Aktual / TV verilişlər

Aytən Səfərova niyə "Kök altında" qəbul edilmir?

Aynur_Qurbanqizi | 1-12-2011, 14:35
9 877 121

 

Aytən Səfərova niyə "Kök altında" qəbul edilmir?

 

 

 


Bu yazını "Kök altında" proqramının aparıcısı Aytən Səfərovanın facebook səhifəsində gördüm. Ulviyye Bakinka adlı bir xanım tərəfindən göndərilmişdi. Fikirləri mənimki ilə üst-üstə düşdüyü üçün əlavə nəsə yazmadan verilişin tamaşaçı rəyini sizə təqdim edirəm.


"Keçən həftə "Kök altında" proqramının çəkilişində tamaşaçı qismində iştirak etdim və çox müsbət təəssüratlarla qayıtdım. Maraqlı qonaqlar dəvət olunmuşdu, Namiq Qaraçuxurlu, Ramal və Ruhəngiz Allahverdiyeva. Adətən bu proqramı hamı kimi televizordan tamaşa edirəm. Amma bu dəfə çəkilişdə tamaşa kimi seyr etdim və müsbət təəssüratlarım daha da çoxaldı. Aytən xanım çox professional tele-aparıcıdır, bir aparıcı olaraq savadı, yüksək intelektual səviyyəsi, söz bazasının çox olması, hazırcavablığı, məzəli sualları hamını heyran edir, bu verlişi həmişə tamaşa etdiyim üçün bunları bilirəm. Ancaq orada çəkiliş vaxtı tamaşa etdikdən sonra Aytən xanıma həm yaxşı tele-aparı kimi, həm pozitiv insan kimi hörmətim və simpatiyam daha da çoxaldı. Aytən xanım gözəl tele-aparıcı olmaqdan əlavə həm də yüksək insani keyfiyyətlərə malikdir. Çəkiliş vaxtı salonda oturan tamaşaçılara qarşı da diqqətlidir, onlarla söhbət edir, fasilələrdə onların da fikrini öyrənir. Ünsiyyətcildir və insanlarla münasibətində çox mehribandır, həddindən artıq mədəni xanımdır. Bir sözlə, əsil şəhər qızıdır, yüksək mədəniyyətli. Düşünürəm ki istənilən bir şəxsin əgər xarakteri də çox müsbətdirsə tutduğu istənilən peşədə öz işinə də insanlara da çox can yandırar. Aytən xanım və təqdim etdiyi "Kök altında" proqramı tamaşaçılara çox müsbət enerji bəxş edir. Mən də bu verlişin çəkilişindən çox müsbət, pozitiv enerji aldım. Aytən xanımın e-mailini bilsəydim özünə müsbət fikirlərimi yazardım, bilmədiyim üçün fikirlərimi buraya yazmaq istədim. Azərbaycanın televiziya məkanında üç dörd yaxşı tele-aparıcı varsa onlardan biri də Aytən xanımdır"

 

 

Bəs, sizin "Kök altında" verilişi ilə bağlı fikirləriniz necədir? Sosial şəbəkələrdə tez-tez Aytən xanım aparıcı olaraq tənqid atəşinə tutulur. Çoxları ciddi xəbər aparıcısını bu ambulada görməyi "həzm" edə bilmir. Veriliş haqqında xoşagəlməz fikirlər söylənilir. Əslində, bu proqramın daimi tamaşaçısı kimi deyə bilərəm ki, "Kök altında" teleməkanda maraqlı bir yenilikdir, burada həm insanı rahatladan gülüş, yumor var, həm də insanları düşündürən satira... Hər verilən sualın və qonağa atılan "atmacanın" altında bir məna var. Və bu cür verilişi mükəmməl idarə edən yeganə aparıcı Aytən Səfərovanı görürəm. Məncə, bu verilişin sayəsində Aytən xanımın yeni bir istedadını hər kəs kəşf etmiş oldu.

