Aktual / TV verilişlər

ATV rəhbərliyinin verdiyi azadlıq Zaurun istedadını batırdı?!

Azadqadin.az | 3-10-2011, 19:00
14 740 189

 

 

 
Tamaşaçılar Zaur Baxşəliyevi ya sevirlər ya da ona nifrət edirlər. Hətta facebookda ona nifrət edənlər və sevənlər qrupu da var.

Ona tamamilə laqeyd olan tamaşaçı qrupu mövcuddursa, o zaman mən bu qrupa aidəm.

Zaur istedadsız adam deyil. Onun yaxşı, normal aparıcı olmaq şansları vardı.

Amma Azərbaycan teleməkanındakı qeyri-peşəkarlıq, yeni nəsli lazımi istiqamətə yönəldə bilən peşəkar teleprodüser yoxluğu, konsepsiyasızlıq Z.Baxşəliyev kimi az-çox istedadı olan adamları sıradan çıxardı.

Deyilənlərə inansaq, Zaur televiziyaya gəldiyi ilk günlərdə çox utancaq birisi imiş.

Sonra televiziyadakı mühit, şou-biznesə qaynayıb qarışması Zauru o qədər sosiallaşdırdı ki, o, zəruri ədəb qaydalarını da unutdu.

ATV rəhbərliyinin Zaura qədərindən artıq azadlıq, imkanlar verməsindən dolayı olan-qalan istedadı batdı, o,
deformasiyaya uğradı və başını elə itirdi ki, efirdə davranışlarına, leksikonuna nəzarəti də əldən buraxdı.

Situasiya yadıma antik yunan mifologiyasındakı İkar haqda mifi saldı.

Atası Dedal İkara mumdan qanad düzəldir və çox yüksəkdən uçmamağı tapşırır. İkar atasının məsləhətini unudur, uçuşa o qədər aludə olur ki, günəşə yaxınlaşır. Günəş onun mum qanadlarını əridir və İkar dənizə düşərək həlak olur. Yəni qısacası, gərəksiz sərbəstlik, azadlıq, yersiz özünəinam pis nəticələnir.

...Telefəaliyyətini ilk olaraq gərək ki, səhər verilişi aparıcılığından başlayan Zaurun populyarlığı müğənnilərin, aktyorların evində araşdırma aparmasından, yataq otaqlarına, tualetlərinə, hamamlarına girib (hərçənd, “soxulub” sözü lap yerinə düşür) ucuz, ultra bayağı şou göstərəndən sonra artdı.

Bizim şou-biznesə Zaurun məlum davranışı xoş gəlsə də, onun Türkiyədə Məlahət Abbasovanın və Türkan Şorayın yataq otaqlarını təftiş etmək istəyi onların sərt təpkisi ilə qarşılandı.

Şou verilişləri “beyin üçün saqqız” olmalıdır. Yəni beyni dincəltməlidir.

Amma o yalnız zövq və peşəkarlıqla hazırlananda “beyin saqqızı” rolunu oynaya bilər.

Yəni şou-proqram el leksikonu ilə desək, tamaşaçının ətini tökməməli, qıcıq yaratmamlıdır.

Zaur əlindəki telehakimiyyətdən istifadə edərək ya kimisə çox aşağılayır, ya da o qədər iltifat göstərir ki, onun yerinə keçitdiyin xəcalət hissini yaşamamaq üçün tez pultun düyməsinə basıb kanalı dəyişirsən.

“Yağ kimi” yemək proqramını maraqlı etmək üçün intriqanı elə savadsız, cahilcə qururdu ki, bu - iki rəfiqənin arasını üçüncü tərəfin vurması effekti verirdi.

“Onun yarısı”ı evlilik proqramında isə Zaur iştirakçılara, özlərini necə təqdim etməsi barədə “ağsaqqal” sayaq məsləhət, tövsiyələr verəndə düşündüm: şəxsiyyət kimi yetkinləşməmiş, aparıcı və fərd kimi təkmilləşməyə ehtiyacı olan Zaur hansı ailə təcrübəsinin, intellektin, peşəkarlığın yiyəsidir ki, nəsihət verir?

Yazını yazarkən Zaurun internetdə yayımlanmış bir neçə müsahibəsinə nəzər saldım. Müsahibələrindən birində Zaur deyir:

“Mən olduğum kimiyəm. Efirdə necə zarafatcılamsa, həyatda da eləyəm. Kamera yananda da, sönəndə də eyniyəm”.

Səmimi olmaq, olduğu kimi görünmək əla keyfiyyətdi. Amma deyək ki, hansısa aparıcı məsələn, təbiətcə yüngüldürsə, aqressiv, ya da emosionaldırsa bu heç də onun gündəlik həyatdakı davranışını efirə daşımaq anlamına gəlməməlidir.

