Aktual / Xəbəriniz olsun!

21 dekabr dünyanın sonu olmayacaq!!!

Banu. | 15-12-2012, 09:48
5 024 49

 

Nəriman İsmayılov,( AMEA Şamaxı astrofizika rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru, professor) 21 dekabr dünyanın sonu olmasını təkzib edir...


 

1990-cu ilin ortalarında həvəskar

astronom C.M.Cenkins çap etdirdiyi öz populyar broşuralarında mayaliların təqvimindəki tsiklin sonunu qış günəşduruşu ilə bağlamışdır. Daha doğrusu, o özünəməxsus "qalaktik düzülmə” terminini ilk dəfə işlədərək 2012-ci ilin sonu haqqında məlumat vermişdir. Eyni zamanda o belə bir düzülmənin sonuncu dəfə 1998-ci ildə baş verdiyini, nəticədə heç bir fövqəladə hadisə olmadığını bildirir.

2010-cu ildə əsasən rusdilli kütləvi informasiya vasitələri belə bir xəbər yaydılar ki, guya SETİ təşkilatı Yerə doğru hərəkət edən kənar planetlərdən gələn kosmik raketlər dəstəsi aşkar etmişlər. 2011-ci ildə yerdənkənar sivilizasiyaların axtarışı ilə məşğul olan SETİ təşkilatı (Search for Extraterrestrial Intelligence) geniş yayılmış belə bir şaiəni rəsmi şəkildə tamamilə təkzib etdi.

2011-ci ilin sonunda belə bir fikir formalaşdı ki, Maya təqvimi kataklizmlə bitməli deyil, çünki onun bir tsikli bitdikdən sonra digər bir tsikli başlayır. Biz mətbəx divarında asılmış sadə təqvimdə tsikl bitəndə onun əvəzinə yenisini asırıq. Buna bənzər formada mayalıların təqvimi də yeni dövrə başlamalıdır. Amerikada olan FAMSİ tədqiqat qrupunun icraçı direktoru Sandra Nobl yazırdı ki, "qədim mayalılar üçün tsiklin başa çatması böyük bayram sayılırdı”. O qeyd edirdi ki, 2012-ci ilin dekabrını dünyanın sonu kimi vermək "əsil saxtalaşdırma və bir çoxları üçün varlanma mənbəyidir”.

İnternet səhifələrində yazılara görə 21 dekabr 2012-ci ildə planetlərin paradı olacaqdır
, yəni bütün mövcud planetlər bir düz xətt üzrə düzüləcəkdir. Özü də bu parad digərlərindən onunla fərqlənəcəkdir ki, hətta digər pıanet sistemləri də hamısı "Qalaktikanın sıfır nöqtəsinə” istiqamətlənəcəkdir. Bu isə dünyanın tamamilə yeniləşməsinə və fəlakətlərə səbəb olacaqdır.

Gəlin məlum elmi faktlara diqqət edək. Planetlər ümumidünya cazibəsinin təsiri altında göy mexanikası qanunları ilə hərəkət edir. Bizim günəş sisteminin yaşı 4.5 milyard ildir. Bu müddət ərzində mövcud planetlərin hərəkəti olduqca dayanıqlı bir vəziyyətə gəlmişdir və burada hər hansı bir dəyişikliyin hiss olunacaq dərəcədə baş verməsi üçün çox böyük zaman tələb olunur. Əslində planetlərin paradı zamanı heç də həmişə bütün planetlər hamısı Günəşdən bir istiqamətə düzülmür. Planetlərin orbit müstəviləri az da olsa ekliptika müstəvisi ilə müəyyən bucaq əmələ gətirir. Məsələn, Merkurinin orbiti 7В°, Veneranınki 3.4В° , digər 6 planetinki isə daha kiçikdir. Odur ki, parad yalnız müəyyən sektor daxilində bir istiqamətə düzülmədir. Böyüklü-kiçikli 8-10 planetin eyni vaxtda bir sektorda düzülməsi ehtimalı olduqca kiçikdir.

