Aktual / TV verilişlər

Telekanallarda öldürmək dərsi

Lale Mehrali | 18-07-2012, 19:00
4 247 54


İstirahət günlərində dincəlmək, televizor qarşısında mədəni istirahət etmək istəsən, vay halına!  Ya ağlamalı verilişlər görüb gözünün suyunu axıdacaqsan, ya da qorxulu kinoya baxıb səhərə kimi yuxuda qışqıracaqsan. Bunlara baxmaq istəməsən, kanalı çevirsən gedib düşəcəksən cinayət aləminə. Yəni televiziyaların “sevə-sevə” yayımladıqları cinayət verilişlərinə.

 

Yorğun günlərdən biri idi. Bazar təmizliyindən sonra axır ki, axşam pulta yiyələnə bildim. Ədəb-ərkanla oturdum tv qarşısına. Yerli tv-lərdə həmişəki kimi düz-əməlli veriliş yox idi. Cinayət verilişlərindən birinin yayımlandığı tv-də dayandım təsadüfən. Əslində təsadüf də demək olmaz, qəsdən saxladım ki, görüm bunlar nə verir.

 

Aparıcı qımışa-qımışa bir neçə kəlməlik  təqdimat etdi, arxasınca da sujet yayımlandı. Sujetdə gənc bir oğlan cinayəti necə törətdiyini təsvir edirdi:

 

 

“Bir neçə gün əvvəldən evə necə girəcəyimi hesablamışdım, onsuzda  qoca arvaddan başqa heç kim olmurdu orda. Həmin gecə pəncərədən girdim içəri, özümlə balta da gətirmişdim, yavaş-yavaş yaxınlaşdım arvada, arxadan bir zərbə vurdum başına balta ilə, sonra gördüm ölmür, birini də vurdum, sonra birini, üstündən birini... Sonra da sürüyüb saldım bax bura, üstünü örtdüm, işimi gördüm, nə lazımdır götürdüm, sonra da çıxıb getdim, çıxanda da yaylığımla qapının, pəncərənin dəstəyini sildim ki, əl izim qalmasın”.

 



 

Və yaxud da başqa bir sujet xətti:

 

“O qıza çoxdan gözümüz düşmüşdü, əvvəl-axır bu iş olmalıydı. Güddük iki dostumla, bir gün axşamçağı küçədə tək yaxaladıq, basdıq maşına, apardıq meşəyə, əvvəl paltarlarını çırdıq, sonra da növbə ilə zorladıq, o eləcə qışqırırdı. Sonra özündən getdi, elə bildik ölüb, biz də izi itirmək üçün orda bir quyu qazıb ora basırdıq”.

 

Bu sujetlərdən çox yazmaq olar, hamısı da bir-birindən iyrənc. Efirdəncə tamaşaçıya öldürmək dərsi keçirlər, cinayəti necə törətmək olar ki, kimsə bilməsin, izini necə itirmək olar, cinayətdən sonra necə davranmaq lazımdır ki, heç kim şübhələnməsin və s. və ilaxır.

 

Oxucuların çoxu düşünür ki, onsuz da gec saatlarda yayımlanır bu proqramlar, uşaq və yeniyetmələr baxmır. Amma yanılırlar, elə mənim çevrəmdəki qohum-əqrabanın uşaqları saat 12-dən tez yatmır. Elə qohumum var ki, uşağı ilə bərabər oturub baxır bu verilişlərə. Deyirsən olmaz, uşağın psixologiyası korlanır, gələcəyini təhlükə altında qoyur bu proqramlar, deyir: “Əşi, kimə nə olur ki, buna da ola?”

 

Kimə nə olur?

 

-Həbsxanalardakı cinayətkar uşaq və yeniyetmələrin sayı artır.

-14-15 yaşında oğlanlar məktəbə getmək əvəzinə narkotik aludəçisi olur.

-Yeniyetmə öz anasına bıçaq çəkir, bacısını öldürür.

-Ər öz arvadını öldürmək və izi itirmək barədə xeyli “təcrübə” qazanır.