Zaurun söykəndiyi çılpaq səmimiyyət isə telekeyfiyyət ölçüsü deyil və efirdə bayağı, gərəksiz görünür.

Teleməkanda peyda olandan bəri Zaur bir aparıcı kimi inkişaf etməyib, onun verilişin tələb olunan şərtləri, formatı daxilində üslub, obraz axtarışları yoxdur, bütün layihələrdən eyni Zaur boylanır.

Ümumiyyətlə, düşünülmüş, yaradıcı obrazdan uzaq olan, günlük həyat ilə efir həyatını eyniləşdirən Zaur davranışı, leksikonu ilə efir öncəsi ciddi hazırlaşmayan, işinə məsuliyyətlə yanaşmayan aparıcı təəssüratı yaradır.

Yeri gəlmişkən, efirdədə də həyatda da olduğu kimi görünməyə üstünlük verən Zaurun diqqətinə onu da çatdırım ki, Azərbaycan normal ədəbi dilində “nağayrırsan”,”dana”- kəlmələri mövcud deyil. (Kulis)

 

Sevda SULTANOVA


P.S. Bu azadqadin.az saytının aparıcı haqqında mövqeyi deyil, sadəcə yazını sizin müzakirənizə buraxırıq


ESMERRi | 15 aprel 2016 15:48 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
zaur bilmirem nece insandi ama onu bilirem ozunu beyenmiw biridi ozunnen razi
Yagis_Negmesi | 30 noyabr 2015 17:10 | Status: Gümüş user | Şərh: 1 614
zaur bilmirem nece insandi ama onu bilirem ozunu beyenmiw biridi ozunnen razi
ayka wirinka | 18 mart 2015 13:40 | Status: Şərhçi | Şərh: 233
zauru cox sevrem ele verlislerinde
heyat ve men | 2 mart 2014 17:40 | Status: Qonaq | Şərh: 0
televiziya mekaninda zehlem getmis aparicilar siyahimin birinci uzvu ele zaurdur .
Nigar | 23 fevral 2014 20:15 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: Just me
COX HORMETLI SEVDA sultanova size minetdaram eleriniz dert gormesin nece duzgun yazisiz men bu coxbilmis zauru gorende havalaniram nece zehlem gedir ondan birde nane agamaliyevadan bularin elinden atv kanalina baxmaq olmur ay bala bu atv de ayri aparici yoxdu beyem ele ne verlis olur bular apariciliq edirler cox sit ve yunguldur heyif gunaya ki zaur kimisine ere getdi cox heyif :gun:

