Aktual / Xəbəriniz olsun!

15 sentyabr Azərbaycanda bilik günüdür

Princess_93 | 15-09-2013, 08:00
12 767 28


Sentyabrın 15-də Azərbaycanın çoxmilyonlu təhsil ictimaiyyətinin bayramı, Bilik günüdür. Ölkəmizdə yeni dərs ili başlayır. Bu il təkcə birinci siniflərə gedənlərin sayı 130 min 454 nəfərdir. Azərbaycan təhsilinin bugünkü inkişafı öz mənbəyini ötən əsrin 70-ci illərindən ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə aparılan uzaqgörən və məqsədyönlü siyasətdən alıb, o vaxtdan başlayan qlobal miqyaslı təhsil quruculuğu sonrakı inkişaf üçün güclü təməl olub. Bu fikri faktlar da təsdiqəyir. 1969-1982-ci illərdə məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1600-dən 1875-ə çatıb. Böyük öndərin imzaladığı "ümumtəhsil məktəbləri şagirdlərinin dərsliklərdən pulsuz istifadə etməyə keçmək haqqında" qərarı da onun xalqına böyük töhfəsi idi. Ulu öndər müəllimlərə də hər zaman sonsuz hörmətlə yanaşıb, o illərdə çox sayda təhsil işçisi SSRİ-nin oden və medallarına, fəxri adlara layiq görülüb. Azərbaycanda ali təhsil də Heydər Əliyev dövründə inkişafa qədəm qoyub. Ötən əsrin 70-80-ci illərində 5 yeni ali məktəb yaradılıb. Müdrik dövlət başçısının daha bir xidməti həmin illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilməsi idi. O vaxt 15 mindən çox gənc Azərbaycandan kənarda ali təhsil alıb. Ulu öndərin yaratdığı Cəmşid Naxçıvanski adına ilk hərbi məktəb isə ölkəmizdə milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayıb. Böyük öndər Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdışından sonra da ölkəmizdə elmin, təhsilin inkişafına hesablanan böyük işlər görüb. Məktəb tikintisi, xaricdə təhsil, peşə təhsilinə diqqət, şagirdlərə dərsliklərin pulsuz verilməsi yenidən reallaşıb, büdcədən təhsilə ayrılan vəsait ildən-ilə çoxalıb. 1993-2003-cü illərdə təhsil işçilərinin əməkhaqqı 9 dəfə artırılıb. Hər il ən yüksək bal toplayan gənclərə xüsusi Prezident təqaüdü, istedadlı gənclərə fəxri təqaüdlərin verilməsi də təhsilə qayğı idi. 1993-2003-cü illərdə 6 yeni akademiya təsis edilib, özəl ali məktəblər yaradılıb....

Son illərdə Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoyub. Prezident İlham Əliyevin qayğısı, Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr ulu öndərin təhsil siyasətinin uğurlu davamının göstəricisidir. Bir faktı xatırlatmaq kifayətdir: ölkəmizdə təhsil sisteminin bütün pillələri üzrə Dövlət proqramları uğurla həyata keçirilir. Bu, bir həqiqətə - Prezident İlham Əliyevin təhsili dövlət siyasətinin prioritetlərindən biri kimi diqqətdə saxlaması həqiqətinə söykənir. Azərbaycan təhsilində ən uğurlu nəticələrdən biri məktəb tikintisinin geniş vüsət almasıdır. 2003-cü ildən indiyədək ölkəmizdə iki mindən çox yeni məktəb binası tikilib. O cümlədən, bir sıra məktəblər üçün əlavə korpuslar tikilib, əsaslı təmir olunub. Yeni məktəblərinin tikintisi, əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, infrastrukturunun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb. Son illərdə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar sayəsində ikinövbəli məktəblərin, eyni zamanda ikinci növbədə təhsil alan şagirdlərin faizi aşağı düşüb. Bu iş indi də davam edir. 2012-2013-cü dərs ili ərəfəsində + ümumilikdə 50 min şagird yerlik 167 yeni orta məktəb tikilib, 103 məktəb əsaslı təmir edilib, 21 məktəb üçün 5 min 104 şagird yerlik əlavə korpuslar inşa olunub, yeni avadanlıqlarla təchiz edilib. "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda tədris ocaqlarının əsaslı təmiri və yenidən qurulması ilə bağlı bu il üçün nəzərdə tutulan tədbirlər planına uyğun olaraq paytaxt Bakıda da təhsil müəssisələri əsaslı təmir edilib.

