Aktual / Xəbəriniz olsun!

Falçı Almaz və onun 200 manatlıq xoşbəxtlik duası (gizli söhbət)

Azadqadin.az | 25-10-2013, 15:57
18 751 56

 


Falçı Almaz: "Yuxarılardan elə adamlarla işləyirəm ki…”

Mistikadı, nədi, bilmirəm; nədənsə, hər dəfə bir əskiklik çıxır. Bu qədər təsadüf ola bilməz!!! Axı, ümumiyyətlə, təsadüflər olmur. Bu dəfə də alınmasa, artıq Almaz xanımın vergili olduğuna zərrəcə şübhəm qalmayacaq.
Düz üç gün-üç gecə redaksiyamızda o əməkdaş qalmadı ki, Almaz xanıma müxtəlif adlar və nömrələrlə zəng edib, görüş qoparmağa çalışmasın. Hər dəfəsində görücümüz sanki niyyətimizdən duyuq düşüb, telefonu üzümüzə qapayırdı.
 
Sürücü mistikanı "korladı”
 
Nəhayət, bir neçə gündən sonra budur, son gümanımız gələn sürücümüz işi yoluna qoya bildi və… Falçı Almazın "hə”sini aldı.

Allahsaxlamış olmasaydı, az qala, bütün bu müəyyən zərurətdən doğan təsadüflərə uyub baxıcılığa nəinki inanmağa, hətta baxıcılığa başlaya bilərdim. (Ay can-ay can, nə qaz vurub, qazan doldurmaq olar!)
Xahiş edirəm, ciddiyətimə inanın. Burda çətin nə var ki?! Almaz xanım demişkən, TV-lərdə piarına 3-4 min xərc çəkib, abır-həyamı qatdalayıb dal cibimə qoyur və baxıcılığa başlayıram. Hələ bir az təcrübə yığıb, babat "day-day” tapdımsa, bir az da üzərimdə işləyib, özümə prodüsser götürə bildimsə, var ya, Zirəddin-zad yanımda qələt edər. Olaram bu ölkəninn bir nömrəli baxıcısı… Yox, ekstrasensi.


Qorxdum ki, birdən məni öldürərlər

Belə məşəqqətli yollardan keçib, Almaz xanımın telefonda tərif etdiyi ünvana çatdıq. Sağ olmuş, qonşusunun balkonundan yarıya qədər sallanıb bizə əl eləyərək, yuxarı çaqırdı. İşdən sonra getdiyimizdən, 8 yaşlı oğlumu da özümlə götürmüşdüm. Oğlumu maşında qoyub qalxdıq "müqəddəs ocağa”.
Qonşudan çıxıb, üzümüzə gülə-gülə evinin qapısını açdı. İçəri keçdik. Dəhlizdə işıq olmadığından, ayaqqabılarımızı qaranlıqda əl havasına çıxarmalı olduq. İçəri keçə-keçə dedi:

- Qorxduz, hə? Mən də Moskvaya ilk dəfə gedəndə axşam binanın bloku belə qaranlıq idi. Qorxdum ki, birdən məni öldürərlər.
Yenə bayaqkı kimi gülüb, mənasız söhbəti qapatdı.
Evin aurasından, toz-torpaq və havasızlığından hiss elədim ki, burda daimi yaşayış yoxdu. Yanılmamışdım. Özü də dedi, daha doğrusu, minnət qoydu ki, bəs bu gün Moskvaya gedəcəkmiş, bizə görə yolçuluğu təxirə salıb. Ümumiyyətlə, konkret bir yerdə qalmadığını, işi ilə bağlı daha çox Moskvada yaşadığını, elə bu günlərdə də orda bir televiziya verlişinə dəvət aldığını birnəfəsə döşədi. Bir az daha üyüdüb-tökdükdən sonra stolun üstündəki kartları götürüb, bir-bir aça-aça kim olduğumuzu, nə niyyət tutduğumuzu soruşdu.
 
