyət qarşısında duracaq, deyəcək, otur, o da oturacaq. Nigar ona toydan sonra maşın alacağına da söz verib. Mən hər şeyi Allaha həvalə eləmişəm.

Onu da deyim ki, Ruslanın bacısı bizim toyda geyindiyi paltarı qardaşının ikinci toyunda da geyinib.Elə bil əhd eləyib ki, bu paltarı qardaşımın toylarında geyinəcəm.


Dünən toyu olan Nigar İbrahimova danışdı, bu yazılanlara cavab verdi - Burada

 


 

 

 

 

 


SABINA | 30 aprel 2014 10:49 | Status: Professional user | Şərh: 7 410
bezdik daha
Gulshen. | 20 fevral 2014 20:27 | Status: Qonaq | Şərh: 0
Ozleri biler eeee

Ozleri biler eeee
jale yagmur | 10 noyabr 2013 11:54 | Status: Qonaq | Şərh: 0
olsunde nigar olsun iki gozel balani atasiz qoydu nece exlaqsiz qadinmiw hec vaxt xowbext oolmayacaq nece yuva yixdi elede oz yuvasi yixlacaq
nazli qizam | 7 noyabr 2013 16:45 | Status: Şərhçi | Şərh: 68
ozu biler esii
2 kalp | 7 noyabr 2013 10:25 | Status: VİP user | Şərh: 1 280
OZ/LERI BILER
FƏRHAD | 7 noyabr 2013 10:16 | Status: Qonaq | Şərh: 0
bu oğlana yazığım gəlir.sən özunu bədbəxt elədin.bir kişi ki özündən imkanli qadinla ailə qurur o kişi özunu öldürsə ondan yaxşıdır.
KasIb qIz | 6 noyabr 2013 21:50 | Status: Şərhçi | Şərh: 254
Raziyam.Gelinlik temiz qiza yarasir.Gelinlik geline yarasmir!
Sitat: Milashka-ava
Aile dagidanin ailesi olmur. Bu Nigar kuceden gelib guya arvad olacaq? Ar olsun sizler, aileler dagidirsiniz. Guya gelin paltar geyinmekle ozunu, kecmishini sile bileceksen? Yere soxum seni.

Ev-aile dagitmaq ne vaxtdan shexsi ish olub? Hec qirmizi lentide yoxdur, melumdurda el-aleme ))

Ay Vetenperver, gezeyen qadinlar kishileri elde saxlamagi bilir, ev xanimlari yox ))) Mecazi menada. O qeder kishi gorurler axir kishi psixologiyasin oyrenirler )))
ALLEGRETTO | 6 noyabr 2013 19:45 | Status: Gümüş user | Şərh: 2 218
İNSAN NƏ QƏDƏR KASIB İMKANSIZ YAŞASADA ÖZ ŞƏXSİYYƏTİNİ MƏNLİYİNİ KİŞİLİYINI QORUYUB SAXLAMALIDIR !..MƏN RƏHMƏTLİK BÖYÜKLƏRİMDƏN BELƏ TƏRBİYƏ GÖRMÜŞƏM.. 5 MANAT ARTIQ PULA YAXUD MAŞINA GÖRƏ ÖZ AİLƏSİNİ KÖRPƏ QIZ UŞAQLARINI ATAN KİŞİYƏ KİŞİ YOXEE HEÇ İNSAN DEMƏYƏ DİLİM GƏLMİR !.P.S ŞƏXSƏN MƏNİM QOHUMLARIM ARASINDA YÜKSƏK VƏZİFƏ TUTAN BANK SƏDRİ..DÖVLƏT NEFT ŞİRKƏTİNDƏ..VƏZİFƏ SAHİBİ OLAN İNSANLAR VAR .HƏTTA.BU QOHUMLARIN PREZDENTLƏ BİRGƏ ŞƏKİLLƏRİ VAR ..AMMA MƏN HEÇ ZAMAN QOHUMA QONŞUYA AĞIZ AÇMAMIŞAM HANISA BİR İŞLƏ ƏLAQƏDAR .!SADƏCƏ BU MƏNƏ ƏSKİY İŞ KİMİ GƏLİB ..EHTİYACIM YOOX KİMSƏYƏ GÖYDƏ ALLAHDAN YERDƏ AİLƏMDƏN BAŞQA!
Milashka-ava | 5 noyabr 2013 23:00 | Status: Qonaq | Şərh: 0
Aile dagidanin ailesi olmur. Bu Nigar kuceden gelib guya arvad olacaq? Ar olsun sizler, aileler dagidirsiniz. Guya gelin paltar geyinmekle ozunu, kecmishini sile bileceksen? Yere soxum seni.

