Aktual / Xəbəriniz olsun!

İyrənc siyasətə qurban gedən qadınlarımız...

Aynur_Qurbanqizi | 3-01-2013, 18:22
4 784 39

 


Sevinc Babayevanın ölümü ilə bağlı onun oğlu Ayxan Məmmədov sabiq deputat Gülər Əhmədovanı ittiham edib. 

Ayxan Məmmədov bu barədə azpolitika.info-ya ünvanladığı məktubunda bildirib.

Ayxan Məmmədov həmin məktubunda yazır: "Mən, Məmmədov Ayxan Eldar oğlu, sizə yazıb bildirmək istəyirəm ki, mənim anamın - Babayeva Sevinc Telman qızının ölumünün səbəbkarı Gülər Əhmədovadır!

Hələ yay ayları idi. Anam evə gəldi, halı çox pisləşmisdi. Evdə qusdu. Mənə dedi ki, Gülərlə həmin gün görüşüblər, gedib bir yerdə çorək yeyiblər. Sonra da bildirdi ki, Elşadla ovaxtkı söhbətin videosu yayılacaq. Anama dedim ki, sən heç nədən narahat olma, sənlik heç nə yoxdu, pulu kim yeyib, qoy o da narahat olsun. Anamla Gülər neçə il idi danışmırdılar. O söhbətə görə Gülərlə düşmən olmuşdu. Səhəri gün anamın halı daha da pisləşdi, anam dedi ki, Gülər mənə zəhər verib. Sentyabrın 25-də gecə anam mənə zəng vurdu, dedi ki, gəl, "Domsovet”ə - Gülər Əhmədovanın yanına. Çox həyəcanlı səslə danışırdı. Dedim, ana, gəl evə, mən də evə gedirəm, orada danışaq. Evə gələndə anam dedi ki, Elşad Abdullayevin söhbəti ilə bağlı Gülər ona təklif edib ki, 3 günlük Türkiyəyə get, səni orda mənim adamlarım qarşılayacaqlar. Anama dedim ki, inanma, o aldadır səni, amma qulaq asmadı. Gülər Əhmədova sadəcə bu oyunda vaxt qazandı”.

Daha sonra Ayxan Məmmədov dəfələrlə Gülər Əhmədovaya zəng vurduğunu yazır: "Zəng vurub dedim ki, anamı geri gətizdir, necə ki, göndərmisən. Anamı orda Gülər Əhmədovanın adamları qarşılamışdı - Səlcuq adlı bir şəxs. Mən özüm noyabrın 10-da xalamla birlikdə anamın yanına getmişdim, bizi hava limanında Gülərin adamları qarşıladı. Anam orda çox pis vəziyyətdə idi. Ona yalvardım ki, gəl, geri qayıdaq, Gülər səni qurban vermək istəyir. Gülər anamla bu nömrəylə danışdı:051-993-36-36 . Gülər ona dedi ki, Sevinc, gəlmə, sənə «stop» qoyublar. Beləcə anamı qorxuzdu. O bilirdi ki, mənim anam yeganə şahiddi. Amma mən də hər şeyi bilirəm! Anamın əlyazmaları var, Türkiyədə olarkən mən onları oxudum. 3 vərəq yazı idi, hamısı türk polisindədir".

Qeyd edək ki, adı çəkilən sayt məktubun həqiqətən də Ayxan Məmmədova məxsus olub-olmadığını dəqiqləşdirib. Saytın yaydığı məlumata görə, Ayxan Məmmədov məktubun ona məxsus olduğunu təsdiqləyərək, əlavə məlumatlar da verib.

Ayxan Məmmədovun sözlərinə görə, Bakıda anasının vəziyyəti pisləşəndən sonra onu aparmadığı xəstəxana, həkim qalmayıb. Amma heç kim anasının səhhətində qəfildən yaranmış, qusma və başağrısı ilə müşaiyyət olunan xəstəliyin səbəbini izah edə bilməyib: «Əvvəlcə «Tusi» klinikasına getdik, sonra apardıq «Semaşko»ya, orda bir gün qaldı. Həkimlər nə olduğunu müəyyənləşdirə bilmədilər. Dedilər, aparın Diaqnostika Mərkəzinə. Müxtəlif analizlər verdik, həkimlər xeyli məsləhətləşəndən sonra məni çağırıb dedilər ki, nə olduğunu başa düşə bilmirik. "Neftçilər” xəstəxanasında da həkimlərdən eyni cavabı aldıq».

