Aktual / Xəbəriniz olsun!

Valideynlər uşaqlarına Sevgilim, Ansambl, Limon adlarını verə bilməyəcək

Azadqadin.az | 11-09-2013, 18:28
6 191 34

Şüşəbənd, Sevgilim, Sərxoş, Meyxoş,  Limon.... Vaxtilə uşaqlara qoyulan və həm təəccüb, həm də təbəssüm doğuran belə adlar tarixə qovuşacaq – Nazirlər Kabineti yanında Terminologiya Komissiyası sədrinin müavini Sayalı Sadıqova AzadlıqRadiosuna belə deyir.
Həmin komissiyanın nəzdində yaradılan "Adlar və soyadlar bölməsi" ölkədəki adların siyahısını hazırlayır. Bu siyahı bütün VVAQ idarələrinə göndəriləcək. İki və üçpilləli adlara və  azərbaycanlı ailələrin uşaqlarına rus adlarının qoyulmasına da icazə verilməyəcək:
"Azərbaycanlılar uşaqlarına rus adı qoyurlar. Məsələn, Olya. Biri deyir əsgərlik dostumun qızının adı idi... Biri deyir tanış olduğum qızın adı. Yekaterina, Oleq və başqa adlar da o cümlədən. Ad hər bir xalqın kimliyidir. Ancaq Məryəm kimi beynəlmiləşmiş adlara icazə veriləcək. Bunu kim qadağan edə bilər ki? Uşaqlara Portağal, Limonad və s. kimi xoşagəlməz adlar qoyurlar. Məhəbbət anlaşılandır, Sevgilim nədir? Kimsə həmin qızı belə çağıracaq: "Sevgilim Sevgilim". Ya da qadın adını kişiyə qoyurlar, kişi adını qadına. Əhali başa düşməlidir ki, uşaq dünyaya gəlirsə, ona gözəl ad qoyulmalıdır. Hazırda dövlət proqramı hazırlanır. Proqrama əsasən, bunların hamısı qanuniləşəcək və qeydiyyat idarələrinə göndəriləcək".
Sayalı Sadıqovanın dediyinə görə, komissiya üzvləri bu cümə – sentyabrın 13-də toplaşaraq adlarla bağlı müzakirələrini davam etdirəcəklər.
Komissiyanın məlumatına görə, Azərbaycanda yeni doğulmuş oğlanlara ən çox Yusif, Əli, Hüseyn, qızlara Zəhra, Nuray, Fatimə adları verilib.
Adlara nəzarət birmənalı qarşılanmır. Bakı sakini Validə Əliyeva deyir ki, uşağına babası Əlimərdanın adını qoymaq istərdi: 
"Qadağan etmək doğru deyil. Bu, mənim arzumdur. İndi mənə icazə verməyəcəklər. Bu, axı onların işi olmamalıdır".
Bir başqa sakin – Adilə Məmmədova rus nənəsi Olqanın adını yaşatmaq arzusundadır:
"Nənəm rusdursa, onun adını qoymaq istəyirəmsə, deyəcəklər qoyma? Nənəmin adıdır, axı. Necə olur, azərbaycanlı nənəmin adına icazə verirlər, rusa yox?".

Sakinlər adlarla bağlı həm üst-üstə düşən, həm də haçalanan fikirlər dilə gətirirlər:
– Düzdür, yeni adlar daha yaxşıdır. Daha yaxşı səslənir. Camaat da gərək mənalı, gözəl adlar qoysun.
 
– Bu, insanların şəxsi işinə müdaxilədir. Valideynlər özü bilər nə ad qoyur. Niyə qarışırlar...
– Elə valideynlər var ki, onlara doğrudan da mənasız, gülməli adlar qoymağa imkan vermək olmaz. Bu, axı uşağın adıdır. Həmin uşaq əşya deyil ki, istədiyin adı qoyasan. Böyüyüb başa düşəndə xoşu gəlməyəcək, dəyişəcək.

