Aktual / Xəbəriniz olsun!

“Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm” - Dəhşətli qətlin təfərrüatları

Banu. | 16-09-2013, 18:39
10 615 34


"Keçmiş arvadımın məhkəmə içracısı ilə öpüşdüyünü gördüm” - Dəhşətli qətlin təfərrüatları

1980-ci il tarixdə Dəvəçi rayonunun Aygünlü kəndində anadan olan Taleh Hüseynov 11 aprel 2011-ci il tarixdə saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki "Tbilisi” restoranının yaxınlığına gəlib. O, həmin ərazidə rəsmi olaraq boşandığı keçmiş arvadı Gülnarə Nəsirovanı məhkəmə işçisi kimi tanıdığı Teymur Məmmədov ilə birlikdə görüb.

Taleh Hüseynov keçmiş arvadını başqa kişi ilə birlikdə gördükdə qısqanıb. O, Gülnarə Nəsirovanı saçından tutaraq yerə yıxıb. Taleh azyaşlı uşaqları Qismət və Solmazın gözləri qarşısında keçmiş arvadını ov bıçağı ilə vuraraq ona xəsarətlər yetirib.

Taleh Hüseynov həmin vaxt orada olan və onun hərəkətlərinin qarşısını almaq istəyən Teymur Məmmədovun da sağlamlığana yüngül zərər vurmaya aid xəsarətlər yetirib. O, cinayətkar qəsdini başa çatdırmaq məqsədi ilə Gülnarə Nəsirovanı parkın içərisinə sürüyərək orada çoxsaylı zərbələr vurmaqla onu qətlə yetirib.

Bu əməli ilə Taleh Hüseynov Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümümi təhlükəli üsulla adam öldürmə), 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma), 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən tullayıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham edilib və cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

"Arvadımı döydüyüm üçün cərimə olunmuşam”

Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Taleh Hüseynov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli biib. O, ifadəsində göstərib ki, mərhum Gülnarə Nəsirova ilə 2005-ci il tarixdə evlənib: "Birgə nikahımızdan 2006-cı il tarixdə doğulmuş Qismət və 2009-cu il tarixdə doğulmuş Solmaz adlı iki azyaşlı uşağımız var. Gülnarə ilə aramızda tez-tez ailə-məişət zəminində mübahisələrimiz olub. 2009-u ilin noyabrında Gülnarə ilə mübahisə etmişəm və onu döydüyüm üçün Sumqayıt Hərbi məhkəməsinin hökmü ilə şərti maliyyə vahidinin 300 misli miqdarında cərimə olunmuşam. 2010-cu il tarixdə Gülnarə Nəsirova ilə nikahımız rəsmi qaydada pozulub. Azyaşlı uşaqlarımız Gülnarənin himayəsində qalıb. Məhkəmə qərarına əsasən, uşaqlarımızın saxlanılması üçün hər ay 140 manat məbləğində aliment ödənilməsi nəzərdə tutulub”.

"Keçmiş arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüyünü gördüm”

Təqsirləndirilən şəxs daha sonra qeyd edib ki, 31 avqust 2010-cu il tarixdə Sumqayıt hərbi məhkəməsinin hökmü ilə təqsirli bilinərək 3 ay müddətinə azadlıqdan məhrum edilib: "30 noyabr 2010-cu il tarixdə cəzamı çəkib qurtarmışam. Həmin gün təxminən saat 16 radələrində  Sumqayıt şəhərində yerləşən "Aygün” şadlıq evinin yanındakı dayanacaqda dayanarkən Gülnarənin oradan keçdiyini gördüm. Onu izləməyə başladım. Keçmiş arvadımın bir oğlanla görüşdüyünü, onların öpüşdüklərini gördüm”.