Mənim yalançı ərim

 
Sürücümüz mənə aman verməyib, Almaz xanıma cavab verdi:
- Bizim uşağımız olmur, yola getmirik, heç nədən qan-qaraçılıq düşür evimizə. Bu, dəhşət qısqanclıq edir, daşa-divara da qısqanır məni…  

Beləcə, oxuyub-görüb öyrəndiyi mutsuz bir ailə tablosu uydurub çizdi. Heç cür susub kirimirdi ki, xanım işinə başlasın.

- Yoldaşım (məni göstərir) müəllimədi, - "qarabaxt ərim” (bundan sonra dırnaqsız, – red.) davam elədi, - özüm də taksi şoferi…

Qarabaxt ərimin fantaziyası artıq məni əsəbiləşdirirdi. Özünün də dediyi kimi, yola gedə bilmədiyimizi fürsət bilərək üstünə qışqırıb, az danışmasını tələb elədim. O da öz növbəsində vəziyyətdən yararlanıb mənimlə əməlli-başlı davaya qalxdı. İyicə dalaşqan ər-arvad havasına girmişdik.

 
Hamısı cadu-əməldəndir

Xoş niyyətli Almaz xanım mübahisəmizi kəsdi, düzdüyü kartlara diqqətlə baxıb, gözəgörünməzliklərdən gördüklərini dilə gətirdi :
- Vaayyy, sizin gününüz bax beləcə, dava-dalaşla keçir. Bir-birinizi dəlicə sevməyinizə baxmayaraq, xoşbəxt ola bilmirsiz. Hamısı da sizə edilən cadu-əməldəndir. İncimə, qardaşım, mən düzünü deməliyəm. Sizin xoşbəxtliyinizə mane olub cadu edən də sənin ailəndi. Ailən bu qızı ilk gündən qəbul etmək istəməyib. Onların dediyi qızı yox, bunu aldığına görə. Bu yazığın heç bir günahı yoxdur.Uzaqda qohumunuz var, hə? Bir də cavan qohumunuz rəhmətə getməyib?

Ərimin susduğunu görüb əlavə edir: - Nə vaxtsa…
 
Biləsuvardan paqonlu bir müştərim var...

Qarabaxt ərim bu saçma-sapanı da təsdiqləyir.

- Həm də sənin qaranlığın var. Sükan arxasındamı deyim, yol üstündəmi-nə, maşında xətər görürəm sənə. Özü də xətəri bel hissəndən alacaqsan. Bu əməli üstündən təcili təmizləməliyəm. Yoxsa, axırın qaranlıq görünür. Başdan-ayağa nəzər, əməl-cadu içindəsən. Haralısız?

- Biləsuvarlı.

- Biləsuvardan bir paqonlu müştərim var. Mənim üçün eləmədiyi şey qalmayıb.

Yuxarılardan elə adamlarla işləyirəm ki…

Kimliyini soruşuruq, gülə-gülə: "Demərəm axı. Mən nə bilmi ki, siz onun qohumu, qonşusu deyilsiniz?! – deyir. - Mən elə işləsəm, müştərilərimi itirə bilərəm. Yoxsa yuxarıdan elə adamlarla işləyirəm ki, adlarını çəksəm, diliniz quruyar”.
 
Sürücümüz əndazəni necə aşdı

Kartları yenidən qarışdıra-qarışdıra diqqətlə üzümə baxır:

- Ailədə altı bacı-qardaşsız. – Özümü bir sifətə salıram ki, guya təəccübdən nitqim quruyub (əslində isə 4 nəfərik) və bu öncəgörümünü başımla təsdiqləyirəm. Qalib ədasıyla bic-bic gülüb davam edir: - Açığını deyim ki, yaman xoşuma gəldin. Çox gözəlsən. Ürəyin də tər-təmizdi.

Artıq oyuna başladığını görüb (mən də bu məqamı gözləyirdim) söhbətə keçid alıram. İçəri girəndən diqqətimi çəkən üstü kart şəkilli maraqlı koftasını hardan aldığını soruşuram.
- Bunu mənə Moskvada bağışlayıblar.

