Aktual / Xəbəriniz olsun!

Nəyi və necə geyinməli? - (Peşəkarlardan məsləhətlər)

Banu. | 7-06-2013, 21:00
23 434 60


"Mən geyim seçərkən pis vəziyyətə düşürəm. Aldığım paltarların heç birini yaxınlarım bəyənmir. Çox vaxt məni ələ salırlar. Lakin mən geyim alarkən hansısa paltarı səhv aldığımı hiss etmirəm. Aldıqdan sonra isə peşmançılıq hissi keçirirəm. Səbəb isə bədən ölçülərimin istədiyim kimi olmamasıdır”, - 24 yaşlı həmsöhbətim Leyla Həmidova deyir.

L.Həmidova gənc olmasına baxmayaraq, mağazadan paltar almaq onun üçün işgəncədir.

Fəsil dəyişdikcə geyimlərimiz də dəyişir. Geyimlərə xüsusilə də yaz və yay aylarında daha çox diqqət yetirirlər. Lakin bu gün xanımlarımızın əksəriyyəti geyim seçimində çətinlik çəkir. Bəziləri isə nəyi və necə geyinməyi belə bilmirlər.

Bəzi qadınlar bədən ölçülərinə uyğun geyinmirlər

Stilist Samir Əliyevin fikrincə, kök xanımlar geyim seçərkən hər şeyi əksinə edirlər:

"Qadınlarımız elə bilirlər ki, onlar dar geyinməklə arıq görünəcəklər. Bu, səhv fikirdir. Kök insan dar geyindikdə lap pis görünür. Artıq çəkini gizlətməyin düzgün yollarından biri də rahat paltarlar geyinməkdir. Bədənə yapışan paltar insanı olduğundan da kök göstərir.

Düzdür, qara rəng istənilən şəxsi arıq göstərir. Amma bu o demək deyil ki, hamı qara geyinsin. Onsuz da nədənsə əksəriyyətimiz bu rəngə üstünlük veririk. Sanki rəngarəng geyinməkdən qorxuruq. Kök insanlar bilməlidirlər ki, onlar doğru geyinərlərsə, paltarlarını bir-birinə uyğunlaşdırarlarsa, heç də kök görünməzlər. Hər şey düzgün seçimdən asılıdır. Misal üçün, ağ şalvar və qısa köynək istənilən şəxsi kök göstərəcək. Amma bu şalvarı uzun bir köynəklə geyindikdə artıq ətlər görünməyəcək.

Xanımların etdiyi səhvlərdən biri də hündürdaban ayaqqabı seçimində olur. Dolu xanımlar hündür ayaqqabılarda bir az kobud görünürlər. Yaxşı olardı ki, xanımlarımız ayaqqabı seçərkən diqqətli olsunlar”.

Rənglərin rolu olduqca önəmlidir

Bəzən kök qadınlar qara rəngə üstünlük verərək bu rəngdə daha incə göründüklərini düşünürlər. Əslində, bu düzgün deyil. Stilistlərin fikrincə, elə rənglər var ki, insan düzgün geyinərkən arıq görünə bilər. Sadəcə, rəngləri düzgün kombinasiya etmək lazımdır.

Bu ilin ən dəbdə olan rəngləri isə bunlardır: zümrüd yaşılı - bu rəng bu il dəb aləminə öz damğasını vuracaq. Stilistlərin fikrincə, 2013-cü il yaz-yay kolleksiyalarında narıncı rəngə xüsusi önəm veriləcək. Bu iki rəngi xüsusən pencək və bluzlarda görmək olacaq.

Kök qadınlar üçün dəb yoxdur?

Brend mağazalardan birinə daxil olub, 11 ildir satıcı işləyən Vüsalə Xəlilova ilə söhbət etdik. Onun sözlərinə görə, mağazaya gələn xanımların əksəriyyəti brend sözünün mənasını heç bilmir.

"Elə müştərilərimiz var ki, dəbdə olan paltarı nə olursa-olsun, almaq istəyir. Amma başa düşmür ki, bu onun bədən ölçüsünə görə deyil. Mən demirəm ki, kök qadınlar üçün dəb yoxdur. Sadəcə, insan hər şeyin həddini bilməlidir.

Qadınlar geyim seçərkən daha diqqətli olmalıdırlar. Bəzən dəbə uyğunlaşmaq üçün qadınlar onlara yaraşmayan geyimlərə üstünlük verirlər. Lakin bu düzgün deyil. İnsan ona yaraşanı geyinməlidir. Bəzən mağazamıza gələn xanımlar onlara yaraşmayan paltarlar alırlar. Sanki özlərini güzgüdə görmürlər. Dəbə uyğunlaşmaq olar, amma bu o demək deyil ki, yaraşmayan paltarları geyinməlisən”.