"Məhkəmə icraçısı 3 günə 500 manat aliment ödəməli olduğumu bildirdi”

Taleh Hüseynovun sözlərinə görə, bundan sonra Elşən adlı bir nəfər ona zəng edərək özünü Sumqayıt şəhər məhkəməsinin iraçısı kimi təqdim edib və onu məhkəməyə dəvət edib: "Elşən mənim 1649 manat məbləğində aliment ödəməli olduğumu bildirdi. O, 3 gün müddətində bu məbləğin 500 manatını verməli olduğumu da dedi. İşsiz və maddi imkanım olmadığı üçün həmin məbləği ödəyə bilməyəcəyiM barədə izahat yazdım. Həmin vaxt Teymur adlı icraçı da alimenti ödəməli olduğumu bildirdi. Bundan bir neçə gün sonra Elşən, daha sonra isə Teymur mənə zəng edərək məhkəməyə çağırdılar. Lakin məhkəməyə getmədim”.

"Arvadımın pozqun olduğunu dedi”

O, həmçinin ifadəsində qeyd edib ki, 2010-cu ilin dekabrında Gülnarə ilə görüşərək ona xəyanət edəcəyi halda öldürəcəyini deyib: "2011-ci il ilin fevralında Gülnarə ekranı xarab olmuş mobil telefon aparatını mənə verərək təmir etdirməyimi xahiş etdi. Mən telefonu təmir etdirib oradakı mesajları oxuduqda Teymur Məmmədova məxsus (Teymur Məmmədovun da, Gülnarə Nəsirovanın da mobil telefon nömrəsi cinayət işində qeyd olunub) nömrədən Gülnarənin mobil nömrəsinə sevgi mesajları yazıldığını, Gülnarənin də cavab mesajları yazdığını gördüm. Teymura zəng edərək nə üçün Gülnarəyə sevgi mesajları yazdığını soruşdum. Teymur əcəb etdiyini, arvadım Gülnarənin pozqun olduğunu dedi. Gülnarədən həmin mesajlar barədə soruşduqda sonuncu mesajların ona aidiyyəti olmadığını bildirdi. Sonra isə Gülnarə mənə söyüş məzmunlu mesajlar yazdı”.

"Arvadımın əlindən tutan kişini kürəyindən təpiklə vurdum”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2011-ci ilin martın ortalarında Sumqayıt şəhərindəki "Aygün” şadlıq evinin yaxınlığında Gülnarəni Teymurla öpüşərkən görüb: "Hər hansı bir kişi ilə görüşərək xəyanət edəcəyi halda Gülnarəni öldürmək niyyətim olub.  Odur ki, 10 aprel 2011-ci il tarixdə Sumqayıt şəhərinə gələrkən yaşadığım Şabran rayonunun Aygünlü kəndindəki evdən özüm ilə cib bıçağı götürmüşdüm. Aprelin 11-də, təxminən saat 16 radələrində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisindəki "Mətanət” şadlıq evinin yanında olarkən Gülnarəni uşaqlarım Qismət və Solmaz, eləcə də Teymur Məmmədovla birlikdə yaxınlıqdakı "Lüdviq” parkına tərəf getdiklərini, Teymurla Gülnarənin qucaqlaşdığını gördüm. Bundan əsəbiləşdim. Teymura yaxınlaşaraq təpiklə kürəyindən bir zərbə vuraraq onu yerə yıxdım. Gülnarənin isə saçından tutaraq nə üçün belə hərəkət etdiyini dedim. Gülnarə isə qışqıraraq ünvanıma söyüş söydü. Gülnarənin ağzından yumruqla vurdum. Həmin vaxt Teymur yerdən daş götürərək məni vuracağı ilə hədələdi. Teymur mənimlə əlbəyaxa olaraq boynumdan yumruqla vurdu. Daha sonra isə Teymur təpik atdıqda cibimdən çıxardığım bıçaqla onun sağ ayağının bud nahiyəsindən bir dəfə vurdum. Bundan sonra Teymur ondan aralandı. Sonra Gülnarənin saçından sürüyərək uşaqlarımdan uzaqlaşdırdım. Onu parkın içərisinə doğru apardım və orada bıçaqla Gülnarənin bədəninin müxtəlif nahiyələrindən zərbələr vurdum. Gülnarə nəsə desə də, onun sözlərinə məhəl qoymayaraq bıçaqla vurmaqda davam etdim. Aldığı zərbələrdən taqətsiz halda qalmış Gülnarəni orada qoyaraq hadisə yerindən getdim. Qardaşım İltifatın evinə gedərək mobil telefonlarımı və şəxsiyyət vəsiqəsimi İltifatın arvadına verdim. Sonra isə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü polis bölməsinə getdim. Orada törətdiyim hadisə barədə bildirərək könüllü təslim oldum”.