A.Məmmədovun sözlərinə görə, Sevinc Babayeva Türkiyədə də həkimə gedib, amma vəziyyət pisləşdiyindən, səhhəti ikinci plana keçib: «Mən Bakıya qayıtdım ki, nəsə satım pulunu Türkiyəyə aparım. Çünki onu Gülər Əhmədova özü yollamasına baxmayaraq, anama kömək etmirdi. Elə deyirdi ki, Sevinc, sən əsas şahidsən, bura gəlsən, məni tuta bilərlər».

Ayxan Məmmədovun sözlərinə görə, anası ona Gülər Əhmədova tərəfindən zəhərləndiyini bildirib: "Anam öz diliylə mənə deyib ki, onu Gülər zəhərləyib! Gülər anama deyirdi ki, Sevinc, səni tutsalar, bunu özümə bağışlaya bilmərəm. O isə deyirdi ki, başa düşmürəm, məni niyə tutmalıdırlar? Gülər bilirdi ki, anamın çox ömrü qalmayıb… Dekabrın 26-da mən Türkiyəyə gedirdim, hiss etmişdim ki, nəsə olub. Aeroportdan məni buraxmadılar, dedilər ki, "stop” siqnalı verilib. Prokurorluqdan səbəbini soruşdum, dedilər ki, gəl, danışaq. Az sonra da Türkiyədən xəbər aldım ki, anam rəhmətə gedib. İndi də bilmirəm ki, məni ölkədən niyə buraxmırdılar, maraqları nə idi?!”

A.Məmmədov indiyədək susmasının səbəbini isə başının anasının dəfn mərasiminə qarışmasıyla izah edib.
 
Gülər Əhmədova Sevinc Babayevanı zəhərləməsi barədə ittihamlara cavab verib

"Mən təəssüf edirəm ki, Sevinc Babayevanın oğlu mənim barəmdə bu cür fikirlər səsləndirir.  Mən əminəm ki, o bu məktubu yazmaqla Elşad Abdullayevin təhdidlərindən qorxub. O şok içindədər. Belə bir bir vəziyyətdə olan insanı təhdid edib, ona yalan sözlər danışdırmaq heç bir dəyərə sığmır”. 

Teleqraf.com  moderator.az-a  istinadən xəbər verir ki, bu fikirləri sabiq deputat Gülər Əhmədova Sevinc Babayevanın oğlu Ayxan Məmmədovun anasının ölümündə onun əlinin olması barədə yazdığı məktuba münasibətində söyləyib.

Gülər Əhmədova bildirib ki, Sevinc Babayevanın ölümü ilə bağlı ekspertizanın nəticəsini gözləyir: "Mən dəqiq bilirəm ki, Elşad Abdullayev o uşağı qorxudub. Mən oğlum yerində olan bu uşağın dediklərinə cavab qaytarmaq istəmirəm. Amma ona bircə tövsiyyəm var ki, təmkinli olsun”.

Onun sözlərinə görə, bir müddət əvvəl facebook-da onun adından saxta profil yaradılması da bu təxribatın tərkib hissəsidir: "Mənim adımdan səhifə yaradıb, ağılllarına gələni yazmışdılar”.

Sevinc Babayevanın üzərində başqa  bir məsələ ilə bağlı cinayət işinin olduğunu deyən sabiq deputat onun Elşad Abdullayevdən bütün dövlət orqanlarına şikayyəti olduğunu da dedi: "Elşad Abdullayev onunla bərbar onunla işləyən daha iki qadını müflis etmişdi. Onunla işləyən insanları aldadıb qaçıb getdi. Sevinc Elşaddan ona verdiyi pulları ala bilmirdi.  Nəticədə minlərlə valideyin qarşısında bu insanlar qaldı. Məndə Sevinc Babayevanın mesajları var. O bu mesajları Türkiyəyə gedəndən sonra yazıb. Mən həmin mesajları saxlayıram. Müvafiq orqanlara da təqdim edəcəyəm”.  

Sevinc Babayevanı onun ölkədən çıxarması barədə iddialara gəlincə, Gülər Əhmədova bunları dedi: "Hüquq-mühafizə orqanlarında Sevinc Babayevanın ölkədən necə getməsi barədə məlumat var”.

G.Əhmədova Sevinc Babayevanın Elşad Abdullayev tərəfindən təhdid olunmasına sübut kimi bir müddət əvvəl yayılan videonu xatırlatdı: "Həmin videoda Sevinc bir çox mətləblərə aydınlıq gətirir”.
 