– Elə adlar qoymaq lazımdır ki, uşaq böyüyəndə adından utanmasın, əksinə, fəxr eləsin.
 
Sayalı Sadıqova deyir ki, dildə yaxşı səslənən yeni adlar da var ki, komissiya həmin adların qoyulmasını dəstəkləyir: 
"Məsələn, Dəniz adını niyə kənara qoyaq? Müəyyən adlar var ki, görürsən, doğrudan da diləyatımlıdır... Ya da "Dədə Qorqud"dakı Beyrək adı yenidən qoyulursa, bunu dəstəkləyərik".
2011-ci ilin mayında Nazirlər Kabineti "Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları"nı təsdiqləyib. Qaydaların ümumi müddəalar hissəsində də göstərilir ki, "Uşağın mənafeyinə xələl gətirə biləcək, habelə şəxsin cinsinə uyğun gəlməyən və ya gülünc adın verilməsinə yol verilmir".

azadlıq radiosu
- See more at: http://yaxa.org/az/xeber/8914#sthash.UQ52W7kv.dpuf

Azadlıq radiosu

ESMERRi | 20 noyabr 2015 23:17 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Vetenperver
Bizim camaatın həqiqətən övladlarına bərbad,biabırçı adlar qoymaqları var.Ruslarda soyadları gülməli olur bizdə adlar.Valideyn belə adlar qoyanda sanki övladı ilə məzələnir.Onun gələcəyini düşünmür ki cammat ona güləcək,onu ələ salacaq.Uşağa elə ad qoymaq lazımdır ki onun nə dində ziddiyəti olsun nədə ki insanlar arasında gülünc olmasın.Bir qadın var idi adı Bağça idi.Sonra bir oğlan var idi əmisinin adı Yaşıl idi.Çoxlu belə misalllar çəkmək olar. Yazıq övladda heç olmasa böyüyəndən sonra öz adını düz əməlli bir ada dəyişsin.

Sitat: sanel
menim xalamin adi limonaddir

Ay Allah.Görəsən kim onunla məzələnərək bu adı qoyub ona?
dılay | 17 noyabr 2015 15:08 | Status: Brilliant user | Şərh: 8 182
AyIbdIr eeeeeeeeeeeeeeeeeee
milashka_167 | 10 noyabr 2015 14:52 | Status: VİP user | Şərh: 1 452
Bu valideynler dogurdan ozlerinide övladlarinida gülunc yerine qoyurlar.şüşebend,serxoş,limonad nedi?ya başlari catmir o adi qoymag isteyenlerin yadaki ozlerini gülünc yerine qoyurlar.yox bir fanta.,kola qoysunlar limonadi neynirler.esebleşdim lap
BULUTUM | 1 iyun 2015 08:35 | Status: Professional user | Şərh: 7 386
Ad insanin ozuyle boyuyur.Dogurdanda ele ad verilmelidi ki, uwaq oz adini cekende insanlar icinde utanib cekinmesin.En cox sevdiyim ad Subhandi.qiz adi Esnad.
N....N92 | 29 noyabr 2014 14:21 | Status: Professional user | Şərh: 4 351
tesekkurler
Ayanim | 10 fevral 2014 14:33 | Status: Gümüş user | Şərh: 1 920
sevgilim yox sevgim ewitmiwem
Girl | 15 sentyabr 2013 14:47 | Status: Professional user | Şərh: 8 206
birinci defedi bele adlar ewidiremmm
Lumia | 13 sentyabr 2013 01:21 | Status: Professional user | Şərh: 5 378
Heqiqeten bizde biabirci adlar coxdu.Bizim millet hec vaxt oz sexsi dusuncesine soykenerek ad vermir ovladlarina mutleq nedense "ilhamlanir"Cunki biz hec vaxt ozumuz olmamisiq her zaman basqalarindan ornek goturmusuk,basqalarini yamsilamaq olub pesemiz.Sovet hokumeti quruldu hami basladi ovladlarina Sovet,Sayuz,Traktor,Asfalt,Samalyot,Kolxoz adi vermeye,sovet dagildi hami ucdan tutma Braziliya,Meksika,Ispaniya serial qehremanlarinin adini vermeye basladi,vaxt geldi camaatin basi Turkiye sou biznesine,turk seriallarina qarisdi,ovladlarina da onlarin numayendelerinin adini vermeye basladi Seda,Zerda,Kader ne bilim ne.Indi de coxu deb xatirine dini adlar qoyur.Niye biz oz milli,tarixi,soy kokumuzu yasadan adlarimizi vermirik ve ya nadir hallarda veririk ovladlarimiza?Niye Beyrek,Qorqud,Atilla,Tomris,Azer kimi adlari vermekden cekinirik amma o milletin bu milletin ecaib adlarini vermekden cekinmirik?Qonsumuz vardi,adi Seddam idi,atasi Seddam Huseynin serefine qoymusdu.Neye lazimdir axi bu yersiz,kor korane fanatizm?Seddam Huseynin sonu o cur biabirciliq oldu,amma Azerbaycanda hele de agilsiz valideynlerinin ucbatindan diktatorun adini dasiyan insanlar var.Men insallah oz ovladlarima esl Azerbaycan adlari verecem.
ulker76 | 12 sentyabr 2013 22:57 | Status: Qonaq | Şərh: 0
duz edirler.usaqlara utanacagi adlari qoymamalidirlar
gul kokusu | 12 sentyabr 2013 13:42 | Status: Gümüş user | Şərh: 1 472
NE QERİBE ADLARDİ ......İLK DEFEDİ BELE ADLAR ESİDİREM.
Damla | 12 sentyabr 2013 13:18 | Status: Brilliant user | Şərh: 7 177
Bizde ad barede problem yoxdur...
Vetenperver | 12 sentyabr 2013 11:36 | Status: Professional user | Şərh: 6 699
Bizim camaatın həqiqətən övladlarına bərbad,biabırçı adlar qoymaqları var.Ruslarda soyadları gülməli olur bizdə adlar.Valideyn belə adlar qoyanda sanki övladı ilə məzələnir.Onun gələcəyini düşünmür ki cammat ona güləcək,onu ələ salacaq.Uşağa elə ad qoymaq lazımdır ki onun nə dində ziddiyəti olsun nədə ki insanlar arasında gülünc olmasın.Bir qadın var idi adı Bağça idi.Sonra bir oğlan var idi əmisinin adı Yaşıl idi.Çoxlu belə misalllar çəkmək olar. Yazıq övladda heç olmasa böyüyəndən sonra öz adını düz əməlli bir ada dəyişsin.

Sitat: sanel
menim xalamin adi limonaddir

Ay Allah.Görəsən kim onunla məzələnərək bu adı qoyub ona?
sanel | 12 sentyabr 2013 09:27 | Status: Professional user | Şərh: 3 647
menim xalamin adi limonaddir 23_18
Sitat: Sari gelin
wukur sevindirici xeber ewitdik ..qonwumuz var QIZMEME xala)))adam da utanir onu cagirmaga )))