...Prezident İlham Əliyevin yeni dərs ili ərəfəsində təzə tikilən və əsaslı təmir olunan təhsil ocaqlarında olması, işlərin gedişi ilə yaxından tanışlığı, tapşırıq və tövsiyyələrini verməsi Dövlət başçısının bu səhəni hər zaman diqqətdə saxlamasının göstəricisi olmaqla yanaşı, bu istiqamətdə görülən işlərin keyfiyyətinə də müsbət təsir edir....

...Şagirdlərinin dərsliklərlə pulsuz təminatı üçün də yeni dərs ili ərəfəsində lazimi tədbirlər həyata keçirilib.

...Prezident İlham Əliyevin sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi” və "Ən yaxşı müəllim” mükafatlarının təqdimatı da məktəb və müəllimin statusunun yüksəldilməsinə xidmət edir.

...."2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində gənclərin dünyanın müxtəlif ölkələrinin nüfuzlu ali məktəblərinə təhsil almağa göndərilməsi istiqamətində də işlər uğurla davam etdirilir. Onların bir qismi təhsilini başa vuraraq Vətənə qayıdıb....

....Təhsilin inkişafında Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyevanın müstəsna xidmətləri də xüsusi vurğulanmalıdır. Fondun "Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində son illərdə ölkəmizdə müasir tələblərə cavab verən 400-ə yaxın məktəb tikilib və yenidən qurulub, həmçinin 40-a yaxın uşaq evi və internat məktəbi əsaslı təmir və bərpa olunub, lazımi avadanlıqla təchiz edilib. Fondun dəstəyi ilə əyani tədris vəsaitləri çap edilib. "Təhsilə dəstək” layihəsi çərçivəsində yeni dərs ili ərəfəsində məktəblilərə çanta və dərs ləvazimatının paylanması isə artıq ənənəyə çevrilib. Fond 2004-cü ildən başlayaraq hər il qaçqın və məcburi köçkün ailələrindən olan uşaqları, eləcə də xarici ölkələrdə yaşayan məktəbli soydaşlarımızı yeni dərs ilində yeni dərs vəsaitləri ilə sevindirir. Gürcüstan, Rusiya Federasiyası, Hollandiya, Türkiyə, Rumıniyada yaşayan məktəbli soydaşlarımız da belə hədiyyələr alırlar.....

...Beləliklə, sentyabrın 15-i ölkəmizin bütün ümumtəhsil məktəbləri və ali təhsil ocaqlarında yeni dərs ili başlayır. Bu il məktəblərə ilk dəfə gedənlərin, yəni birincilərin sayı 130 min 454 nəfər olacaq. Ümumilikdə isə, yeni dərs ilində bütün təhsil işçilərini, tələbə və şagirdləri yeniliklər gözləyir. Yeniliklər isə həm də uğurların başlanğıcı deməkdir. Yeni dərs iliniz mübarək!

