Aktual / TV verilişlər

"Heç vaxt reklam olunan məhsulu almıram" - MÜSAHİBƏ

Lale Mehrali | 12-04-2012, 14:25
4 677 71

 

Lalə Mehralı: “Bu haqda maarifləndirici reklam çarxları lazımdır”
“Televiziyalar niyə bu haqda bir reklam çarxı hazırlamır? Çünki kürk firmaları sponsorluq edir, reklam verir. Televiziyalar kürk firmalarının reklamlarından yaxşı qazanır”
Müsahibimiz “Sağlam Toplum” İctimai Birliyinin sədri Lalə Mehralıdır.
 - Bu gün Azərbaycanın reklam bazarında yerli reklamlar niyə azdır?
- Bizim TV-lərdə daha çox xarici reklamlara rast gəlirik, razıyam, amma getdikcə bu göstərici azalır, yerli istehsal çoxalır. Həm də biz qədər də keyfiyyətli reklam çəkə bilmirik, buna həm təcrübəsizlik, iş başında professional olmayanların olması, həm də reklama marağın olmamasıdır. Amma hər halda kanallarımız yerli reklamdan da pis qazanmır. Bizim iş adamları reklamın əhəmiyyətini hələ yeni-yeni anlayırlar. TV-lədə reklama məhdudiyyət və qadağa qoyulan verilişlər zamanı reklam spotlarının müddəti və intervalı Reklam haqda qanunun tələblərini kobud şəkildə pozur. Üstəlik, reklamın saniyəsinə görə tələb olunan qiymət materialın keyfiyyətinə və təqdimata adekvat deyil.
- Bəzi hallarda xarici reklamların mətni Aazərbaycan dilinə çox bayağı şəkildə çevrilir. Bununla bağlı nə deyə bilərsiniz?
- Bu Azərbaycanda bəzi yox, əksər hallarda baş verən TV qüsurlarından bəlkə də ən başlıcasıdır. O qədər fərqli tərcümə edilir ki reklam mətni, orada məhsulun hansı keyfiyyətinə görə reklam olunması, insanların onu nəyə görə seçməli olması arxa planda qalır, hansısa bir bayağı səs gülməli bir mətnlə ön plana keçir. 
Bizdə əksər reklamlar tam anti-reklamdır. Sanki, tamaşaçını təqdim olunan məhsuldan nifrət etməyə çalışır, reklamda deyilən həddən artıq şişirdilmiş bayağı sözlərin bu məhsula heç bir aiddiyatı olmamasını göstərirlər. Bu, konkret olaraq savad və peşəkarlığın aşağı olmasından irəli gəlir. Şəxsən mən reklamverən olsam, heç bir halda bizim reklam hazırlayanlara sifariş verməzdim.
- Sizcə, Azərbaycan telekanallarında yayımlanan reklamlar professional baxımdan səviyyəlidirmi?
- Mən profesional reklamçılar qədər dərinliklərinə vara bilmərəm, amma bir az telerejisorluq təhsilim və təcrübəm olduğundan deyə bilərəm ki, roliklərin çoxu reklam qaydalarına uyğun çəkilmir. Uğursuz aktyor və məkan seçimi, məhsulun düzgün tanıdılmaması, həddindən artıq qıcıq yaradan səsləndirmə, yalançı hay-küy yaradan kadr və səs effektləri, bayağı montaj, hədsiz şişirtmə və s. reklamlarımızın başlıca problemidir. 
Hansısa bir müğənniyə “mən ancaq bundan yeyirəm” dedirtməklə o malın satılacağını gözləmək olmaz. Hamı axmaq deyil ki, mənə nə var sən nə yeyirsən? Hərənin öz ağlı, öz düşüncəsi, öz zövqü var.
Bundan başqa, reklamda “ən yaxşı”, “ən böyük”, “ən keyfiyyətli”, “ən sərfəli” kimi bayağı ifadələri işlətmək olmaz. Kim müəyyən edir ki, ən yaxşısı hansıdır? Bu, haqsız rəqabət şəraiti yaradır və qanunla qadağandır.
-Baxımlı reklam necə olmalıdır?
- 2005-ci ildə, televiziyada çalışdığım vaxtlarda iştirak etdiyim bir telerejissorluq kursunda treynerimiz, Rusiyanın ORT telekanalının baş rejissoru Rauf Mamedov bizə demişdi ki, əslində, normal tamaşaçı üçün telekanallarda reklam olunan məhsulun tərifi belədir: “Mən satılmıram, məni alın”. Yəni, qısa desək, yaxşı məhsulun reklama ehtiyacı olmur. Tanıtma başqa şeydir, reklam başqa. Elə mallar var ki o heç vaxt reklam olunmur, amma hamısından çox satılır.