-Bəzi gənclər qızlara təcavüz edəndən sonra izi necə itirmək barədə “məlumatlanırlar”.

 



 

Yaşımın cəmi 6-7 ili sovet hakimiyyəti illərinə təsadüf etdi. Biz axşamlar həvəslə “Spokoynıy noci, malışı” verilişini izləyib gedirdik yatmağa. Valideynimiz izin versə yarım saat da artıq oyaq qalırdıq. Bu ərəfədə efirdə “Xəbərlər” gedirdi. Adətən yarım saat olan proqram boyunca bir dənə cinayət haqqında sujet verilmirdi. Bu o demək deyil ki, cinayət olmurdu, yox, olurdu, amma ər arvadını öldürmürdü, oğul anaya bıçaq çəkmirdi, gənclər küçədə qıza-gəlinə təcavüz eləmirdi. Cinayət yalnız oğurluq tipli olurdu, amma hətta oğru da kimisə öldürmürdü. Amma oğurluq belə qətiyyən xəbər proqramında göstərilmirdi. Nəticəsi pis idi?

 

Pis deyildi. Daha humanist bir cəmiyyət vardı, daha sülhsevər idi insanlar. Sabah evdən məktəbə təkbaşımıza çıxırdıq, valideyn narahat olmurdu bizim üçün. Çünki kimsə məktəbli uşağa zərər verməzdi. Günümüz yollarda “klas”, “ortadaqaldı” oynamaqla keçirdi, hansı qonşunun qapısının özündə acırdıq, onlara girib yemək yeyirdik. Onda insanlarda “birdən qonşu uşağıma nəsə pis şey yedirər, zəhərləyər” düşüncəsi yox idi. Onda insanlarda “birdən uşağı küçədən oğurlayarlar” qorxusu yox idi.

 

Cinayət verilişlərinin yığışdırılmasının tərəfdarıyam. Çünki o verilişlər “dəlinin yadına daş salır”. Beynində cinayətə meyllilik olan birinin hissini, duyğusunu oyadır, cinayət törətmək barədə daha çox fikirləşməyə rəvac verir.

 

Efirdə cəmiyyət üçün yararlı veriliş olmalıdır, ona baxaq, nəsə öyrənək, nəsə qavrayaq. Cinayətə baxıb, cinayə törətməyin yollarını öyrənmək istəmirəm mən. Övladımı nə qədər uzaq saxlayım yerli telekanallardan? Nə qədər qadağan edim “baxmaq olmaz” deyə?  Qadağanın səbəbini necə izah edim?  “Orda öldürmək dərsi keçirlər, bala...” deyə bilmirəm axı...

Lalə Mehralı

 


ESMERRi | 15 aprel 2016 15:45 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
Sitat: leyla meherremova
BILMEYENLERI OYADIRLAR,SONRA DA DEYIRLER CINAYETLER NIYE ARTLIB.


vallah duz qeyd elemisiz
Yagis_Negmesi | 30 noyabr 2015 17:07 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: leyla meherremova
BILMEYENLERI OYADIRLAR,SONRA DA DEYIRLER CINAYETLER NIYE ARTLIB.


