Aktual / Xəbəriniz olsun!

20 Yanvar - qan yaddaşımız!

Banu. | 20-01-2013, 01:41
7 142 42
 
20 Yanvar - qan yaddaşımız!

Azərbaycan xalqının tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş 1990-cı il 20 Yanvar hadisələrindən iyirmi üç il keçir. Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

  Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi. Kommunist diktaturası Çexoslovakiyaya, Macarıstana, Əfqanıstana qarşı həyata keçirdiyi hərbi müdaxiləni hətta o zamankı Sovet İttifaqının müttəfiq respublikalarından biri olan Azərbaycanda da təkrarlamaqdan çəkinmədi. Həmin vaxt Azərbaycan qonşu Ermənistanın da təcavüzünə məruz qalmışdı. Belə bir şəraitdə sovet rəhbərliyi nəinki münaqişənin qarşısını almaq üçün qəti tədbirlər görməmiş, əksinə, Azərbaycana yeridilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitləri, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta erməni kursantlar da daxil edilmişdi.

Bakıya yeridilmiş qoşun kontingentinə, - bəzi məlumata görə, onun sayı 60 min nəfərə çatırdı, - "doyüş tapşırığını” yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər ("Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından): sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar.

  Mixail Qorbaçov başda olmaqla sovet imperiyasının rəhbərliyi Bakıda "rus və erməni kartından” məharətlə istifadə etdi. Guya Bakıya qoşun onları, hərbi qulluqçuların ailələrini qorumaq, "millətçi ekstremistlər” tərəfindən hakimiyyətin zorakılıqla ələ keçirilməsinin qarşısını almaq üçün yeridilmişdi. Əslində isə bu açıq riyakarlıq, ağ yalan idi. Çünki sovet rəhbərliyinin "dəlilləri” hətta həqiqətə yaxın olsaydı belə, Bakıya təpədən-dırnağadək silahlandırılmış qoşun göndərməyə ehtiyac yox idi. Ona görə ki, həmin vaxt burada daxili qoşunların 11,5 min əsgəri, Müdafiə Nazirliyinə tabe olan Bakı qarnizonunun çoxsaylı hərbi hissələri, hava hücumundan müdafiə qüvvələri var idi. 4-cü ordunun komandanlığı da Bakıda yerləşirdi.

Bütün bunlara baxmayaraq, 1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı. Lakin SSRİ DTK-nın "Alfa” qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı. Gecə isə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutmağa başladı. Qorbaçovun fərmanı qüvvəyə minənədək - yanvarın 20-də saat 00-dək artıq 9 nəfər öldürülmüşdü. Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Həmin vaxt öldürülənlərin sayı 100 nəfərə çatmışdı. Halbuki, Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır. Bax, əli yüzlərlə insanın qanına batmış, sonralar Nobel sülh mükafatı (?!) almış Mixail Qorbaçov başda olmaqla sovet imperiyası rəhbərliyinin rəzil siması bu idi...

Tanklar, zirehli transportyorlar Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn "təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular. Bir neçə gün ərzində 137 nəfər öldürüldü, 700-dək yaralandı, 800-dən çox adam qanunsuz həbs edildi.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. 

 