"Gülnarə ilə cinsi əlaqədə də olmuşam”

Məhkəmədə adı cinayət işində hallanan Teymur Məmmədov da ifadə verib. O, bildirib ki, 2008-2010-cu illərdə Sumqayıt şəhər Məhkəmə icraçıları şöbəsində ictimai əsaslarla məhkəmə içraçılarına kömək edərək çağırış vərəqələrini paylayıb: "Gülnarə Hüseynovanı və Taleh Hüseynovu 2010-cu ilin avqust ayında aliment işi ilə əlaqədar məhkəmə içraçısı Adəm Məmmədovun yanında olarkən görmüşəm, tanımışam. Bundan sonra Gülnarə ilə aramızda yaxın münasibət yaranıb. Hətta Gülnarə ilə cinsi əlaqədə də olmuşam”.

"Gülnarənin artıq subay qadın olduğunu bildirdim”

Teymur Məmmədov daha sonra ifadəsində qeyd edib ki, 2011-ci ilin fevralında Taleh ona zəng edərək Gülnarədən əl çəkməsini tələb edib: "Mən Gülnarənin artıq ondan ayrıldığını və subay qadın olduğunu bildirdim. Bu zəmində aramızda mübahisə yarandı və bir-birimızin ünvanına söyüş söydük. Aprelin 11-də, saat 16 radələrində Sumqayıt şəhərindəki "Mətanət” şadlıq evinin yanında Gülnarə ilə görüşdüm. Gülnarə azyaşlı uşaqları ilə birlikdə idi. Sonra Gülnarə və uşaqlarla yaxınlıqdakı parka gedərkən qəflətən arxadan kimsə məni təpiklə vurdu. Zərbə Gülnarəyə də dəydi. Həmin şəxsin Taleh olduğunu gördüm. Onun əlində bıçaq var idi. Taleh Gülnarənin saçından tutaraq uşaqların gözü qarşısında onun kürəyindən bir neçə dəfə vurdu. Hadisədən qorxan uşaqlar ağlamağa başladı. Daş  götürüb Talehə tərəf atdım. Onu Gülnarədən aralamağa çalışdım. Həmin vaxt Gülnarə qaçaraq oradan uzaqlaşmaq istədi. Lakin uşaqları ağladığı üçün qaçıb getmədi. Həmin vaxt Taleh əlindəki bıçaqla ayağımdan vurdu. Sonra isə Gülnarənin arxasınca qaçdı. O, Gülnarəni yerə yıxaraq yenidən bıçaqla vurmağa başladı. "102”  xidmətinə zəng edərək hadisə barədə məlumat verdim”. 

"Taleh Gülnarəni öldürəcəyini dedi”

Məhkəmədə ifadə verən Kəmalə Nəsirova bildirib ki, Taleh Məmmədov mərhum bacısı Gülnarənin əridir: "2009-cu il tarixdə Gülnarə ilə Talehin məhkəmə qaydasında nigahları pozulub. Onların birgə nigahdan olan uşaqları nigah pozulduqdan sonra Gülnarənin himayəsində qalıb. Gülnarə uşaqları ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, 38a nömrləi evin 54 nömrəli mənzilinə köçərək orada yaşayıb. Taleh uşaqlar üçün təyin edilmiş alimenti ödəməyib. 2010-cu ilin dekabrında Taleh mənimlə görüşərək Gülnarə ilə barışmaq istədiyini bildirdi. Məndən bu işdə ona kömək etməyimi xahiş etdi. Taleh spirtli içkilərə meyilli olduğundan Gülnarə ilə barışmasına etiraz etmişəm. Taleh Gülnarəni öldürəcəyini dedi. Bir müddət sonra Gülnarə Talehin onu izlədiyini bildirdi. Talehə zəng edərək Gülnarəni narahat etməməsini, onun bu hərəkətləri barədə polisə şikayət edəcəyini bildirdim. Taleh isə cavabında "heç kimdən qorxmuram, nə istəyir gedib eləsin" dedi. Aprelin 11-də, saat 16 radələrində Gülnarə uşaqlarını gətirmək üçün baxçaya getdi. Lakin xeyli müddət keçməsinə baxmayaraq Gülnarə evə qayıtmadı. Təxminən saat 20 radələrində polislər zəng edərək məni "Aygün” şadlıq evinin yanındakı parka dəvət etdilər. Həmin yerə getdikə Talehin Gülnarəni öldürdüyünü eşitdim. Teymur Məmmədovla  Gülnarə arasında hər hansı bir münasibət olması barədə heç nə bilmirəm”.

