Aktual / TV verilişlər
"Fotoşok"un fotogopları
“Maariflçilik - televizyanın əsas funksiyalarından biridir” deməklə yeni nəsə kəşf etmirəm.
Amma göründüyü kimi televiziyada çalışanların bir çox məsələlərdə maariflənməyə ehtiyacı var.
Maarifçilik mövzusuna az sonra qayıdacağıq.
Yazım bəzi əyləncəli proqramlarda yer alan “paparazzi” rubrikaları haqda olacaq.
“Lider” kanalında həftənin bir neçə günündə axşam saatlarında yer alan “Fotoşok” adlı proqram var.
İzləməyənlərə deyim ki, proqram şou aləminin nümayəndələrinin fotolarını çəkir və həmin fotolar arasında maraqlı saydıqlarını tamaşaçıya təqdim edir.
Proqramın aparıcları Murad və Novruz adlı gənclərdir.
Təcrübəsizliyi hər an nəzərə çarpan gənc aparıcıları müşahidə edəndə gəldiyim qənaət bu olur ki, onlar Azərbaycan dilində bir kitab belə oxumayıblar.
Yox, yazının predmeti onların intellekti deyil.
Ömründə heç olmasa bir-iki kitab oxuyan tamaşaçının onların intellektinə (əgər təbii ki, o ümumiyyətlə varsa) heç ehtiyacı da yoxdur.
Söhbət gənc aparıcıların nitq kasıblığından, əyri-üyrü ifadələrindən, kamera qarşısında özlərini - əllərini qoymağa yer axtaran naşı adamlar kimi aparmalarından gedir.
Televiziya məkanında “təsadüfi adam” təəssüratı yaradan cütlüyün verilişin məzmunundan doğan “teleobraz”ları isə mövcud deyil.
****
“Yeniliyə imza atmışıq”, “bomba kimi süjetlər” kimi boş ifadələri ilə tamaşaçını cəlb etməyə çalışan aparıcıların bu ifadələrinin ardınca da efirdə Aygün Kazımovanın bərbərxanadakı görüntüləri yer alır.
Görəsən, A.Kazımovanın biqudi ilə şəkilləri hansı səbəbdən “bomba” və “yenilik” sayıla bilər?
Onsuz da bəzi proqramlarda müğənnilərin bərbərxanadan süjetləri yayımlanır.
Bundan başqa şou əhli öz həyatlarını efirdə o qədər açıb töküb ki, tamaşaçıya maraqlı olacaq gizlinləri qalmayıb. Və nəhayət, bu fotolar heç bir cəhəti ilə “yenilik” sayıla bilməz.
Yaxud, “Fotoşok”un az qala hər buraxılışında “Ekstra hiss” verilişinin aparıcısı Zabir Əliyevin “Lider” telekanalına təşrif buyuran bütün müğənnilərlə heç nə ifadə etməyən fotoları sərgilənir.
Fotolarda onlar ya qucaqlaşır, ya danışır, ya da gülürlər.
Əgər bu tip fotolar “Fotoşok”un təsəvvüründə yenilyiə imza atmaqdısa və ya foto tarixində hansısa yeni cərəyanın, estetikanın təzahürüdürsə, qoy olsun.
Qəlblərini qırmayaq.
****
Proqramın “Paparazzi” rubrikası isə əsl fəlakətdir.
Rubrika altında təqdim etdiyi fotolar adətən şou-biznes nümayəndələrinin toplaşdığı hansısa tədbirlərdə, partylərdə, toylarda çəkilir.
Aynişanla DJ Çingizin, Lalə Məmmədova ilə Ayanın hansısa məclisdə söhbəti, Elarizin divanda rahat oturub pişiklə foto çəkdirməsi, Aysel Teymurzadənin obyektivə rahatca gülümsəməsi, Xatirənin parkda poz verməsi hansı eksklüziv (“exclusif” fransız sözü olub, müstəsna, xüsusi olan bir şey deməkdir) informasiyanı, maraqlı vəziyyəti ifadə edir və ya paparazzilik şərtlərinə cavab verir?
****
“Fotoşok”un aparıcıları hər dəfə “Paparazzi” rubrikasında tamaşaçıya “dramatik fotolar” vəd edir. “Dramatizm” isə müğənnilərin yemək yeməsi, mobil telefonla danışması, ayaqqabısının bağını bağlaması deməkdir. Əlbəttə ki, yenə də onlar təsəvvüründə.
