Aktual / Xəbəriniz olsun!

Axır çərşənbə və Novruza dair el adət-ənənələri

Əfşan | 19-03-2013, 11:00
11 032 46
Axır çərşənbə və Novruza dair el adət-ənənələri
Axır çərşənbədə heyva çubuğundan gözmuncuğu düzəldərlər..
***
Axır çərşənbədə uşağa beşik düzəldərlər.
***
Axır çərşənbədətonqal yandırarlar.
***
Axır çərşənbədə kəlin buynuzuna qırmızı bağlarlar
***
Axır çərşənbədə qorxanların başından su töküb qorxuluğu alarlar.
***
Axır çərşənbədə sağmal malın buynuzuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə toy üçün ayrılmış qoyunların boynuna qırmızı bağlarlar.
***
Axır çərşənbədə çimərlər.
***
Axır çərşənbədə evdən pul verməzlər.
***
Axır çərşənbədə qonşuya ələk verməzlər.
***
Axır çərşənbə günü borc un verməzlər.
***
Axır çərşənbə günü şam yarımçıq söndürməzlər.
***
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.
***
Axır çərşənbə günü evdən od, kibrit, neft verməzlər.
***
Axır çərşənbə günü evdən ağartı verməzlər.
***
Axır çərşənbə günü zahı üstünə getməzlər.
***
Axır çərşənbə günü evdən çörək verməzlər.
***
Axır çərşənbə gecəsi tez yatmazlar.
***
Axır çərşənbə gecəsi evdə qazan asarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamları yada salarlar.
***
Axır çərşənbə gecəsi vəfat etmiş yaxın adamların adını çəkib "filankəslərin adına qazan asdım” deyib qazana ət, düyü və s. tökərlər.
***
Axır çərşənbə günü ertədən lampa yandırarlar.
***
Novruza hazırlıq görərlər.
***
Novruzda həyət – bacanı təmizləyərlər.
***
Novruzda evləri şirələyər, paltar – palazı təmiz suya çəkərlər.
***
Novruza qədər ağacların dibini bellərlər.
***
Novruza qədər bağların xəzəlini yığıb yandırırlar.
***
Novruzaqədər ağacların quru budaqlarını kəsib atarlar.
***
Novruza qədər səməni göyərdərlər.
***
Novruzda səməni bişirərlər.
***
Novruzda niyyət eləyərlər.
***
Novruzda Novruz süfrəsi açarlar.
***
Novruzda tonqal yandırarlar..
***
Novruzda üzərrik yandırıb tüstüsünü mal – qaraya, oğul – uşağa, ev – eşiyə verərlər.
***
Novruzda təzə paltar geyərlər.
***
Novruzda qız – gəlini dəzə donla sevindirərlər.
***
Novruzda at çapmağa tədarük görərlər.
***
Novruzda şənlik edərlər.
***
Novruzda Novruz xonçası bəzəyərlər.
***
Novruzda yumurta boyayarlar.
***
Novruzda qız – gəlinin, uşaqların üstündən gözmenceğe düzəldərlər.
***
Novruzda qəmgin oturmazlar.
***
Novruzda Novruz süfrəsi hazırlayarlar.
***
Novruzda noğul, şəkər düzəldib süfrəyə qoyarlar.
***
Novruzda səməni göyürtmük düşməyən evə səməni apararlar.
***
Novruzda at çaparlar.
***
Novruzda damlarda çalğı düzəldərlər.
***
Novruzda qız seçməyə çıxarlar.
***
Novruzda qıza mətləb açarlar.
***
Novruzda təzə paltar geyinərlər.
***
Novruzda küsülü qalmazlar.
***
Novruzda qohum – qardaşa qonaq gedərlər
***
Novruzda nişanlı qıza Novruz payı apararlar
***
Novruzda söyüş söyməzlar.
***
Novruz axşamı qarğış etməzlər.
***
Novruz axşamını ata evində keçirərlər.
***
Novruz axşamı ata – ananın qəbrini ziyarət edirlər.
***
Novruz axşamı evdə ailə üzvlərinin sayına görə şam yandırarlar.
***
Novruzda qiybət qırmazlar.
***
Novruzda qohum – qardaşa, tanış – bilişə mehribanlıq eləyərlər.
***
Novruz günü alver eləməzlər.
***
Novruz günü başqası barədə pis söz danışmazlar.
***
Novruzda şirni paylayarlar.
***
Novruzda atı, iti vurmazlar.
***
Novruz günü işləməzlər.
***
Novruz günü dua yazdırmazlar.
***
Novruz günü evə nərgiz gətirməzlər.
***
Novruz günü təzə yarpız yığarlar.
***
Novruz günü ilanı vurmazlar.
***
Novruz günü Novruz gülü dərərlər.
***
Novruz günü qızlar qırmızı geyinər.
***
Novruz günü evin sahibi evdə olar.
***
Novruz günü dalaşmazlar.
***
Novruz axşamı bacadan sallanan torbaya pay qoyarlar.
***
Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
***
Novruz günü xəstə yatanlara pay göndərərlər.
***
Novruz günü elin ağsaqqallarına Novruz şirniyyatı göndərərlər.
***
Novruzqabağı qovurğa qovurarlar.
***
Novruzqabağı xonça tutarlar.
***
Novruzqabağı balıq bişirərlər.
***
Novruzqabağı tüfəngləri silib təmizləyərlər.
***
Novruzqabağı Novruz şənlikləri düzəldərlər.
***
Novruzda şənliklər keçirərlər.

