Aktual / TV verilişlər

Bizim xəbərçilər

Gulaga Nesirli | 27-03-2011, 22:30
7 348 129


Azərbaycanın televiziya kanallarında etik normalar nə dərəcədə gözlənilir? Gəlin bu suala birlikdə cavab axtarmağa çalışaq. Əvvəla görək etik norma məfhumu nə deməkdir,o özündə hansı komponentləri cəmləşdirir və hansı məqsədə xidmət edir? TV-də etik normalar dedikdə təbii ki, biz ilk növbədə əxlaq kodekslərini göz önünə gətirməli, nitq mədəniyyətini, efirdə özünü aparmaq qaydalarını, mühitlə kontaktda olmaq bacarığını,geyim və saç düzümünü, simanın qüsursuzluğunu diqqət mərkəzində saxlamalıyıq.Çünki,üzdə olan obraz(jurnalist,müxbir,aparıcı və ya şoumen) bir növ şəffaf ayna funksiyasını daşıyır və o, tamamən eyibsiz olmağa məhkumdur.Bunun üçün həmin fərdlə bərabər bütün yaradıcı heyyət vahid komanda şəkilində çalışmalı,əlindən gələni etməlidir ki, tamaşaçılara onların marağına səbəb olacaq avanqard məhsul versin. İndi əyani təsəvvür yaratmaq üçün araşdırmacı gözü ilə efir məkanımıza nəzər salıb,ayrı-ayrılıqda özəl və dövlət kanallarının təhlilini aparaq.  

 

ANS-in "Xəbərçi"si

 


Onlarda yayımlanan və bir növ televiziyanın ürəyi sayılan informasiya proqramlarına nəzər yetirsək daha məqsədə uyğun olar: ANS (Xəbərçi) – Adının açılışı Azərbaycan Xəbərlər Xidməti (Azerbaijan News Service) mənasını verən "ANS" kanalı fəaliyyətə başladığı ilk günlərdən məlumat mərkəzi funksiyasını həyata keçirməyə səy göstərib.Sonralar da bu missiyasına sadiq qalaraq öz ciddiliyini, həmçinin,dəqiqliyini əksər hallarda qorumuşdur.Ümumi mənzərəyə nəzər salsaq görərik ki, efir məkanımızda öz xüsusi çəkisinə görə öndə gedən televiziya kanalı kimi "ANS TV" qismən də olsa öz xəbər siyasətində etik normaları qorumaga nail olur. Qurumun xəbər proqramı olan "Xəbərçi"ni analizidən keçirək. Özünə "dəqiqi,qərəzsiz və vicdanlı" prinsiplərini amal seçmiş bu veriliş günün müxtəlif vaxtlarında yayıma çıxır və öz operativliyi ilə digərlərindən fərqlənir. Aparıcılarının "müharibə davam edir" sözləri ilə efirə başlaması döyüş şəraitində olan bir dövlət üçün vacib nüansdır. Yaradıcı komandanın həssas şəkildə məsuliyyətli və savadlı kadrlardan seçilməsi ilk saniyədən məlum olur. Ciddi görkəmdə və tamamən səhvsiz məlumat təqdim etməyə çalışan aparıcılar olduqca gözəl nitqə malikdir və digərlərinə örnək ola bilərlər. Cüzi qüsurları nəzərə almasaq reportajların hazırlanması və ardıcıl təqdim olunmasında da heç bir problem yoxdur. Tək qüsur isə verilişin efir vaxtının çox az (gündüz saatlarında 5-10 dəqiqə,əsas xəbər buraxılışında isə cəmi 20-25 dəqiqə) olmasıdır.

 

Xəzər TV (Xəzər xəbər)

 

 

– Hamı üçün aydın məsələdir ki,gündən-günə qloballaşan və təkmilləşən planetimizdə,eyni zamanda doğma Vətənimizdə də hər şey öz daxili və xarici görkəmini,mahiyyətini dəyişir. Bu öz növbəsində cəmiyyətimizin ayrılmaz parçası olan Kütləvi İnformasiya Vasitələrinə böyük və zəruri təsirini göstərir.Qəzet,jurnal,radio,informasiya agentliklərimiz kimi televiziyalarımız da xaricə inteqrasiya edir,inkişafa doğru inamlı addımlar atır. “Xəzər TV” yəqin ki,bu ad artıq hamınıza tanışdır.Azərbaycan media aləmində yeni olsa da Türkiyə jurnalistikası və xəbərçiliyini əsas istiqamət olaraq götürən bu kanal reytinq yığmağı və tamaşaçı rəğbəti qazanmağı bacarmışdır. “Xəzər”in gündəlik informasiya proqramı olan "Xəzər Xəbər" televiziyalarımıza tamamən yad,Avropa üslublu,dəqiq və geniş şərhləri ilə zəngin xəbərlər təqdim etməklə,əvvəlkilərdən fərqli olaraq aparıcının mövzulara rəy bildirməsi və özünü sərbəst aparması ilə sanki,50 ildən artıqdır mövcud olan ənənəvi diktor çərçivəsini qırdı və yeni bir xəbər aparıcılığı yolu açdı. Amma "Xəzər TV" bunun öhdəsindən gəlməyi ustalıqla bacardı. Bunlarla bərabər kanalın nöqsanını diqqətli izləyicilər tuta bilərlər, saat 20:30-da olan axşam efirində göstərilən xəbərləri yeni məlumat hazırlamadan gecə yarı lent şəkilində təkrar efirə verirlər. Mənim fikirimcə bele bir nöqsan “Xezer”in baxımlı xəbərlərinə iyrənc ləkə hesab oluna bilər.

 

ATV (Son Xəbər)

 

 

– Müəyyən bir orqanın,firmanın,təşkilatın və ya mətbu orqanının adı onun mahiyyətini,mənasını,hansı istiqamətdə və sahədə fəaliyyət göstərməsini bəyan etməlidir. Təbii ki, bu amil mediadan, TV və Radiodan da yan keçməməlidir.Haqqında söhbət açacağımız kanalın etik və əxlaqi cəhətdən qüsurları saya gəlməyəcək qədər çoxdur.Öncə kanalın zahiri qabığı olan,məqsədini bəyan edən adına nəzər yetirək. "Azad Azərbaycan". İlk baxışdan hər hansı dövlət və yaxud,özəl vətənpərvər ruhlu televiziyadan söhbət getdiyi təsəvvürü yaranır. Ancaq çox təəssüf,bu belə deyil.Büsbütün fərqli istiqamət – "Şou-biznes". Axı bunun azadlığa, hürriyyətə nə aidiyyatı var? Səhnə ulduzları nə vaxtdan Azad Azərbaycanın rəmzi olub? Sözü gedən telekanalda daha bir məntiqə sığmayan məqam. Xəbərlər informasiya proqramının adı "Son Xəbər". Çox yaxşı. Demək olar ki, uğurlu addır. Lakin proqramın fəaliyyətinə uyğun gəlmir.Yayımda hər dəfə ən sonuncu xəbər olmur. Səhər verilən məlumat heç bir əlavələr olunmadan axşam efirinədək təkrar-təkrar göstərilir. Reportajların təqdimatında da keyfiyyətsizlik və ya hər hansı televiziyanın materialının mənimsənildiyini görürük.Verilişin təqdimatinda da heç bir özünə məxsusluq yoxdur. "Xəzər tv" və "ANS"in Xəbərlərinin sintezi açıq-aydın görünür. Ən böyük eyib isə əhaliyə informasiyanın çox az,gün ərzində cəmi 2-3 dəfə verilməsidir.

 

Space tv (Hər Gün) – Astronomiya elmi ilə heç bir yaxınlığı olmasa da, "Space tv" adlanan digər bir televiziyamız da vardır ki, hal-hazırda reytinqcə aşağı pillələrdə qərarlaşır. Buna səbəb kimi təbii ki, baxımlı verilişlərin olmaması və daha çox sənədli, bədii film və keyfiyyətsiz serialların yayımlanması göstərilərsə, daha düzgün olar.Bu kanalın Xəbərlər proqramında Sovet dövrünə bənzər üslub özünü biruzə verməkdədir. "Hər Gün"də etik cəhətdən səhvlər reportajlar arasında əlaqənin olmamasında,aparıcıların tez-tez çaşmasında,kameraya əks profildən baxmasında ortaya çıxır.Ümumiyyət, “Space”tamaşaçının nə istədiyini müəyyənləşdirməkdə hələ də çətinlik çəkir.