vallah duz qeyd elemisiz
Sunay Elizade | 22 may 2015 14:39 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi
Nigar | 20 dekabr 2013 15:50 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore sag olun
AYAN A-VA | 29 noyabr 2013 23:01 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKULERRRRRRRRRRRR
Omrum 2mizin | 28 avqust 2013 13:22 | Status: Qonaq | Şərh: 0
tewekkurler...
FLOVERandGİRL | 6 iyun 2013 23:13 | Status: Professional user | Şərh: 3 251
tesekkur edirem
Nigar | 4 iyun 2013 14:59 | Status: Gümüş user | Şərh: 6 063
bawqa ne oyredecekler goresen?bu millet xalq narod hara gedir?
Akademik | 28 may 2013 01:01 | Status: Professional user | Şərh: 4 580
bilmirlər artıq nə çəkib öyrətsinlər. hərşeyi öyrədiblər bir bu qalıb.
Nurgul Ali | 14 fevral 2013 00:15 | Status: Gümüş user | Şərh: 760
eeh hefte sonu Tv e baxmagin hefte sonunu mehv elemekden ferqi yoxdur :D
AMARILLIS | 28 yanvar 2013 15:44 | Status: Şərhçi | Şərh: 152
telekanallarda OLMAZ gostermek - insana hucumu, ogurluq vasitelerini, narkotika hazirlamaq usullarini ve sair. Bu, pewekarsizligin en yuksek seviyyesidir.
Miss_Azeri | 6 sentyabr 2012 11:50 | Status: Qonaq | Şərh: 0
Azerbaycan televizyasinda 1-2 verliwden bawka hamsi seviyesizxanadi.uwaq verliwlerne baxanda etim tokulur,halbuki oyredici ola bilerdi.yaxwikida texminemiz var yoxsa her hefte sonu neye baxardiq?o qeder teze kinolar var bizimkilerde tercume eletdirmeyin derdinen arxivin90-ci illerinin kinolarni verir.televiziyamiz neyi nevaxt vereceyni bilmir, bezi kanalimiz gunun gunorta cagi gah aciq striptiz verir,gahdaki qanli davali insana psixi tesir eden kinolar. hele bitmek tukenmeyen wou biznesden,ozlerini aparabilmeyen aparicilarimizdan(hec ozlerine qirahdan baxirlar) yazmiram.coxlarimiz turkleri beyenmirik ama onlarda o qeder maariflendiri verliwler,uwaq kanallari var.rusya turk seriyallarni verir,bizimkiler ise may ayinda deyandirilicagni bile bile verir sonrada tam yarida kesir ewi ne gostersinee bes milleti kim dolasin..uzulerek deyirem ama televiziyamiz cox berpad ve geride qalmiwdi.
azeri_oglu | 1 sentyabr 2012 14:40 | Status: Gümüş user | Şərh: 2 243
O toy olsuna ayirdiqlari 2 saata cox wey oyrede bilerler insanlara
Ayka21 | 25 avqust 2012 15:03 | Status: Yazar | Şərh: 2 770
Bir bu qalmiwdi
Sonik | 19 avqust 2012 22:32 | Status: VİP user | Şərh: 543
Cox raziyam fikirlerinizle wxsen menim 14yawm var evden cixib hazirliqlara ya da xalagile ne bilim refiqemgile getmey istiyirem ama tek gede bilmirem mamagil qoymur halbuki 10 addimliq yoldu onlari bawa duwurem her tinde bir feste oglan yigilir bilmirsenki narkamandi ya nedi boyuklerimizi dindirsen kucede oynuy oynuya boyuyubler rayonda yawiyanlar bu kendden o kende tek gedibler cunki o vaxt bele hadiseler olmurmuw
Skorpion | 18 avqust 2012 21:59 | Status: Qonaq | Şərh: 0
Men de sizinle razi. Son dovurler TV kanallarimizda cemiyyetmiz ucun normal, oyud verici, exlaq ve terbiyyenin yukseldecek verlisler yox derecesindedir Tv kanallarimizda oyurub aile ile birlikde izleye bileceyimiz cemiyyet ucun xeyirli bir verlis tapmaq mumkun deyil.
Amma kriminal verlisleri niye gore pisleyirsiniz men anlamiram? Cemiyyetde ne varsa belkede en cox cilpaqliqlari ile bize catdiran tv mekaninin en dogru, yalan olmayan, senzuraya meruz qalmayan, en demokratik verlisidir kriminal. Ne bas verirse onu da gosderirler. Jurnalist ne etsin gedib cinayetin qarsisini alsin. Ya yalandan kriminal-da multik versin. Yaxsi di hele ona imkan verirler. Tutaq ki, bu verlisleri vermeseler onda cinayetler azalacaq? Ya kriminalda cinayet "dersleri" kecmeseler cinayetkarlar balta ve ya diger vasitelerle cinayet toretmeyecekler?
Cinayet ve cinayetkarligin qarsisinin alinmasi ucun daha tutarli, menali Dovlet siyaseti vacibdir. Gencler siyasetimiz olmalidir.Usaqlara mekteblerde normal ders kecmirler, o ki qalsin maariflendirme, usaqlarin cinayetler ve cinayetkar emellerden uzaq olmalarini teblig eden nelerinse asilanmasi. Yaxsidi ki, bele verlisler var. Herden adam heyretini gizlede bilmir bas veren cinayet hadiselerini gorunce. Daha verlisi pislemekle olmur bu isler. Bir de ki, eslinde bele verlisler ders, ibret almaq yonunden de cox vacib ola biler. Genclerimiz ve usaqlarimiza cinayetkarlari ve cinayet toredenlerin aqibetlerini gostemekle onlarin bele emellerden yayinmalarina calismaq, verlisden eyani vesait kimi istifade etmek olar.
Sovet dovrunden behs edirsiniz ve gullu -gulustanliqdan danisirsiniz. Bos menasiz fikirlerdir. Ele Sovet dovrunde adini cekdiyiniz verlislerle mehf etmisler bizleri. O dovurde Sovet ideologiyasi beyinlerimizi axmaq ideyalarla zehirlemekle en boyuk cinayeti toredirdi. Insanin sahib oldugu en xirda azadliqlari olmayib o dovurde. Indiki Simali Koreya ne ise Sovet de o veziyyetde olmasini indi derk edirik. O vaxt da var idi her nov cinayetler. Sadece olaraq siz yatmisiniz ona gore bilmemisiniz neler bas verir saat 9 dan sonra boyuk sovet dovletinde.
Ayka21 | 5 avqust 2012 13:12 | Status: Yazar | Şərh: 2 770
dehsetdire lap
G-----16 | 27 iyul 2012 18:15 | Status: Gümüş user | Şərh: 2 227
Sitat: TATLIВ GUZEL
bele verlisleri efire vermek duzgun deyil.camaatida pis seyler oyredirler