Elşad Abdullayevin Sevinc Babayeva ölüm xəbərdarlığı

 


yanina | 12 iyun 2013 15:54 | Status: Şərhçi | Şərh: 384
basa dusmedim ne ise

basa dusmedim ne ise.............
Fatima Q. | 21 yanvar 2013 17:33 | Status: Gümüş user | Şərh: 984
Su testesi su yolunda qirilar..Kim gunahsizdisa ALLAH haqqini qaytarmaga guc versin..Siyaset yalandi.Kimse yalan udurub ona inanacaq halim yoxdu..Qirsinlar bir birlerini..
Vetenperver | 9 yanvar 2013 12:26 | Status: Professional user | Şərh: 6 700
Sitat: Damla
yrənc siyasətə qurban gedən qadınlarımız... Men bu bawliqla razi deyilem..

Məndə razı deyiləm.Aynurduda don geyindirir.

Sitat: Torpaq
qadin ya bele islere qarismasin qarsib bele 1 veziyyete dusende de ozunu zavvali kimi gostermesin...

Razıyam
Vuska.E | 7 yanvar 2013 13:52 | Status: Qonaq | Şərh: 0
goresen Guler Əhmədova niye azadliqdadir,
Nubar-Senan | 6 yanvar 2013 16:51 | Status: Şərhçi | Şərh: 381
pulun varsa adamsan adamlar cergesinde varsan hami bawinda pervazlanir...nehlet olsun bele heyata.......
ceyla_86 | 5 yanvar 2013 14:28 | Status: Qonaq | Şərh: 0
Cox maraglidi kimse 5-10 manat rusvet alan kimi tez tuturlar bes niye G.Əhmədova azadliqdadi? Demeli kimin pulu coxdusa ona her zaman yasil isigdi. Kurtlar vadisine baxa baxa bizimkilerde basliyiblar mafya oyunu oynamaga.
cucem. | 4 yanvar 2013 20:52 | Status: Professional user | Şərh: 4 415
video niye acilmir??? bunlardan ne desen cixar :n8: :n13: :n37:
Torpaq | 4 yanvar 2013 18:11 | Status: Professional user | Şərh: 3 570
Sitat: Damla
İyrənc siyasətə qurban gedən qadınlarımız... Men bu bawliqla razi deyilem..Bezi qadinlar ozleri bile-bile siyaset adli oyunun fiquruna cevrilirler 3-4 illik wohrete gore..Bilirlerki bir gun onlari oyundan cixardacaqlar..Bunu bile-bile oyuna qatilan insan artiq ozunu bataqliga atmiw olurr...Ela bir bataqliqki ordan cixiw yoxdur..Olsen bela cixa bilmezsen...

raziyam...
qadin ya bele islere qarismasin qarsib bele 1 veziyyete dusende de ozunu zavvali kimi gostermesin...
TATLI GUZEL | 4 yanvar 2013 16:38 | Status: Professional user | Şərh: 5 781
Onsuzda Allah gorur.Insanlarida aldatsalarda amma yuxarda Allah var smile
P.S | 4 yanvar 2013 13:40 | Status: VİP user | Şərh: 995
allah rehmet etsin.
nergiz_zz | 4 yanvar 2013 12:36 | Status: Professional user | Şərh: 3 814
BU NƏ İYRƏNLİKDİ....KİMİN HAQINA GİRMƏK OLMAZ.BURADA KİM HAQQLI KİM HAQSIZ DEYƏ BİLMƏRƏM..AMMA HEYF OLSUN.....BU YAŞAYIŞA...
gulya20 | 4 yanvar 2013 12:31 | Status: Professional user | Şərh: 4 677
Sitat: Damla
İyrənc siyasətə qurban gedən qadınlarımız... Men bu bawliqla razi deyilem..Bezi qadinlar ozleri bile-bile siyaset adli oyunun fiquruna cevrilirler 3-4 illik wohrete gore..Bilirlerki bir gun onlari oyundan cixardacaqlar..Bunu bile-bile oyuna qatilan insan artiq ozunu bataqliga atmiw olurr...Ela bir bataqliqki ordan cixiw yoxdur..Olsen bela cixa bilmezsen...