Milli.Az-a açıqlama verən modelyer Fəxriyyə Xələfova isə qadınların geyimi haqda bunları dedi:

"Hər yerin öz geyimi olduğu kimi, hər ilin, hər mövsümün öz dəbi var. Psixoloji amildir ki, yeniliyə daxildən gələn bir istək var. Çağırış var. Buna görə də xanımlar yeniliyə üstünlük verirlər. Geyim, təbii ki, hər zaman köhnəlir, heç bir geyim yeni qalmır. Və ya zaman keçdikcə bədən ölçüsünə uyğun gəlmir, dəblə uyğunlaşmır. Bu səbəbdən də geyimlər hər zaman seçilir və qarderob yenilənir.

Geyim seçərkən ilk növbədə onun təyinatını müəyyən etmək lazımdır. Yəni bu geyim alındıqdan sonra harada istifadə olunacaq. Əsasən xanımlar burada səhvə yol verirlər. Geyimi aldıqdan sonra düşünürlər ki, bunu haraya geyinmək olar. Əslində, bu düzgün deyil. Biz aldığımız paltarı həvəsimizi öldürmək üçün deyil, onu hansısa bir məqsədlə almalıyıq.

Elə geyim ala bilərsiz ki, onu ümumiyyətlə heç yerə geyinə bilməzsiniz. Geyimin öz funksiyası var. Bunu unutmaq olmaz”.

Geyinərkən stili unutmaq olmaz

Modelyerin fikrincə, bir neçə stil var ki, xanımlar onlara üstünlük verirlər. Bunlar klassik, romantik və idman üslubudur. Bu üç üslub ən populyar üslublardır ki, xanımlarımız onlara üstünlük verirlər. Stil dedikdə bu zaman xanımlar öz həyat tərzlərini fikirləşməlidirlər. Özlərinə elə paltar almalıdırlar ki, onların həyat tərzinə uyğun gəlsin, özlərini rahat hiss edə bilsinlər.

Geyimin estetik funksiyası da var. Yəni görünüşü. Bütün bunlar üst-üstə düşməlidir. Bu isə estetik görünüş, paltarın düzgün seçilməsi, onun zövqlü görünüşü, hər şeylə uyğunlaşması deməkdir.

Xanımlar yaşlarına uyğun geyinmirlər

Unutmaq lazım deyil ki, paltar zahiri görünüşə uyğun, yaşa uyğun olmalıdır. Bu gün dəb aləmində yaş məsələsi artıq problemə çevrilib. Xanımlarımız çalışırlar ki, yaşlarını qabartmasınlar, buna görə də bir çoxu geyimləri ilə cavan görünmək istəyir və bununla da gülünc vəziyyətə düşür. İnsan geyinərkən yaşı nəzərə alanda daha gözəl gürünür. Geyimin həm funksional baxımdan, həm də estetik görünüşcə düzgün seçilməsi onu mükəmməl edir. Hər hansısa bir funksiyanı qeydə almadıqda isə artıq yalnış geyim çıxır ortaya.

Geyimlərin üstündə etiket başqa dildə yazılır

"Geyim etiketində yazılar var, yəni ölçülər. Bəzən geyimlər üzərində yazılan ölçülər müştərilər tərəfindən heç nəzərə alınmır. Bədən ölçüsü mütləqdir. Ölkəmizdə istifadə olunan geyimlərin 90 faizi xaricdə istehsal olunduğuna görə geyimin üstündə yazılan ölçülər xarici dildə olur. Əslində, bu bir problemdir. Necə ki, qida məhsullarının üzərində etiketlər Azərbaycan dilinə tərcümə olunur, eynilə də geyimlərin üzərində hər şey ətraflı yazılmalıdır ki, alıcı nə aldığını bilsin. İstifadəçi məcbur deyil axı xarici dili bilsin. İstifadəçilərin özləri də geyimlərin üzərindəki etiketlərə biganə yanaşırlar. Çox zaman elə olur ki, geyimlərin üzərindəki etiketlərdə belə məlumat səhv olur. Bilmirəm, bunu bilərəkdən belə edirlər, yoxsa yazanlar məlumata sahib deyillər. Lakin bütün bu sadaladıqlarım geyimlərdən istifadə edən müştərilərə problem yaradır”, - Fəxriyyə Xələfova dedi.

