Aktual / Xəbəriniz olsun!

Laçının işğalından 19 il otür

Aynur_Qurbanqizi | 18-05-2011, 14:52
2 460 37

 

Azərbaycanın dilbər guşəsi Laçının işğalından 19 il otür

 



 Tarixə nəzər salanda məlum olur ki,Azərbaycanın strateji mövqeyi xarici dövlətlərin maraq dairəsində olub və  müxtəlif vaxtlarda Azərbaycan xalqı ,ərazisi bu marağın qurbanına çevrilib.Bu marağın qurbanına çevrilmiş ərazilərdən biri Azərbaycanın dilbər guşələrindən biri olan Laçın rayonudur.Laçından  danışarkən qeyd etmək lazımdır ki, şəhərin yerini Tağı Şahbazi seçmiş və bu adı da ona özü vermişdir.Laçın şəhəri Həkəri çayının sol sahilində,Yevlax-Naxçıvan yolunda ,Ağdam dəmiryol stansiyasından 77 km cənub-qərbdə yerləşir.1923-cü ilə qədər rayon Abdallar adlanıb.Rayonun Abdallar adlanmasına səbəb Laçın dağı ətəyində çox qədimdən abdal  türk tayfalarının məskən salması və tayfanın adına uyğun olaraq adlandırılmasıdır.1924-cü ildə təsis edilmiş Laşın rayonunun yaranma tarixi 8 avqust 1930-cu ildir.

Ərazisi 1,84min kv/km,əhalinin  sayı 73,1 min nəfərdir.Laçın rayonunda 1 şəhər(Laçın),1 qəsəbə(Qayğı), 123 kəndi var.Laçın rayonunun 200-ə yaxın tarixi mədəniyyət və memarlıq abidələri,onlarla kurqan,qala tipli arxeologiya baxımdan faydalı olan abidələr,çoxlu sayda qəbirüstü abidələr,stellalar,at,qoç fiqurları,süjetli daşlar,eləcə də bu ərazi çoxlu təbii sərvətləri,qiymətli mineral suları ilə zəngin bir ərazi olmuşdur.

Laçının işğalı.Ermənistanla Azərbaycan arasında dəhliz olan Laçının işğal edilməsi üçün tədbirlər 1989-cu ildən görülməyə başlanmışdı.O vaxt artıq ermənilər Laçında bir neçə mülki şəxsi qətlə yetimişdilər.Məhz buna görə,Laçın Rayon Polis Şöbəsinin nəzdində ilk Xüsusi Təyinatlı Milis Rotası yaradılır.Rotanın komandiri kapitan Rövşən Cavadov Laçın rayonunun Ermənistanla sərhəd kəndlərində azərbaycanlıları ermənilərin ehtimal edilən hücumundan qorumağa cavabdeh idi.Azərbaycanın daxili işlər nazirliyi həm Azərbaycan,həm dı Ermənistan üçün bütün Dağlıq Qarabağda ən strateji rayon sayılan Laçının tam təhlükəsizliyini təmin etməkdən ötrü Laçınla Şuşanın arasında yerləşən Qaladərəsi,Onverst,Göytala,Kirov kəndlərindən ermənilərin çıxması üçün plan hazırlayır.1990-1991-ci illərdə Xüsusi Təyinatlı Milis Dəstəsi,Şuşa milis şöbəsi və Daxili Qoşunların iştirakı ilə keçirilən əməliyyat nəticəsində həmin kəndlərdə yaşayan erməni separatçıları tutulur,mülki şəxslər isə oradan çıxarılır.Beləliklə,Laçın-Şuşa yolunun üstündə yerləşən erməni kəndlərindən  hücüm ehtimalı,demək olar ki,sıfıra endirilir.

 

Laçının Ermənistanla 122 kilometrlik sərhəddini artıq həmin vaxt Milli Ordunun Laçın alayı qoruyurdu.Lakin 1992-ci il aprelin 30-da müdafiə naziri Rəhim Qazıyevin 0151 saylı əmri ilə1257 nəfərlik alay ləğv edilir.Amma silahları təhvil alınmayan alay öz müdafiə  xəttində qalır.

Aprelin 30-da həm də Müdafiə Nazirliyinin 0153 saylı qərarı ilə podpolkovnik Elbrus Orucov Şuşa,Laçın,Qubadlı və Zəngilan rayonlarının hərbi komendantı və 4-cü briqadanın komandiri təyin edilir.

 

Dağlıq Qarabağın ətraf ərazilərini və Şuşanı işğal etdikdən sonra,Ermənistan silahlı qüvvələri ermənilərin blokadasını götürmək və normal həyatlarını təmin etmək üçün vacib olan Şuşa-Laçın-Zabux yolunu açmaq barədə tapşırıq alır.