Məncə, reklamda “gəl məni al”, “bu ən yaxşı məhsuldur”, “bu məhsulu al, razı qal” kimi çağırışlar olmamalıdır. Şəxsən mən bir istehlakçı kimi, bu cür reklamlarda təklif edilən malı almıram, məni onun parıltılı qablaşdırması, diqqəti cəlb edən görüntüsü maraqlandırmır, məni o qablaşdırmanın içindəki məhsulun keyfiyyəti maraqlandırır. Ona görə də hesab edirəm ki, reklamlarda görüntü yox, bir az da keyfiyyət önə çıxarılmalıdır.
Ən yaxşı reklam sadə reklamdır. Ən baxımlı reklam qışqımadan, bağırmadan, şit hərəkətlər etmədən, süni davranmadan, istehlakçıları aldatmağa cəhd etmədən, sürətli kadr və səs effektlərindən, qrafik effektlərdən istifadə edilmədən, 1 dəqiqədən uzun olmayan reklamlardır.
-Türk və rus telekanallarında yayınlanan reklamlarla bağlı nə deyə bilərsiz? Bizim TV-lər nə zaman bu cür səviyyəli, baxımlı reklam çarxları çəkəcək?
- Rusiya və Türkiyə telekanallarında yayımlanan reklamları çox bəyənirəm, intellektual reklamlardır, hər yaşa, hər zövqə uyğun çarxlardır. Məsələn, Rusiyada bir uşaq qidasını reklam edirlər, adi dəmir qutuda təklif edilir, heç bir bəzəyi, parıltısı olmayan sadə bir qutu. 
Reklam qutunun üzündə yox, içindəki məhsul üzərində qurulub. Çünki, intellekti və böyük praktikası olan peşəkar rejissor bilir ki, valideynləri o qutunun gözəlliyi yox, içindəki qidanın hansı xammaldan, hansı şəraitdə hazırlanması, uşağına xeyri və ya zərəri maraqlandırır. Reklamın bir cümləlik mətni vardı: “Körpənin gələcəyini sağlam təməllə qur”. Vəssalam.
Orda nə “bu məhsulu al, uşağın sağlam böyüsün”, nə də “bu məhsul ən yaxşısıdır” kimi cümlələr yox idi. Reklamdan sonra araşdırmalar göstərdi ki, həmin uşaq qidası Rusiyada ən çox satılan uşaq yeməyidir. Bax, reklam belə olmalıdır. Sadəcə göstərmək lazımdır. İstehlakçı özü qiymət verəcək. Aldadıb bir dəfə aldıra bilərsən, həmişə yox.
- İnsanları estetik cərrahiyyələrə səsləyən, xüsusən qadınları silikonlaşmağa səfərbər edən reklamlara münaisbətiniz?
 - Ümumiyyətlə, estetika xətrinə olan bütün əməliyyatları gərəksiz hesab edirəm, əgər xarici görünüşündə çox ciddi qüsurun yoxdursa. Amma təəssüf edirəm ki, bu cür reklamlarla klinikalar bir çox qadını “yoldan çıxarır”. “Dünyaca tanınmış cərrah”, “öz ölkəsinin ən yaxşı mütəxəssisi”, “peşəkar həkim” kimi cümələlərlə reklamlara o qədər bayağılıq gətirirlər ki, reklam adamda ikrah hissi yaradır. 
Şəxsən mən bu cür reklam görəndə düşünürəm ki, bu gələn həkim necə dünyaca məhşurdur ki, öz ölkəsindən gəlib 1-2 min manata burda əməliyyat “dilənir”. Əgər o o qədər məhşurdursa deməli önun öz ölkəsində də kifayət qədər müştərisi var və qazanc üçün kənara getməyinə ehtiyac yoxdur. 
Üstəlik, dünyaca məhşur həkimləri bizim klinikalarımıza gətirmək üçün ona yaxşı qonarar ödəmək lazımdır, özəl klinikaların heç biri bu qonararı ödəməz. Ona görə də öz ölkəsində işi olmayan, avara qalan bəzi həkimləri ucuz qonararla gətirib burda bizə reklamlar vasitəsi ilə “bəh-bəh”lə təqdim edirlər. Nə var, nə var adı Condur məsələn. 
Reklamdakı həkimin ad və soyadı xarici olsun, kifayətdir, hamı qaçacaq ora. Bu həkimin peşəkarlığını sübut edən bir sənədi soruşan da olmayacaq. Çünki reklamda “peşəkar, məhşur, tanınmış” kimi qələmə verilib və baxanlar da bunu ciddi qəbul ediblər. 
Özəl telekanallar hazırda insanların televiziya olan-qalan inamlarını da öldürməklə məşğuldurlar. Bir vaxtlar “televiziyada deyiblər” deyəndə hamı inanırdı, amma indi deyirlər ki, televiziyada deyiblərsə yalandır...
- İctimaiyyət reklamı necə görmək istəyir?
-İctimaiyyəti reklam maraqlandırmır, çünki reklam olunan malların hamısı yararsız çıxır. Artıq bizim cəmiyyətin ağıllı hissəsi nə cidd-cəhdlə reklam olunursa, məhz onu almır, reklam olunmayan malı alır. Amma mən hesab edirəm ki, sosial reklam çarxları cəmiyyətin marağına səbəb olar. 
Təkcə əri tərəfindən döyülən qadınlarla bağlı sosial reklamlar yox. Zorakılıqla bağlı çarx hazırlamaq deyəndə bir qayda olaraq göz önünə əri tərəfindən döyülən, söyülən qadınlar, yaxud valideynlərindən zorakılıq görən uşaqlar gəlir. 
Arvadı tərəfindən fiziki və ya mənəvi zorakılğıa məruz qalan kifayət qədər kişi var, övladı tərəfindən döyülən, söyülən valideynlər var, bu barədə də sosial reklam çarxları çəkmək, plakatlar hazırlamaq lazımdır. 
Qız uşaqlarının abortu baş alıb gedir, bu haqda maarifləndirici roliklər lazımdır, insanların ciddi “səyi” nəticəsində ekoloji tarazlıq pozulur, bu haqda reklam lazımdır. Hər il milyonlarla heyvan kürkünə, dərisinə görə qanına qəltan edilir, televiziyalar niyə bu haqda bir reklam çarxı hazırlamır? Çünki kürk firmaları sponsorluq edir, reklam verir. Televiziyalar kürk firmalarının reklamlarından yaxşı qazanır.
- Teleserialların yayımı zamanı tez-tez reklam çarxlarının verilməsi tamaşaçıları narazı salır. Sizcə, bunu aradan qaldırmaq mümkündürmü?
- Reklamlar TV proqramları kateqoriyasına daxil olmasa da, indi istər yerli, istər xarici telekanalların efirində uzun müddətli reklamlar bir növ proqram halında təqdim edilir. Hətta, bu haqda yarızarafat, yarıciddi belə deyirlər- telekanallar reklamların arasında hərdən veriliş də verirlər. Eynilə dediyiniz seriallar məsələsində də. Yeri gəlmişkən, seriallar reklamlardan daha betər anti-psixoterapiyadır cəmiyyət üçün.
Serial aludəçilərinin kifayət qədər olduğunu bilən işbazlar reklam yayımlananda da kanalın dəyişilmədiyini bilirlər, çünki həmin serialı izləyənlər onun bir saniyəsini belə qaçırmaq istəmirlər. Buna görə də serial arasında nə verilsə, onu da izləyəcəklər. Bu bir taktikadır və reklam sifarişçilərinə lazımdır ki, istədikləri zaman onları izləsinlər. 
Teleseriallar və futbol arası reklamlar, xüsusilə də verilisdən sonra birinci və spotun sonuncu roliki ən bahalı reklam hesab olunur. Təbii ki, nə qədər ki, teleseriallar çox izlənir, reklamların müddəti də çox olacaq.
-“Sağlam Toplum” İB bu mövzuda hansısa araşdırma aparıbmı, öz tövsiyyələrini müvafiq qurumlara veribmi?
-Biz tez-tez təsirli sosial plakatlar hazırlayırıq, internetdə, sosial şəbəkələrdə yayırıq, gündəmdən kənarda qalan sosial mövzulara bu reklam plakatları ilə daha çox diqqət yönəltməyə çalışırıq. Məsələn, biz bu günlərdə kürkünə görə heyvanların qətl edilməsi barədə bir plakat hazırladıq, bu biznes ilə bağlı geniş bir araşdırma apardıq. 
Çox maraqla qarşılandı, bir çox sayt, qəzet yayımladı həmin plakatı. Mənə yüzlərlə məktub gəldi, təşəkkür edirdilər buna görə. İnsanlar bilmir o kürklərin necə hazırlandığını, reklamda onlara hər şeyi başqa cür təqdim edirlər çünki. Kürk, şuba, dəri paltar geyən bilmir ki, onu sahibinin əynindən diri-diri soyublar. Öldürülən heyvanın kürkü yararsız olur axı. Ya da cərəyana verib öldürüblər. Bir çox xanımlar kürklərdən özləri imtina etdi.
Eyni zamanda, qız uşaqlarının abortu ilə bağlı da sosial plakat hazırladıq, o da çox maraqla qarşılandı, sosial şəbəkələrdə dəfələrlə paylaşıldı, profil rəsmi oldu, saytlar, portallar yayımladı. 
Üzvlərimiz tez-tez sosial araşdırmalar hazırlayır və mətbuatda yayımlayırıq. Bəzən bu yazıları hədəf qrupu arasında pulsuz paylayırıq. Ən əsası isə, biz heç yerdən qrant almırıq, sponsor axtarmırıq, bunu təmənnasız edirik. 
Müvafiq qurumlara tövsiyyələrimiz də elə o yazıların sonunda olur. Biz bu qədər bacarırıq, qalanı “Sərvərin boynuna”...
Aslan

 



 "Sağlam Toplum" İctimai Birliyinin sədri Lalə Mehralının "Olaylar" qəzetinə müsahibəsi...

 


 - Bu gün Azərbaycanın reklam bazarında yerli reklamlar niyə azdır?

 


- Bizim TV-lərdə daha çox xarici reklamlara rast gəlirik, razıyam, amma getdikcə bu göstərici azalır, yerli istehsal çoxalır. Həm də biz qədər də keyfiyyətli reklam çəkə bilmirik, buna həm təcrübəsizlik, iş başında professional olmayanların olması, həm də reklama marağın olmamasıdır. Amma hər halda kanallarımız yerli reklamdan da pis qazanmır. Bizim iş adamları reklamın əhəmiyyətini hələ yeni-yeni anlayırlar. TV-lədə reklama məhdudiyyət və qadağa qoyulan verilişlər zamanı reklam spotlarının müddəti və intervalı Reklam haqda qanunun tələblərini kobud şəkildə pozur. Üstəlik, reklamın saniyəsinə görə tələb olunan qiymət materialın keyfiyyətinə və təqdimata adekvat deyil.

 

 


- Bəzi hallarda xarici reklamların mətni Aazərbaycan dilinə çox bayağı şəkildə çevrilir. Bununla bağlı nə deyə bilərsiniz?