Ev-aile dagitmaq ne vaxtdan shexsi ish olub? Hec qirmizi lentide yoxdur, melumdurda el-aleme ))

Ay Vetenperver, gezeyen qadinlar kishileri elde saxlamagi bilir, ev xanimlari yox ))) Mecazi menada. O qeder kishi gorurler axir kishi psixologiyasin oyrenirler )))
Qaracaqiz | 5 noyabr 2013 22:47 | Status: VİP user | Şərh: 1 882
Hansisa bir qadina gore esil kisi oz ailesini daqitmaz.Bu qadinin ve gunahsiz korpelerin ahi hem Nigari hemde o eclafi tutacaq.
alonuwka | 5 noyabr 2013 22:43 | Status: Qonaq | Şərh: 0
oglanin uzunden zehrimar yagir
_Peri_ | 4 noyabr 2013 23:01 | Status: Gümüş user | Şərh: 1 662
oz wexsi heyatlaridir.....ozleri biler...
Silvara | 3 noyabr 2013 15:45 | Status: Şərhçi | Şərh: 215
Sitat: Namlet
kişisen

hmm bu müəmmalıdır uje
QAR DENECIYI | 3 noyabr 2013 13:33 | Status: Şərhçi | Şərh: 425
HEC DE MARAQLI DEYIL MENIM UCUN BASQASININ HEYATI
shela | 3 noyabr 2013 00:24 | Status: Gümüş user | Şərh: 2 910
maraqli gelmir de mene nedense
Namlet | 2 noyabr 2013 21:14 | Status: Qonaq | Şərh: 0
ayib olsun ruslan sene arvad almaq asandi atasan eeee kişisen hec olmasa o iki qqizin talehin fikirleşeydin heeee kişilere aiddi ruslan kimi kişiye kişi varin itirer dovletin itirer amma qadin qarşisinda qururun yok sen bura şekil atmisan haaaa o qadini niye masqalamisan hee aciq gorkediydinde nigar esl namuslu qadin olsaydi deyerdi ovladinida saxla omuda alardi nakişi kişi ruslan
yolka | 2 noyabr 2013 15:28 | Status: Qonaq | Şərh: 0
nisani qiz evi edib,oglan toyunada yeqin beh almayiblarda,birde inaniram xanima,pullunu gorub usaqida unudub,beleleri coxdu,
ww.ss | 2 noyabr 2013 14:30 | Status: VİP user | Şərh: 695
Byabrciliqdirrr
Vetenperver | 2 noyabr 2013 13:12 | Status: Professional user | Şərh: 6 699
Sitat: Lady Nara
Amma yenede esl kisi ailesini,xanimini ve usaglarini basqa bir qadina satmaz,o ki qaldi evinde iki qiz usagi boyuyur,bu qadina ve korpe qizlarina kimin baxacagini,onlarin nece olacaqlarini dusunurmu? Xanimin pisiydi bes usaqlarin? Eger bir qadin usaqlarina gore bir kisiyle mecburi omrunu curudurse,bes neye gore bir kisi ovladlari ucun bunu ede bilmir.

Qismən razıyam.Burda söhbət daha çox kişidən yox əsl atadan gedir. Boşanmaq normal bir hadisədir,amma boşanandan sonra əsl ata öz övladlarına aliment verməkdən boyun qaçırmamalıdır.Əsl anada uşaqlarının atası ilə görüşdürməkdən imtina etməməlidr.Boşanandan sonra çox vaxt qadınlar uşaqların baxırlar amma təəsüf ki bəzi kişilər uşaqlarını unudurlar,aliment vermirlər.Satmaq məsələsinə gəlincə isə boşanıb başqa qadınla evləmək normaldır,bu satmaq deyil.Burda Ruslanın qınalılası hərəkəti uşaqlarına aliment verməməsi və vizajistlə evlənməsi olub.Aliment versə idi və başqa qadınla evlənsə idi qınanılmazdı.
Lady Nara | 2 noyabr 2013 11:27 | Status: VİP user | Şərh: 1 026
Aile isini bilmek olmur.Kimin haqli oldugunu Allah bilir.Amma yenede esl kisi ailesini,xanimini ve usaglarini basqa bir qadina satmaz,o ki qaldi evinde iki qiz usagi boyuyur,bu qadina ve korpe qizlarina kimin baxacagini,onlarin nece olacaqlarini dusunurmu? Xanimin pisiydi bes usaqlarin? Eger bir qadin usaqlarina gore bir kisiyle mecburi omrunu curudurse,bes neye gore bir kisi ovladlari ucun bunu ede bilmir.Demeli hami terefinden qebul edilmelidir ki biz qadinlar(bezilerinden basqa) kisilerden de menevi cehetden guclu ve dozumluyuk!!!
Vetenperver | 2 noyabr 2013 10:31 | Status: Professional user | Şərh: 6 699
Sitat: TENHA_MELEK
Sitat: Vetenperver
Sitat: leyla meherremova
Yaxşı kişi arvadının ailəsinin qədrini bilər,özünü düşünməz...