 

 

 


Aytən xanımın facebook səhifəsindən maraqlı fotolar... İcazəsiz paylaşdığımız üçün ümid edirik bizə iradını bildirməz )










ESMERRi | 15 aprel 2016 15:47 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
bunu kok altina nece salmaq olar? wink
Yagis_Negmesi | 30 noyabr 2015 17:09 | Status: Gümüş user | Şərh: 1 614
bunu kok altina nece salmaq olar? wink
Nigar | 23 fevral 2014 21:02 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: leyla meherremova
AYTEN PIS DEYIL,ANCAQ AZ.KANALLARA BAXMIRAM.

Akademik | 28 may 2013 01:04 | Status: Professional user | Şərh: 4 580
yerləşmir daaa... neyləsin))))
KAMA88 | 19 mart 2013 00:32 | Status: Şərhçi | Şərh: 351
NE BAXMIRAM.NEDE AYTENI SEVMIREMMMMMM n6
ruhengiz79 | 7 fevral 2013 10:52 | Status: Şərhçi | Şərh: 160
ayteni cox sevirem
Girl | 4 fevral 2013 17:56 | Status: Professional user | Şərh: 8 206
CUNKI ELE O OZU COXDAN KOK ALTINDADIR ONA GOREDE INDI KOK ALTINA DUSMEYE AXOTU YUXDU
RaySum | 24 yanvar 2013 18:05 | Status: Professional user | Şərh: 2 594
Menimde ele
Fatima Q. | 10 yanvar 2013 15:00 | Status: Gümüş user | Şərh: 984
Aynur xanima kkkiiiiimmm soz deyir???? o bir denedi..
Aliyeva | 31 dekabr 2012 20:42 | Status: Yazar | Şərh: 4 036
cox xowum gelir aykadan)))
sheh | 2 noyabr 2012 10:46 | Status: Yazar | Şərh: 3 353
çox maraqlı xanımdır,məni park bulvara dəvət etdi,əfsuslar olsun ki,gedə bilmədim...((((
Nermine1 | 1 noyabr 2012 21:00 | Status: Gümüş user | Şərh: 673
Ayten xanimin apardigi her veriliwe maraqla baxiram
_Nazlim_ | 15 sentyabr 2012 03:26 | Status: Professional user | Şərh: 2 267
bu verliwe baxanda eseblewirem hamini pert edir
princessaa | 11 sentyabr 2012 11:54 | Status: Qonaq | Şərh: 0
twk
cucem. | 10 sentyabr 2012 18:10 | Status: Professional user | Şərh: 4 415
MEN BU XANIMI BEYENMIREM :n1:
Ayka21 | 25 avqust 2012 15:07 | Status: Yazar | Şərh: 2 770
maraqlidir twkler
sema dagistanli | 26 iyul 2012 23:38 | Status: Yazar | Şərh: 1 340
Sitat: filolog
elbette,her kesin oz subyektiv fikri var,sizin de fikrinize hormetle yanaşmaq lazimdir.amma niye beyenmediyinizi anlamiram,dogru danişdiqlari ucunmu?hec olmasa heftenin bir gunu televiziyada yalanlari unudub gerceyin gozlerine dik baxmaga devet edirem sizi

ezizim hele cavansan inan gerceyin gozune dik baxib baxmadigimi hele bilmeyecek qeder cavansan.gerceyin gozune dik baxmaq televizorla olculseydi elektronikasiz heyatda yasayanlarin onda dogruluqdan xeberi yox imis.
qaldiki xanima menim hec bir zaman antipatiyam olmayib .verlisini eyenmediyini dile detirmisem amma sadece onu yalnis anlayib bir azciq ters reaksiya verib..
Sevgiye_Yox | 26 iyul 2012 23:28 | Status: Qonaq | Şərh: 0
Eeeeeeeeeeee bu ne verlesdi eeeeeeee yigiblar tokubler bura Zehlem Gedirrrrrrrr :n19: :n20: bunun sir-sifetine baxdaaaaa :n1:

Xecere gore yenede ttwkler smile

TAHIRE,
duzdu :n6:
TAHIRE | 9 iyul 2012 20:17 | Status: Şərhçi | Şərh: 134
Men bu verlisde ve bu xanimda hec bir sirinlik ve mena g o r m u r e m
Coxlarinin fikrine serikem. Xeberleri aparsa idi yene............... :n20: