Aktual / TV verilişlər

Azərbaycanda bərbad uşaq verilişləri

Azadqadin.az | 20-04-2012, 20:30
9 251 108
Balaca proqramlarından boylanan reklamlar.

-
Ana, qatar niyə dayandı?

Ana uşağa çəpəki nəzər salıb, dilucu cavab verir.

Uşaq isə sualları dayanmadan yağıdırır:

- Nə vaxt çatırıq? O nədi elə? Bəs bu?

Ana ətrafdakı nəzərlərin onlara yönəldiyindən sıxılır, yerində qurcalanır, acıqla uşağa “az danış” deyir.

İctimai yerlərdə azərbaycansayağı valideyn-uşaq münasibətlərinin belə təzahürü ilə, yəqin ki, çoxu rastlaşıb.

Uşaqla səbrlə danışmaq, ona nəyisə anlatmaq məsələsində az qala əsəb pozğunluğu keçirən analar uşaqlarına ya candərdi cavab verir, ya da onları televizorun qabağına itələyir.

Azərbaycan teleməkanında yayımlanan uşaq proqramları da elə “candərdi” hazırlanır.


***
ANS kanalında hər həftə yer alan “Cücələrim” proqramının ümumiyyətlə uşaqlara dəxli yoxdur.
Çünki sırf reklam xarakterli verilişdir. Burda uşaq geyimləri, şampunları, hansısa əyləncə, tibb mərkəzləri reklam edilir, valideynlərə uşaqlarına hansı kitabları almaq tövsiyə olunur. 

Deməli, məntiqlə proqram uşaqlara yox, valideyn auditoriyasını hədəfə alıb, yəni onlara məsləhət verir. Uşağın hansı vitamini qəbul etməsi, qiyafətləri, kitabı alması ilk növbədə böyüklərin seçimidir. Çünki uşaq üçün nəyin düzgün olub-olmamasını daha çox valideyn müəyyən edir və onu yönləndirir. 

Onda nədən “Cücələrim” “uşaqlar üçün veriliş” kimi təqdim edilir?

Üstəlik, reklam olunan uşaq mağazalarındaki geyimlər, oyuncaqlar, əyləncə mərkəzlərində istirahət hər valideyinin cibinə uyğun deyil.

Qısası, “Cücələrim” praqmatizmdən doğan, maddi marağa hesablanan, uşaqlar üçün faydasız proqramdır.

Yeri gəlmişkən, proqramda azyaşlı qızlar əlbisə, şampun nümayiş etdirəndə, onların qadınlar kimi ədalı davranması, kameraya poz verməsi, naz-qəmzə ilə göz süzdürməsi son dərəcə xoşagəlməz hiss yaradır. Aydındır ki, onların kamera qarşısında yaşlarına uyuşmayan şəkildə davranması rejissorun “xidmətidir”.


***
“Xəzər” kanalında nümayiş olunan “Topbala və dostları” proqramı bir oyuncaq mağazasının reklamından başlayır. 

Guya Topbala dükanda satıcı qıza oyuncaqları toplamaqda yardım edir və əvəzində hədiyyə-oyuncaq alır. Yəni valdeynlərə mesaj ötürülür ki, “dayanmayın, dükana gəlib oyuncaq alın”. Sözsüz ki, çox primtiiv reklamdır və üstəlik, verilişdə reklam uşaq şüurunun manipulyaslyasıdır.

Amma məsələ həm də ondadır ki, barı, reklam edəndə heç olmasa bir az kreativ olun. Dünya təcrübəsindən yararlanın.

Proqramda müxtəlif rubrikalar səthi, başdansovdu hazırlanır.

Məsələn, Azərbaycan himni haqda qısa məlumat verilir, sonra himndən alayarımçıq bir-iki sətir oxunur, guya bununla da uşaqları vətənpərvərlik ruhunda tərbiyə edirlər.

Dövlət himni, atributlar artıq bağçalarda öyrədilməyə başlayır. Ona görə də proqramda belə keyfiyyətsiz təbliğata ehtiyac yoxdur.