Nurgul Ali | 28 mart 2013 20:49 | Status: Gümüş user | Şərh: 760
Novruz gunu awin suyunu kuceye atib gozleyirler.eger suyun ustunden qadin kecse 1 il de evdesen,kiwi kecse getdin yaxwi yol............
seva85 | 28 mart 2013 12:04 | Status: Gümüş user | Şərh: 2 045
tesekkurler
Nigar | 24 mart 2013 17:17 | Status: Gümüş user | Şərh: 6 063
twk
Saida Kerimova | 22 mart 2013 15:15 | Status: Professional user | Şərh: 1 672
Tesekkur...
Mickey Mouse | 20 mart 2013 22:57 | Status: Professional user | Şərh: 4 008
novruz!!
Əfşan | 20 mart 2013 19:18 | Status: Professional user | Şərh: 1 714
sherh yazan her kese tesekkur edirem ,goren gozleriniz ,yazan elleriniz var olsun
TATLI GUZEL | 20 mart 2013 15:14 | Status: Professional user | Şərh: 5 781
Men bele sheyleri sevmirem.Tesekkurler
Girl | 19 mart 2013 23:49 | Status: Professional user | Şərh: 8 206
coxlarini bilirdim twk
Gunel | 19 mart 2013 20:59 | Status: Professional user | Şərh: 4 087
MashAllah bezilerinden xebersiz idim smile
Beren | 19 mart 2013 20:38 | Status: Professional user | Şərh: 3 214
Novruza qədər səməni göyərdərlər.
Novruzda yumurta boyayarlar.
Novruzda tonqal yandırarlar.
Novruz axşamı qapıya atılan papağı boş qaytarmazlar, ona Novruz xonçasından pay qoyarlar.
Novruz günü xəstə yatanlara pay göndərərlər.

Bax bunlara bizde mutləq əməl edilir.

Ancaq dogrusu menim ucun bayramlarin adi gunlerden hec bir ferqi yoxdur.
Mickey Mouse | 19 mart 2013 19:32 | Status: Professional user | Şərh: 4 008
novruzda qiybet qirmazlar!!!!!diqqet diqqet!!!
rosee | 19 mart 2013 19:28 | Status: Professional user | Şərh: 1 850
Sitat: zoluwka
supurge ile qovarlar wink .daha neler neler.tewekkurler Katy


daha supurge ile qovmaq nedi?qiz it pisik deil supurge ile qovuslun.
zoluwka | 19 mart 2013 19:14 | Status: Professional user | Şərh: 3 172
Sitat: Nurus

Novruzda at çaparlar.
HER SEYİ EDİRİK AMMA BUNDAN YOXDU AXİ AT OLSAYDİ MENDE CAPARDİM ÖZÜDE AG AT İSTEYİREM USTUDE BOS OLMASİN