Əfşan | 4 fevral 2013 17:43 | Status: Professional user | Şərh: 1 714
hec zaman unudulmayacaq bir gun
QAR DENECIYI | 3 fevral 2013 14:11 | Status: Şərhçi | Şərh: 425
HEQIQETEN DE 20 YANVAR QAN YADDASIDIR.
xaqani_1980 | 23 yanvar 2013 17:04 | Status: Şərhçi | Şərh: 206
Allah rehmet eləsin
mehebbet adasi | 21 yanvar 2013 17:38 | Status: Şərhçi | Şərh: 420
teessufki her sheyi tez unudurug,yayda Shehidler xiyabanini ziyaret etdim
aynur.xuda | 20 yanvar 2013 21:45 | Status: Gümüş user | Şərh: 1 289
cox teesuf ki,helede dostumuzla dushmenlerimizi ayrid ede bilmirik bilmirik ki,min illerdir bize dushmen olan bu ruslar,farslar,ermenilerdir shehidlerimze xatir taniyaq dushmenlerimizi.....
Torpaq | 20 yanvar 2013 20:35 | Status: Professional user | Şərh: 3 570
Allah axiretlerini gozel etsin...
yaxinlarina sebr versin olkemize de dogru yasam....
rosee | 20 yanvar 2013 20:01 | Status: Professional user | Şərh: 1 850
Allah rehmet etsin dunyasini deyisenlere (:n27:
Lale | 20 yanvar 2013 19:55 | Status: Yazar | Şərh: 3 264
[b][/b]Allah butun wehidlere rehmet etsin. Menim wcwn en tesir edici Çlham ve Ferizenin wehid olmasidir. Onlar mene mehbbet simvoludurlar...Yeriniz cennet olsun haminizin
Seninem | 20 yanvar 2013 19:46 | Status: VİP user | Şərh: 61
sekse aid xeber olsaydi baxiw sayi 1000-i kecmiwdi :n4: ozumuz oz qan yaddawimiz haqda girib oxumaq istemirik bir cox gencler bunlardan xebersizdiler.ona gorede bu gundeyik...cox uzulurem Allah rehmet etsin
Nergiz33 | 20 yanvar 2013 19:43 | Status: VİP user | Şərh: 1 079
İnsan insan olub öz hünərilə,
Millət millət olub xeyir-şərilə.
Torpağın bağrına cəsədlərilə,
Azadlıq toxumu əkdi şəhidlər
cucem. | 20 yanvar 2013 18:33 | Status: Professional user | Şərh: 4 415
ALLAH BUTUN SEHÇDLERÇMÇZE REHMET ETSÇN!
Listen to you heart | 20 yanvar 2013 18:30 | Status: VİP user | Şərh: 805
Allah butun Sehidlierimize rehmet elesin.

Face'de bi stat oxudum:

"Bagislayin Sehidler, biz Sizi tekce 20 Yanvar yada saliriq :("
eslinde ozumde seyfemde yazmisam. gerek hemise yada salaq tek bu gun yox
Aya:)) | 20 yanvar 2013 18:14 | Status: Gümüş user | Şərh: 2 239
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
_Peri_ | 20 yanvar 2013 18:11 | Status: Gümüş user | Şərh: 1 662
allax rehmet elesin
Sonik | 20 yanvar 2013 17:55 | Status: VİP user | Şərh: 543
http://www.youtube.com/watch?v=MuCDyJiREB0
baxin bu videoya superdi
Gunel | 20 yanvar 2013 17:53 | Status: Professional user | Şərh: 4 087
Allah rehmet elesin shehidlerimize...
Bu gun valideynlerimin 23 illiyi tamam oldu.
nergiz_zz | 20 yanvar 2013 17:38 | Status: Professional user | Şərh: 3 814
AZƏRBAYCAN XALQININ MÜSÜBƏTLİ GÜNLƏRİ ÇOX OLUB.ONLARDAN ƏN MÜSÜBƏTLİLƏRİNDƏN BİRİ 20 YANVAR FACİƏSİDİ.HEÇ BİR ZAMAN YADDAŞIMIZDAN SİLİNMƏYƏCƏK DEYİRİK.AMMA BİZİ QIRAN BİR XALQIN DİLİNİ ÖZ ANA DİLİMİZDƏN ARTIQ BİLİRİK.ÖZ DİLİMİZDƏ DANİŞMAĞI ÖZÜMÜZƏ AR BİLİRİK.AMMA BELƏ OLMAMALIDİ....

ÖZ DİLİNDƏ DANIŞMAĞI AR BİLƏN FASONLU ƏDABAZLAR.
QƏLBİNİZİ OXŞAMIR QOŞMALAR TELİ SAZLAR.
BUNLAR QOY MƏNİM OLSUN
ANCAQ VƏTƏN TORPAĞI SİZLƏRƏ QƏNİM OLSUN....
VƏTƏN UĞRUNDA ŞƏHİD OLANI NƏ XALQ NƏ DƏ ZAMAN UNUDUR....
Nergiz33 | 20 yanvar 2013 17:17 | Status: VİP user | Şərh: 1 079
menim milletim ozune dusmen ermenileri bilir. menimse dusmenim ruslardir cunki 20 yanvar qanli faciesini ruslar toredim menim milletimi tanklar altinda ruslar ezib menim torpaglarimi ruslar zebt edib ermeninin hec cesareti olmaz kimese el qaldirsin bu heyatdaki tek qorxaq millet ancag ermenilerdir. 10 yasindaki azerbaycanli usagi mektebde 14 yasindaki ermeni usagini cumo edib. ermeni ne bilir kimlese muharibe etmek nedir. menim dusmenim rusdur. ancag tesufki men ele ruslarin icinde yasayiram (((((((((((
nurashka | 20 yanvar 2013 16:33 | Status: Qonaq | Şərh: 2 167
Sitat: VÇLVET
Bugun menim ucun 2 matem oldu.Biri nene kimi gorduyum insan can verdi.Biri de 20 Yanvar Wehidelerimizin xatireleri qelbimi sizladir

Allah rəhmət eləsin!!!
arzu83 | 20 yanvar 2013 16:31 | Status: Qonaq | Şərh: 0
Allah bu acini bizə yasadanlarin cəzasini versin.BU Acılar heç vaxt unudulmur.Allah bütün şəhidlərimizə rəhmət etsin
Aziza | 20 yanvar 2013 15:23 | Status: VİP user | Şərh: 571
Allah retmet elesin... :n27:
TATLI GUZEL | 20 yanvar 2013 14:09 | Status: Professional user | Şərh: 5 781
Eger bu gun sagiqsa yashayiriqsa Shedlerimizin sayesindedir.Allah onlara rehmet elesin.Axiret dunyalarin versin.Amin!
Princess_93 | 20 yanvar 2013 14:00 | Status: Brilliant user | Şərh: 5 877
Allah rehmet elesin
Yusuf | 20 yanvar 2013 13:48 | Status: Şərhçi | Şərh: 424
Salam.Butun azeri xalqina bas saqliqi diliyirem,şehitlerimize rehmet ailelerine ise Allah sebr versin . AMİN.
Nubar-Senan | 20 yanvar 2013 13:35 | Status: Şərhçi | Şərh: 381
Amin :n27:
Gulnare4 | 20 yanvar 2013 13:30 | Status: Gümüş user | Şərh: 1 255
Allah rehmet elesin
ayda.zade | 20 yanvar 2013 13:25 | Status: VİP user | Şərh: 465
Allah rehmet elesin,qebirleri nurla dolsun!
Asi90 | 20 yanvar 2013 12:56 | Status: Şərhçi | Şərh: 219
Allah rehmet elesin,qebirleri nurla dolsun!
Nurus. | 20 yanvar 2013 12:50 | Status: Brilliant user | Şərh: 6 982
Allah butun sehidlerimize rehmet ailelerinede sebr versin eger qalibsa.Bu gun mende gedecekdim sehidler xiyabanina anna xesteyem deye gede bilmedin gelen il gedib ziyaret ederik qismet olsa
Lola. | 20 yanvar 2013 12:35 | Status: Professional user | Şərh: 2 230
Sitat: k.gunew
ALLAH şəhidlərə rəhmət, əsgərlərə dözüm, ana-atalara səbr, kafirlərə lənət eləsin, AMİN!

amin canim cox gozel qeyd etmisen