TV verilişlər / Müəllif yazıları

Televiziyamızın "tərbiyəli" söyüşləri

Aytekin82 | 28-04-2015, 19:30
2 629 16
 

 
Yazıq TV aparıcıları tamaşaçılar üçün əlindən gələni edir, yenə də camaat narazıdır də. Biri qaçan gəlinləri tapır, o biri studiyada ayaqyalın rəqs edir, kimi kabab bişirir... Bir sözlə, sizin üçün dəridən-qabıqdan çıxırlar.
 
O gün də verilişdə Aşıq Ədalət hirslənib, dilindən "tərbiyəvi” əhəmiyyətə malik söz çıxarıb, yenə aparıcını daşa basırsınız. Kişi nə deyib axı? Ağsaqqal bircə ağız söyüb. Deyib ki, .... var-yoxunu. Vəssalam! Aparıcı bu söyüşü montajda kəsib, qəbrə basdıra da bilərdi. O zaman heç tamaşaçının xəbəri da olmazdı. Sizlər də bilməzdiniz ki, Aşıq Ədalət necə söyür. Amma yox, müəllif aşıq sənətini və bu xalqı düşünərək, o söyüş olan hissəni kəsib, anonsa calaq edib. Beləcə, həm şəxsən mən və həm də mənim kimi çoxsaylı tamaşaçı Aşıq Ədalətin söyüşünü eşitdi. Həmçinin məhz bu söyüşü izləmək üçün o anonsa baxdıq. İstənilən halda qazanan verilişin reytinqi oldu. Məsələn, mən ilk dəfə idi ki, belə bir verilişin varlığından xəbər tutdum. Nəyin hesabına? Bu söyüşün.
 
Maraqlı burasıdır ki, qonşumuz Fatma xala da belə düşünür. Deyir ki, kişi söyər də. Guya heç söyüş-zad eşitməmişik? Ya qulağımızın dibində söydülər, ya televizorda. Nə fərqi var? O boyda kişiyə çılpaq qızı göstərəndə, bilmirdilər ki, hirslənib söyəcək? Hələ yaxşı ki, o rəqqasə studiyada olmayıb. Sazı çırpardı təpəsinə. Əcəb də edərdi. Böyüyümüzdür! Naəlac qalanda söymək də olar, döymək də.Təki camaat tərbiyələnsin.
 
Fatma xala tək deyil. Biri də yazmışdı ki, Aşıq Ədalət əsl kişi kimi reakisiya verib, əhsən ona! Bax belə, siz də yapışmısınız ki, müəllif niyə söyüşü efirə verib? Bir az da tərbiyəvi baxımdan məsələyə yanaşın. Elə bil heç təlim-tərbiyədən başınız çıxmır. Kim deyib ki, TV ancaq məlumatlandırır və maarifləndirir? Düz bilmirsiniz, həm də tərbiyə edir. Özü də yeni tərbiyə metodunun üzərində aparıcılar çalışır. İnsafınız olsun, tərbiyənizi də düşünürlər.
 
İnanıram ki, Aşıq Ədalət anidən dilindən qaçan bu tərbiyəsiz sözə görə fəxr etmir. Bəlkə ağsaqqal hətta xəcalət də çəkir. Hər halda bundan sonra daha diqqətli olar. Birdə ya sazla bağlı verilişlərə getməz, ya da aparıcını "Quran”a əl basdırar. And-aman edər ki, yaşlı adamam, hirslənib dilimdən bir söz çıxarsam, mədəniyyət xətrinə, tamaşaçılara hörmət üçün, lap elə sazın öz hörmətinə efirə vermə. Efirə versən də, heç olmasa, o söyüşü müdafiə etmə. Belə sən də, mən də lap biabır oluruq. Lap özünü düşünmürsənsə, mənə və saza rəhm et. Bizi reytinq deyilən o zada qurban vermə.
 
Könül Cəfərli
Lent.az


B.Fereh | 7 aprel 2016 00:11 | Status: Nəzarətçi | Şərh: 6 975
Awiq Edalet de terbiyeden dem vura vura terbiyesiz ifade iwledib,O qizin yerine coxusu olsa mehkemeye vermiwdi bu kiwini.Efirlerimiz cox biyabirci veziyyetde idi,adamin ureyi bulanirdi,witlikden.Indi nezaret gucludur,bu sefer bir cox kanallar AZTV 1 kimi olub.Sonuk...banal...maraqsiz...
dılay | 6 aprel 2016 23:18 | Status: Brilliant user | Şərh: 8 183
Reytinq xesteleri....
Yagis_Negmesi | 30 noyabr 2015 14:36 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: guldeniz
bilmmmmmmmmirem 0104
guldeniz | 26 sentyabr 2015 15:49 | Status: Professional user | Şərh: 1 641
bilmmmmmmmmirem 0104
esma inci | 3 may 2015 15:59 | Status: Gümüş user | Şərh: 1 096
hmmm bes beleeeee
ALESSANDRA | 30 aprel 2015 18:44 | Status: Qonaq | Şərh: 0
kimi g[rsedifler&
ziko zs | 30 aprel 2015 17:57 | Status: Şərhçi | Şərh: 483
Sitat: SARAXATUN
Reytinqe gore aparicilar neye geldi da el atirlarki birce verliw reytinqli olsun

eynen
SEVDA | 30 aprel 2015 08:35 | Status: Nəzarətçi | Şərh: 17 439
Qabaq bele weyler yoxuydu,indi lap ağ edibler....

Olmuyan terbiye,medeniyyetlerini gosterirler cammata....
SARAXATUN | 29 aprel 2015 13:09 | Status: Professional user | Şərh: 1 529
Reytinqe gore aparicilar neye geldi da el atirlarki birce verliw reytinqli olsun
indra | 29 aprel 2015 10:02 | Status: VİP user | Şərh: 908
Baxmıram o verilişlərə
Dəniz qızı | 29 aprel 2015 07:42 | Status: Brilliant user | Şərh: 8 017
Mən baxmamışam bu verlişə,amma televizorda söyüş olmaz axı.
T.M.va | 29 aprel 2015 01:51 | Status: Qonaq | Şərh: 0
Sitat: R.M.va
Sitat: Ay_Sun
Maraqli deyil.
R.M.va | 29 aprel 2015 01:15 | Status: Qonaq | Şərh: 0
Sitat: Ay_Sun
Maraqli deyil.
lady sweet | 29 aprel 2015 00:08 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Ay_Sun
Maraqli deyil.
Ay_Sun | 28 aprel 2015 22:08 | Status: Brilliant user | Şərh: 13 408
Maraqli deyil.
gulu_95 | 28 aprel 2015 20:53 | Status: Şərhçi | Şərh: 568
təşəkkürlər