Planetlərin paradı hazırda iki cür təsnif olunur. Venera, Mars, Saturn və Merkurinin düzülüşü Kiçik parad, Yer, Venera, Yupiter, Mars, Saturn və Uranın düzülüşü isə Böyük parad adlandırılır. Kiçik parad ildə bir dəfə, Böyuk parad isə 20 ildə bir dəfə baş verir. Qeyd edək ki, müasir dövrdə göy mexanikası qanunları əsasında planetlərin orbitdə vəziyyətlərini -koordinatlarını əvvəlcədən yüksək dəqiqliklə hesablamaq olur. Biz əgər 21dekabr 2012-ci il tarixi üçün koordinatlar üzrə alınan düzülüşə baxsaq, yalnız 3 planetin - Merkuri, Venera və Saturnun bir istiqamətə düzüldüyünü görə bilərik. Deməli, heç də deyildiyi kimi, həmin vaxt bütün planetlər bir istiqamətə düzülməyəcəkdir. Hətta düzülsə də belə bunun heç bir qorxusu yoxdur. Elə 2011-ci ildə Merkuri, Venera, Mars, Yupiter və Uran Balıq bürcünə tərəf düzülərək parad təşkil etmişdilər. Beləliklə, planetlərin paradının təhlükə törədəcəyi fikrinin heş bir elmi əsası yoxdur.

Yayılmış məlumatlara görə Yer üçün daha bir təhlükə planetlərarası mühitdə sərbəst dolaşan və guya hələ haqqında şümerlər tərəfindən öncədən məlumat verilən Nibiru adlanan bir planetin olmasıdır. Nibiru haqqında ilk dəfə 1995-ci ildə Nensi Lider adlı bir qadın məlumat vermişdir. O iddia edirdi ki, guya həmin planetin sakinləri ilə kontakta girmişdir, yad planetlilər Nensinin onlarla birbaşa əlaqə yaratması üçün onun başında implantator yerlədirmişlər.

Daha sonra Zaxariya Sitçinin yazdığına görə şümerlər Nibirunu 12-ci planet hesab edirdilər. Sayın 12 olması onunla bağlıdır ki, şümerlər 9 planetdən başqa Günəş və Ayı da planet hesab edirdilər. Nibiru isə bu sırada 12-ci olur. Şümerlər hesab edirdilər ki, həmin planetdə yüksək şüurlu məxluqlar yaşayırlar. Planet çox sivri ellipik orbitə malikdir və 3600 ildə bir dəfə Yupiterlə Marsın orbiti arasından keçir. Guya bu zaman onlar Yerə enir və insanlarla kontakta girirlər.

İndi gəlin məsələnin elmi tərəfinə baxaq. Mövcud 8 böyük planetdən əlavə 1930-cu ildə kiçik planet Pluton kəşf olunmuşdur. Bundan sonra buna bənzər daha bir kiçik planet -(15760) 1992 QB11992-ci ildə kəşf olundu. Hazırda Neptunun orbitndən kənarda diametri 800 km-dən böyük olan 11 belə kiçik planet məlumdur, bunlara TransNeptun Obyektlər (TNO) deyilir. 2007-ci ildən indiyədək diametri 500 km-dən böyük olan və orbiti Plutonun orbiti daxilində yerləşən başqa cisimlər tapilmamışdır. Əgər belə cisimlər olsaydı, onun parlaqlığı 18-ci ulduz ölçüsündə olardı. Müasir teleskoplar hətta bundan da dəfələrlə zəif parlaqlıqlı cisimləri görə bilirlər. Deməli Məlum günəş sistemi hüdudlarında belə bir planet yoxdur. Ola bilsin ki, Plutona bənzəyən hansısa bir cisim bizim günəş sisteminin kənarında yerləşən Oort dumanlığında olsun. Bunu dəqiqləşdirmək üçün yeni elmi müşahidələr aparmaq zəruridir.

Hazırda belə planetlərin axtarışı ilə məşğul olan astronomlardan biri ABŞ Texnologiya universitetinin professoru Maykl Braundur. Onun apardığı tədqiqatların nəticələri 2009-cu ildə nəşr olunmuşdur. Göstərildi ki, 2001-2006-cı illər ərzində səmanın 50% -nin diqqətlə axtarılması nəticəsində 150 a.v. məsafədə diametri 1500 km-dən böyük obyekt tapilmamışdır. Braun göstərmişdir ki, 2012-ci ildə həmin Nibiru planeti yerə yaxınlaşmalı olsaydı, onu 2010-cu ildə mütləq görə bilərdik.