 

 


- Bu Azərbaycanda bəzi yox, əksər hallarda baş verən TV qüsurlarından bəlkə də ən başlıcasıdır. O qədər fərqli tərcümə edilir ki reklam mətni, orada məhsulun hansı keyfiyyətinə görə reklam olunması, insanların onu nəyə görə seçməli olması arxa planda qalır, hansısa bir bayağı səs gülməli bir mətnlə ön plana keçir. Bizdə əksər reklamlar tam anti-reklamdır. Sanki, tamaşaçını təqdim olunan məhsuldan nifrət etməyə çalışır, reklamda deyilən həddən artıq şişirdilmiş bayağı sözlərin bu məhsula heç bir aiddiyatı olmamasını göstərirlər. Bu, konkret olaraq savad və peşəkarlığın aşağı olmasından irəli gəlir. Şəxsən mən reklamverən olsam, heç bir halda bizim reklam hazırlayanlara sifariş verməzdim.

 

 


- Sizcə, Azərbaycan telekanallarında yayımlanan reklamlar professional baxımdan səviyyəlidirmi?

 

 


- Mən profesional reklamçılar qədər dərinliklərinə vara bilmərəm, amma bir az telerejisorluq təhsilim və təcrübəm olduğundan deyə bilərəm ki, roliklərin çoxu reklam qaydalarına uyğun çəkilmir. Uğursuz aktyor və məkan seçimi, məhsulun düzgün tanıdılmaması, həddindən artıq qıcıq yaradan səsləndirmə, yalançı hay-küy yaradan kadr və səs effektləri, bayağı montaj, hədsiz şişirtmə və s. reklamlarımızın başlıca problemidir. Hansısa bir müğənniyə “mən ancaq bundan yeyirəm” dedirtməklə o malın satılacağını gözləmək olmaz. Hamı axmaq deyil ki, mənə nə var sən nə yeyirsən? Hərənin öz ağlı, öz düşüncəsi, öz zövqü var.Bundan başqa, reklamda “ən yaxşı”, “ən böyük”, “ən keyfiyyətli”, “ən sərfəli” kimi bayağı ifadələri işlətmək olmaz. Kim müəyyən edir ki, ən yaxşısı hansıdır? Bu, haqsız rəqabət şəraiti yaradır və qanunla qadağandır.

 

 


-Baxımlı reklam necə olmalıdır?

 

 


- 2005-ci ildə, televiziyada çalışdığım vaxtlarda iştirak etdiyim bir telerejissorluq kursunda treynerimiz, Rusiyanın ORT telekanalının baş rejissoru Rauf Mamedov bizə demişdi ki, əslində, normal tamaşaçı üçün telekanallarda reklam olunan məhsulun tərifi belədir: “Mən satılmıram, məni alın”. Yəni, qısa desək, yaxşı məhsulun reklama ehtiyacı olmur. Tanıtma başqa şeydir, reklam başqa. Elə mallar var ki o heç vaxt reklam olunmur, amma hamısından çox satılır.Məncə, reklamda “gəl məni al”, “bu ən yaxşı məhsuldur”, “bu məhsulu al, razı qal” kimi çağırışlar olmamalıdır.

 


Şəxsən mən bir istehlakçı kimi, bu cür reklamlarda təklif edilən malı almıram, məni onun parıltılı qablaşdırması, diqqəti cəlb edən görüntüsü maraqlandırmır, məni o qablaşdırmanın içindəki məhsulun keyfiyyəti maraqlandırır. Ona görə də hesab edirəm ki, reklamlarda görüntü yox, bir az da keyfiyyət önə çıxarılmalıdır.Ən yaxşı reklam sadə reklamdır. Ən baxımlı reklam qışqımadan, bağırmadan, şit hərəkətlər etmədən, süni davranmadan, istehlakçıları aldatmağa cəhd etmədən, sürətli kadr və səs effektlərindən, qrafik effektlərdən istifadə edilmədən, 1 dəqiqədən uzun olmayan reklamlardır.

 


-Türk və rus telekanallarında yayınlanan reklamlarla bağlı nə deyə bilərsiz? Bizim TV-lər nə zaman bu cür səviyyəli, baxımlı reklam çarxları çəkəcək?