Ərim başlayır xanıma komplimentlər deməyə. Xanımın üzündə güllər açır. Təvazökarlığa keçir.

- Qocalmışam hələ. Baxın, başımda bir dənə qara tük yoxdu. Rənglə-zadla gizlədirəm. Elə bil, heç 28 yaşım yoxdu, qoca qarıyam.

Get-gedə komplimentlərin dozasını artıran ərimin yaradıcı fantaziyası aşıb-daşır:

- Bax, indi sizə tərif  deyirəm, bu zalımın qızı bunu da qısqanır. – Söz Almaz xanıma necə ləzzət eləyirsə, ağzı gedib qulaqlarının dibinə çatır və qəfildən yerinə qayıdanda başlayır qışqırmağa:
 
Kukla kimi ər
 
- Bu nə deməkdir?! Sən də mənim qardaşım. Mənə belə söhbətlər etmək olmaz! Mənim kukla kimi ərim var. Buna görə heç vaxt kişilər tək gələndə baxmıram. Deyirəm ki, gedin, xanımla gəlin. Mən belə müştəriləri iti qovan kimi qovuram. Yığışdırın bu söhbətləri!!!

Birtəhər aranı sakitləşdiririk. Anidən qızışdığı kimi, anidən də sakitləşir. Qayıdır kartlara. Mənə üzünü tutub deyir:

- Bacı, narahat olma. Sizin taleyinizdə bir oğlan, bir qız görürəm. Özü də bu, səni dəlicə sevir. Başa düşürəm, qısqanclığı sevgindəndi, amma narahat olma, sizin üstünüzdəki əməl-cadunu götürüb təmizləyəcəm. Sonra xoşbəxt də olacaqsınız, balanız da olacaq.
 
Xoşbəxtliyimizin xərci
 

- Bizim xoşbəxtliyimizin xərci nə qədər olacaq?

- Nəyə gücünüz çatar?

- Baxıcı sizsiniz, mən nə qiymət deyim? Görürsünüz ki, elə də güclü imkanımız yoxdu.

Elə bil, adamın atasının goruna söyürəm.

- Baxıcı-zad nədir? Mən ekstrasensəm.


Bizim işimiz narkozdur
 

- Cindar əməli var, molla duası var. Cindarlar yalandan Quranı tutur üzünə, artistlik edir, mollalar xristian üsulu ilə, bax, mənim kimi kartla baxır. Mənim heç bu karta da ehtiyacım yoxdu ee, hissiyatımla baxıram. Sən içəri girəndən bütün ruhunu oxumuşam. Məlumatlar mənə birdən, özü də çox gəldiyinə görə, kartı da açıram ki, onların üstündə fikrimi cəmləyəm. Cindarların əməlinin təsiri tez keçir. Elə bil, analgin-dimedrol kimi bir şey. Amma bizimki narkozdu.

- Deməli, belə çıxır ki, sizinki də müvəqqətidi də.
 

Almaz xanımın canavarla döyüşü
 

- Əlbəttə, daimi heç nə yoxdu. Biz ekstrasenslər heyvanlarla işləyirik. Canlı heyvanlarla. – Almaz xanımın bu sözündən sonra bu dəfə doğurdan əlim üzümdə qalır. - Bəs nə, səni heyvanın üzərində canlandırıb işləyirəm. Əl-ayağıma baxın. - Qollarını çırmalayır. Bir-iki yerdə yüngülvarı cızıq görünür.

Dediyiə görə "iş” prosesində canavarla əlbəyaxa olubmuş.
 
Mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz?


Bu arada maşında qalan oğlum durmadan zəng edir. Əslində bu mənim işimə yarayır, çünki danışmağı bəhanə edib telefonla onun şəkillərini çəkirəm. Yoldaşım da aramsız gələn zənlərdən qısqanclıq krizinə girir. Yenidən mübahisəmiz düşür.