Məhkəmənin hökmü ilə Taleh Hüseynov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov

 

Janna_1994 | 6 fevral 2016 14:17 | Status: Şərhçi | Şərh: 499
pozguna gore her wey
milashka_167 | 3 dekabr 2015 21:33 | Status: VİP user | Şərh: 1 452
Sitat: Nagizade.Leyla
Xəbərə görə tsk
dılay | 11 noyabr 2015 19:42 | Status: Brilliant user | Şərh: 8 183
Xebere gore twk
ESMERRi | 3 noyabr 2015 00:25 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMER
Sitat: Sirli dunyam
Uwaqlarinin adini duwunen ata uwaqlarinin yaninda olardi duzdu hec kim sigortalanmayib her kes ayrilada biler xosbextde ola bler bu heyatin surpirizleridi ama mene ele gelir o kisininin haqqi yoxdu ayrildiqi insani oldursun bele cox isteyirdi mehkeme yoluyla usaqlari oz himayesine goturerdi o daha uyqun olardi ama indi hem qadinin hem ozunun hemde usaqlarin heyatini mehv etdi qadin belkede laiq idi ama bes usaqlar.........
ESMER | 23 sentyabr 2015 21:32 | Status: VİP user | Şərh: 817
Sitat: Sirli dunyam
Uwaqlarinin adini duwunen ata uwaqlarinin yaninda olardi duzdu hec kim sigortalanmayib her kes ayrilada biler xosbextde ola bler bu heyatin surpirizleridi ama mene ele gelir o kisininin haqqi yoxdu ayrildiqi insani oldursun bele cox isteyirdi mehkeme yoluyla usaqlari oz himayesine goturerdi o daha uyqun olardi ama indi hem qadinin hem ozunun hemde usaqlarin heyatini mehv etdi qadin belkede laiq idi ama bes usaqlar.........
Sirli dunyam | 12 avqust 2015 12:17 | Status: Qonaq | Şərh: 0
Uwaqlarinin adini duwunen ata uwaqlarinin yaninda olardi duzdu hec kim sigortalanmayib her kes ayrilada biler xosbextde ola bler bu heyatin surpirizleridi ama mene ele gelir o kisininin haqqi yoxdu ayrildiqi insani oldursun bele cox isteyirdi mehkeme yoluyla usaqlari oz himayesine goturerdi o daha uyqun olardi ama indi hem qadinin hem ozunun hemde usaqlarin heyatini mehv etdi qadin belkede laiq idi ama bes usaqlar.........
Nagizade.Leyla | 2 iyun 2015 01:05 | Status: VİP user | Şərh: 1 321
Xəbərə görə tsk
BULUTUM | 1 iyun 2015 08:43 | Status: Professional user | Şərh: 7 387
Bunu ayrilmazdan evvelden fikirlewerdin ay qurumsaq.
Kenan25 | 3 may 2015 11:09 | Status: Şərhçi | Şərh: 225
Sitat: Leyla Ezizli
Kül sənin kişi başına arvadını sevirdinsə onu bu cür qısqanırdınsa niyə boşuyubaev adını başsız uşaqlarını da yetim qoyurdu.İndidə ki boşam sa rədd ol get ölümünlə öl də da niyə o uşaqları anasız qoydun onsuzda onlar atasız idilər.
Leyla Ezizli | 19 mart 2015 16:17 | Status: Şərhçi | Şərh: 372
Kül sənin kişi başına arvadını sevirdinsə onu bu cür qısqanırdınsa niyə boşuyubaev adını başsız uşaqlarını da yetim qoyurdu.İndidə ki boşam sa rədd ol get ölümünlə öl də da niyə o uşaqları anasız qoydun onsuzda onlar atasız idilər.
xeyalə | 18 fevral 2015 23:15 | Status: Qonaq | Şərh: 0
Usaglar yetim qaldiye
nurlana nurlana | 14 fevral 2015 18:40 | Status: Gümüş user | Şərh: 1 950
ALLAH ADAMA O GÜNÜNEN SAXLASIN XEYANET. VEFASIZ.
BULUT | 28 oktyabr 2014 15:39 | Status: Qonaq | Şərh: 0
usagini isteyen kisi almentide vererdi /bosanibsan ozu biler sene ne
N....N92 | 14 iyul 2014 20:55 | Status: Professional user | Şərh: 4 351
ne deyim başqa söz tapmıram hec kime heç nəyə
Nergiz love | 8 iyun 2014 18:35 | Status: Professional user | Şərh: 7 871
Sitat: Fidan13
Adama deyərlər boşanmısan,rədd ol get,keçmiş arvadını niyə izləyirsən.Fərli kişi olsaydın ailənə sahib çıxsaydın.Qadını öldürüb,adamı yaralayıb 14 il iş alıb,çox azdı.Beləsinə gərək 30 il verəydilər.
Nigar | 5 fevral 2014 20:37 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore

tewekkurler xebere gore
I am Alone | 28 sentyabr 2013 22:31 | Status: Şərhçi | Şərh: 364
Nebilim tay..bowanmiwansa qariwma..duzdu uwaqlar var ama ana duzgun yola getmirse
Vetenperver | 20 sentyabr 2013 13:41 | Status: Professional user | Şərh: 6 700
Burda məsələ uşaqlarının adları pis çıxmasın deyə öldürüb.Çoxları başa düşmür boşanıbsa nəyə görə öldürür.Düzdür boşananda hər kəs azad olur lakin ortada uşaq var,uşaqlar hələki o kişinin övladlarıdır, və kişinin uşaqlarının anası əxlaqısz hərəkət edəndə sabah uşaqlarına söz gələcək ki anası pis yolda idi,uşaqlarını çox istəyən,onları düşünən kişidə bunlara göz yuma bilmir.
Sekine Hesen | 20 sentyabr 2013 13:23 | Status: Gümüş user | Şərh: 3 112
eh ta bowamisanda neyine lazimdi oldurmek uwaqlarin qaldi ortaliqda
Lumia | 18 sentyabr 2013 18:57 | Status: Professional user | Şərh: 5 378
Eger arada bosanma varsa her iki teref azaddir,istediyi heyati yasaya biler.Eger er arvadinin bosanandan sonra da gununu qara eleyecekse onda bosanma neye lazimdi?Qeyretsiz qeyrete gelib,bele kisi idin aileni dagitmazdin.Bele bir mesel vare yaxsi igin altindan at qacmaz.Hec bir qadin ailesinin dagilmagini istemez mecburiyyet qarsisinda qalmasa.
Billurə | 18 sentyabr 2013 14:29 | Status: Professional user | Şərh: 4 892
Boşanmısızsa niyə əl çəkmirsiz xanımdan? Kişini heç başa düşmədim!
DENIZ QIZI3 | 17 sentyabr 2013 12:48 | Status: Gümüş user | Şərh: 3 858
ortada usaqlar qaldi ata anasiz,goresen kimler baxacaq usaqlara ,bele ataya ve anaya ar olsun.usaqlarin ne gunahi var idi onlari tek qoyduz,
nurka85 | 17 sentyabr 2013 11:42 | Status: Şərhçi | Şərh: 242
Onsuz da hemise bele olub da. Qadin bosanirsa demeli exlaqsizdir. Bes bosanmana sebeb ne idi goresen? Niye bosanirdi senen Yaxsi yerinden yuvasinda kim cixar ki? Eger bu qadin exlaqsiz idise subuta yetirib usaqlarini alrdin da ondan daha balalarinin gozu qarsinda analarini oldurmezdin. Onlarin butun heyatlarini puc eledin Analarini oldurdun ozun ise zindanda curuyeceksen!
Qanad | 17 sentyabr 2013 08:13 | Status: Yazar | Şərh: 4 357
Eger o qadin exlaqsiz idise niye usaqlari mehkeme ona vermisdi.Demek yalandir.Olenin dalinca cox soz deyerler.Qaldi ki,erine eri yaxsi kisi olardi ailesini saxlayardi.Icki dalinca dusende arvadi doyende bele olarda.Ne ise 2-mesum usaqlar qaldi yetim.
Xedice 033 | 17 sentyabr 2013 00:53 | Status: Şərhçi | Şərh: 151
Allah uzaq etsin
Gunel | 16 sentyabr 2013 23:06 | Status: Professional user | Şərh: 4 087
Sitat: Qaracaqiz
Egee doqrudanda o qadin exlaqsizliq edirdise o zaman onun olmeyidaha meslehetlidir bu fikrime gore coxlari meni qinayacaq