ATV kanalının “ATV maqazin” proqramında da əvvəllər ayrıca “Paparazzi” rubrikası vardı. İndi bu rubrika təqdim olunmur. Hərçənd, ara-sıra süjetlər arasında şou əhlinin gizlin lentə alnan kadrları yayımlanır.
Məsələn, axırıncı proqramda kameraya tuş gələn Avtandil İsrafilov idi. Proqram hesab edir ki, onun yolda maşın gözləməsi və ya saçını daraması eksklüziv məqamdır.
****
Maarifçilik məsələsinə qayıtmaq istəyirəm.
Paparazzi - məşhur adamların fotosunu xəbərsiz çəkən, gözlənilməz maraqlı anı lentə köçürən fotoreportyorlardır.
Əsl paparazzilər istedaddan əlavə, praktiki olaraq fiziki hazırlığa sahib olmalıdırlar.
Məşhur italyan fotoqrafı Tasio Sekkyarollinin təcrübəsinə müraciət edək.
Hə, bu həmin Sekkuyarollidir ki, dahi italyan rejissoru Federiko Fellininin “Şirin həyat” filmində fotoqraf Paparassonun prototipidir. Əvvəllər küçə fotosu ilə məşğul olan Sekkuyarolli sonralar Fellini ilə əməkdaşlıq edir və Sofi Loreini şəxsi fotoqrafı olur.
Deməli, Sekkuyarolli 1958-ci ildə Romanın dəbdəbli küçələrindən birində gəzəndə gözlənilmədən Misir kralı Fərruxu iki gözəlçənin əhatəsində görüb fotolarını çəkir və kralın hədələri ilə qarşılarşır. Yəni bu foto konkret olaraq özündə hadisəliliyi, maraqlı vəziyyəti əks etdirir.
****
Telekanalların təqdim çəkilən fotolar, kadrlar maraqlı nəyisə əks etdirmir, monotondur.
Belə vəziyyətdə ən optimal çıxış yolunu kadr arxasından səslənən trivial söz yığnağı ilə dolu mətnlərdə-şərhlərdə görürlər.
Həmin mətnlərlə də təqdim edilən fotonu və ya kadrı hadisəyə çevirməyə çalışırlar.
Amma maraqlı, informativ fotonun, kadrın uzun-uzadı mətnlərə ehtiyacı olmamalıdır.
Elə görüntü özü danışmalıdır.
****
Paparazzilik böyük mənada sənət sayılmasa da, hansısa tanınan adamla bağlı maraqlı, diqqət çəkən vəziyyətin keyfiyytli şəkildə lentə alınması ustalıq tələb edir.
Paparazzilər saatlarla hədəflərini güdür, onlar haqda məlumat toplayır, istəklərinə nail olmaq üçün bəzən özlərini onların fanatı kimi qələmə verir, ya aktyorluq qabiliyyətlərini işə salıb rola girir, məşhur adamlara xidmət edənləri satın alır, onları izləmək üçün yaxta, vertolyotlar icarəyə götürür. Sadalananlar bizim üçün xarakterik deyil təbii.
Amma informasya məkanında daim qalmaq dünyanın hər yerində yaşayan bir çox məşhurun arzusudur.
Ona görə də bəzi ulduzlar paparazzilərlə razılığa gələrək, onları guya “təsadüfən” çəkir. Adətən belə yolla çəkilimiş fotoarda az-şox maraqlı nəsə, yaradıcılıq hiss olunur.
Azərbaycanda da “paparazzi” adı altında efirdə yer alan kadrlarda, fotolarda şou əhli gündəmdə olmaq üçün özlərini obyektivə könüllü təslim edirlər.
Amma guya təsadüfi olan görüntülərində süni, inandırcı olmayan poz dərhal nəzərə çarpır.
****
Xaricdə paparazzinin hədəfinə tuş gələn müğənnilər, aktyorlar, aparıcılar, köşə yazarları, rejissorlar, modelyerlər, modellərdir. Bizdə isə paparazzilik daha çox müğənniləri əhatə edir.
Bir də ki, ölkənin mədəni mərkəzi olan Bakı kiçik şəhərdir. Məşhurlarla bağlı xəbərlər tez yayılır. Proqramlarının əksəriyyəti şou olan televiziyanın onlardan hər gün bolluca danışması, qəzetlərin, internet saytların onların müsahibələrini, haqlarında hərtərəfli informasiya təqdim etməsi isə Azərbaycanda paparazziliyin əhəmiyyətini heçə endirir.
Sevda SULTANOVA
Kulis.az
Azərbaycansayağı paparazzilik
Azadqadin.az | 1-11-2011, 20:10
6 338 93