Aktual / Xəbəriniz olsun!

Bacım Bakirə olmasın!

Aynur_Qurbanqizi | 1-02-2013, 20:31
16 211 102
 

Bir həftənin söhbətidir, ucuz Bakı çayxanalarının birində, bir neçə yazar dost-qardaşla çay süfrəsi arxasında sıx birləşmişdik. Yayda ailə qurmuş bir şair barədə söhbət düşdü... Pah, qələm əhlimizin ürəyi dolu imiş ki!?

Bəlli oldu ki, şairin ailəsi heç də "sağlam təməllər üzərində pərvəriş” tapmayıbmış. Ayə, nə olub, nə məsələdir? Bəs deməzsənmi, oğlan elə bir qızla ailə qurubmuş ki, Vallah, heç bilmirəm necə deyim, açığı, utanıram da deməyə, yox eyy, deyəcəm, deməsəm yazımızın məğzi açılmaz qalar. Qardaş, sən demə oğlanın sevdiyi, sevib də seçdiyi, ailə həyatı qurduğu qız bakirə deyilmiş. Boooy, öyümüz yıxıldı, namus-qeyrət harda qaldı? Vaveyla şəriət əldən getdi!!!

Bəs bunu yazar dostlarımız hardan bilir? Olmaya bu bakirə olmayan xanım bizim dişini vaxtı-vaxtında yuya bilməyən yazarlardan hansı iləsə, Vallah deməyə də utanıram, bəlkə o məsələ...hə? Allah sən saxla!!!!

Yox əşi, elə deyil. Sadəcə olaraq şairin arvadı iki-üç il öncə Türkiyəli bir rəssamla vətəndaş nigahında yaşayırmış!

Dostlar başladı, nə başladı? Gənc ailə başçısının arxasınca deyilməyən söz qalmadı:

- Biqeyrət!

- Gözüylə görən!

- Namussuz!

Bir siqaret yandırıban arxadaşlara ümumi bir sual ünvanladım:

- Qardaşlar, müharibədə erməniyə əsir düşən qızlarımız barədə nə bilirsiniz?

Şerif. Dar düşüncə
​​Şair xalqımın şair oğulları ah çəkib siqaret yandırdılar. Bir də cəhd elədim:

- Müharibədə əsir düşən qızlardan, gəlinlərdən bir xəbəriniz varmı? 

Elə bil qurbağa gölünə daş atmışdın. Xalqımızın bağrı yaralı şair övladları qəm dəryasına qərq olmuşdular. Sualın şiddətini artırdım:

- Bilirsinizmi ki, ermənilər dərman verib onları dəliyə döndərir, sonra da atın-eşşəyin altına yıxıb porno film çəkir?

Dostlardan ən şairanə olanının nəfəsi tıncıxdı:

- Mövlud, anamızı ağlatma!

Handan-hana bir başqasının səsi çıxdı:

-A, kişi, erməni kimdir? Bizi urus uddu müharibədə urus!!! Hə, dədəmin goru haqqı...

Çayçı oğlana daha bir çaynik çay sifariş edib başladım nə başladım:

- Ay mənim qafiyəpərdaz millətimin qələm adamları! Bax, o, bizim müharibədə pis günə qoyan urus ki, var onlarda qadını paçasının arası namus sayılmır. Namus torpaq sayılır. Namus Rus imperiyası sayılır. O imperiya ki, bir başında günəş doğulanda, o biri başında gecə düşür. O imperiya ki, hər seçkidə sənin bakirə millətinin səs bakirəliyini dağıdıb qayıdır öz ölkəsinə. Sənsə qalırsan burda bacının, arvadının bakirəliyini qoruya-qoruya. Ona görə də, yer üzündə ən qeyri səmimi millət sənin millətindir ki, qızların adamla öpüşərkən ehtirasın zirvəsinə çatanda, soyunub, yatağa girməliykən, sevdiyi oğlana təslim olmalıykən, tez-tələsik geri çəkilib özünü yığışdırır, təngnəfəs halda, "Bəsdir! bəsdir!” deyib köynəyinin yaxasını düymələyir. Ginekoloqlar "bu ay ikicə qız tiksəm uşağın təhsil haqqını ödəyərdim” deyir. Gənc qızların çoxu bağırsaq xəstəliyindən əziyyət çəkir...

