Aktual / Xəbəriniz olsun!

Azərbaycan xalçaları (Məlumat+Foto)

Inci deniz | 22-10-2013, 15:00
14 979 32
Bu günədək Kiyev incəsənət muzeyində erməni xalısı kimi nümayiş olunan "Dağkəsəmən" Qazax xalısının 18-ci əsr Qazax mədəniyyətinə aid olduğu sübuta yetirilib. Bu səhv Kiyev İncəsənət Muzeyində baş tutan sərgidə düzəldilib. Muzeydə Ukrayna, Azərbaycan, Rusiya və Polşadan olan ekspertlərin iştirakı ilə keçirilən elmi-praktik konfrans zamanı Azərbaycan xalçaçıları əsər üzərində olan ornametlər vasitəsilə xalının həqiqətən də Azərbaycan xalçaçılıq məktəbinə aid olduğunu sübuta yetiriblər.
 
Azərbaycanda xalçaçılığın inkişafı haqqında Herodot, Klavdi Elian, Ksenofont və başqa qədim dünya tarixçiləri məlumat vermişlər. Sasanilər dövründə (III-VII əsrlər) Azərbaycanda xalça sənəti daha da inkişaf etdi, ipəkdən, qızıl-gümüş saplardan nəfis xalçalar toxundu. Alban tarixçisi Musa Kalankatlı (VII əsr) Azərbaycanda toxunulan ipək parçalar və rəngarəng xalçalar haqqında məlumat verir. Qızıl-gümüş saplarla toxunan və qaş-daşla bəzədilən xalça istehsalı XVI-XVII əsrlərdə ənənəvi xarakter almışdır. Orta əsrlərdə qızıl-gümüş saplardan toxunan xovsuz xalçaların əsas istehsal mərkəzləri Təbriz, Şamaxı və Bərdə şəhərləri idi. Baha başa gəldiyindən əsasən feodallar üçün toxunulan bu cür xalçalar "zərbaf" adlanırdı. XVI əsrdə Azərbaycanda olmuş ingilis səyyahı Antoni Cenkinson Şamaxıda Abdulla xanın yay iqamətgahındakı qızıl-gümüş saplarla toxunulmuş xalça haqqında məlumat verir. XVII əsr Holland səyahətçisi Yan Streyts Şamaxı hakiminin atının üstünə salınan çulun qızıl saplarla toxunub mirvari və qiymətli qaş-daşlarla bəzədildiyini xəbər verir.
Azərbaycanın xalça məmulatları və onların bədii xüsusiyyətləri haqqında orta əsrlərə aid yazılı mənbələrdə maraqlı məlumatlara rast gəlinir. X əsrə aid "Hüdud əl-aləm" ("Dünyanın sərhədləri") əsərində naməlum müəllif Muğanda toxunulan palaz və çullardan, Naxçıvanın zili toxunuşlu xalılarından məlumat verir, "Kitabi Dədə Qorqud" dastanında Azərbaycanın ipək xalçaları, Əbül Üla Gəncəvi, Nizami, Xaqaninin (XII əsr) əsərlərində xovlu və xovsuz xalçalar tərənnüm olunur.
Azərbaycan xalçaları sənət sahəsi kimi həm coğrafi mövqeyinə, həm də naxış, kompozisiya, rəng həlli və texniki xüsusiyyətlərinə görə şərti olaraq 7 xalçaçılıq məktəbinə bölünür:
1. Quba xalçaçılıq məktəbi




 
2. Abşeron xalçaçılıq məktəbi



3. Şirvan xalçaçılıq məktəbi

 

4. Gəncə xalçaçılıq məktəbi



5. Qazax xalçaçılıq məktəbi 


 
6. Qarabağ xalçaçılıq məktəbi

 

7. Təbriz xalçaçılıq məktəbi


Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində "Azərbaycan xalça sənəti və müasir dövrün tələbləri: mühafizə məsələləri" mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, dəyirmi masada çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Azərbaycan xalça sənətinin tunc dövründən başlayaraq inkişaf etdiyini və bu günümüzə qədər gəlib çatdığını deyib: "Bizim xalçalar Nyu-Yorkun "Metropoliten", Londonun "Viktoriya və Albert", Parisin "Luvr", İstanbulun "Topqapı", Romanın, Berlinin, Tehranın, Qahirənin, Moskvanın və Vyananın məşhur muzeylərində nümayiş etdirilir. Təəssüflə qeyd etmək lazımdır ki, bir çox halda bəzi muzeylərdə bu sənət nümunələri mənsub olduğu xalqın adı ilə deyil, "İran xalçası", "Qafqaz xalçası" və digər adlarla təqdim olunur. Ancaq bununla bağlı müvafiq qurumlar tərəfindən işlər aparılır".

Dəyirmi masada çıxış edən Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva bu gün Azərbaycanda xalça sənətinin inkişafı üçün bir sıra işlərin aparıldığını deyib.
Azərbaycan xalçası UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil ediləcək. Bu barədə də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib. Onun sözlərinə görə, artıq bu sahədə iş başlanıb və yaxın vaxtlarda lazımi sənədlər hazırlanacaq. Bu sahədə uğur qazanacağımıza şübhə etmədiyini bildirən nazir müavini müsbət nəticə əldə etmək üçün durmadan işləməyin lazım olduğunu vurğulayıb.


 Redaktə etdi: Leyla Məhərrəmova
.
 

  1. N....N92 | 29 noyabr 2014 14:13 | Status: Professional user | Şərh: 4 352
    Tesekkurler
  2. SABINA | 7 oktyabr 2014 14:13 | Status: Professional user | Şərh: 7 410
    CANİM QARABAGİM OZ QONAQPERVERLİYİ İLE GOZEL XALCALARİ İLE ATLARİ İLE FUSUNKAR TEBİETİYLE HAMİNİ HEYRAN EDİB HER ZAMAN.QACARİN ZEPT EDE BİLMEDİYİ YERLERE HESRETİK İNDİ.TARİXİN 5 ZALİM İNSANİNDAN BİRİ OLUB QACAR BİZ ONU MEHV ETDİK AMMA BU PARAZİTLER HELE DE YASAYİR
  3. ay gunes | 25 oktyabr 2013 19:09 | Status: VİP user | Şərh: 916
    maraqliydi.twk
  4. Ayaz Musdafayev | 23 oktyabr 2013 21:32 | Status: Şərhçi | Şərh: 153
    hmmm maraqlidi
  5. gul kokusu | 23 oktyabr 2013 10:35 | Status: Gümüş user | Şərh: 1 472
    -------TEWEKKURLER------
  6. MELEK_ | 23 oktyabr 2013 10:28 | Status: Professional user | Şərh: 3 949
    hmm, yeri var
  7. NURLU | 23 oktyabr 2013 08:21 | Status: Professional user | Şərh: 5 554
    BIZDEDE BIR QEDIM XALCA VAR TEWEKKURLER
  8. ww.ss | 23 oktyabr 2013 02:42 | Status: VİP user | Şərh: 695
    Ayy ne maraqlidirr
  9. ayruska | 22 oktyabr 2013 23:42 | Status: Professional user | Şərh: 3 978
    cox beyendim tskler
  10. HUSNIYYA | 22 oktyabr 2013 23:29 | Status: Gümüş user | Şərh: 1 191
    2-ci Abweron xalcasi cox gozeldir...
    Nenemin gedimi xalcalari var..amma indi onu beyenib yere serenmi var....tewekkurler xebere gore Incicim...
  11. denizdeniz | 22 oktyabr 2013 22:18 | Status: Şərhçi | Şərh: 197
    lap kecmis vaxtlari xatirladim divardanda asirdiq men usagiydim onda indi hec kim asmir divardan
  12. Beren | 22 oktyabr 2013 20:48 | Status: Professional user | Şərh: 3 214
    Bizim də 1 qədimi xalçamız var.Gözəl ornamentli,naxışlı qədimi xalçaları sevirəm.Amma indi hər kəsin evində müasir zəmanənin xalçaları olur :)
    Məlumat üçün təşəkkürlər canım.
  13. Girl | 22 oktyabr 2013 19:53 | Status: Professional user | Şərh: 8 206
    Cox gozel gorunurler tesekkurler
  14. jasmin7 | 22 oktyabr 2013 19:29 | Status: VİP user | Şərh: 745
    HAYIF DEYIL QEDIMI XALCALAR ELE XOWDUYURAMKI TOXUMAGDA OYRENSEYDIM TEWEKKURLER
  15. Aynur_Mezahirli | 22 oktyabr 2013 18:56 | Status: Qonaq | Şərh: 0
    BIZDEDE XALCA YOX NENEM REHMETLIK ANAMA NAXISLI PALAZ VERMISDI, ARTIQ KOHNELIB. AMMA O, VAXT NENEMIN ANASI, BACILARI XALCA TOXUYAN OLUBLAR COX ZEHMETLI ISDI. TESEKKURLER!
  16. Melek | 22 oktyabr 2013 18:29 | Status: Gümüş user | Şərh: 914
    BIZDEDE BIR QEDIM XALCA VAR TEWEKKURLER
  17. sadəcə MƏN | 22 oktyabr 2013 18:22 | Status: Brilliant user | Şərh: 4 771
    Sitat: nergiz_zz
    QIZ SƏNİN NƏ ÇOX BACARIĞIN VARMIŞ...

    Həə,demə-demə..Alan yaşadı)))))
  18. nergiz_zz | 22 oktyabr 2013 18:11 | Status: Professional user | Şərh: 3 815
    Sitat: sadəcə MƏN
    Xalçalar haqqında çoxlu məlumata sahibəm.Azərbaycanda xalçaçılıq məktəblərinin sayı 5-dir.Hər məktəbin də öz dəst-xətti var..Bizdə də tamamilə əl işi olan,mükəmməl ornamentləri olan gözəl 1 qədimi xalça var.Nənəmdən qalıb.