Baxıcımız yenə başlayır bizi sakitləşdirməyə:

- Mənim yerimə olsan neynərsən bəs?! Ərim gözümü açmağa imkan vermir. Onsuz bir addım da ata bilmərəm. 23 yaşımdan efirlərdəyəm. Hər dəfə iki addımlığımda oturur. Efirdə mənim bir kişiylə görüşüb öpüşdüyümü görmüsüz?

Dilim dinc durmur:

- Rəşid bəylə çox mehriban davranırdınız axı.

 
"ANS”dən Elgizdi…
 
- Əşşi, o, qoca kişidi, - gülür, - onun qısqanılası nəyi var? - Telefonuna zəng gəlir. Söndürür. - "ANS”dən Elgizdi. Efirə dəvət edir. Bayaq da "Lider”dən Xuraman dəvət eləmişdi. Vaxtım olmur. Bax, görürsüz, mənim buynuzum qızıldan deyil ki?! Tamaşaçı məni tələb edir deyə, çağırırlar. Reytinqim var axı. Yoxsa adamlar var ki, bir proqrama çıxmaq üçün TV-lərə 2-3 min pul verir.

TV demişkən, divardakı diplomları göstərib, gözümə ilk dəyən "Lider”in "Ekstra hiss” proqramının diplomuyla bağlı soruşuram.

 TV-lərdə yerlər pulla satılır

- Bunlar hamısı boş şeylərdi. Yerlər puluynan satılır. İstəsəm, mən də birincilik diplomu alardım. Amma mənim belə şeylərə ehtiyacım yoxdu. Hələ bu nədi, rayondakı evim doludu diplomlarla.

 
Falçı Yeganə bacarmadı, mən həll elədim


 
- Düzünü deyin görüm, məndən əvvəl hansı məşhurların yanına getmisiz?

- Yeganənin.

Məzhəkəçi tərzdə gülür:

- Nə qədər vermisiz ona?

- 1500 istədi.

- Ay əlinə dönüm! O, elə yüksək qiymət oxuyanda elə sevinirəm ki! Zəng edib deyirəm ki, əllərindən öpürəm. Bir nəfər ona beş dənə brilyant vermişdi, işini düzəldə bilməmişdi. Mən üç minə həll elədim.

- Axı o qaranti vermir. Bir də bizə deyib ki, Allahşükürün hesabına işləyir.  Düz deyir?
 
Mənim arxamda MTN, MVD durub
 
- Mən onu pisləyə bilmərəm heç vaxt. Həkimlər var ee, yanına başqa həkimin resseptini aparanda deyir, "kül başına, qanmır-filan”. Mənim elə xasiyyətim yoxdu. Mənə nə - onu kim qoruyur? Ona qalsa, mənim dalımda  MTN, DİN dayanıb. Onların nəzarətində işləyirəm.

Yoldaşım soruşur:

- Nadim var ee, efirə də tez-tez çıxır. Onu da tərifləyirlər. Məsləhətli baxıcıdı? Mən taksi sürürəm axı, olur ki, müştərilər məndən baxıcıları soruşur. Bir də sizin nömrənizi verə bilərəm onlara?
 
Nadimi mən gətirmişdim, mən də qaytardım
 
- Çox safsınız ee, efirdən hər gördüyünüzə inanırsınız (gülür). Nömrəmi də ki, verməyinə ver e, amma mən çox vaxt burda olmuram. Şəmkir uşaqları tez-tez aparır məni Moskvaya.

- Babat pul verirlər barı?

- Allah qəbul etsin, pis deyil. Amma olur ki, bir qəpiksiz gedib-gəlirəm.

- Niyə?