kas ki hami senin kimi fikirlese :n28:
sema dagistanli | 22 iyul 2012 03:18 | Status: Yazar | Şərh: 1 340
Sitat: LaleВ Mehrali
Hamı Allahdan dəm vurur amma çox az adam onun sevgisini qazanmağın yolunun mərhəmətdən, sevgidən və humanist olmaqdan keçdiyini bilir.

COX HAQLISINIZ BUNU DEMEK ISTEIYREM YAZAR OLMADIGIM UCUN YALNIS ANLASILIRAM :n11:
YAZINIDA BEYENDIM MEN SONR ZAMANLARA DEMEK OLARKI NEYINKI XEBERLERE HEDDA TELEVIZORA BAXMIRAM AZEERI KANALLARINA ISE NNIFRET EDIREM SAXTA SAXTA SEYLER QURMALAR SANKI GERI ZEKALIYIQ NEYIK BASIMIZI ALLADIRLAR.MENDE BUTUNLUKLE TELEVIZOTA KUSMUSEM BAXMAQDA FIKRIM YOXDUR
nurashka | 21 iyul 2012 18:11 | Status: Qonaq | Şərh: 2 167
Sitat: _Peri_
bele weyleri yigiwdirsalar daha yaxwi olar mence

Razıyam sizinlə
_Peri_ | 19 iyul 2012 16:27 | Status: Gümüş user | Şərh: 1 662
bele weyleri yigiwdirsalar daha yaxwi olar mence.her weyi oyredirler insanlara :n37:
dr.Samira | 19 iyul 2012 12:23 | Status: Həkim | Şərh: 1 135
Biz axşamlar həvəslə “Spokoynıy noci, malışı” verilişini izləyib gedirdik yatmağa.
deyəsən o dövrün uşaqlarında eyni rejim olub wink Bəzən olurdu ki,verilişin sonunda,mahnıda axırda Jarptiça uçurdu,mahhnı 1 dəqiqəlik uzanırdı,Bəzən də o yerini kəsirdilər,həmişə o yerinə çatanda ürəyimdə yalvarırdımki,quş uçsun,1 dəqiqə də olsa,Gec gedək yatmağa wink Saat 9 olanda,yuxun gəldi-gəlmədi,Gedirdin yamağa.Mən də elə öyrətmişəm uşaqları ,saat 9-olan kimi gedirlər otaqlarına,bir tək yay aylarında 9 yox,10-da yatırlar,o da günün uzanması ilə əlaqədar,hava heç qaralmır,necə məcbur edim onları?
Kriminal verilişlərə mən baxanda gecə narahat yatıram,qaldı ki uşaqlar.Ümumiyyətlə.əhvalımı pis edəcək verilişlərə baxmamağa üstünlük verirəm,amma istisna hallar da var,məs,Matəm günlərində ürəyim ağrısa da,o kadrlara baxıram.Ancaq kriminal verilişlərin verilməsinin qəti əleyhinəyəm,heç olamsa məzmun fərqli olsaydı,misal üçün filan kəs,fialn cinayət törətdi(təfərrüatına girmədən) və əvəzində filan ağırlaşdırılmış cəzanı aldı...(təbii ki.,cəzalar da bu qədər "humanist" olmasaydı)...yoxsa ki,cinayəti necə törədib,hər bir incə detala qədər vəhşiliyi aşkara çıxartmaq,sonra da yüngülləşdirici meyarları da sayaraq,cəzasını 5-8 il ə endirildiyini demək və s...bu cinayətkarların gözünü qorxutmaq əvəzinə daha da ürəkləndirər ki,cəzası "yüngül" keçəcək...Oqədər maarifləndirici mövzulara ehtiyacımız var ki,əvəzində efir vaxtını nələrlə məşğul edirlər..Ə\slində buna səbəb elə izləyici kütləsidir də..
Lale Mehrali | 19 iyul 2012 10:43 | Status: Yazar | Şərh: 32
Sitat: Sumeyye
insanlar qəddarlaşıblar sadəcə... azcada olsa mərhəmət qalmayıb.

Hamı Allahdan dəm vurur amma çox az adam onun sevgisini qazanmağın yolunun mərhəmətdən, sevgidən və humanist olmaqdan keçdiyini bilir.

Sitat: SaPir

beyem uşaqlarin qeddrlaşmasina tek sebeb cinayet verlişleri ya da xeberleridir?? uşaqlarin ozlerine ail olan verlişleri , cizgi filmleri hec de geri qalmir.
cizgi filmlere baxanda adam dehşete gelir, birinin gozu cixir birinin qolu ayagi qirilir, vehşilik, qan. uşaqda psixologiya qalirki? bir az qalibsa da comp. oyunlari ona da son qoyur. 4-5 yaşli uşaqlar ellerine bicaq goturub "oyundaki" kimi qehramanliqlarini gostermek isteyir.

Biz uşaqğa izin vermirik müasir multiklərə, uşaq verilişlərinə baxsın. Allaha şükür DVD diskin biri 50 qəpik-1 manat, içincə də nə qədər desən sovetski multik. Alırıq ona baxır. Bir də atası youtube.com-dan sovet multikləri yukleyir ona baxır. Uşağım öldürmık sözünü eşitmir.

Sitat: sheh
can ay Lalə xanım,ayda-ildə bir dəfə oturursuz tv-nin qarşısında,onda da ya hamamlanmaqdan danışırlar.ya da cinayətdən..

Neynim a bacı, bəxtim elədi wink


Sitat: seva-azer
Siz mənim ürəyimdən xəbər verdiniz. Yekəxanaliq olmasin. Calişiram nəinki Azərbaycan kanallarina hec televizora baxmayim. Səviyyə daha qalmayib.