Yayılan xəbərlərə görə, dünyanı dəyişəcək səbəblərdən biri kimi Yerin fırlanma oxunun qütblərinin əksinə dəyişməsi göstərilir. Guya dekabrın 21-də yer oxunun şimal və cənb qütbləri öz yerini dəyişəcək, bu da fəlakətə gətirəcək, materiklər dəyişəcək və bütün yer üzünü su basacaq. Bəzi hallarda yerin coğrafi qütblərinin yox, maqnit qütblərinin çevrilməsindən danışırlar. Gəin baxaq, görək bu cür çevrilmə çox qısa müddətdə baş verə bilərmi?
Demək olar ki,əksər xalqların miflərində bir-birinə çox bənzəyən yer üzünü suyun basması hadisəsi haqqında yazılar vardır. Son dövrlərdə müşahidə olunan qlobal istiləşmə, tez-tez baş verən zəlzələlər, Yerin formasının dəyişməsi, Yaponiyadakı zəlzələdən sonra yerin oxunun bir qədər sürüşməsi kimi faktlar bu məsələyə diqqətlə yanaşmağı zəruri edir. Bundan başqa, Çin alimləri belə bir elmi nəticəyə gəlmişlər ki, 1.3 milyard il əvvəl yer sutkalarının uzunluğu 15 saat, bir ildəki günlərin sayı isə 540 idi. Bütün bu faktlar real gerçəklikdir. Bu hadisələrin baş verəcəyinin mümkünlüyü haqda araşdırmalara nəzər salaq.

Müasir tədqiqatlar göstərmişdir ki, Yer planeti təxminən 4 milyard il bundan əvvəl formalaşma dövrü keçirərkən onu səthi çoxlu sayda asteroid bombardmanına məruz qalmışdır. Bu fakt hazırda yer səthində diametri 20 km olan 22000 ədəd və diametri 40 km olan 1000 ədəd kraterin olması ilə təsdiq olunur. Güman olunur ki, bu asteroidlər Marsla Yupiter orbitləri arasında yerləşən asteroidlər qurşağından gəlmişdir. Zərbə nəticəsində eni 5000 km-ə çatan dərələrin yaranması həmin bombardmanların nə qədər dəhşətli olmasından xəbər verir. Hesab olunur ki, məhz bu zaman yerdə canlıların yaranmaqa başlaması üçün təbii inkubator- cansız kimyadan canlı rüşeymlərin yaranması üçün hidrotermal sistemlər yarandı.

Yerin fırlanma oxunun geoloji sürüşməsi Ay və Günəşin təsiri ilə baş verir. Yer kürəsi qütblərdən basıq olduğu üçün hələ Nyuton göstərmişdi ki, kənar cisimlərin cazibəsi nəticəsində yerin oxu presessiya etməlidir. Müasir ölçmələrə görə bu presessiya nəticəsində yerin oxu 25776 il periodla fəzada konus cızır, oxun istiqaməti təxminən 71.5 il ərzində 1В° sürətlə baş verir. Müasir dəqiq ölçmələrə görə yerin oxu il ərzin 7-8 m sürüşə bilər. Bu hadisə planetlər üçün təbii bir prosesdir, çünki yerdə kütlə kürə boyunca bircins paylanmamışdır.

Qeyd edim ki, internet sürətli informasiya vasitəsi olduğundan ondan bəzi insanlar asan yolla yüksək qazanc götürmək üçün istifadə edirlər. Məsələn, son zamanlar bu və ya digər şaiələri yaymaq xüsusi bir məqsədə yönəlmiş olur. Məqsəd müxtəlif ola bilər: çoxdan bəri istehsal olunmuş və anbarlarda yatıb qalan istehlak mallarının, şamın, çadırların, ət konservlərinin və s. satılmasını sürətləndirmək üçün; bir çox ölkələrdə tarixi yerlərə diqqətin cəlb olunması və yeni turizm marşrutları açaraq qazanc əldə etmək üçün və s.Dünyanın sonu fikrinin ortaya çıxması internet şəbəkəsində minlərlə qıcıqlandırıcı sərlövhəli məqalələrin və videomaterialların, filmlərin ortaya çıxmasına səbəb olmuşdur. Bütün bu materialın oxunması və baxılması böyük miqdarda internet vaxtı və deməli, külli miqdarda qazanc deməkdir. Turizm sahəsində Chinin təcrübəsi parlaq nümunədir. Vaxtilə aparılmış uzaqgörən siyasət və təbliğat nəticəsində hazırda təkcə Pekin şəhərində onlarla tarixi və dini məbədlər və Böyuk Chin səddi kimi turizm mərkəzlərindən milyardlarla dollar gəlir əldə edilir. Belə mifaloji şaiələr bəzən də siyasətçilər tərəfindən cəmiyyətin məqsədyönlü şəkildə idarə olunması üçün də istifadə olunur. Heç uzağa getməyək, dahi mütəfəkkirimiz M.F. Axundovun "Aldanmış kıvakib” əsərini xatırlamaq kifayətdir. Hələ o dövrdə münəccimlərin öncəgörmələrinin hansı ictimai-sosial problemlər törədə biləcəyi çox gözəl təsvir olunur.