Sentyabrın 15-də 130 min 454 şagird birinci sinfə gedəcək
 
Orta və Ali məktəbə gedən bütün şagird və tələbələri ürəkdən təbrik edirik!

dılay | 29 noyabr 2015 21:59 | Status: Brilliant user | Şərh: 8 182
Sitat: Elcin sangu........
Sagirdleri ve telebeleri tebrik edirem

Sitat: Elcin sangu........
Sagirdleri ve telebeleri tebrik edirem


.....M..m....m.....m......m..
ESMERRi | 17 noyabr 2015 12:29 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Elcin sangu........
Sagirdleri ve telebeleri tebrik edirem
Elcin sangu........ | 10 avqust 2015 17:27 | Status: VİP user | Şərh: 631
Sagirdleri ve telebeleri tebrik edirem
SABINA | 25 may 2014 23:55 | Status: Professional user | Şərh: 7 410
Sitat: Beren
Yeni dərs ili münasibəti ilə bütün şagird və tələbələri təbrik edirəm.
Uğurlar!

MENDE DAHA BİR TEDRİS İLİNİN YEKUNLASMASİ MUNASİBETİ İLE BUTUN MUELLİM VE SAGİRDLERİ TEBRİK EDİREM.25.05.2014
Beren | 17 sentyabr 2013 00:39 | Status: Professional user | Şərh: 3 214
Yeni dərs ili münasibəti ilə bütün şagird və tələbələri təbrik edirəm.
Uğurlar!
Nara88 | 16 sentyabr 2013 23:47 | Status: Professional user | Şərh: 4 252
mende tebriklere qosuluram))gun o gun olsunki bebislerimizi aparaq mektebe) nn7
Lumia | 16 sentyabr 2013 13:39 | Status: Professional user | Şərh: 5 378
Butun sagird ve telebeleri tebrik edirem.
Gunel | 15 sentyabr 2013 21:29 | Status: Professional user | Şərh: 4 087
Butun shagird ve telebeleri tebrik edirem.InshAllah bu ilide muveffeqiyyetle basha vurarsiniz.
Just me | 15 sentyabr 2013 21:00 | Status: Professional user | Şərh: 1 296
nn allah butun saqird ve muallimlere sebir versin nn
Inci deniz | 15 sentyabr 2013 19:59 | Status: Yazar | Şərh: 2 379
Yeni ders iliniz mubarek,eziz muellimler ve sagirdler
Feriha. | 15 sentyabr 2013 19:37 | Status: Professional user | Şərh: 4 746
Sitat: Girl
HEYE QARA GUNLERIM BAWLIYIR _define090 _define011

vaxt gelecek o gunlerden otru darixassan evvel mende ele deyirdim indi ureyim gedir deseler gel tezden get mektebe uca uca gederem
ruzgargulum | 15 sentyabr 2013 17:59 | Status: Brilliant user | Şərh: 2 493
Sitat: Qanad
Yeni ders ili munasibeti ile derse geden butun mekteblilieri ve telebeleri tebrik edirem.


mende
Qanad | 15 sentyabr 2013 17:27 | Status: Yazar | Şərh: 4 357
Yeni ders ili munasibeti ile derse geden butun mekteblilieri ve telebeleri tebrik edirem.
muslim woman | 15 sentyabr 2013 15:56 | Status: Gümüş user | Şərh: 476
menim de qızım sabah insaallah mektebe baslayir nn
Aytekin82 | 15 sentyabr 2013 14:22 | Status: Brilliant user | Şərh: 6 586
Mənimkilərin hər şeyi dünəndən hazırlanıb, yığılıbdı))))
Girl | 15 sentyabr 2013 14:15 | Status: Professional user | Şərh: 8 206
HEYE QARA GUNLERIM BAWLIYIR _define090 _define011
ayruska | 15 sentyabr 2013 13:20 | Status: Professional user | Şərh: 3 978
LAP MEKTEB ILLERIM YADIMA DUSDU (((((
ALLEGRETTO | 15 sentyabr 2013 13:14 | Status: Gümüş user | Şərh: 2 218
Mən də bajoğlumu təbrik edirəm sabah 2-ncı sinfə keçir .. inanmıramki bajoğlu mənim təbrikimdən sevinsin ..oxumaqnan arası yoox nadınc uşaqdı heç dayısına çəkmiyib ..dədəsinə çəkib ))))))))
Alice | 15 sentyabr 2013 13:00 | Status: Professional user | Şərh: 5 020
Hər birini ayrılıqda təbrik edirəm.inşallah həm valideynlərini həm də müəllimələrini və dekanlarını incitməzlər.Bu yeni tələbələrimizə "HƏYATDA ƏN ÇOX GÜVƏNDİYİNİZ ŞƏXS MÜƏLLİMİNİZ OLSUN,ÇÜNKİ ONUN ƏN GÖZƏL SİLAHI KİTABDIR VƏ BU SİLAHLA ƏN BÖYÜK DÜŞMƏNİNİZİ BELƏ ÇÖKDÜRDƏ BİLƏRSİNİZ" _define090 Bizə oxumaqdan başqa heçnə qalmayacaq. . AFƏRİN QARA QIZ,SÖYLƏ GÖRÜM SƏN, . FƏLSƏFƏ ELMİNDƏN NƏYİ BİLİRSƏN ? . FƏLSƏFƏ HİKMƏTDİR,CƏBR DEYİL BU. . HƏLLİ TEZ TAPILAN,MİSAL DEYİL BU.
Aynur_Mezahirli | 15 sentyabr 2013 12:52 | Status: Qonaq | Şərh: 0
Mende hami kimi tebrike qosuluram bu il birinci sinife geden, butun balacalarimizi tebrik edirem onlara ugurlar dileyirem analarin ve atalarin daim fexri olsunlar. Allah onlari qorusun! Menimde balalarim o, balalarin icinde.
sadəcə MƏN | 15 sentyabr 2013 12:34 | Status: Brilliant user | Şərh: 4 771
1-ci sinfə və Universitetin 1ci kursuna gedənləri təbrik edirəm.Çünki inanmıram o birilər sabahkı gün üçün elə də sevinsinlər 23_18
DENIZ QIZI3 | 15 sentyabr 2013 11:32 | Status: Gümüş user | Şərh: 3 858
Ali MEKTEBE ilk gedenleri ve birincileri mende tebrik edirem.ilk ders ilnde hamiya ugurlar olsun.
nergiz_zz | 15 sentyabr 2013 11:04 | Status: Professional user | Şərh: 3 814
MƏNDƏ TƏBRİK EDİRƏM....SƏHƏR ÜÇÜN ÇOOXLARI HƏYACANLIDI..BİRİNCİ SİNİFƏ GEDƏNLƏRLƏ ALİ MƏKTƏBƏ GEDƏNLƏR...MÜƏLLİMLƏRDƏ VAR Kİ,ONLARIN SABAH İLK İŞ GÜNÜDÜ....UĞUR HƏR ZAAMAN BİZLƏRLƏ ADDIMLASIN....
Mickey Mouse | 15 sentyabr 2013 10:53 | Status: Professional user | Şərh: 4 008
Uffff sabah acilacaq birce tez acilsaydi...
Princess_93 | 15 sentyabr 2013 09:39 | Status: Brilliant user | Şərh: 5 877
Her kese ugurlar
SEVDA | 15 sentyabr 2013 09:36 | Status: Nəzarətçi | Şərh: 17 437
Sabahdan bawımız qarıwacaq uwaqların dersleriyle.Bütün tehsil iwçilerine,telebe ve wagirdlere uğurlar...
NURLU | 15 sentyabr 2013 08:58 | Status: Professional user | Şərh: 5 552
Orta və Ali məktəbə gedən bütün şagird və tələbələri ürəkdən təbrik edirirem
SORAY | 15 sentyabr 2013 08:48 | Status: Şərhçi | Şərh: 253
Etrafli melumat ucun tewekkurler .tebrik ucunde ayrica.

Etrafli melumat ucun tewekkurler.tebrik ucunde ayrica