 

 


- Rusiya və Türkiyə telekanallarında yayımlanan reklamları çox bəyənirəm, intellektual reklamlardır, hər yaşa, hər zövqə uyğun çarxlardır. Məsələn, Rusiyada bir uşaq qidasını reklam edirlər, adi dəmir qutuda təklif edilir, heç bir bəzəyi, parıltısı olmayan sadə bir qutu. Reklam qutunun üzündə yox, içindəki məhsul üzərində qurulub. Çünki, intellekti və böyük praktikası olan peşəkar rejissor bilir ki, valideynləri o qutunun gözəlliyi yox, içindəki qidanın hansı xammaldan, hansı şəraitdə hazırlanması, uşağına xeyri və ya zərəri maraqlandırır.

 


Reklamın bir cümləlik mətni vardı: “Körpənin gələcəyini sağlam təməllə qur”. Vəssalam.Orda nə “bu məhsulu al, uşağın sağlam böyüsün”, nə də “bu məhsul ən yaxşısıdır” kimi cümlələr yox idi. Reklamdan sonra araşdırmalar göstərdi ki, həmin uşaq qidası Rusiyada ən çox satılan uşaq yeməyidir. Bax, reklam belə olmalıdır. Sadəcə göstərmək lazımdır. İstehlakçı özü qiymət verəcək. Aldadıb bir dəfə aldıra bilərsən, həmişə yox.


- İnsanları estetik cərrahiyyələrə səsləyən, xüsusən qadınları silikonlaşmağa səfərbər edən reklamlara münaisbətiniz?


 - Ümumiyyətlə, estetika xətrinə olan bütün əməliyyatları gərəksiz hesab edirəm, əgər xarici görünüşündə çox ciddi qüsurun yoxdursa. Amma təəssüf edirəm ki, bu cür reklamlarla klinikalar bir çox qadını “yoldan çıxarır”. “Dünyaca tanınmış cərrah”, “öz ölkəsinin ən yaxşı mütəxəssisi”, “peşəkar həkim” kimi cümələlərlə reklamlara o qədər bayağılıq gətirirlər ki, reklam adamda ikrah hissi yaradır. Şəxsən mən bu cür reklam görəndə düşünürəm ki, bu gələn həkim necə dünyaca məhşurdur ki, öz ölkəsindən gəlib 1-2 min manata burda əməliyyat “dilənir”.


Əgər o o qədər məhşurdursa deməli önun öz ölkəsində də kifayət qədər müştərisi var və qazanc üçün kənara getməyinə ehtiyac yoxdur. Üstəlik, dünyaca məhşur həkimləri bizim klinikalarımıza gətirmək üçün ona yaxşı qonarar ödəmək lazımdır, özəl klinikaların heç biri bu qonararı ödəməz. Ona görə də öz ölkəsində işi olmayan, avara qalan bəzi həkimləri ucuz qonararla gətirib burda bizə reklamlar vasitəsi ilə “bəh-bəh”lə təqdim edirlər. Nə var, nə var adı Condur məsələn. Reklamdakı həkimin ad və soyadı xarici olsun, kifayətdir, hamı qaçacaq ora.


Bu həkimin peşəkarlığını sübut edən bir sənədi soruşan da olmayacaq. Çünki reklamda “peşəkar, məhşur, tanınmış” kimi qələmə verilib və baxanlar da bunu ciddi qəbul ediblər. Özəl telekanallar hazırda insanların televiziya olan-qalan inamlarını da öldürməklə məşğuldurlar. Bir vaxtlar “televiziyada deyiblər” deyəndə hamı inanırdı, amma indi deyirlər ki, televiziyada deyiblərsə yalandır...

 


- İctimaiyyət reklamı necə görmək istəyir?