Düz edirsiz. Ya Xoşqədəmin verilişinə baxıb ağlayacaqsız, ya da cinayətə baxılb qorxacaq. Ən yaxsısı rus tv-ləridir.
TATLI GUZEL | 19 iyul 2012 10:42 | Status: Professional user | Şərh: 5 781
bele verlisleri efire vermek duzgun deyil.camaatida pis seyler oyredirler
Lale Mehrali | 19 iyul 2012 10:41 | Status: Yazar | Şərh: 32
Sitat: Narka
zavallı ana zülüm zülüm ağlayırdı, anonsda ise çox qeddarcasına, qırmızı lövhe icerisinde, FİLANKESİ ÖLDÜREN ÇEMPİON yazmışdılar

Başqasının acısı ilə şou yaratmağı bacarırlar
laleyka | 19 iyul 2012 10:36 | Status: Professional user | Şərh: 652
neinki bele verlisler hetta bele filmlerde yiqisdirilmalidir efirden
Akif Ehmedov | 19 iyul 2012 09:54 | Status: Qonaq | Şərh: 713
Sitat: seva-azer
Ax sovetin dövrü, ax.Səndən olmuyub olmayacaq da.Əvvələr cinayət verlişində yalniz avtoqəzalar


Əcəb əyyam imiş əyyami-sələf,
Gərək o günlərdə olaydıq tələf...


Q.b.Zakir
Seva-Azer. | 19 iyul 2012 09:42 | Status: Qonaq | Şərh: 2 351
Siz mənim ürəyimdən xəbər verdiniz. Yekəxanaliq olmasin. Calişiram nəinki Azərbaycan kanallarina hec televizora baxmayim. Səviyyə daha qalmayib. :n37:

Ax sovetin dövrü, ax.Səndən olmuyub olmayacaq da.Əvvələr cinayət verlişində yalniz avtoqəzalar haqqinda sujet gedərdi. :n38:

8 yaşim var idi. Yadima gəlir ki, həmin verlişdə bir sujet göstərdilər. Deməli baxici, cindar qadini tutmuşdular. onun bir müştərisi olah rus dili müəllimi olub qizinin bəxtini açdirmaq üçün müraciət edibmiş. İnanin həmin müəllimim özünü həbs etdilər. Nə bilim Vallah. Allah axirimizi xeyir elesin. İlahi Amin!!!!!!!

Xəbərə görə tşk :n43:
Damla | 19 iyul 2012 06:57 | Status: Brilliant user | Şərh: 7 177
Sitat: AkifВ Ehmedov
İndi hamı, hər kəs reytinq dalınca qaçır. Nəinki televizor, hətta qəzet və yurnal məqalələrinin manşeti ancaq "qan" fışqırır.Başını qaldırıb baxmağa peşmansan ki, bu qan ruhuna püskürür: filan yerdə ər arvadın başını kəsdi, oğul atanı öldürdü, qızı zorladılar, qız yoxa çıxdı, qumbara tapıldı, metroda bomba həyəcanı, günəşdən təhlükə, qəzada 5 nəfər öldü, nişanlı qızı qaçırdılar, bəyi zəhərlədilər...................Mətbuat şurası, cəmiyyətin qəbul etdiyi qələm sahibləri susmaqda davam edirlər. Nə qədər gərginlikdə qalmaq olar, nə qədər qorxmalıyıq...

Akif bey duz buyurursuz.Ancaq buda bir siyasetdir insanlarin bawini qatmaq ucun!Insanliq get-geda vehwilewib insani hisslerini itirirler,ona goreki ureklerinde ne Allah xofu var,nede vicdan.Ruhlarini weytana satanlardan ise ne desan gozlemek olar.gunumuz anasini bacisini ,xalqin korpe uwagini zorlayanlarlar varken ogurluq etmak adi hal alib.
dagil ay dunya!
bizim kanallara qalanda ise hec birine baxmiram ve baxmaq fikrimde yoxdur.Satilmiwlar butun gunu insanlara yalan daniwirlar.Yolllar cekildi,acildi.guzgu kimidir,adam ayaq qoymaga heyifslenir.bugun sabah yollarimiza swarovski qawlari ile bezenecek beh-beh.
sheh | 19 iyul 2012 06:50 | Status: Yazar | Şərh: 3 353
can ay Lalə xanım,ayda-ildə bir dəfə oturursuz tv-nin qarşısında,onda da ya hamamlanmaqdan danışırlar.ya da cinayətdən.. wink amma sizinlə tam razıyam.Amma inandırım sizi ki,cinayətlər elə tv-siz də olur.o insanın içindən gələn bir şeydir.