 

Lider tv (Səda)

 

 

– Adının "Lider" olmasina baxmayaraq zaman-zaman arxa sıralarda dayananları çox görmüsünüz. Bu hal həyatın hər bir anında olduğu kimi bizim mediada da var. Sözü gedən telekanal sadə dil ilə desək baxımlı və informasiyalı verilişlərə çox az yer verən,əsasən xarici filmlər və verilişləri tərcümə etməyə,sponsor layihələri göstərməyə köklənmiş bir qurumdur.Kanalın Xəbərlər buraxılışı "Səda" günün müxtəlif saatlarında efirə çıxsa da,köhnə məlumatların və hadisələrin lazım olmadığı anda ortalığa çıxarılıb,qondarma əlavələrlə gündəmə gətirilməsi,həmin reportajın iştirakçılarının özünü akademik sayan aparıcı tərəfindən təhqiri ilə də məşhurdur.Bu məqamlar özü əxlaq normaları cəhətdən bütövlükdə qüsurdur. Etik kodekslərə görə bir kəsin efirdə digərini təhqir etməsi qadagandır.

 

İctimai tv (Carçı) – Hər bir sivil ölkədə olan “İctimai tv” xarici təşkilatların istəyi ilə son illərdə yaradıldı.Kanalın istiqaməti bitərəf olsa da,dövlət tərəfindən mailiyələşdirilir.Əsasən “Eurovision” mahni musaviqəsi və “Tele körpü”lərlə diqqət mərkəzində olmağı bacarmışdır.Bu kanalın xəbərləri başlarkən Azərbaycanın Qarabağ həqiqətlərinin İngilis və Azərbaycan dillərində səsləndirilməsi isə ən orijinal addımlardan biridir.Televiziyanın “Carçı” adlı xəbərləri isə əsasən 70-80-ci illərin illərin xəbər təqdimatını xatırladır.Verilişlərdə təbiilik yoxdur,aparıcılar özlərini çox süni ve kobud aparırlar.Diqqətlə izlədikdə tamaşaçı yox,kamera üçün çalışdıqlarını hiss etmək olur.Hadisə yerindən hazırlanmış kadrların çəkilişi qeyri-peşəkar səviyyədədir.Müxbirlər ise heç bir zaman gözə görünmür.

 

Az tv (Xəbərlər) – Sirr deyil ki,dövlət kanalı hər zaman prezident və nazirlərin görüşü,xüsusi dövlət tədbirlərini işıqlandırmağı özünə əvəzolunmaz vəzifə bilir.Ancaq bunların təqdimatı 1956-cı ildən bəri sanki eyni səviyyədə saxlanmışdır,heç bir əlavə olunmadan qalmışdır. Xarici mediaları diqqət mərkəzində saxlasaq görərik ki,Türkiyə,Rusiya və digər Avropa ölkələrində rəsmi dövlət televiziyası köhnəliyin məngənəsində qalmayib,əksinə daha da irəli gedib,özəl kanallara nümunə olub.

 


P.S. Bəs, siz hansı xəbərlər proqramını xoşlayırsız?

 



ESMERRi | 15 aprel 2016 15:49 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
xeberlere baxmagi cox sevirem internetdende cox vaxt xeber oxumaga gore istifade edirem
Yagis_Negmesi | 30 noyabr 2015 17:11 | Status: Gümüş user | Şərh: 1 614
xeberlere baxmagi cox sevirem internetdende cox vaxt xeber oxumaga gore istifade edirem
Nigar | 13 dekabr 2013 14:16 | Status: Gümüş user | Şərh: 6 063
xeberlere baxiram arada
ŞokaLaTovA PeÇeNyA. | 30 oktyabr 2013 06:23 | Status: Gümüş user | Şərh: 2 059
xeberlere baxmagi xoslamiram bad eberler veririler ureyim pis olura :(
ONEGIRL | 10 iyul 2013 16:15 | Status: VİP user | Şərh: 399
Sitat: Mickey Mouse
Xezer xeber gozeldir.Xeberci deyende bizde biraz pis cixir.YAni bir weyi gedib kimese deyende xeberci deyiller.
Mickey Mouse | 5 iyun 2013 13:14 | Status: Professional user | Şərh: 4 008
Xezer xeber gozeldir.Xeberci deyende bizde biraz pis cixir.YAni bir weyi gedib kimese deyende xeberci deyiller.
Milaska. | 26 mart 2013 22:40 | Status: Gümüş user | Şərh: 1 486
az tv suppaaaaaaaaaaaaaa n2
KAMA88 | 12 mart 2013 03:02 | Status: Şərhçi | Şərh: 351
xezer xeber superdi
SEVA00 | 7 mart 2013 00:45 | Status: VİP user | Şərh: 1 013
hansi xebere geldi baxiram
sevgi haqinda | 24 yanvar 2013 13:18 | Status: Qonaq | Şərh: 0
mence ANS isiqlandirmalarini duzgun qurasdirsinlar adamin urayi sixilir qizlarin makiyaji qabariq sekilde gozu yorur insalari cirkin ve qaranliq gosdarir
Gulnare4 | 25 dekabr 2012 20:19 | Status: Gümüş user | Şərh: 1 255
xezer xeber yaxsidi
H.Fidan. | 17 dekabr 2012 09:38 | Status: Şərhçi | Şərh: 205
ANS menim ucun her zaman birincidir.ANS de her bir movzunu ehate edecek veriliwler var.Her weyi peweker seviyyede edirler.
Decel | 29 noyabr 2012 17:01 | Status: Gümüş user | Şərh: 933
Xezer xebere baxirdim hemise cunki,Anar hemyerlimdi ve cox yaxsi aparir xeberleri..
sevinc keder | 30 oktyabr 2012 19:50 | Status: Professional user | Şərh: 3 818
xezer xebere baxiram cunki aparici ANARin xeber aparmasindan xowum gelir
Munik | 22 oktyabr 2012 17:33 | Status: VİP user | Şərh: 703
atv-nin bazar gunleri verilen xeberleri superdi cox beyenirem umumilikde beyenirem hec bir iradim yoxdu
rufet ehmed | 5 oktyabr 2012 19:12 | Status: Gümüş user | Şərh: 1 391
men en cox xezer xeberine baxiram
azeri_oglu | 28 sentyabr 2012 14:56 | Status: Gümüş user | Şərh: 2 243
indi hamisinin zayi cixibda
melia9 | 22 sentyabr 2012 03:29 | Status: Qonaq | Şərh: 0
meqaleni chox beyendim.umumiyyete meqaleleriniz professionaligi ile secilir
filolog | 19 sentyabr 2012 08:21 | Status: Professional user | Şərh: 571
MƏN XƏBƏRLƏRDƏN MƏLUMAT ÖYRƏNMƏK ƏVƏZİNƏ,APARICILARIN AKTYORLUQ ETMƏYİNƏ TAMAŞA EDİRƏM SANKİ.ÇOX ƏSƏBİLƏŞİRƏM
cucem. | 10 sentyabr 2012 18:26 | Status: Professional user | Şərh: 4 415
MENIMCUN FERQI YOXDUR ESAS OLKEDE VE XARICDEKI XEBERLERI BILMEKDIR :n4: :n7:
TATLI GUZEL | 17 iyul 2012 15:26 | Status: Professional user | Şərh: 5 781
men vabsi xeberlere baxmiramm
OZ_DUNYAMIZ | 15 iyul 2012 20:00 | Status: Gümüş user | Şərh: 1 205
BIZ XEZER XEBERE BAXIRIQQQQ
Akif Ehmedov | 5 iyul 2012 16:15 | Status: Qonaq | Şərh: 713
"Xəzər" xəbərləri daha baxımlı...
Ayka21 | 1 iyul 2012 18:54 | Status: Yazar | Şərh: 2 770
en xosuma gelen xeberler xezer xeberde olur