 

 


-İctimaiyyəti reklam maraqlandırmır, çünki reklam olunan malların hamısı yararsız çıxır. Artıq bizim cəmiyyətin ağıllı hissəsi nə cidd-cəhdlə reklam olunursa, məhz onu almır, reklam olunmayan malı alır. Amma mən hesab edirəm ki, sosial reklam çarxları cəmiyyətin marağına səbəb olar. Təkcə əri tərəfindən döyülən qadınlarla bağlı sosial reklamlar yox. Zorakılıqla bağlı çarx hazırlamaq deyəndə bir qayda olaraq göz önünə əri tərəfindən döyülən, söyülən qadınlar, yaxud valideynlərindən zorakılıq görən uşaqlar gəlir. Arvadı tərəfindən fiziki və ya mənəvi zorakılğıa məruz qalan kifayət qədər kişi var, övladı tərəfindən döyülən, söyülən valideynlər var, bu barədə də sosial reklam çarxları çəkmək, plakatlar hazırlamaq lazımdır. 

 


Qız uşaqlarının abortu baş alıb gedir, bu haqda maarifləndirici roliklər lazımdır, insanların ciddi “səyi” nəticəsində ekoloji tarazlıq pozulur, bu haqda reklam lazımdır. Hər il milyonlarla heyvan kürkünə, dərisinə görə qanına qəltan edilir, televiziyalar niyə bu haqda bir reklam çarxı hazırlamır? Çünki kürk firmaları sponsorluq edir, reklam verir. Televiziyalar kürk firmalarının reklamlarından yaxşı qazanır.

 


- Teleserialların yayımı zamanı tez-tez reklam çarxlarının verilməsi tamaşaçıları narazı salır. Sizcə, bunu aradan qaldırmaq mümkündürmü?

 

 


- Reklamlar TV proqramları kateqoriyasına daxil olmasa da, indi istər yerli, istər xarici telekanalların efirində uzun müddətli reklamlar bir növ proqram halında təqdim edilir. Hətta, bu haqda yarızarafat, yarıciddi belə deyirlər- telekanallar reklamların arasında hərdən veriliş də verirlər. Eynilə dediyiniz seriallar məsələsində də. Yeri gəlmişkən, seriallar reklamlardan daha betər anti-psixoterapiyadır cəmiyyət üçün.

 


Serial aludəçilərinin kifayət qədər olduğunu bilən işbazlar reklam yayımlananda da kanalın dəyişilmədiyini bilirlər, çünki həmin serialı izləyənlər onun bir saniyəsini belə qaçırmaq istəmirlər. Buna görə də serial arasında nə verilsə, onu da izləyəcəklər. Bu bir taktikadır və reklam sifarişçilərinə lazımdır ki, istədikləri zaman onları izləsinlər. Teleseriallar və futbol arası reklamlar, xüsusilə də verilisdən sonra birinci və spotun sonuncu roliki ən bahalı reklam hesab olunur. Təbii ki, nə qədər ki, teleseriallar çox izlənir, reklamların müddəti də çox olacaq.

 


-“Sağlam Toplum” İB bu mövzuda hansısa araşdırma aparıbmı, öz tövsiyyələrini müvafiq qurumlara veribmi?

 

 


-Biz tez-tez təsirli sosial plakatlar hazırlayırıq, internetdə, sosial şəbəkələrdə yayırıq, gündəmdən kənarda qalan sosial mövzulara bu reklam plakatları ilə daha çox diqqət yönəltməyə çalışırıq. Məsələn, biz bu günlərdə kürkünə görə heyvanların qətl edilməsi barədə bir plakat hazırladıq, bu biznes ilə bağlı geniş bir araşdırma apardıq. Çox maraqla qarşılandı, bir çox sayt, qəzet yayımladı həmin plakatı. Mənə yüzlərlə məktub gəldi, təşəkkür edirdilər buna görə.

 


İnsanlar bilmir o kürklərin necə hazırlandığını, reklamda onlara hər şeyi başqa cür təqdim edirlər çünki. Kürk, şuba, dəri paltar geyən bilmir ki, onu sahibinin əynindən diri-diri soyublar. Öldürülən heyvanın kürkü yararsız olur axı. Ya da cərəyana verib öldürüblər. Bir çox xanımlar kürklərdən özləri imtina etdi.Eyni zamanda, qız uşaqlarının abortu ilə bağlı da sosial plakat hazırladıq, o da çox maraqla qarşılandı, sosial şəbəkələrdə dəfələrlə paylaşıldı, profil rəsmi oldu, saytlar, portallar yayımladı. Üzvlərimiz tez-tez sosial araşdırmalar hazırlayır və mətbuatda yayımlayırıq.