Yekunda xatırladım ki, göy sferində illik hərəkəti nəticəsində Günəşin ekvatorial koordinat sistemində koordinatları dəyişir. Yəqin ki, əksəriyyət insanlarımız bilir ki, biz yerin şimal yarımkürəsində yaşadığımıza görə yay vaxtı iyunun 22-də Günəş Bakıda maksimal hündürlükdə - üfüqdən 72В°46Вґ bucaq altında müşahidə olunur və həmin vaxt günün uzunluğu ən böyük olur. Qışda isə, dekabrın 22-də ən qısa gün müşahidə olunur, Günəş üfüqdən təxminən 35В°52Вґ -də minimal hündürlükdə olur. Bu zaman Bakıda saatlar 15-02-ni göstətəcək və beləliklə qış girmiş sayılacaq.

 

 



ESMERRi | 24 mart 2016 18:53 | Status: Brilliant user | Şərh: 5 376
Sitat: Saida Kerimova
Sayələrində mağazalarda şam qalmadı..Heç inanmamışam da bu söhbətə...
Saida Kerimova | 30 may 2013 06:52 | Status: Professional user | Şərh: 1 672
Sayələrində mağazalarda şam qalmadı..Heç inanmamışam da bu söhbətə...
Meqa | 18 dekabr 2012 10:35 | Status: Professional user | Şərh: 2 077
bunu əsas evə paçkalarnan şam alıb yığanlar oxusun dəhşətdi eeeeeee bu cür fərziyələrə necə inanırlar hər şeyin düzünü ALLHIMIZ bilir
rufet ehmed | 16 dekabr 2012 19:10 | Status: Gümüş user | Şərh: 1 391
en gozelin allah biler bende nekaredir ki allahin isine qarisa her kes ona tabedir onun ucunde bu uydyrmalara az inanin hokumu veren allah dir ey muselmanlar
Mickey Mouse | 16 dekabr 2012 18:44 | Status: Professional user | Şərh: 4 008
hamisin allahimiz bilir
Damla | 16 dekabr 2012 18:06 | Status: Brilliant user | Şərh: 7 177
21-i dunyanin sonu olmagina inanmirdim onsuzda..
Gulnare3 | 16 dekabr 2012 14:48 | Status: Şərhçi | Şərh: 160
Allah bilen meslehetdir
filolog | 16 dekabr 2012 14:41 | Status: Professional user | Şərh: 571
. . .hətta belə dünyanın sonu olsa da,bu,Allahın təqdiri,məsləhətidir.Yəni olsa belə burada qorxmalı heç bir şey yoxdur.Hər şeyin sonu ölümdür onsuz da.Ya bu gün,ya 21-i və ya 100 il sonra. . .Öz fikrimə gəlincə isə,planetlərin paradı yüz illərdir olub və burada təəccüblü heç bir şey yoxdur.Deyilən yalnış fikirlər isə nə dinlə,nə də elmlə uyğun deyil. . .
heyatimin menasisan | 16 dekabr 2012 12:49 | Status: Qonaq | Şərh: 0
bilmirem kim inanir kim inanmir amma menim hec vecime de deyil he c yadima da dusmur ki, bele bir sey ola biler olanda da olacaq ne edesiyik ki?nese ede bilerikmi?bos seylerdi camaat bilmir ne danisa
MULATKA_ | 16 dekabr 2012 09:06 | Status: Qonaq | Şərh: 0
21 YOX ELE BUGUNDE OLA BILER ONU ALLAHDAN BAWQA HECKIM BILMEZ
Asya Qurbanova | 16 dekabr 2012 00:27 | Status: Gümüş user | Şərh: 715
vallah men inanmiram amma bizim evdekiler deli olub esasda bibim deyirki ay sunami olacaq ay soyuq olacaq bele bele seyletr fikirlesirler amma hec olmayacaq.
casiye 45 | 16 dekabr 2012 00:11 | Status: Gümüş user | Şərh: 1 449
bezdiye bu 21 den,,xeyirlisi ile 22 gelseydi camahat susardi
Asi90 | 16 dekabr 2012 00:07 | Status: Şərhçi | Şərh: 219
Hec inanmiram,hec narahatda deyilem,qorxmuramda.Allah bilen meslehetdi!
K.AWK.S.LOVE | 15 dekabr 2012 23:59 | Status: Gümüş user | Şərh: 1 236
ALLAH BIZI PISLIKLERDEN QORUSUN.AMIN
rosee | 15 dekabr 2012 22:49 | Status: Professional user | Şərh: 1 850
Gangnam style mahnisi kimi mende bu 21 dekabr söhbetinden artiq iyrenmisem.
Mickey Mouse | 15 dekabr 2012 22:01 | Status: Professional user | Şərh: 4 008
Sitat: Seninem

olacagina inanmiram ama yenede qorxu var canimda

mende de
nurays | 15 dekabr 2012 20:42 | Status: VİP user | Şərh: 908
onsuzda inanmirdim
Aya:)) | 15 dekabr 2012 20:20 | Status: Gümüş user | Şərh: 2 239
allahimdan basqa hec neye inanmiram...
Princess_93 | 15 dekabr 2012 20:01 | Status: Brilliant user | Şərh: 5 877
Sitat: Gunel
bu yalanci shayeni cixardanlar ne deyecek?)))

canim diyesen onu cixardan olub uje
Allahin Gulu | 15 dekabr 2012 19:44 | Status: Professional user | Şərh: 2 102
Sitat: sheh
inşallah,heç nə olmayacaq...olsa da neyləyə bilərik ki

Ay baci men dehshete gelmishem bayaq xeberlerde baxdim Jenfer Lopes dunyanin ne qeder imaknli adamlari varsa Tukiyeye qacir guya her yer dagilacaq ora qalacaq Nuh as.gemisinin qeyb oldugu dag..
sheh | 15 dekabr 2012 19:37 | Status: Yazar | Şərh: 3 353
inşallah,heç nə olmayacaq...olsa da neyləyə bilərik ki?
Mavish | 15 dekabr 2012 18:52 | Status: Brilliant user | Şərh: 2 389
2001 ci ildə mən 5-ci sinifdə oxuyurdum deyirdilər ki 2001 ci ildə dünya dağılacaq elə qorxurdumki,eh boş şeydir heç dağılmadıda...dağılacaqsa onuda bir Allah bilir nə vaxt
SeRRas | 15 dekabr 2012 18:40 | Status: Qonaq | Şərh: 0
deyirem bu camaatin basina hava gelibe,axi biz mayaliliarin teqvimine gore yasamiriqki,ne dunyanin sonundan danisirlare?elbette o olacaq,ama onu hec kim deye bilmez21 i ya necesi?olum haqdir hamimiz oleceyik onemli olan sual cavabimiz nece olacaq,tesekkurler xebere gore
cucem. | 15 dekabr 2012 18:35 | Status: Professional user | Şərh: 4 415
DUNYANIN SONU OLACAGINA MENDE INANMIRAM! BUNU REBBIMIZDEN BAWQA KIMSE DEYE BILMEZ!
Nurus. | 15 dekabr 2012 18:26 | Status: Brilliant user | Şərh: 6 982
Ne yaxsi onsuzda bizde hec inanmirdiq qoy hami bilsin bunnu
_Asi_ | 15 dekabr 2012 17:17 | Status: Gümüş user | Şərh: 795
heee lap yaxshi.men inanmirdim onsuz da.evine sham alib yiganlara da gulurdum.bu gun magazada bir xanim saticidan kibrit sorushdu.men de orda novbe gozleyirdim.satici dedi ki,ne sham ne de kibrit qalmayib...ehh buda bizim millet...nese eshi.birden de fikirleshirem ki,belke heqiqeten 4-5gun qaranliq oldu.evde sham da yoxdu.ne ederik goresen???maraqlidi...nese yashayariq gorerik...
Sekine Hesen | 15 dekabr 2012 17:17 | Status: Gümüş user | Şərh: 3 112
eh bow weylerdi ALLAHDAN bawqa hec kes bile bilmez dagilandada dagilsinda insanlaki bu qeder azginlawib dagilmasin neylesin
mehebbet adasi | 15 dekabr 2012 17:05 | Status: Şərhçi | Şərh: 420
insanlar ayilin qeflet yuxusundan,her sheyi bilen ALLAHDIR..
gulya20 | 15 dekabr 2012 16:03 | Status: Professional user | Şərh: 4 677
Deyirem nece inanirlar bele sayelere.21gelib kecseydi inananlar dincelerdi wink
TURKEL | 15 dekabr 2012 15:53 | Status: Qonaq | Şərh: 0
EN DOGRUSUNU YALNIZ VE YALNIZ ALLAH (C.C) BiLiR...!