Raziyam sizinle
Nergiz33 | 4 yanvar 2013 12:15 | Status: VİP user | Şərh: 1 079
allahim heyat necde iyrenc hala dusub. men heyati derk etmeyen bir insanamis her gun sehr yuxudan oyan mektebe get derslerini oxu anaya komek et oz eylencelrinle mesgul ol belce sade bir heyatimiz var. ancag her gun azerbaycan haqda bu haqda nelrise oyrenirem men oz vetenime nifret etmekden qoruxuram. men azerbaycanda yasammagi ozume soz verdim heyat planlarimi tamaen deysiecem neceki arzu edirdim gelib orda yasamagi indi yooooooooooooooox ele danisirsiz az qaliram ele rus oglani ile aile qurum. redd olsun o olke ki orda insanlrin haqqi qorunmur!!!!
elnare terlan | 4 yanvar 2013 09:21 | Status: VİP user | Şərh: 1 407
sevinc babayevanin adin birinci defedir esidirem
Damla | 4 yanvar 2013 08:11 | Status: Brilliant user | Şərh: 7 177
İyrənc siyasətə qurban gedən qadınlarımız...

Men bu bawliqla razi deyilem..Bezi qadinlar ozleri bile-bile siyaset adli oyunun fiquruna cevrilirler 3-4 illik wohrete gore..Bilirlerki bir gun onlari oyundan cixardacaqlar..Bunu bile-bile oyuna qatilan insan artiq ozunu bataqliga atmiw olurr...Ela bir bataqliqki ordan cixiw yoxdur..Olsen bela cixa bilmezsen...
_Peri_ | 4 yanvar 2013 00:18 | Status: Gümüş user | Şərh: 1 662
dehwetdir vallah
Gulsen Raufqizi | 4 yanvar 2013 00:03 | Status: Şərhçi | Şərh: 414
Ne siyaset.OZ EMELINE ,OZ NEFSINE QURBAN GEDIB.BURDA DA KISILERI GUNAHLANDIRIRSIZSA NE DEYIM.SU TESTISI SU YOLUNDA KIRILIR!BU QEDER SADE.Elbetdeki durdugu yerde olmedi,ama gunahsiz da deyildi!Yene de Allah gunahlarini bagislasin
K.AWK.S.LOVE | 3 yanvar 2013 23:57 | Status: Gümüş user | Şərh: 1 236
ALLAH REHMET ELESIN ALLAH BELASINI VERSIN.
sanel | 3 yanvar 2013 23:24 | Status: Professional user | Şərh: 3 647
niye bu insanlar 5 gunluk dunyada bir birinin etini yeyirler dunyadan ne aparacaqlae 3 metr kefen ve emel defteri
arzum | 3 yanvar 2013 23:21 | Status: Şərhçi | Şərh: 172
insanlara inam qalmayib.
Aya:)) | 3 yanvar 2013 22:43 | Status: Gümüş user | Şərh: 2 239
allah rehmet elesin
_Mamedova_ | 3 yanvar 2013 22:34 | Status: Gümüş user | Şərh: 1 837
oxumushdum bu barede,maraqlidi heqiqet necedi(
Sevinc_Bayramova | 3 yanvar 2013 22:15 | Status: Yazar | Şərh: 797
Allah rehmet elesin basqa da hecne demirem dogurdan da siyasete qurban geden xanimlarimiz az deyil heddinden artiq coxdur
Mickey Mouse | 3 yanvar 2013 22:06 | Status: Professional user | Şərh: 4 008
ALLAH REHMET ELESIN
B_R | 3 yanvar 2013 21:47 | Status: VİP user | Şərh: 971
allah rehmet etsin
Sekine Hesen | 3 yanvar 2013 21:26 | Status: Gümüş user | Şərh: 3 112
vallah hec birini tanimiram desem,ama yenede ALLAH rehmet etsin
Torpaq | 3 yanvar 2013 21:15 | Status: Professional user | Şərh: 3 570
aaa..oldu o qiz
Allera | 3 yanvar 2013 19:23 | Status: Şərhçi | Şərh: 208
Ehh maraqsızdı...Bezmişəm artıq hər yerdə gülərnən elşadın adın oxumaqdan...
Lola. | 3 yanvar 2013 19:21 | Status: Professional user | Şərh: 2 230
MELUMATIM YOX IDI BU BAREDE
Princess_93 | 3 yanvar 2013 19:13 | Status: Brilliant user | Şərh: 5 877
Sitat: rosee
mene cox maraqlidi göresen o mektubda ne yazib

ele menede.