 

Bəzən bu yazıları hədəf qrupu arasında pulsuz paylayırıq. Ən əsası isə, biz heç yerdən qrant almırıq, sponsor axtarmırıq, bunu təmənnasız edirik. Müvafiq qurumlara tövsiyyələrimiz də elə o yazıların sonunda olur. Biz bu qədər bacarırıq, qalanı “Sərvərin boynuna”...


"Olaylar" qəzeti

 


ESMERRi | 15 aprel 2016 15:42 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
Sitat: Miraj
Sitat: _♡♡♡_
Hmmm . Duzdu baxir neyi reklam edirler.her halda gozumuzle gorduyunu aliriq
Yagis_Negmesi | 30 noyabr 2015 17:09 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Miraj
Sitat: _♡♡♡_
Hmmm . Duzdu baxir neyi reklam edirler.her halda gozumuzle gorduyunu aliriq
ayka wirinka | 18 mart 2015 13:39 | Status: Şərhçi | Şərh: 233
duzdu reklam soznun menasi yalandi
Miraj | 5 mart 2015 14:33 | Status: Professional user | Şərh: 2 625
Sitat: _♡♡♡_
Hmmm . Duzdu baxir neyi reklam edirler.her halda gozumuzle gorduyunu aliriq
_Yagmur_ | 1 fevral 2015 11:00 | Status: Şərhçi | Şərh: 209
Hmmm . Duzdu baxir neyi reklam edirler.her halda gozumuzle gorduyunu aliriq
Akademik | 28 may 2013 01:03 | Status: Professional user | Şərh: 4 580
baxır hansıları. elə məhsullar ki, baxan kimi bilinir ki, satılmır deyə reklam edirlər.
ayruska | 22 may 2013 23:21 | Status: Professional user | Şərh: 3 978
niye men alirammmmmmmmmmm
azeri_oglu | 19 sentyabr 2012 01:31 | Status: Gümüş user | Şərh: 2 243
baxir neyi reklam edirler
TATLI GUZEL | 5 sentyabr 2012 10:07 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler
Ayka21 | 25 avqust 2012 15:06 | Status: Yazar | Şərh: 2 770
bezi seyleri reklamla aliram amma cox yox
TAHIRE | 9 iyul 2012 20:07 | Status: Şərhçi | Şərh: 134
Reklammmmmmmmmmmmmm


Dehset.Goresen nece nefer reklamlara gore o yanliq olub?
Akif Ehmedov | 2 iyul 2012 22:50 | Status: Qonaq | Şərh: 713
Reklam mədəniyyəti dünyada mövcuddur, vacib və əhəmiyyətli bir sahədir. Reklamın mahiyyəti həqiqəti əks etdirməlidir.Reklam hər hansı mal, xidmət və s haqqında ilk tanışlıqdır. Reklam yaxşı mənada rəqabətə səsləyir.........Amma bizdə əksər reklamlar həqiqəti əks etdirmir....Televiziyada hansısa mal, xidmət haqqəında zəmanət verir. Əslində isə həmin əmtəə, xidmət deyilənə heç yaxın da gəlmir.
Reklam bəzən milli-mənəvi ölçülərimizi öz maraqları naminə güdaza verir...Ekranda, efirdə o qədər reklam verirlər ki, ba xmaq istədiyim kanal, radio yox daha..Heyf səndən "Araz" radiosu...
abdullayeva gunel | 1 iyul 2012 12:32 | Status: Qonaq | Şərh: 0
olarda reklamnan qazanirlarda
HEYATIM | 29 iyun 2012 19:39 | Status: Professional user | Şərh: 2 110
mende hec reklam olunanlardan almiram cunki reklam gedmeyen mesulardi ona gore olar reklamdadi