- O yerə ki burnum girmir, başımı nətəri soxum? Yaxşı müştəri olsa, nömrəmi verin, skaypla baxaram. Onsuz da demək olar ki, son vaxtlar ancaq internetdən işləyirəm. Skayp ən rahatıdı. Nadimə gəlincə, onu Moskvadan mən gətirmişdim, burda da qabağa mən çəkdim. Özünü yaxşı aparmadı, dalına təpiyi qoyub yolladım yerinə. Mənim qızlarım ondan yaxşı baxır.
 
Burda da vəzifə irsən keçir
 
Qızlarını çağırır. Biri beş, o biri səkkiz yaşlarında olan iki gözəl qızı gəlir. Böyük qızına deyir:

- Bunlara bax, gör, nə deyə bilərsən? Çox qısa, bir-iki cümləylə.

Qız yoldaşıma baxıb deyir:

- Sənin maşının var?!.

Anası müdaxilə edir:

- Nə görürsən maşınında, nə gözləyir bunu maşında?

Qız sözü göydə tutmuş kimi deyir:

- Qaranlığın var, qəza edəcəksən.

Qızını öpür:

- Gedin, sakitcə oturun divanda, kompüter oynayın.

Qızlar sevincək qaçırlar.
 
Adambaşına iki yüz manat və xoşbəxtlik!

 
- Başqa nə dərdiniz var? Danışın, mənə baxmayın, mən danışmağı sevmirəm. Daha çox dinləməyi xoşlayıram. Yox, əgər başqa probleminiz yoxdursa, gedə bilərsiz.

Duaları nə vaxt götürə biləcəyimizi və qiymətini dəqiqləşdirmək istəyirik.

- Baxıram, kasıb adamsız, həm də bir-birinizi çox sevirsiz. Allah bərəkət versin. Hərəniz iki yüz manat verərsiz. Lap indi verin, sabah saat doqquzda gəlib duaları götürün.
 
Bəs harda qalmısan? Tez ol, gəl evə!
 
İşin müharibəli yerinə gəldiyimizi anlayıb yoldaşıma deyirəm:

- Sən düş maşında gözlə, mənim xanımla söhbətim var. Bir azdan mən də gələcəm.

Yoldaşım çıxır. Bu vaxt Almaz xanım da ərinə zəng edir. Və başlayır qışqırmağa ki, bəs harda qalmısan? Tez ol, gəl evə!

Danışa-danışa keçir o biri otağa.
 
Məni bir qüvvə qoruyurmuş
 
Anasının çıxdığını görən kiçik qızı qaçır yanıma. Diqqətlə üzümə baxıb şirin-şirin gülümsəyir. Təbii ki, mən də öz növbəmdə uşağı cavabsız qoymuram. Birdən uşaq deyir:

- Sənin başında tez-tez ağrılar olur. Bir də bir qüvvə səni həmişə qoruyur.

Uşaq anasının gəldiyini görüb qaçır yerinə.

Bu mənzərədən çox təəsirlənmiş halda yerimdən qalxıram. Almaz xanıma baxıb o an ürəyimdən keçən sözlərin hamısını udqunaraq əridib yox edirəm. Əvəzində bayaqdan fikrimdə təkrar etdiyim sözü soruşuram:

 Oğlumun əlləri
 
- Otuz manat.

Gözləyin, düşüm, ərimdən alıb gətirim. Dualar üçün də sabah gələcəyik.

Yorğun və hüzünlü halda pillələri enirəm. Təbii ki, "ərimdən” o pulu almıram və geri də qayıtmıram. Amma…

Yol boyu gülümsəyən o körpənin yaddaşıma güllə qəlpəsi kimi girmiş məsum üzü gözlərimdən getmir. Bu xəyaldan məni bayaqdan fərqində olmadan əlini bərk-bərk sıxdığım oğlumun "ana, ağrıdırsan ”sözü ayırır. //axar.az