Shexsen men hecde qinamiram.Exlaqsizdigin yayilmasinnansa ele o curelerinin olmesi daha meselehetdir.

Xebere ise bir soz deye bilerem.Kecmish ele kecmish olaraq qalir kishilerin bezileri bu curdur ayrilmaqlarina baxmayaraq gelecekdede izlemeye davam edirler yoldashlarini.Bunun sebebi ise onlarin ne vaxtsa namuslari olub ve indi nese bir emma tapsalar guyaki bunlara ayibdir.
HUSNIYYA | 16 sentyabr 2013 22:33 | Status: Gümüş user | Şərh: 1 191
Sitat: Qaracaqiz
kisilerin bele bir xusisiyyet var arvadlarindan bosansalarda qisqanirlar.Ola biler merhumun kecmis eri pis adam olub oda bosanib hec kim qinamaha haqqi olmaz.Amma bosandiqdan sonra o qadin gerek oz namusunu qoruyaydi.Bosanmaq o demek deyilki artriq azadsan ne istesen ede bilersen.Eksine bosanan qadin gerek her addimina fikir versinki cemiyyet onda noqsan tapa bilmesin.Egee doqrudanda o qadin exlaqsizliq edirdise o zaman onun olmeyidaha meslehetlidir bu fikrime gore coxlari meni qinayacaq amma muasir dovrde yasasaqda unutmamaliyiqki biz muselmaniq ve bir muselman qadininin namusu her seyden onemlidir.Eger o kisi ser atirsa usaqlarinin anasina o zaman Allah onun cezasini versin.

tamamile raziyam sizinle..
Just me | 16 sentyabr 2013 21:30 | Status: Professional user | Şərh: 1 296
////////////////////////////////////////////////////////////////////////////////
/////////////////////////////////////////////////////////////////////////////mud
ar insana ne deyesen ey.sozum yoxdu///////////////////////////////////////////////////////////////////////////
////////////////////////////////////////////////////////////////////////////////
////////////////////////////////////////////////////////////////////////////////
/////////////////////////////////////// 0
ulker85 | 16 sentyabr 2013 21:30 | Status: Şərhçi | Şərh: 212
Qeyretli kisi idin ailenesahib cixaydin,bosanandan sonra qeyrete geldin alcaq usaqlarini bassis qoydun onsuzda senin kimi ata onlara ne verecekdi
Qaracaqiz | 16 sentyabr 2013 21:19 | Status: VİP user | Şərh: 1 882
kisilerin bele bir xusisiyyet var arvadlarindan bosansalarda qisqanirlar.Ola biler merhumun kecmis eri pis adam olub oda bosanib hec kim qinamaha haqqi olmaz.Amma bosandiqdan sonra o qadin gerek oz namusunu qoruyaydi.Bosanmaq o demek deyilki artriq azadsan ne istesen ede bilersen.Eksine bosanan qadin gerek her addimina fikir versinki cemiyyet onda noqsan tapa bilmesin.Egee doqrudanda o qadin exlaqsizliq edirdise o zaman onun olmeyidaha meslehetlidir bu fikrime gore coxlari meni qinayacaq amma muasir dovrde yasasaqda unutmamaliyiqki biz muselmaniq ve bir muselman qadininin namusu her seyden onemlidir.Eger o kisi ser atirsa usaqlarinin anasina o zaman Allah onun cezasini versin.