Türkan Nadirqızı
Milli.Az


ESMER | 24 oktyabr 2015 21:46 | Status: VİP user | Şərh: 817
Sitat: OLUM MELEYI
TEWEKKURLERRRRRRRRR


Sitat: Miraj
Sitat: N....N92
Tewekkurler
Miraj | 4 fevral 2015 10:19 | Status: Professional user | Şərh: 2 624
Sitat: N....N92
Tewekkurler
my life is music | 2 fevral 2015 15:34 | Status: Gümüş user | Şərh: 736
debli geyinmeyi coxseviem
N....N92 | 1 dekabr 2014 16:00 | Status: Professional user | Şərh: 4 351
Tewekkurler
N....N92 | 1 oktyabr 2014 14:48 | Status: Professional user | Şərh: 4 351
Sitat: sevgi istanbul
geyimim zovqludu her kes beyenib
SEVA | 12 sentyabr 2014 01:08 | Status: Professional user | Şərh: 5 150
geyimim zovqludu her kes beyenib
Gulshen. | 22 fevral 2014 08:58 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
AYAN A-VA | 20 fevral 2014 20:59 | Status: Gümüş user | Şərh: 1 722
MEN ZOVQLE VE BACARDIGIM QEDER HER ZAMAN DEBLE GEYINIREM TEWEKKURLER
Nara88 | 21 dekabr 2013 22:34 | Status: Professional user | Şərh: 4 252
menim zovqum mamaya cekib)eladir cox shukur
OLUM MELEYI | 2 dekabr 2013 20:03 | Status: VİP user | Şərh: 499
TEWEKKURLERRRRRRRRR
Ulviyye | 20 noyabr 2013 22:33 | Status: Gümüş user | Şərh: 2 839
Sitat: sadəcə MƏN
Hər zaman gövqlə geyinməyə çalışıram


Sitat: sadəcə MƏN
Hər zaman gövqlə geyinməyə çalışıram
Röyamsan. | 11 noyabr 2013 01:09 | Status: Brilliant user | Şərh: 6 102
MEN ZOVQLU GEYINIREM TEWEKKURLER
Miss_Xerceng | 11 noyabr 2013 00:47 | Status: Şərhçi | Şərh: 314
Men cox zovqlu geyinirem bully
Günelove | 11 oktyabr 2013 08:27 | Status: Şərhçi | Şərh: 288
Men hemişe özüme yaraşanı geyinirem bele adam daha rahat olur
gulcan | 9 oktyabr 2013 01:51 | Status: Gümüş user | Şərh: 1 932
Ozume yaraşani geyinirem. Neyin mene yaraşdigini cox yaxşı bilirem. Eger bir şeyi men geyinende beyenmiremse heckim beyenmir.
Lena87 | 12 avqust 2013 12:22 | Status: Qonaq | Şərh: 0
Mende mene yarasani geyinirem.Kiminse fikri menim ucun onemli deyil. nn38
Mickey Mouse | 1 iyul 2013 15:16 | Status: Professional user | Şərh: 4 008
Sitat: Girl
bu il neyi ve nece isteseniz geyine bilersiniz bu il qariwiq moddur..(guyamki)

23_18
Gulnare4 | 27 iyun 2013 00:32 | Status: Gümüş user | Şərh: 1 255
yarasani geyinirem xebere gore tesekkur
FLOVERandGİRL | 26 iyun 2013 16:35 | Status: Professional user | Şərh: 3 251
qehveyi rengi cox sevirem
Girl | 21 iyun 2013 00:25 | Status: Professional user | Şərh: 8 206
bu il neyi ve nece isteseniz geyine bilersiniz bu il qariwiq moddur..(guyamki)
gulchinka | 20 iyun 2013 22:12 | Status: Şərhçi | Şərh: 109
doqrudu ama mende ki xasietse hami geyeni geyine bilmirem ve oxsar geyimler geye bilmerem.deble zovqu qarisdiraram o sertleki herkesde ondan yoxdu.hansisa mekanda kimlese pishdi olmaqi sevmirem
Mickey Mouse | 16 iyun 2013 13:01 | Status: Professional user | Şərh: 4 008
Men yarasani geyirem.
yanina | 12 iyun 2013 10:56 | Status: Şərhçi | Şərh: 384
men oz zovqume guvenirem
Aliyeva | 8 iyun 2013 22:23 | Status: Yazar | Şərh: 4 036
debli geyinmekden cox zovqlu ve yarawaran geyimlere ustunluk verirem...
Sekine Hesen | 8 iyun 2013 21:37 | Status: Gümüş user | Şərh: 3 112
tewekkur maraqlidi ama menim ucun sevdiyim geyimi aliram
jasmin7 | 8 iyun 2013 21:24 | Status: VİP user | Şərh: 745
arda deble ayaqlawmaq lazim
Duyqu | 8 iyun 2013 21:18 | Status: Şərhçi | Şərh: 48
deb oz yerinde, esas mene ne yarasir onu geyinerem
casiye 45 | 8 iyun 2013 18:45 | Status: Gümüş user | Şərh: 1 449
qewey yazidir,twkler
Inci deniz | 8 iyun 2013 16:15 | Status: Yazar | Şərh: 2 379
Dogrudur,her kes oz terzini oz yasinin debini bilmelidir
rynvysv | 8 iyun 2013 13:55 | Status: Şərhçi | Şərh: 98
Mence here ozune yarasani geyinse daha gozel goruner,neinki deble.