Bundan başqa, verilişdə iştirak edənlər arasında 5-6 və 8-10 yaşlı uşaqlar nəzərə çarpdı.

Axı, 5-6 yaşlı uşaqla 8-10 yaşlı uşağın qavrayışı eyni ola bilməz. Və məlum səbəbdən proqramın hansı yaş qrupuna hesablanması sualı yaranır.

Hər hansı bir şey haqda quru diktor intonasiyasında səslənən məlumat xarakterli mətnlər qəliz olur. Məgər, “aforizm” sözünü 5 və ya elə 10 yaşlı uşaq anlaya bilir? Üstəlik, uşaqları bilgiləndirmək üçün sovetdənqalma metod – quru mətnlər yox, interaktiv üsul daha maraqlıdır.
 
***
İTV-də yayımlanan “Biri var imiş, biri yox imiş” verilişi həftənin 6 günü yayımlanır. Aparıcı, cla birlikdə verilişin bir-iki dəqiqəsini əhvalat danışır, sonra isə cizgi filmi nümayiş olunur. 

Verilişdə səslənən əhvalatları, yəni Ucal, Quşcuğaz, Niquş, Kamran, Toppuş və başqa personajların işitrak etdiyi hekayələr toplusunu oxumuşam. Gərək ki, bir ara məktəblərdə də pulsuz paylanırdı.

Bədii keyfiyyəti zəif olan hekayələr uşaqların diqqətini çətin cəlb edə. Çünki obrazlar parlaq, dialoqlar inandırıcı, səmimi deyil, hekayələrin dramaturji bazası zəifdir, normal ədəbi dilin tələblərinə cavab vermir. Həmin hekayələr gigyenik qaydalar, uşaq hüquqları barəsində quru təbliğatdır.

Proqramda uşaqlara ən çox ispan istehsalı olan, ağ ayınının macərlaırndan bəhs edən “Bernard” cizgi filmi təklif edilir. Bununla da uşaqların seçim imkanı məhududlaşdırılır və zövqünün birtərəfli inkişafına yol açır.


***
ATV kanalında həftədə bir dəfə ekrana gələn “Bapbalaca” ANS-in “Uşaqdan böyüyə” kimi proqramının pis, zövqsüz korrektə olunmuş formasıdır. 

Tanınan aparıcılar, şou bzines nümyəndələri uşaqları ilə bərabər eyni suallara cavab verir. Yəni valideyn uşağını nə qədər yaxşı tanıya bilir anlamında. Veriliş mahiyyətcə sırf şou xarakterlidir və maarifləndirici əhəmiyyəti yoxdur.

Hələ ki, ATV tamaşaçıya normal uşaq verilişi təklif etməyib.


***
Haqqında yazdığım verilişlərlə müqayisədə az-çox baxımlısı Az.TV-nin “Çoxbilmişlərdənsizmi?” və “Space”in “Mən böyümüşəm” proqramlarıdır. 

Aşağı sinif şagirdlərinin yarışdığı “Çoxbilmişlərdənsizmi?” proqramı teleoyundur. Proqramın həm oyun üzərində qurulması, həm də aparıcı, aktrisa Məsmə Aslanqızının artistizmi verilişi monotonluqdan xilas edir.

Mən böyümüşəm”in dekorasiyası uşaqlar üçün rəngarəng, cəzbedicidir.

Proqramda həm teleoyun var, həm də uşaqlar birbaşa iştirakçıdır. 

Amma hansısa əşyalar, heyvanlar haqda verilən məlumatlar yeknəsəqdir, onların uşaqlara anlatma səviyyəsi yetərli deyil.


***
Uşaq verilişlərindəki kuklalar haqda. “Xəzər”in təqdim etdiyi, daim ağzı açıq, mavi gözlü, elə top kimi yumru olan Topbala “Makdonalds”da hamburger, sendviç, cipsi yeməkdən, kola içməkdən şişman olmuş tipik Amerika obrazıdır. Görəsən, tipik amerikalının bizim Azərbaycanla hansı əlaqəsi var?

Eyni iradı “Biri var imiş, biri yox imiş”dəki Ucal adlı kuklaya da aid etmək olar. Onun insan, heyvan və ya hansısa mistik varlıq olduğu, sifətinin nə ifadə etdiyi anlaşılmır. Ümumiyyətlə, uşaq veilişlərindəki kuklaların ifadəsiz üzü var, çox qeyri-estetik hazırlanır.


***
Sənətşünaslıq namizədi Elçin Əlibəylinin fikrincə, Azərbaycan teleməkanında uşaq verilişi formatına uyğun proqram azdır: “Belə verilişləri hazırlayarkən birinci amil uşaqların yaşa uyğun seqmentlərə bölünməsi işi qurulmalı və bu sub maraqlara görə yaradıcılıq işi qurulmalıdır. Bizdə olan uşaq verilişləri valideynlərin öz uşağını qohum – qardaşa göstərməyindən ibarətdir. Uğurlu layihələr azlıq təşkil edir”.

Mütəxəssis deyir ki, uşaq verilişini ixtisaslaşmış prodakşnlar hazırlamalı, bu işdə pedaqoq və uşaq psixoloqları bərabər çalışmalıdırlar:

“Dövlət sifarişi ilə çalışan prodakşnlar qurulmalı və onlar pulsuz məhsullarını kanallara verməlidirlər. Kanallardan da uşaq yayım vaxtı ilə bağlı öhdəlik tələb olunmalıdır. Prodakşnlar yeni istehsaldan öncə adaptasiya və dublyajla yaşa uyğun animasiya, serialları təqdim etməlidir”.


***
....Bizim uşaq verilişlərini izləyəndə həmişə yadıma Zeynal Məmmədlinin sözləri düşür: “Belə təəssürat yaranır ki, verilişləri ümumiyyətlə, uşaqları sevməyənlər, anlamayanlar və uşaqların düşmənləri hazırlayır”. 


 Sevda Sultanova

Bəs, siz hansı uşaq verilişini bəyənirsiz, yaxud acığınız gəlir? 

ESMERRi | 15 aprel 2016 15:42 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
hec bizim telekanallarda uwaqlara aid nese maraqli bir veriliw varki?
Yagis_Negmesi | 30 noyabr 2015 17:08 | Status: Gümüş user | Şərh: 1 614
hec bizim telekanallarda uwaqlara aid nese maraqli bir veriliw varki?
Sunay Elizade | 22 may 2015 14:40 | Status: Gümüş user | Şərh: 2 156
maraqli xeberdi tsk
Nergiz love | 25 mart 2014 19:59 | Status: Professional user | Şərh: 7 871
TESEKKURLERRRRRR
Gulshen. | 22 fevral 2014 11:21 | Status: Qonaq | Şərh: 0
Eeh bizimkiler hec ne bacarmir
Nigar | 12 fevral 2014 15:14 | Status: Gümüş user | Şərh: 6 063
tewekkurler xebere gore
shela | 6 yanvar 2014 13:12 | Status: Gümüş user | Şərh: 2 910
Azerbaycan kanallarina baxmiriq hec

Azerbaycan kanallarina baxmiriq hec
Nigar | 13 dekabr 2013 14:13 | Status: Gümüş user | Şərh: 6 063
men hec birini beyenmirem savadsizliq baw alib gedir
AYAN A-VA | 29 noyabr 2013 22:54 | Status: Gümüş user | Şərh: 1 722
Sitat: Omrum 2mizin
tewekkurler...
MAKYAJ | 9 sentyabr 2013 23:36 | Status: Qonaq | Şərh: 0
duzdu tamamile
Omrum 2mizin | 28 avqust 2013 13:23 | Status: Qonaq | Şərh: 0
tewekkurler...
FLOVERandGİRL | 30 iyun 2013 23:19 | Status: Professional user | Şərh: 3 251
Sitat: Girl
kecen sefer bir veriliw gedirdi adini yazmiram o veriliwide turklerden goturubler.tercumenide ele ediblerki veriliw menasiz alinib...o neye lazimdi bilmirem.ondansa oz ideyalarini iwledib yeni veriliw yaratslar yaxwi olar...amma cetin no