inwallah amin.
Sitat: rosee

guya burda yazilanlara kimse emel edir?
semenini cixmaq sherti ile

Sen gel biz terefleri gor nece emel edirler birbir.Novruz bayrami subay qizlar ancaq qirmizi geyerler bexti tez acilar wink .Novruz gunu subay qizlari supurge ile qovarlar wink .daha neler neler.tewekkurler Katy
rosee | 19 mart 2013 18:43 | Status: Professional user | Şərh: 1 850
guya burda yazilanlara kimse emel edir?
semenini cixmaq sherti ile
Billurə | 19 mart 2013 18:19 | Status: Professional user | Şərh: 4 892
duzu inanmiram bele weylere) twk..
Gunnare_ok | 19 mart 2013 18:15 | Status: VİP user | Şərh: 332
Tesekkurler yaziya gore,mektebde muellimemiz bunlari ezberledirdi bize,o gunler yadima dusdu
Bayraminiz mubarek olsun!
Saida Kerimova | 19 mart 2013 18:12 | Status: Professional user | Şərh: 1 672
Yetişdi bahar yenə. Bahardır yenə, getsin ayazlı günlər, gəlsin novruzum yenə! Novruz bayramınız mübarək!
K.AWK.S.LOVE | 19 mart 2013 18:09 | Status: Gümüş user | Şərh: 1 236
BAYRAMINIZ MUBAREK COX SAGOLUN MARAQLI XEBERDIR.
Zehra1 | 19 mart 2013 17:45 | Status: Şərhçi | Şərh: 323
Her kesin bayrami Mubarak,bu gun menim ucun 2 qat bayramdi,en yaxin refiqemin Xatire Islamin oglu dunyaya gelib, n18
selenay | 19 mart 2013 17:26 | Status: Professional user | Şərh: 1 466
novruz bayramiqirmizi geyinirler secmirem qirmizi rengi
QAR DENECIYI | 19 mart 2013 17:18 | Status: Şərhçi | Şərh: 425
TESEKKURLER XEBERE GORE BIR DAHA HER KESIN BAYRAMINI SEMIMI QELBDEN TEBRIK EDIREM
Asya21 | 19 mart 2013 16:17 | Status: Şərhçi | Şərh: 273
"Axır çərşənbə günü evdən ağartı verməzlər" ax mən verdim
"Novruzqabağı tüfəngləri silib təmizləyərlər" mənimki hazırdı.
Damla | 19 mart 2013 15:54 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: Nurus
İ AT OLSAYDİ MENDE CAPARDİM ÖZÜDE AG AT İSTEYİREM USTUDE BOS OLMASİN
***

beh-beh! n3
Nurus. | 19 mart 2013 15:43 | Status: Brilliant user | Şərh: 6 982
Novruzda at çaparlar.
HER SEYİ EDİRİK AMMA BUNDAN YOXDU AXİ AT OLSAYDİ MENDE CAPARDİM ÖZÜDE AG AT İSTEYİREM USTUDE BOS OLMASİN n33
***
lalita | 19 mart 2013 15:40 | Status: VİP user | Şərh: 1 390
TESEKKURLER
SHIRIN-SHIPSIRIN. | 19 mart 2013 15:38 | Status: Gümüş user | Şərh: 1 347
vetende deyilem deye mene 1az soyuq gelir bayram,ailem,qohumlarim olsaydi he bele tek maraqsizdir,gerek teze paltar alim belke onda maraqli olar,hevesde olar,qadinlarimiz xoslayir pul xerclemeyi.
Sabahım. | 19 mart 2013 15:23 | Status: Professional user | Şərh: 3 359
AXIR CERWENBEDE TEZE PALTAR ALARLAR KI<ILBOYU TEZE GEYINESEN(olurem de geyimcun.SariВ gelin,

BU ADƏT MƏNİM DƏ XOŞUMA GƏLİR.BİZ EVƏ DƏ TƏZƏ İŞLƏTMƏLİ NƏSƏ ALARİQ.bİZİM RONDA TƏZƏ SÜPURGƏ SU BARDAĞİ ALARDİLAR.O BARDAQLA SU GÖTÜRÜB EVİN GÜNCLƏRİNƏ TÖKƏRDİLƏR.
HƏR KƏS HƏLƏ ÖZ R-ON ADƏTİNDƏN YAZSA COX ŞEY ÖYRƏNƏRİK.
Sari gelin | 19 mart 2013 14:58 | Status: Gümüş user | Şərh: 2 439
AXIR CERWENBEDE TEZE PALTAR ALARLAR KI<ILBOYU TEZE GEYINESEN(olurem de geyimcun.. n3 )axir cerwnbede sufrede ''s''herfi ile bawlayan yeddi cur team olmalidir sufrede-sud,sumax,sebzi qovurma,su,sunbul,semeni,sarimsaq..(saglamliq remzi sayilir)...axir cerwenbe kefsiz olsan ilboyu kefsiz olarsan...ne bilim eee..o qeder inanclarimiz var ki...telebe vaxti getmiwdim rayon qizlarinin qaldigi kiraye eve ..cerwenbe kecirirdik ..ayaqqabilarimizi qapiya teref atdiq ..hamimizin ayaqqabisi burnu qapiya teref duwdu ..deli olduq k ,bir ilde qrupun bu qeer qizi ere gedecek?..inanmazsiz ..hemin gece xozyaykanin metbexinin tavani ucdu qizlarin hamisi ayri eve kocduler n3 bayraminiz mubuww...
Aziza | 19 mart 2013 14:31 | Status: VİP user | Şərh: 571
Melumatlandirdiginiz ucun tskler...
Aliyeva | 19 mart 2013 14:11 | Status: Yazar | Şərh: 4 036
nece bele bayramlara cixasiz sayt ehli tebrik edirem haminizi... n42
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırırlar.

=>men bu saydiqin adetlerden cemi bidene bunu edirdim..;)
n36 Allah haminin ruzi bereketini yetirsin inweallah