Dostların susduğunu görüb fikrimə emosional tonda nöqtə qoydum:

-Mən razıyam, mənim bacım hələ məktəbliykən, öz bakirəliyini sevdiyi oğlana bağışlasın, Sonra da sevdiyi oğlandan ayrılıb başqa biri ilə eşq yaşasın, ondan da ayrılıb birinə ərə getsin, hələ ürəyi istəsə ondan da boşansın... Şəxsi həyatıdır, özü bilər. Ancaq qoy, o, savadlı bir mütəxəssis olsun. Məsələn, əla bir həkim. Millətin övladlarına vicdanla xidmət etsin. Dərman firmaları ilə şərikli işləyib camaatın uşaqlarını yazıq eləməsin. Hər seçkidə "AZ-TV”yə çıxıb yaltaqlıq eləməsin. Paçasının arasını yox, millətinin gələcəyini qorusun...

Dostlar böyümüş gözlərlə mənə baxırdılar. "Pulum yoxdur, çayın pulunu özünüz verərsiniz”- deyib ayağa qalxdım. Heç kimlə əl sıxmadan çayxanadan çıxdım. Çayxananın qapısını bağlayanda dostlardan birinin arxamca dediyi söz düz boynumun arxasından dəydi:

- Peysər!!!
Mövlud Mövlud

Cicim İncim | 28 noyabr 2016 00:50 | Status: Gümüş user | Şərh: 2 457
Əvvəlini yaxşı başlamışdın...Axırda korladıın...Guya bu söhbəti bağladı daaa...
"Qeyrətinə" quzu kəsim...
Əxlaqı yerində olmayan biri necə yaxşı mütəxəssis ola bilər???
B.Fereh | 10 mart 2016 14:36 | Status: Nəzarətçi | Şərh: 6 978
Kul kiwi bawina.Torpagi qoruyacaq bunun bacisi,ancaq oz namusunu atacaq ayaq altina?Ele arxanca deyilen soz ele yapiwib ki sene,...ozude boyuk heriflernen.

Cox menasiz meqaledir,bezilerine pis ornekdir.
ESMERRi | 27 noyabr 2015 20:01 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: sadykhova ulker....
Bu ne axmaq meqaledi bu u yazan diyesen bulvarda olmayib hech orda boy sirasi ile min oyundan chixan qiz oglanlari gormeyib gece 12 den sorada tarqovu terefde olmayib bele axmaq axmaq sozleri menasiz sheyleri niye yazirsiz axi
milashka_167 | 19 noyabr 2015 18:55 | Status: VİP user | Şərh: 1 452
Sitat: Nara88
ele dalinca duz deyibler((

Cox duz
Azəri qızl | 30 oktyabr 2015 00:18 | Status: Qonaq | Şərh: 0
Bu nə mənasız məqalədi
Nagizade.Leyla | 4 iyul 2015 23:40 | Status: VİP user | Şərh: 1 321
Təşəkkür. ...
N....N92 | 1 dekabr 2014 16:23 | Status: Professional user | Şərh: 4 352
Tewekkurler
Dəniz qızı | 3 noyabr 2014 14:36 | Status: Brilliant user | Şərh: 8 019
Sitat: decel qiz
Sitat: kalbimin sahibi
Her kes oz namus qeyretini ozu qorumalidi....qardaw neylesin yungul qizcun?
Miraj | 3 noyabr 2014 12:05 | Status: Professional user | Şərh: 2 625
Sitat: kalbimin sahibi
Her kes oz namus qeyretini ozu qorumalidi....qardaw neylesin yungul qizcun?
KARAGULUM | 1 noyabr 2014 14:33 | Status: Gümüş user | Şərh: 1 433
Her kes oz namus qeyretini ozu qorumalidi....qardaw neylesin yungul qizcun?
boris arxan | 30 oktyabr 2014 10:28 | Status: Professional user | Şərh: 4 784
Sitat: intizar 2012
milleti qorumaga bizim gucumuz catmaz.namusumuzu ise qoruya bilerik.sizin bu yaziniz genc nesile coxxx pis ornekdir.cox pis meqaledir.utanc verici.
Nara88 | 28 oktyabr 2014 19:05 | Status: Professional user | Şərh: 4 254
ele dalinca duz deyibler((
Milaska. | 24 mart 2013 11:58 | Status: Gümüş user | Şərh: 1 486
nc nc nc
Billurə | 22 mart 2013 23:10 | Status: Professional user | Şərh: 4 892
belede)
Leman_55 | 23 fevral 2013 01:43 | Status: VİP user | Şərh: 583
BEYENMEDIM..BU NE?
intizar 2012 | 9 fevral 2013 18:34 | Status: Qonaq | Şərh: 0
milleti qorumaga bizim gucumuz catmaz.namusumuzu ise qoruya bilerik.sizin bu yaziniz genc nesile coxxx pis ornekdir.cox pis meqaledir.utanc verici.
ruzgargulum | 7 fevral 2013 14:44 | Status: Brilliant user | Şərh: 2 493
pahooo torpagi qoruyacagiq deye namusumuzu ayaq altindami qoyasiyiq bos menasiz meqaledi lap etim tokuldu. bele torpaginizi sevensiz gedin alinda Qarabagi
arminda | 7 fevral 2013 00:26 | Status: Qonaq | Şərh: 0
SABAH-nezerine catdirim ki,Azerbaijan tekce Bakidan ibaret deyil ve ehalinin boyuk bir qismi 80 faizi rayonlarin payina dushur! Sen indi bu kommentle kimi inandirmaq isdiyirsen? oz gozumuzle gorub maraqlandiqmiza ,yoxsa kimse gerceyi hezm edib ,aci heqiqetle razilashmayana?!men nece il once uzun muddetde olmasa,qadin cemiyyetinin sosial yardim cemiyyetinde a calishmisham hec bilirsen ne qeder 16-17 yashinda rayonlarda qonum qonshuya guya uniye bakida qebul olub,ya guya texnikoma adiyla ovladlari gelir bakiya ishdemeye?!tebii bu hamiya yuzde yuz aid deyil amma bele situtsiyalarda var teesuf!!goresen Bakinin o exlaqsiz yuvalarinda cavan qizdar hardan brazilyadan gelib yiqilib?!Tehsil sisteminde Azerbaijanda statistikaya gore ali tehsil alanlarin 85 faizi mehz rayon ehalisinin payina dushub.o misal cekdiyin misal Sovet dovrunden,Azerbaijanin ali tehsilinde teebelerin cox qismi rayonlarin payina dushub ,beli bu bu gunde beledi.Bakinin bir cox kendlerinde bu gunki gun bele qizdarin coxunu 5 ci sinifden cixardib oxudmurlaramma bu gunki gun neler bash verir,pedoqoji universitetin 70 faizden coxunu rayondan gelen gencler hec bilirsen oranin yataqxanasinda geceler neler bash verir.?!nece defe oranin novbetcisi deyishdirilib?!bir coxu da gedir Bakiya ve bir muddet sonra tehsilini davam etdire bilmir yarimciq saxliyib Bakida qalirlar ve yaxudda bitirib qalirlar ve bir coxu bash ede bilmir imkansizliqla bashqa yollara el atmali olur,kimisi aldani,kimisi serbestdik gorub bashini itirirr ve.s.!Bu aci heqiqetdi men bunu bolge ayriliqi edib ,haranisa pisdiyib haranisa yaxshilamiram..men seninle statistikayla danishiram,aci heqiqetnen!her yer bizim vetenmizdi ferqi yox hansi kendi ,rayonudu yaxshisi bash ucaqliqi ,piside acimiz! meshe caqqalsiz olmur amma caqqalida teesuf ki,getdikce suretle artir!!
sadykhova ulker.... | 6 fevral 2013 22:25 | Status: Şərhçi | Şərh: 300
Bu ne axmaq meqaledi bu u yazan diyesen bulvarda olmayib hech orda boy sirasi ile min oyundan chixan qiz oglanlari gormeyib gece 12 den sorada tarqovu terefde olmayib bele axmaq axmaq sozleri menasiz sheyleri niye yazirsiz axi
Mehri Memmedova. | 5 fevral 2013 02:58 | Status: Şərhçi | Şərh: 173
_Nuray_Yagmur_,
Elə şairlər ona duz ad qoyublar.Hələ nənəm deyərdi ki,41-45muharibəsində qadinlarimiz namuslarin da qoruyurdular,vətənlərin də.qadina əsas namusdu.vətəni qorumaq kişilərin işidir
Necibe | 4 fevral 2013 22:55 | Status: Qonaq | Şərh: 0
Bu dirnaqarasi qeyretli oglanin dediyi kimi bir bacisi olsun,her getdiyi yerde biqeyret,peyser sozleri daliyca deyilsin,gorum 3 gun yasaya bilecekmi?sonra gelsin burda agiz dolusu veten veten desin gorum deye bilirmi.
Sabahım. | 4 fevral 2013 22:15 | Status: Professional user | Şərh: 3 359
arminda,
armindayadir sözüm:SİZİNLƏ RAZİLAŞİRAM AMMA BİR FİKRİNİZLƏ YOX. O NƏ DEMƏKDİR RAYONDAN VALİDEYNLƏR QİZLARİNİ BAKİYA GÖNDƏRİRLƏR GET İŞLƏ PUL QAZAN.SƏHV FİKİRDƏSİZ ƏZİZİM.HƏLƏ SOVET DÖVRÜNDƏN BİZİM ROYONDAN MƏN GÖRÜB EŞİTMƏMİŞƏMKİ KİMSƏ İNSTİTUTDA OXUYANLARDAN BAŞQA BAKİYA GƏLSİN.ƏVVƏLDƏN GÖZ QABAÖİNDA OLUB ABİR HƏYA HARDA ƏN COX OLUB RAYONDA YA ŞƏHƏRDƏ.
_Mamedova_ | 4 fevral 2013 19:28 | Status: Gümüş user | Şərh: 1 837
ele axirinci sozu yaxshi deyibler,az bile deyibler deyerdim,agilsiz bizim axirimiz hara gedir bele
nergiz_zz | 4 fevral 2013 18:48 | Status: Professional user | Şərh: 3 815
Bu yazı kimə məxsusdu?BU NƏ YAZIDI ANLAMADIM.HƏR BİR QADIN HƏR ŞEYDƏN ÖNCƏ ÖZ NAMUSUNU GÖZDƏMƏLİDİ.ÇÜNKİ BİZ UCA TANRI QARŞISINDA CAVAB VERƏCƏYİK.BAKİRƏ HƏR ŞEYİNLƏ BAKİRƏ OLMALISAN.SAÇINDAN DIRNAĞINA QƏDƏR.PAK OLMALISAN.
Əfşan | 4 fevral 2013 15:40 | Status: Professional user | Şərh: 1 714
deyilesi sozum yoxdu,ne deyim bilmirem
Cennet ciceyi | 4 fevral 2013 14:58 | Status: Şərhçi | Şərh: 166
Demeye soz tapmiram.ancaq bele qardashlar indi coxalib,coxalmasaydi dunya bu gune qalmazdi.bir tanishim var idi,exlaqsiz qiz idi,az qalirdiki,oldurum,doyum o qiziki agli bashina gelsin.sonra gordumki,ne anasi fikir verir ne qardashi.ele bil belede olmalidir.qiz indi moskvada azeri ogluyla ailelidir.yazig oglanin hecneden xeberi yoxdur.hami ele yashayirki,sakit. guya bu vaxta kimi olanlari o qiz elemeyib.
Nubar-Senan | 3 fevral 2013 20:45 | Status: Şərhçi | Şərh: 381
:n7:
tutu aliyeva | 3 fevral 2013 19:15 | Status: Qonaq | Şərh: 0
bu ne meqaledi eee gic gice
Milaska. | 3 fevral 2013 18:49 | Status: Gümüş user | Şərh: 1 486
qeyretsizzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz
yumurcaq | 2 fevral 2013 23:30 | Status: Şərhçi | Şərh: 115
adamin bawsina iw gelerde)))))))))