Gulshen. | 22 fevral 2014 11:24 | Status: Qonaq | Şərh: 0
Mence zaur ela aparicidir
Nigar | 20 dekabr 2013 15:46 | Status: Gümüş user | Şərh: 6 063
xebere gore sag olun
sehla gozlum | 19 noyabr 2013 19:29 | Status: Şərhçi | Şərh: 162
mence de qisqanirlar
SNALY | 2 oktyabr 2013 20:55 | Status: Qonaq | Şərh: 0
zaurda en zehlem geden cehet,heqiqetende,kimisini cox alcaldir,kimisine ise cox terif yagdirir.duzdur,bu movzu azad.qadin a aid deyil,men bunu coxdan bu=ir nece saytlarda oxumuwam
elif12 | 4 sentyabr 2013 15:04 | Status: Şərhçi | Şərh: 343
mende onon bele sirtiqligini hec sevmirem ,cox sag olun ki, onon ic uzunu acdiniz tesekkur.
ramina111 | 23 avqust 2013 12:07 | Status: Qonaq | Şərh: 0
Nece yerinde ve gozel bir yazi. Bir aralar sevirdim bu aparicini, ancaq sonra onun esl uzu gorundu-araqarishdiran, intriqaçı-kişiye yaraşmayan sifetler...Ona göre de onun verilişlerine daha baxmadim. Sizin dediyiniz kimi,;xecalet chekirdim onun yerine.
Rena Alekperova | 11 avqust 2013 22:19 | Status: Qonaq | Şərh: 0
Zaur cox gozel aparicidir.Choxlari sevmeye biler,amma men Zaurun apariciligini chox sevirem.Ona bu yolda ugurlar arzulayiram. nn29
Just me | 1 avqust 2013 16:32 | Status: Professional user | Şərh: 1 296
COX HORMETLI SEVDA sultanova size minetdaram eleriniz dert gormesin nece duzgun yazisiz men bu coxbilmis zauru gorende havalaniram nece zehlem gedir ondan birde nane agamaliyevadan bularin elinden atv kanalina baxmaq olmur ay bala bu atv de ayri aparici yoxdu beyem ele ne verlis olur bular apariciliq edirler cox sit ve yunguldur heyif gunaya ki zaur kimisine ere getdi cox heyif gun
Melek-Mehdi | 16 iyul 2013 02:15 | Status: Qonaq | Şərh: 0
Hec xowum gelmir, yersiz herketler edir, yersiz sozler deyir.
Bezende ele edirki qarwisindakini alcaldir ona bu haqqi hec kim vermeyib.
Neyse bir nece ile onunda wami yanib bitecek
Melek_1 | 14 iyul 2013 00:23 | Status: VİP user | Şərh: 1 002
xebere gore tewekkurler
deniz kizi | 8 iyul 2013 08:46 | Status: Qonaq | Şərh: 0
bilirsiz ne xosuma gelmir efiri baslayanda salamsiz baslayir.qutaranda sagollasmir.bele aparici olar?men beyenmirem!
NURLU | 15 iyun 2013 12:19 | Status: Professional user | Şərh: 5 552
cox guldum zaura onun haqqinda yazilan sozlere.ama ne olsunki ders almir
ayla elay | 3 iyun 2013 18:51 | Status: Qonaq | Şərh: 0
xebere gore twk....ama bu xeber zauru hec gozymden salmadi...men ona hormet edirem insanliqina
ayruska | 16 may 2013 18:56 | Status: Professional user | Şərh: 3 978
Xebere gore gore tsk.
Nigar | 24 mart 2013 19:47 | Status: Gümüş user | Şərh: 6 063
men beyenmirem bunu ozunu cox dartir ele-bil nediyee n33 baxanda gulmeyim gelir
Milaska. | 23 mart 2013 21:18 | Status: Gümüş user | Şərh: 1 486
men beyenne agilli ve istedadlidi halal olsun ananin ellerinden opurem bziimde emiwim iz inssallah xeyrli ovlad olar
Saida Kerimova | 19 mart 2013 20:08 | Status: Professional user | Şərh: 1 672
Sitat: EL_ZA
MENCE ZAUR HEM ISTEDADLI HEMDE AGILLIDI BELE OLMASA KANALDA O YOX BASQASI OLARDI WEXSI FIKRIMDI HAMIYADA HORMETLE YANASIRAM QISQANCLIK KOKUSU ALDIM
EL_ZA | 12 mart 2013 23:05 | Status: Qonaq | Şərh: 0
MENCE ZAUR HEM ISTEDADLI HEMDE AGILLIDI BELE OLMASA KANALDA O YOX BASQASI OLARDI WEXSI FIKRIMDI HAMIYADA HORMETLE YANASIRAM QISQANCLIK KOKUSU ALDIM n49
Dreams | 11 mart 2013 19:06 | Status: Qonaq | Şərh: 0
Xebere gore gore tsk.
Leman_55 | 3 mart 2013 17:16 | Status: VİP user | Şərh: 583
B E Y E N M I R E M. . .
Gozel Melek | 12 fevral 2013 18:34 | Status: Gümüş user | Şərh: 1 531
Zaur mene gore normal insandir! Ne xoshum gelmir n48
ruhengiz79 | 7 fevral 2013 11:03 | Status: Şərhçi | Şərh: 160
zaurdan hec xosum gelmir
Fatima Q. | 6 fevral 2013 22:55 | Status: Gümüş user | Şərh: 984
Sevda SULTANOVA xanim, bu qeder ureyinizi boshaltdiqdan sonra
P.S. Bu azadqadin.az saytının aparıcı haqqında mövqeyi deyil, sadəcə yazını sizin müzakirənizə buraxırıq
bu P.S.nizin hech ve hech yeri yoxuydu..Yeqin siz de jurnalistsiz reqabet istiyirsiz chixin televizyaya biz de baxaq daha burda milleti oz ucuz meqsedlerinize gore tehqir etmeyin...Fikir bildirmek uchun yazdim..Semimi desem sizin Zaur Baxsheliyev haqa mulahizeleriniz mene HECH maraqli deyill...
Men bu sozleri insanliq xetrine yazdim..Eslinde ise azerbaycan verlishlerinin hech birine baxmiram,,Statin Sonu!

bura lap gozumden dushdu ee..Ele bil dedesinin mulkudu..Istediyi haqda istediyi tehqiri yazir...
sevgi haqinda | 24 yanvar 2013 13:30 | Status: Qonaq | Şərh: 0
mence insanlar onu sevsin deye coxxxxxxxxxxxxxx yalakalik edir. hec sevmirem yalaka insanlari
GULICKA_A | 18 yanvar 2013 15:55 | Status: Qonaq | Şərh: 0
Zaur mene gore normal insandir! Ne xoshum gelmir, ne de zehlem getmir. :n16: