TV verilişlər / Xəbəriniz olsun!

Zaur efirdə Xoşqədəmə söz atdı: "Ayıb olsun! Bacarmırsan, bu işdən əl çək"!

Banu. | 31-01-2019, 18:51
5 392 0

Eyni səpgili proqramların aparıcıları Xoşqədəm Hidayətqızı ilə Zaur Baxşəliyev arasında soyuq müharibə davam edir.

Zaur "Bizimləsən"in efirindən reytinq xatirinə efirdə əxlaqsızlığı təbliq edənlərə söz atıb: 

"Yaxşılığı, insanlığı təbliğ etmək lazımdır. Bəzən olur ki, "Şok, şok, şok!" deyərək bir əxlaqsızlığı ortaya çıxarıb, onun müzakirəsi ilə məşğul olurlar. Ayıbdır! Azərbaycan xalqı o deyil. 2-3 faiz reytinqdən ötrü nəyi piar edirsiniz?! Hansısa bir əxlaqsızlığı? Ayıbdır, ayıb olsun! Verilişi mənəvi məsələlərin üzərində qurmaq lazımdır. Qura bilmirsən, bu işdən əl çək!" 


Z.Baxşəliyev ad çəkməsə də, hər kəs bu sözləri Xoşqədəm Baxşəliyeva ünvanlandığını bilib. Belə ki, iki gün əvvəl "Səni axtarıram" proqramında 19 yaşlı gəncin 37 yaşlı iki uşaq anası ilə eşq yaşaması və onların bu izdivacına etiraz edən valideynlərindən imtina etməsi cəmiyyətdə böyük narazılığa səbəb olmuşdu. BAKU.WS 

AzadQadin.az

Bu xəbərləri də oxuyun:

Azərbaycanda 2 uşaq anası 19 yaşlı oğlana qoşulub qaçdı - ŞOK İDDİA

Qadınlarda xərçəng xəstəliyinin ən VACİB 5 ƏLAMƏTİ

Onu çox sevdim, inandım, amma o evli imiş... (oxucu məktubu)

"Siz kök deyilsiniz, sizdə — köp var!" Bir gecə ərzində dümdüz qarına sahib olacaqsınız, izah edirəm…

Kətan toxumu, qaynar su... - Minlərlə manatınız cibinizdə qalacaq