 

Azərbaycan Silahlı Qüvvələrindən qalan az sayda bölmələr Şuşanın Zarıslı kəndində mövqe tutmuşlar.Şuşa ilə Laçın arasındakı 44 kilometrlik məsafəvə coğrafi ərazi hücum üçün o qədər də çətin deyildi.Mayın 9-dan Laçın Laçın şəhərinin mərkəzi Şuşadan və Ermənistan ərazisindən vurulmağa başlandı.Şuşanı tərk edən döyüşçülərin mənəvi-psixoloji vəziyyətləri yaxşı deyildi,texnikanın sayı az idi.Həmin vaxt Elbrus Orucov mayın 13-dən 14-nə keçən gecə şəhərə 4 istiqamətdən hücum olacağı barədə məlumat alır.Buna görə də o,yerli qüvvələri Ermənistanla sərhəddə saxlayır.Bu məlumat aldadıcı olur.Əsas hücum Şuşa istiqamətindən başlanır.Mayın 15-i Elbrus Orucovun əmri ilə Azərbaycan Silahlı Qüvvələrinin bölmələri əks-hücuma keçərək Zarıslıya,oradan da Şuşaya daxil olmalıydılar.Bu hücumda bir neçə tank və BMP vurulur,20-ədək Azərbaycan əsgəri həlak olur.Turşsudakı mərmi anbarı partladılır.Mayın 15-dən 16-a keçən gecə Silahlı Qüvvələrin bir neçə bölməsi Turşsu və Sarıbaba dağını tərk edərək üzü Qubadlıya çəkilir.Həmin mövqeləri Şuşadan gələn Ermənistan silahlı qüvvələrinin mövqeləri ələ keçiri.

 

Artıq Laçın şəhərinin mərkəzi Turşsu və Gorus,Tex və Xnatsax istiqamətindən QRAD və toplarla vurulurdu.Podpolkovnik Arif Paşayevin alayı yenə də Ermənistanla sərhəddə təlim silahları və toplarından, 3 tank və 28 BTR-lə durmuşdu.Digər mövqeləri isə Milli Ordunun Laçında qalan bölmələri,777-ci hərbi hissə,Laçın polisi və Xüsusi Təyinatlı Polis Dəstəsinin 50-dək əməkdaşı-cəmi 3 min nəfərlik qoşun müdafiə edirdi.Qeyd etmək lazımdır ki,bu zaman Ermənistan rəhbərliyi bütün qüvvəsini cəbhəyə cəmləşdirdi.

Mayın 16-sı və 17-si Laçında qalan digər hərbiçilər də ərazini tərk etməyə başlayırlar.Yerli qüvvələr şəhərin işğal ediləcəyini anlayaraq öz ailələrini şəhərdən çıxarır,Müdafiə Nazirliyinin bölmələri isə bölünərək şimal-Kəlbəcər və cənuba–Qubadlı istiqamətinə çəkilirlər.Mayın 17-dən 18-ə keçən gecə Laçının ətrafında 4 nəfər-ləğv olunmuş alayın komandiri Arif Paşayev və onun iki döyüşçüsü,traktorçu bir nəfər,Laçının özündə isə 300-dən çox şəhid,125 kənd,1 şəhər və 1 qəsəbə,101 ümumtəhsil məktəbi,217 mədəniyyət mərkəzi,140 səhiyyə obyekti.200-dən çox IX-XV əsrlərə aid tarixi abidə qalır.Mayın 17-dən 18-ə keçən gecə Ermənistan silahlı qüvvələri Laçına soxulur.

 

Ermənistan rəhbərliyi və Dağlıq Qarabağ separatçı rejiminin təşəbbüsü ilə 1993-cü ilin dekabrından Laçın şəhəri yenidən salınmağa başlayır.Bu gün bütün Dağlıq Qarabağ üzrə ermənilərin ən sıx məskunlaşması Laçın ərazisindədir.Burada 12 min erməni yerləşdirilib,2 xəstəxana,50-dən çox məktəb,100 yaşayış məntəqəsi tikilib.Laçının adı dəyişdirilərək “Berdzor”  adlandırılıb.Bundan başqa bir sıra məşhur kəndlərin də adı dəyişdirilib.Hələ yarandığı tarixdən 1993-cü ilə qədər ərazisində bir dənə də kilsə olmayan Laçında 3 kilsə tikilib.


Mən bir gənc olaraq qeyd etmək istəyirəm ki,Azərbaycanın tarixi torpaqlarının Erməni  işğalı altında qalması və bu problemin hələ də öz həllini tapmaması bizi məyus etsə də bədbinliyə qapılmaq olmaz.Hər bir Azərbaycan gənci dərk etməlidir ki,Qarabağ bizim əzəli və əbədi torpaqlarımız olub və olacaq.Mən arzu edirəm növbəti illərdə Qarabağın işğal tarixin unutmamaq şərti ilə,qələbə tariximizi qeyd edək.



ESMERRi | 21 mart 2016 12:34 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: Mickey Mouse
Allah belalarin versin....
Gulshen. | 2 iyul 2014 08:22 | Status: Qonaq | Şərh: 0
Sitat: Mickey Mouse
Allah belalarin versin....
Mickey Mouse | 13 iyul 2013 19:33 | Status: Professional user | Şərh: 4 008
Allah belalarin versin....
Meqa | 14 fevral 2013 12:45 | Status: Professional user | Şərh: 2 077
Allah bize sebr versin
sevinc keder | 3 oktyabr 2012 11:53 | Status: Professional user | Şərh: 3 818
Sitat: YasminВ Arzu
insalah butun torpaglarmizi geri alarig


amin inşallah
cucem. | 30 sentyabr 2012 19:55 | Status: Professional user | Şərh: 4 415
19 ildirki alariq alariq deyirik amma ne faydasi
TATLI GUZEL | 21 iyul 2012 14:08 | Status: Professional user | Şərh: 5 781
qarabag