Bunlardan iraq amma yaxşı arvadda ərini özünə çəkməyi bacarar ki əridə başqası ilə evlənmək fikrinə düşməsin.

MEN LEYLA XANIMLA TAM RAZIYAM.
VetenperverSIZINLE ISE RAZI DEYILEM QADIN NE QEDER KISININ YANINDA YAXSIDA OLSA ,ONUN QULUDA OLSA KISININ KOR OLMUS GOZLERI HEMISE KUCE QADINLARINDA NAMUSSUZ QADINLARDADIR,HEC BIR KISI OZ NAMUSLU,USAININ ANASINA,EVININ TEMIZ ADLI QADININ YANINDA OLMURRRR!!!!!!

Gözü küçə qadınlarında olmağıda çox vaxtıda arvadından aslıdır.Birdə ki mən evlənməyi dedim gözü orda burda olmağı demədim.Yəni yaxşı bacarıqlı arvad gərək ərini özünə çəkə bilsin ki əridə başqası ilə evlənmək fikrinə düşməsin.Burda evlənməkdən gedir söhbət.Diqqətli olun.

Sitat: TENHA_MELEK
HEC BIR KISI OZ NAMUSLU,USAININ ANASINA,EVININ TEMIZ ADLI QADININ YANINDA OLMURRRR!!!!!!

Bu nə deməkdir???Siz nə dediyinizi özünüz bildiz?

Sitat: Sumeyye
sendeki hemise kisilerin terefin saxla. bu ele evelden gezen olub oxumadin?

Oxumuşam,dedim axı bunlardan iraq,bunlardan misal çəkmirəm.Bunu gərək nəzərə alardın.

Sitat: Sumeyye
ay qizlarimiz aile qurmadan once min olcub bir bicin ki sonra pesman olmayasiz.

Qabaqcadan çoxda bilmək olmur.Bunun üçün gərək bir yerdə yaşayalar ki buda mümkün deyil.
Zara 87 | 2 noyabr 2013 09:12 | Status: Qonaq | Şərh: 0
qizin atasi vere bilmezdi ki o mekanlarin pullarini?azdi meyer eleleri?
XeyaleR | 2 noyabr 2013 01:03 | Status: VİP user | Şərh: 573
Nedense bu qadinin dediklerine inanmagim gelmedi,o vaxtlar neon da yeganede xod geden restoran idi,eger oglan kasib idise bu restoranlarda toyu niwani nece edib???
rosee | 2 noyabr 2013 00:55 | Status: Professional user | Şərh: 1 850
agzim aciq qaldi wassat
Nurus. | 2 noyabr 2013 00:10 | Status: Brilliant user | Şərh: 6 982
Sitat: Nermine1
NE DEYİM.....BAXAQ AXİRİ NECƏ OLACAQ BU İŞLERİN
ŞokaLaTovA PeÇeNyA. | 1 noyabr 2013 23:21 | Status: Gümüş user | Şərh: 2 059
Oz isleridi qarismiram onsuz camatin problemi basindan asir
HUSNIYYA | 1 noyabr 2013 22:23 | Status: Gümüş user | Şərh: 1 191
Sitat: Nermine1
NE DEYİM.....BAXAQ AXİRİ NECƏ OLACAQ BU İŞLERİN

YUVA DAGIDANIN YUVASI OLMAZ...
su peerisi | 1 noyabr 2013 22:21 | Status: Gümüş user | Şərh: 955
Kisi eclafdir.Deyek ki,arvadin pis idi,bes balalarin?Kiminse bedbextliyi uzerinde oz xosbextliklerini qura bilmeyecekler.
Sari gelin | 1 noyabr 2013 22:16 | Status: Gümüş user | Şərh: 2 439
vallah men ozumu alcaldib erim haqda ,uwaqlarimin atasi haqda bele pis sozler demezdim ./.hec ne demezdim ,guya bu xanim bele daniwmaqla RUSLANI elde edecek?esla..eksine daha da nifret qazandi ..RUSLANA geldikde ise duz elemeyib .uwaqlari var ,her weyi uwaqlarina qurban edeydi gerek ..heyif bir aile dagildi ..
drop | 1 noyabr 2013 22:12 | Status: Gümüş user | Şərh: 2 448
qadin da ele toy gunu cixartdi meseleleri ortaliga.. geden getmiwdir, arxasindan qara daw