Aktual / Xəbəriniz olsun!

İllik gəliri milyard dollardan çox olan Bakılı

KAMRAN- | 22-02-2013, 17:00
3 603 44

 

 

Onun illik maaşı  2,225 milyon dollardır. "Forbes” in qiymətləndirməsinə görə, 2012-ci ildə varidatı 13,5 milyard dollar təşkil edib. Milyoderlərə xas  zirehli "Mercedes”də gəzir, bahalı qol saatları taxır. Bununla belə diqqətə çarpmamağa çalışır. Söhbət Bakının Razin qəsəbəsində kasıb neftçi ailəsində anadan olan, hazırda dünyanın ən böyük neft şirkətlərindən birinə rəhbərlik edən Vahid Ələkbərovdan gedir.

18 yaşından işləməyə başlayır 

Vahid Ələkbərov 1950-ci ildə Bakı şəhərinin Stepan Razin qəsəbəsində (hazırkı Bakıxanov qəsəbəsi) neftçi ailəsində anadan olub. Ailənin 5-ci uşağı olan V.Ələkbərovun özündən böyük 3 bacısı və Vaqif adlı qardaşı var idi.  Atası Yusif Ələkbərov isə II Dünya Müharibəsi veteranı olsa da neftçi işləyirdi. V.Ələkbərovun 3 yaşı olanda atası Yusif Ələkbərov rəhmətə gedir. Anası rus əsilli Tatyana Fyodrova övladlarını təkbaşına böyütməyə məcbur olur. Mənbələrə görə, V.Ələkbərov uşaqlıqdan təhsilə meyilli olub. Hətta digər uşaqlarla onyamağa getməsi  üçün bacısı onu evdən qovurmuş. Məktəbi yüksək göstəricilərlə bitirən V.Ələkbərov 18 yaşında işləməyə başlayır. 

1969-cu ildə Azərbaycan Neft və Kimya İnstitutuna qəbul olunur. Təhsili ilə bərabər "Kaspmorneft"  neft-qaz hasilatı birliyində operator işləyir. 1974-cü ildə inistitun "Mədən mühəndis texnikası, neft və qaz yataqlarının kompleks mexanikləşdirilməsi" fakültəsini bitirən Ələkbərov  1979-cu ilə qədər   "Kaspromneft" müəssisəsinin 2 nömrəli mühəndis-texnoloji xidmətində neft və qaz hasilatı üzrə operator vəzifəsində işləyir. 1979-cu ildə Qərbi Sibirə göndərilir. Müxtəlif illərdə neft emalı və hasilatı ilə bağlı  dövlət müəssisələrində baş vəzifələrdə işləyir. 1987-1990-cı illərdə Koqalım şəhərində "Koqalımneftqaz” İstehsalat Birliyində baş direktor kimi çalışır. Yeri gəlmişkən, hələ də bu şəhər onun adı ilə bağlıdır. Belə ki, o zaman İstehsalat Birliyinin işçiləri vaqonlarda yaşayırdılar. Ələkbərov onların həyat şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atır. Nəticədə Koqalımda əhali  digər neft şəhərlərdən daha zəngin və rahat yaşamağa başlayırlar. Çox aktiv olan gələcəyin iş adamı Rəsmi Kremlin diqqətini çəkir.  1991-ci ildə SSRİ Neft və Qaz Sənayesi nazirinin müavini vəzifəsinə dəvət edirlən Ələkbərov birinci müavinliyə qədər yüksəlir. 1991-ci ilin sonunda Perm, Volqoqrad və Majeyski zavodları ilə "Lanqenpasneftqaz”, "Urayneftqaz” və "Koqalımneftqaz”  arasında müqavilənin imzalanmasına nail olaraq, Rusiyada ilk neft konsernini yaradır.

Məhz  bu şirkət sonradan "LUKoyl" kimi fəaliyyətini davam etdirir. V.Ələkbərov 1993-cü ildə  "LUKoyl" Açıq Səhmdar Cəmiyyətinin prezidenti seçilir. Bu arada "LUKoyl"u yaratmaqda iş adamına hazırkı milyonçular Leonid Fedun və Nikolay Tsvetkov kömək etdiyi deyilir.
 1995-ci ildə Ələkbərov İmperial" bankının direktorlar şurasının sədri seçilir.Elə həmin il Yanacaq və Energetika Nazirliyinin heyətinə daxil olur.


Neft maqnatı olmaq arzusu 

Ölkənin neft maqnatına çevrilmək arzusu V.Ələkbərovda 1990-cı ildən yaranıb. O zaman BP-nin menecerlərindən olan Rondo Fellberq adlı şəxsin xatirələrinə görə, SSSR-nin dağılmasından sonra "British Petroleum" sovet neftçilərinin Britaniyaya səfərini təşkil edir.Ələkbərova nümayəndə heyətini toplamaq tapşırılır. Və o  bu  heyətin rəhbəri seçilir. R. Fellberq deyir ki, tədbirdə müzakirələrin gedişatını  dərhal ələ alan Ələkbərov  BP rəhbərliyinə müasir neft şirkəti necə yaratmağın yolları barədə suallar verir: "Sovet İttifaqının çöküşündən cəmi 1 il keçməsinə  baxmayaraq Ələkbərov hələ o zaman ölkənin dağılan neft obyektlərinə nəzarət etməyi planlaşdırırdı. Halbuki həmin ərəfədə onun aylıq əmək haqqısı biznes naharını belə ödəməyə yetərli deyildi”.


"LUKoyl" necə yaranır? 

Qeyd etdiyimiz kimi,   1991-ci ilin noyabrında Sovet İttifaqının süqutundan bir neçə həftə əvvəl Nazirlər Şurası tərəfindən "LUKoyl" yaradılır. Yeni şirkət 3 neft yatağını işlədən müəssisəni "Lanqepas", "Urai" və "Koqalım"ı özündə birləşdirirdi. Ələkbərov SSRİ neft və qaz sənayesi nazirinin birinci müavini vəzifəsindən istefa verərək "LUKoyl” şirkətinin prezidenti və baş icraçı direktoru olur. Əslində "LUKoyl”un yaradılması o zaman neft sektorundakı xaosdan doğur. Belə ki, Sovet İttifaqında neft hasilatı, emalı və istehlakçılara çatdırılmasına  üç müxtəlif nazirlik nəzarət edirdi. Hər bir təşkilat öz  mənafeyini  güddüyündən bu istehsalçıların maraqları ilə üst-üstə düşmürdu. Bütün bu məsələlər də nəticə etibarilə  neft sənayesinin süqutuna gətirib çıxarırdı. Ələkbərov "LUKoyl”u yaratmaqla neft şirkətlərinin vertikal-şaquli  inteqrasiyası sxemini reallaşdırdı ki, bu sxemə əsasən neft hasilatı, emalı, nəqli və satışı bir şirkətin tavanı altında birləşirdi. Əslində Ələkbərov "nefq quyusundan yanacaqdoldurma məntəqəsinədək” ideyasını  gerçəkləşdirməklə yeni heç nə kəşf etməmişdi. Çünki həmin vaxt analoji praktikadan İtaliyanın neft şirkəti ENİ də istifadə edirdi.

ESMERRi | 17 noyabr 2015 12:33 | Status: Brilliant user | Şərh: 5 376
Milyonlardan bizə nə ??qepik quruş
N....N92 | 1 dekabr 2014 16:07 | Status: Professional user | Şərh: 4 351
ooooooooooooooooooooooooooo
SHIRIN-SHIPSIRIN. | 27 mart 2013 11:46 | Status: Gümüş user | Şərh: 1 347
ele mende qerbi sibirde yasayiram,bizim seherde de var lyukol benzin zapravkasi.
Qaracaqiz | 26 fevral 2013 11:20 | Status: VİP user | Şərh: 1 882
Maddi cehetden varli ola biler amma daxili terefden kasibdir cunki en boyuk zenginlik genis qelbdir. Azerbaycanli kimi eger var-dovletinden oz xalqina nese yardim etmeyibse onun milyonlari kime lazimdir. Ruslara xeyir vermekdense gelib Azerbaycanda bir zavod-fabrik acsin issiz adamlara corek versin bax onda Allahin ona verdiyi mal-dovlet ona halal olar. Ne bilim vallah Allah belelerine pul verir amma insaf vermir
Vetenperver | 25 fevral 2013 10:25 | Status: Professional user | Şərh: 6 699
Sitat: Damla
Zaten analari rus atalari azerbaycanli olan usaqlar adeten ruslara daha cox meyilli olurlar.......

Elədir,amma tək anası rus olan yox eləcədə anası başqa millətdən olan uşaqlarda analarına tərəf olurlar.
BAYACAM | 23 fevral 2013 23:19 | Status: Professional user | Şərh: 1 042
NEYI VAR OZUNE QISMET OLSUN.BIZIM MEKTEBIN YANINDAKI 169 NOMRELI MEKTEBI BITIRIB BU..HEM DOVLETE BILMIREM NECE XEYRI DEYIB DEYMIYIB.,AMA OZ OXUDUQU MEKTEBI SUPER DUZELTDIRIB..ORDA OXUYANLAR BILER BUNU.
Əfşan | 23 fevral 2013 18:37 | Status: Professional user | Şərh: 1 714
duzdu bize xeyir deymese de fexr edirik ki en azindan hemyerlimizdi
Torpaq | 23 fevral 2013 18:20 | Status: Professional user | Şərh: 3 570
Sitat: sheh
özü də xristianlığı qəbul eliyib deyirlər

hmmmmmm
nergiz_zz | 23 fevral 2013 16:51 | Status: Professional user | Şərh: 3 814
BİLMİRDİM..ÖYRƏNDİM.ALLAH DAHA ARTÇQ ETSİN..
luce | 23 fevral 2013 13:44 | Status: Professional user | Şərh: 2 922
LuKoiL tarixcesini bilmirdim, oyrendim. Allah daha da var etsin, ozune qismet.
Vetenperver | 23 fevral 2013 12:20 | Status: Professional user | Şərh: 6 699
Sitat: sabahim
Azerbaycana hec xeyri deymeyib.Ne olsun milyardlari var..Azerbaycan ucun ne edib ki..

Fəxrimiz olsada məndə belə düşünürəm ki bu qədər pulu ola ola Azərbaycanlılar üçün xeyri dəyməyib.Heç Azərbaycana gəlmir,tamam yaddan çıxardıb.
sheh | 23 fevral 2013 08:38 | Status: Yazar | Şərh: 3 353
özü də xristianlığı qəbul eliyib deyirlər.
Aya:)) | 23 fevral 2013 08:05 | Status: Gümüş user | Şərh: 2 239
Halal olsun vallah
zumer | 23 fevral 2013 00:42 | Status: VİP user | Şərh: 703
Lukoil Tarixcesinide bilmis olduq sayenizde...Tesekkur!
aysu tuncay | 23 fevral 2013 00:05 | Status: Şərhçi | Şərh: 212
FEXRIMIZDI
K.AWK.S.LOVE | 22 fevral 2013 23:50 | Status: Gümüş user | Şərh: 1 236
HMMM
deniz yildizi | 22 fevral 2013 23:15 | Status: VİP user | Şərh: 696
bundan mene ne
Aziza | 22 fevral 2013 23:10 | Status: VİP user | Şərh: 571
[b][Sagligina qismet.../b]
Lale | 22 fevral 2013 22:47 | Status: Yazar | Şərh: 3 264
Melumatim var bu barde. tewekkurler
Sari gelin | 22 fevral 2013 22:27 | Status: Gümüş user | Şərh: 2 439
MILYONCULAR OLKESI,DILENCILER VETENI
NEFTLE GETDI BEREKETIN,BEREKET QACDI SENDEN..
QARIW-QARIW QIZILSAN DA,SEVIN,HELE KI, SAGSAN...
HELE NEFTIN QURTARANDA AG GUNE CIXACAQSAN(R A M I Z***R O V W E N)
n12 n12 n12 n12
lalita | 22 fevral 2013 21:37 | Status: VİP user | Şərh: 1 390
Halal olsun vallah
Sabahım. | 22 fevral 2013 21:17 | Status: Professional user | Şərh: 3 359
Azerbaycana hec xeyri deymeyib.Ne olsun milyardlari var..Azerbaycan ucun ne edib ki..
Torpaq | 22 fevral 2013 21:09 | Status: Professional user | Şərh: 3 570
Sitat: Damla
Zaten analari rus atalari azerbaycanli olan usaqlar adeten ruslara daha cox meyilli olurlar...

qadinin gucuu n10
Damla | 22 fevral 2013 21:02 | Status: Brilliant user | Şərh: 7 177
Bilirdim bu haqda....Biraz wans bir az agil indi bu pillededir..Hemde metis olmagi boyuk rol oynayib..Men bunu Azerbaycanli saymiram duzu..Cunki Forbes jurnalinda hemiwe rus kimi gosterilir hec bir defede etiraz etmir..Demali ozunu rus sayir...Zaten analari rus atalari azerbaycanli olan usaqlar adeten ruslara daha cox meyilli olurlar....... n10
Seyidli | 22 fevral 2013 21:02 | Status: Yazar | Şərh: 2 706
Halaldı vallah, pillə pillə yüksəlib. smile
Aytekin82 | 22 fevral 2013 20:13 | Status: Brilliant user | Şərh: 6 586
Əməyə hörmət!!!
Sevinc.F | 22 fevral 2013 20:05 | Status: Gümüş user | Şərh: 951
Sagliqnan ishletsin.
SEVA00 | 22 fevral 2013 19:27 | Status: VİP user | Şərh: 1 013
kimin neyi var ozune qismet.allah olmayanlarda versin.ne deyek
Aliyeva | 22 fevral 2013 18:52 | Status: Yazar | Şərh: 4 036
lap yaxwi smile
Gulya_93 | 22 fevral 2013 18:33 | Status: Şərhçi | Şərh: 209
aferin ona. tesekkurler