ARKA BAHCENI DEYIRSEN XEZER TV yeriyox
Girl | 21 iyun 2013 00:22 | Status: Professional user | Şərh: 8 206
kecen sefer bir veriliw gedirdi adini yazmiram o veriliwide turklerden goturubler.tercumenide ele ediblerki veriliw menasiz alinib...o neye lazimdi bilmirem.ondansa oz ideyalarini iwledib yeni veriliw yaratslar yaxwi olar...amma cetin no
Mickey Mouse | 5 iyun 2013 13:10 | Status: Professional user | Şərh: 4 008
Dogurudrrrr......
Akademik | 28 may 2013 01:02 | Status: Professional user | Şərh: 4 580
Sitat: AGAA
TAMAMILE DOGRUDU
ayruska | 16 may 2013 18:55 | Status: Professional user | Şərh: 3 978
“Belə təəssürat yaranır ki, verilişləri ümumiyyətlə, sevməyənlər, anlamayanlar və uşaqların düşmənləri hazırlayıuşaqlarır”.

mencede eldi ozleri ucun yeqin yaradiblar
Nigar | 24 mart 2013 19:46 | Status: Gümüş user | Şərh: 6 063
n5 twk ederim byeee
Milaska. | 23 mart 2013 21:35 | Status: Gümüş user | Şərh: 1 486
heee baxram

HMMMMMMMMMMMMMMMMMMM
Nurgul Ali | 13 fevral 2013 20:38 | Status: Gümüş user | Şərh: 760
Usaqdan boyuye verlisini severek izleyirem)))
sevgi haqinda | 24 yanvar 2013 13:27 | Status: Qonaq | Şərh: 0
ele ona gorad bizim usaqlarimiz turk kanallarindaki usaq praqramlarina baxirlar onna gorada usaqda turk dilinde danisir :n11:
Aliyeva | 31 dekabr 2012 20:45 | Status: Yazar | Şərh: 4 036
el gezdirmek lazimdi
AGAA | 14 dekabr 2012 01:28 | Status: VİP user | Şərh: 1 153
TAMAMILE DOGRUDU
niagara | 16 noyabr 2012 21:41 | Status: VİP user | Şərh: 293
:n18:
Narin_yagis | 2 noyabr 2012 14:16 | Status: Gümüş user | Şərh: 601
COX TƏSSUFKİ AZERBAYCANDA APARİCİLARİN COXUNUN NİTQİ VƏ DANİSİQ TERZİ YOXDU
azeri_oglu | 19 sentyabr 2012 00:36 | Status: Gümüş user | Şərh: 2 243
yox derecesindedir
cucem. | 10 sentyabr 2012 18:04 | Status: Professional user | Şərh: 4 415
INDI UWAQL VERILIWLERI AZDIR VE DEYERDIMKI BEZILERI SEVIYYESIZDIR UWAQDAN BOYUYE VERILIWII BEYENIREM DUZDUR ORDA YAXWI 1 WEY OYRETMIRLER AMMA INDIKI UWAQLARIN FIKIRLERINI GOSTERIRLER :n1: :n5: wink
HEYATIM | 5 sentyabr 2012 15:57 | Status: Professional user | Şərh: 2 110
hec baxmir ozum secirem yaxwi cizgi filimleri baxirr
sevinc keder | 2 sentyabr 2012 14:57 | Status: Professional user | Şərh: 3 818
UWAQDAN BOYUYE VERLIWINI XOWLAYIRAM CUNKI UWAQLAR COX GULMELI DANIWIRLAR.
TATLI GUZEL | 1 sentyabr 2012 14:50 | Status: Professional user | Şərh: 5 781
azeri_oglu,
:n33:
azeri_oglu | 1 sentyabr 2012 14:47 | Status: Gümüş user | Şərh: 2 243
Hec vermesinler,gozlerine girsin, men kompu acib verirem cizgi filimine baxir uwaqlar))