ne qessey adi var _define007 _define007
Qanad | 12 sentyabr 2013 07:49 | Status: Yazar | Şərh: 4 357
Adin insana boyuk tesiri olur.Adi dasiyan adam o adin menasini bilmelidir.Ad var insana xosbextlik getirir.Belke o uzden usaqlara Fatma,Zehra,Yusif,Eli kimi adlar qoyurlar.Men bir insan taniyiram Mehemmed adini dasiyir.Amma cox heyif.Essek kimi de icir.Arvadi bezibeeeee elinden.Peygemberimizin adi var ustunde amma ozu heyverenin birirdir.
Nur | 12 sentyabr 2013 07:20 | Status: Professional user | Şərh: 3 988
uwaga gozel ad qoymaq cox onemlidi,uwaq boyuyende gerek oz adinnan utanmasin,sixilmasin onu cagiranda,qisa adlar yaxwidi mence.yoxsa neye lazim BALAKIWI,BALAELI,MESMEXANIM,
men wukrler olsunki oz adimnanda,uwaqlarin adinnanda raziyam
yalniz arzu | 11 sentyabr 2013 23:53 | Status: Gümüş user | Şərh: 1 759
QADİN ADİ SUTUL SUMBUL SHURA ....AXİR Kİ NESE AGİLLİ BİR TEKLİF GELDİ..UMUMİYYETLE ADİN ONEMİ BOYUKDU.
Torpaq | 11 sentyabr 2013 23:08 | Status: Professional user | Şərh: 3 570
Sitat: Sari gelin
wukur sevindirici xeber ewitdik ..qonwumuz var QIZMEME xala)))adam da utanir onu cagirmaga )))

_define007 aydaaaaaa)))
Gunnare_ok | 11 sentyabr 2013 22:57 | Status: VİP user | Şərh: 332
Ad insanin şexsi mensublugudur,onun cemiyyet icinde veheyatindaki tutacagi movqeye sahib olmagini gerekdien en vacib unsurdu. ona gore de korpeye ad secerken valideyinler cox diqqetli fikirlesmelidirler
drop | 11 sentyabr 2013 22:16 | Status: Gümüş user | Şərh: 2 448
bizim qonwumuz vardi adi Gilas idi, indi rehmete gedib. sonra Findiq adinda bir qadin vardi. menim de bele adlardan xowum gelmir. muasir, gozel ve dini adlar var.qoyaq, yawadaq smile
ayruska | 11 sentyabr 2013 21:46 | Status: Professional user | Şərh: 3 978
Azərbaycanda yeni doğulmuş oğlanlara ən çox Yusif,
menim bacimoglunun adi Yusif qoyulub
sadəcə MƏN | 11 sentyabr 2013 21:36 | Status: Brilliant user | Şərh: 4 771
Beynimdə bir neçə ad var uje..))))
Aytekin82 | 11 sentyabr 2013 21:32 | Status: Brilliant user | Şərh: 6 586
Komissiyanın məlumatına görə, Azərbaycanda yeni doğulmuş oğlanlara ən çox Yusif, Əli, Hüseyn, qızlara Zəhra, Nuray, Fatimə adları verilib.

Yusif qaynatamin adıdı, Nurayın adını qaynanam qoyub. Yaşa səni)))

Sitat: Sari gelin
wukur sevindirici xeber ewitdik ..qonwumuz var QIZMEME xala)))adam da utanir onu cagirmaga )))

Princess_93 | 11 sentyabr 2013 21:01 | Status: Brilliant user | Şərh: 5 877
Sitat: Just me
butun namaz gilan doslarimiz ucun cox xais edirem allah rizasi ucun namazlarinizda nara ve decel ucun dua edin allahin bizlere ovlad vermesi ucun dua edin her duada bir saflix var belke allahim sizin bizim dualarimizi esider bizlere bir ovlad payi verer.evvelceden tesekkurler

canim inanli her namazda dua eliyirem Allah tezlikle qismet elesin sad xeberlerinizi ewidek
konul mamedova | 11 sentyabr 2013 20:36 | Status: Professional user | Şərh: 1 711
LAP GÖZƏL QƏRARDİ..O GÜN SƏNİ AXTARİRAM VERLİSİNƏ BAXİRDİM...QADİNİN ADİ STƏKAN İDİ...ADAMİN GÜLMƏYİ TUTUR..MORUQ GİLAS ADLARİNİ DA ESİTMİSƏM..MORUQ OLAN HAMİYA DEYİR Kİ MƏNƏ MALİNA DEYİN)))MORUQ DEYƏNDƏ UTANİRAM...YAZİQ GİLAS NEYNƏSİN BƏS VİŞNƏMİ DEYƏK??))))O ÜZDƏN ADİ QOYANDA YÜZ ÖLCÜB BİR BİCMƏK LAZİMDİ..