qeribler | 7 oktyabr 2016 11:17 | Status: Qonaq | Şərh: 0
camati bele soyularda smirk
guel | 1 aprel 2016 13:18 | Status: VİP user | Şərh: 475
Buna inanib bunun yanina gedenler,ele bunun tayidir. Cahiller
B.Fereh | 24 mart 2016 00:11 | Status: Nəzarətçi | Şərh: 6 975
Xesssteeee............
Wiyinn | 14 mart 2016 12:45 | Status: VİP user | Şərh: 889
MENDE OXUMADIN FALCIYA INANMIRAM BI ADAM VAR YASADIGIM YERDE GELDILER ALDADDILAR DEDILERKI USTUZDE DUA VAR QIZILINI VER AXSAM GETIRECEM 7 8 GUN KECDI QIZ POLISE VERDI BIDENE ZENG GELDIKI RUSYAYA GEDIBLER
milashka_167 | 9 noyabr 2015 22:20 | Status: VİP user | Şərh: 1 452
Sitat: dılay
oxUmadIm. Twk

Getsin hele agzinda sozunu danişa bilsin sora kimese dua yazsin axmag
dılay | 8 noyabr 2015 17:39 | Status: Brilliant user | Şərh: 8 183
oxUmadIm. Twk
ESMER | 24 sentyabr 2015 14:44 | Status: VİP user | Şərh: 817
Sitat: bal peteyi
Deyrem nece agilsiz cahil insanlar var. Onun ozu de cahildi. Onun yanina geden ondanda cahildi. Xosbextlik duasi birinci ozune lazimdi. Nc nc
bal peteyi | 19 avqust 2015 22:20 | Status: Şərhçi | Şərh: 84
Deyrem nece agilsiz cahil insanlar var. Onun ozu de cahildi. Onun yanina geden ondanda cahildi. Xosbextlik duasi birinci ozune lazimdi. Nc nc
Nagizade.Leyla | 12 iyun 2015 22:40 | Status: VİP user | Şərh: 1 321
Fala inanmiram
melahet62 | 23 may 2015 00:07 | Status: Qonaq | Şərh: 0
cuska Almaz kimdir ki, siz onun haqqinda yazirsiz.Men onu deye bilerem ki,Almaz ANS kanalinda mechulu tap verilisinde biabir oldu.
Ekberli Nermin | 29 mart 2015 01:56 | Status: Şərhçi | Şərh: 305
Sitat: kalbimin sahibi
Allahin tanimayan ona werik qowan insanlardi....bir hedis var..deyir bir falci veya baxici yanina gedib geleceyin barede oyrenmek isteyen bir mominin qirx gun duasi qebul olunmaz....Allaha werik qowmaq boyuk gunahdi
nurlana nurlana | 7 fevral 2015 10:21 | Status: Gümüş user | Şərh: 1 950
Allaha qurban olum bunnarın yanına gedende bunnar ağılda olur......
boris arxan | 13 yanvar 2015 10:32 | Status: Professional user | Şərh: 4 784
Sitat: Aynur
avam milletdide,ne deyesen,yazigim gelir elelerne pul verenlere
Dəniz qızı | 13 yanvar 2015 09:32 | Status: Brilliant user | Şərh: 8 017
Gör bunların iç üzü necəymiş?
N....N92 | 29 noyabr 2014 14:11 | Status: Professional user | Şərh: 4 351
Tesekkurler
N....N92 | 3 noyabr 2014 16:36 | Status: Professional user | Şərh: 4 351
Sitat: denizdeniz
hoyselem catmadi oxumaga am
KARAGULUM | 31 oktyabr 2014 18:16 | Status: Gümüş user | Şərh: 1 433
Allahin tanimayan ona werik qowan insanlardi....bir hedis var..deyir bir falci veya baxici yanina gedib geleceyin barede oyrenmek isteyen bir mominin qirx gun duasi qebul olunmaz....Allaha werik qowmaq boyuk gunahdi
ada.. | 31 oktyabr 2014 16:53 | Status: Qonaq | Şərh: 0
Sitat: Lumia
Bu falcilarin yanina kim gedirse getsin,hamiya eyni sozu deyir hamisi.Sene(yaxud size) emel edibler.Sanki respublikada her kese emel edibler,basqa cur mumkun deyil.Seytan toremeleridir bunlar,meqsedleri avam adamlari aldadib sogan kimi soymaqdir.