    QIZ SƏNİN NƏ ÇOX BACARIĞIN VARMIŞ...BİZDƏDƏ VAR..NƏNƏMİN ÖZ ƏL İŞİDİ...
  19. yalniz arzu | 22 oktyabr 2013 18:10 | Status: Gümüş user | Şərh: 1 759
    XALÇAÇILIĞIN TARİXİ QƏDİMDİR.AZƏRBAYCANDAKI XALÇAÇILIĞIN TARİXİ DAHA QƏDİM.ÜMUMİYYƏTLƏ ÖZ İRSİ MƏDƏNİYYƏTİMİZƏ SAHİB ÇIXMAGIMIZ YAXŞIDIR.ÇÜNKİ DİGƏRLƏRİ BİZİM MAHNILARIMIZA XALÇALARIMIZA SAHİB ÇIXIR ÖZ ADLARINA ÇIXIRLAR.BUNA BİR SON VERMƏY BİZƏ AİD OLANA SAHİB ÇIXMAG LAZIMDIR.HAQQIMIZI TƏLƏB ETMƏY.YOXSA TARİXLƏR BOYU TORPAGIMIZ BÖLÜNƏ BÖLÜNƏ BU VƏZİYYƏTƏ GƏLİB ÇIXIB.İLK ƏVVƏL 210 MİN KV KM DƏN GƏLİB 86.6 MİN KV KM.GÖRÜN NƏ QƏDDƏR TORPAGIMIZ ƏLDƏN GEDİB.
    BİZ SADƏ XALQƏG.ƏLİMİZDƏN BİR ŞEY GƏLMƏZ.AİDİYYATLI QURUMLAR BU YOLDA DAYANMASINLAR.HAQQIMIZI TƏLƏB ETSİNLƏR.BİZ KİM BAŞQASININ TORPAGIN,MAHNISIN,XALÇASIN İSTƏMİRİK Kİ.................

    GƏLƏCY NƏSİL BİZİ BAGIŞLAMAZ.
  20. Nərmin.bayram | 22 oktyabr 2013 17:50 | Status: Gümüş user | Şərh: 2 313
    belə xalşalardan bizdə çoxdur o vaxdlar nənəm toxutdurub şəxsən bizdə 4 Ü var gözəldilər həmdəki təbii yunnan hazırlanıb ammaki çox agırdılar
  21. sadəcə MƏN | 22 oktyabr 2013 17:45 | Status: Brilliant user | Şərh: 4 771
    Xalçalar haqqında çoxlu məlumata sahibəm.Azərbaycanda xalçaçılıq məktəblərinin sayı 5-dir.Hər məktəbin də öz dəst-xətti var..Bizdə də tamamilə əl işi olan,mükəmməl ornamentləri olan gözəl 1 qədimi xalça var.Nənəmdən qalıb.
  22. SULTANIM | 22 oktyabr 2013 17:28 | Status: Ekspert | Şərh: 4 743
    Tesekkurler.
  23. Nazlı_Kız | 22 oktyabr 2013 16:54 | Status: Brilliant user | Şərh: 6 473
    Bizde qedimi xalca yoxdu ama yenede qewey gorunurler ellerinize saliq deniz xanim
  24. Aysen_Senan | 22 oktyabr 2013 16:43 | Status: Şərhçi | Şərh: 383
    bizdede var.tewekkurler xeber ucun..
  25. Just me | 22 oktyabr 2013 16:31 | Status: Professional user | Şərh: 1 296
    MENIMDE VARIMDI TOYUMDAN SONRA REHMETLIK NENEM QONAQ CAGIRANDA VERMISDI.NENEMEDE ANASINDAN QALMISDI.cox sag ol canim super xeberdi
  26. Alice | 22 oktyabr 2013 16:09 | Status: Professional user | Şərh: 5 021
    2-Sİ DƏ BİZDƏ VAR... HƏQİQƏTƏN TOXUMAĞI BACARANLAR BİLİR Kİ, NECƏ ZƏHMƏT TƏLƏB EDƏN İŞDİ.......ANAM DA TOXUMAĞI BACARIR....
  27. Leyla. | 22 oktyabr 2013 15:44 | Status: Professional user | Şərh: 2 597
    Tewekkurler canim .
  28. Seyidli | 22 oktyabr 2013 15:31 | Status: Yazar | Şərh: 2 706
    Sağol, İnci Dəniz, - ƏLA xəbərdir canım. Bizim xalçalardan yoxduye heç yerdə. Naxışlar o qədər incə və qəliz ki, bunları toxumaq da hər adamın işi deyil...
  29. gulcan | 22 oktyabr 2013 15:23 | Status: Gümüş user | Şərh: 1 932
    Təşəkkurlər xəbər ucun. Mən də xalca toxumagi oyrınmək istəyərdim..
  30. Qanad | 22 oktyabr 2013 15:16 | Status: Yazar | Şərh: 4 357
    Bizdede biri var.Allah bilir ne qeder yasi var.