Sitat: Qanad
Allah Sene ,naraya,decele,lolaya,umumiyyetle adlarini bilmediyim butun gelin qizlarimiza tezlikle ovlad payi versin.Allah sizleri tezlikle sevindirsin.Sad xeberlerinizi esidek.AMIN!

AMİN ALLAH ..ALLAH RAZİ OLSUN .
Qanad | 11 sentyabr 2013 20:22 | Status: Yazar | Şərh: 4 357
Sitat: Just me
butun namaz gilan doslarimiz ucun cox xais edirem allah rizasi ucun namazlarinizda nara ve decel ucun dua edin allahin bizlere ovlad vermesi ucun dua edin her duada bir saflix var belke allahim sizin bizim dualarimizi esider bizlere bir ovlad payi verer.evvelceden tesekkurler

Men sexsen her defe belke rast gelersiz her defe usaq haqqinda sohbet gedende burda olan gelinlerin ana olmaq isteyenleri dua edirem.Bax saat 20-19 deqiqedir.Evimiz mescide yaxindir.Azan verilir.Yene de Allahdan sizler ucun dua edirem.Allah Sene ,naraya,decele,lolaya,umumiyyetle adlarini bilmediyim butun gelin qizlarimiza tezlikle ovlad payi versin.Allah sizleri tezlikle sevindirsin.Sad xeberlerinizi
esidek.AMIN!
Gunel | 11 sentyabr 2013 20:18 | Status: Professional user | Şərh: 4 087
Bu ad meselesi biraz qeliz movzuduree.Kimisi adet enene deyerek dede baba adlarini oz ushaqlarina qoyur,kimisideki seriallara baxib serialin qehremanlarinin adlarini qoyur ushaga.Neticede de ushaq boyuyende valideynin sehvinin ucbatindan utana utana qalir.Shexsen menim inshAllah korpem olanda biliremki ona ne baba,nene adi qoyacam nedeki kiminse sherefine.InshAllah fikrdimde tutdugum bir nece oglan ve qiz adi var onlarda tebiiki hem Dini hemde muasir zemaneye uygun ve cox gozel adlardir.Allah qoysa oz balalarimi yoldashimla meslehet ederek ozumuz qoyariq adlarini.
Sari gelin | 11 sentyabr 2013 19:42 | Status: Gümüş user | Şərh: 2 439
wukur sevindirici xeber ewitdik ..qonwumuz var QIZMEME xala)))adam da utanir onu cagirmaga )))
DENIZ QIZI3 | 11 sentyabr 2013 19:40 | Status: Gümüş user | Şərh: 3 858
HER bir valideynin borcudur ovladina yaxsi ad versin ,cunki dost tanislarin arasinda basi asagi olmasin ovladi,
ALLEGRETTO | 11 sentyabr 2013 19:17 | Status: Gümüş user | Şərh: 2 218
Şəxsən mənim bajoğlumun adı Əmrahdir )..bu ad qoymanın də türk müğənnisi Əmrahla heç bir əlaqəsi yox sadəcə uşağın ulu babasının adı Əmrah olmuşdur ..və çox maraqlıdır ki 100 -200 əvvəl Əmrah adı Azərbaycanda kifayət qədər yayılmış addır türk mənşəlidir ...şəxsən mənim qədim türk oğuz adlarından xoşum gəlir . O ki qaldı qız adlarına limon adı qəşəng originalnı addır niyədə olmasın))).. yaxud Ayçiçək adındanda çox xoşum gəlr bilməyənlərçün deyum ki türklər Günəbaxan yağına Ayçiçək yağı deyirlər..))). təsəvvür edin Ayçiçək xanım necə gözəl səslənir smile
Inci deniz | 11 sentyabr 2013 19:12 | Status: Yazar | Şərh: 2 379
Yaxsi qanundur