Duzdur
Tesekkurler
Lumia | 27 oktyabr 2013 17:22 | Status: Professional user | Şərh: 5 378
Bu falcilarin yanina kim gedirse getsin,hamiya eyni sozu deyir hamisi.Sene(yaxud size) emel edibler.Sanki respublikada her kese emel edibler,basqa cur mumkun deyil.Seytan toremeleridir bunlar,meqsedleri avam adamlari aldadib sogan kimi soymaqdir.
canr | 27 oktyabr 2013 10:35 | Status: Şərhçi | Şərh: 177
AY QIZLAR NE BAXICI NE EKSTRASENS HAMISI QAZ ADAM AXTARIRLAR.PULLARINI ALSINLAR.ALLAHDAN BASQA HER SEY BOSDUR.INANMAYIN OLARA
rosee | 27 oktyabr 2013 03:15 | Status: Professional user | Şərh: 1 850
men tamillanin yanina getmek isteyirem deyirler dedikleri duz cixir.
skype adresi zadi varsa verin)
Aynur | 26 oktyabr 2013 02:36 | Status: Professional user | Şərh: 380
avam milletdide,ne deyesen,yazigim gelir elelerne pul verenlere
LARA SOFI | 26 oktyabr 2013 02:00 | Status: VİP user | Şərh: 735
2MMIZE 300 VERSEM MAMAMMIDA MENIDE XOSBEXT EDER GORESEN?
gul kokusu | 25 oktyabr 2013 23:12 | Status: Gümüş user | Şərh: 1 472
Sitat: Mehrin
ne deyim vallah Allah bizi pis weylerden uzaq etsin

aMIN
denizdeniz | 25 oktyabr 2013 22:41 | Status: Şərhçi | Şərh: 197
hoyselem catmadi oxumaga am
drop | 25 oktyabr 2013 22:24 | Status: Gümüş user | Şərh: 2 448
Sitat: sadəcə MƏN
Elə bil əməliyyata hazırlaşır))Xoşbəxtliyin qiyməti 200 manat olsaydı kaş...

he baci day deme. xowbextliyin qoymeti 200 manat olsaydi bedbaxt insan qalmazdi.
pulu olmayanlar da "faiz" goturub vererdiler o pulu ki, xowbext olsunlar)).. dehwet..


Sitat: sadəcə MƏN
Elə bil əməliyyata hazırlaşır))Xoşbəxtliyin qiyməti 200 manat olsaydı kaş...

he baci day deme. xowbextliyin qoymeti 200 manat olsaydi bedbaxt insan qalmazdi.
pulu olmayanlar da "faiz" goturub vererdiler o pulu ki, xowbext olsunlar)).. dehwet..
MELAYKA | 25 oktyabr 2013 22:13 | Status: VİP user | Şərh: 600
yeriniz cehennemdi senin ve seninkimilerin.allaha wekk qosmaq dunyada en boyuk gunahdi.allah butun gunahlari bagislayandi tovbe ve duayla.ama sizin kimi allaha wekk kesenleri omurluk cehennemde yandiracag.tovbe etsez bele.geleceyden xeber vermek gunahdi.oz iwiniz ozunuze xow gelir hevesiyirsiz hele ama sonunuz felaketdir emin olun bundan.allah islah etsin nedeyim day..
Nigar | 25 oktyabr 2013 21:58 | Status: Gümüş user | Şərh: 6 063
ne deyim vallah Allah bizi pis weylerden uzaq etsin
SEVDA | 25 oktyabr 2013 21:44 | Status: Nəzarətçi | Şərh: 17 439
İlahi nece aferist adamlar var heyatda....Allah bu falçıların,fırıldaqçıların belasını versin.bunun qızları bundan ne terbiye alacaq???indiden onlar da aferistlik öyrenibler.