Aktual / TV verilişlər

TV-də fahişəlik məktəbi

Azadqadin.az | 22-02-2011, 20:09
12 444 180

 

Gülər Əhmədova

Milli Məclisin üzvü

 

 

 

Bir-iki gün bundan öncə TV-lərin birində guya sənət (yəni şou) əhlinin həyatından bəhs edən bir verilişə baxırdım.


Açığı, əvvəlcə gördüklərimin və eşitdiklərimin qarşılığında nə edəcəyimi bilmədim. Əvvəl düşündüm ki, yəqin aparıcının bədəninə cərəyan qoşulub. Əndazədən çıxmış boyalı dodaqları, ağzı, gözləri elə əyilirdi ki, qadına çox yazığım gəldi. Öz-özümə dedim, ay millət vəkili, məgər sən buna görəmi TV-lərin efir vaxtını dolduran bayağı verilişlərdən, axmaq seriallardan danışırdın ki, indi lap betərini görəsən?.. Saata baxdım. Saat 9-u keçirdi. Şükür Allaha - düşündüm - deyəsən uşaqlar yatır.

Daha sonra qara, torlu köynəyinin altından qırmızı alt paltarı operator tərəfindən xüsusi həvəslə çəkilən, sənəti ilə deyil, qalmaqalları ilə tanınan bir müğənni xanımın cinsi həyatı, seksi pişik, seksi pələng paltarları və daha nə bilim nələr haqqında dediklərinə qulaq asdıqca, səsimi onlara duyurub demək istəyirdim:

 

 

"Ey Azərbaycan qadınları! Ay bacılar! Siz nəyin xatirinə özünüzü bu günə qoyursunuz? Kimsə sizə deyibsə ki, Anfisa Çexova ilə yarışa girin, aldanmayın! Kimsə sizə deyibsə ki, TV-də özünüzü bu günə qoysanız, sizi arzulayanların sayı artacaq, inanmayın! Desələr ki, küçədə bu verilişdən sonra nəinki qadınlar, hətta özünə hörmət edən kişilər sizin salamınızı almayacaq, inanın! Desələr ki, sizə olan maraq itdi, inanın! Ona görə inanın ki, efirdə artıq özəl həyatınızla bağlı hər şeyi danışdınız. Evinizdəki kamindən tutmuş, «Playboy» jurnalında gördüyünüz özəl paltarlarınıza kimi. İnanın ki, bura Rusiya deyil, Azərbaycandır. İnanın ki, Rusiya ciddi demoqrafik problemlərlə üzləşdiyi, kişiləri spirtli içkilərdən ayırmaq, qadınların dünyaya övlad gətirməsi üçün bu tipli verilişlərin sayını keyfiyyətinə belə diqqət etmədən çoxaldıb. Çünki oralarda vəziyyət çox pisdir. Rus xanımları artıq uzun illərdir ki, dünyaya qaraqaş, qaragöz vasyalar, nataşalar gətirir. Çünki artıq dövlət uşaq doğan qadınlara az qalıb "Milli Qəhrəman" adı versin.

Yaxşı, bəs sizlərə nə olub? Dərdiniz nədir? Özünüz cəhənnəm, artıq sizə kömək etmək çətindir, bu millətin gənc qadınlarına fahişəlik dərsləri niyə keçirsiniz?

Azərbaycanın gənc qadın və qızlarının vəziyyətini düşünən bütün dövlət və ictimai qurumlara deyirəm: «Həyəcan təbili çalın! Başıboş şöhrət ovçuları onlara Anfisalıq öyrədir. Fars rejiminin nökərləri isə başlarını deyil, gözlərini, ağıllarını, ürəklərini də möhürləyib cəhalətə sürükləyir. Laqeyd olmayın! Bunlar sizin qızlarınız, gələcək gəlinləriniz, hər yerdə üzləşəcəyiniz (məktəbdə, xəstəxanada, universitetdə, daha nə bilim haralarda) qadınlardır. Bu gün bu barədə düşünə bilərsiniz. Bu gün biz gələcək Azərbaycan analarını tərbiyə edə bilərik. Sabah halal süd əmmiş vətənpərvər, igid oğullar həyata gətirəcək xanımların tərbiyəsi ilə məşğul ola bilərik. Gələcək Azərbaycan AİLƏSİNİ qoruya bilərik. Yalnız BU GÜN! Sabah gecdir... Artıq o Anfisa olacaq.


ESMERRi | 15 aprel 2016 15:50 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Yagis_Negmesi
Sitat: Nergiz love
BELELERINDEN APARICI CIXA CAMATIN BEYNIN XARAB EDIRLER
Yagis_Negmesi | 30 noyabr 2015 17:12 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: Nergiz love
BELELERINDEN APARICI CIXA CAMATIN BEYNIN XARAB EDIRLER
ayka wirinka | 18 mart 2015 13:41 | Status: Şərhçi | Şərh: 233
terbiyesizler
HESENIM | 10 aprel 2014 18:57 | Status: Gümüş user | Şərh: 1 262
Sitat: leyla meherremova
Yalnız BU GÜN! Sabah gecdir... Artıq o Anfisa olacaq.
O artıq Anfisadır.
Lady Nara | 17 mart 2014 13:23 | Status: VİP user | Şərh: 1 026
utanmirlareee
Nergiz love | 13 mart 2014 21:09 | Status: Professional user | Şərh: 7 871
BELELERINDEN APARICI CIXA CAMATIN BEYNIN XARAB EDIRLER
Nigar | 13 dekabr 2013 14:11 | Status: Gümüş user | Şərh: 6 063
hec xowum gelmirde bu aparicidan
#31# | 7 oktyabr 2013 14:00 | Status: Qonaq | Şərh: 0
Hamiya qosuluram ki !,,
Nazlı_Kız | 21 sentyabr 2013 16:38 | Status: Brilliant user | Şərh: 6 473
allah agil fikir versin bele insanlar ne deyim ee
NURLU | 15 iyun 2013 12:04 | Status: Professional user | Şərh: 5 552
heç sevmire o aparıcını onun haqda deyilenler lap düzdü
Nazli wirin | 22 may 2013 21:01 | Status: Şərhçi | Şərh: 284
biabirciliq
Qanad | 12 may 2013 23:00 | Status: Yazar | Şərh: 4 357
Bu verlisden de aparicidanda zehlem gedir.biabirciliqdir
ayruska | 23 aprel 2013 16:36 | Status: Professional user | Şərh: 3 978
bu qadini hec sevmiremde ozunu ele bil aparir ele bil striptiz klubdadi,biz axi muselman olkesiyiq bes Allah qorxusu harda qaldi?
Akademik | 7 aprel 2013 02:04 | Status: Professional user | Şərh: 4 580

n8

Saida Kerimova | 19 mart 2013 20:11 | Status: Professional user | Şərh: 1 672
Rəzillik... recourse
Nergiz33 | 30 yanvar 2013 20:01 | Status: VİP user | Şərh: 1 079
ay nece maragli bir xeber idi dogurdan ey vasylarin natsalarin angelinlar daha gozleri qara dogulur)))) duz deyir heqiqeten niyeki az qala milli qehreman adi verirler da usag dogan analara baxin yarim milyon rubl verir hokumet ana iikinci usagi dunyaya getiren anaya. heqiqeten maragli xeber idi dogurdan ey ozunu gic yerine qoyan azeri qadini ne dusnursen axi??? cox gulmeli ve esl insan ucunde aglamli veziyetdesen inan
Meqa | 30 yanvar 2013 19:53 | Status: Professional user | Şərh: 2 077
heç sevmire o aparıcını onun haqda deyilenler lap düzdü
AMARILLIS | 28 yanvar 2013 15:42 | Status: Şərhçi | Şərh: 152
TV tek veriliwlerle yox, hem de seriallarla fahiweliye oyredir. Meselen, turk seriallari - atasi qonwunun arvadi ile goruwur, anasi qizinin erile, bagban awbazla, qiraqdan kechen xizeksuren ise magazadaki satici ile. Hamisi uwaq dogur, sonra da 100 seriya bawlayirlar arawdirmaga.. :n40:
_Ay_ | 23 dekabr 2012 00:55 | Status: Gümüş user | Şərh: 394
isiniz gucunuz yoxduda
Gulnare4 | 23 dekabr 2012 00:51 | Status: Gümüş user | Şərh: 1 255
zehlem gedire o qizdan
cin | 12 dekabr 2012 19:02 | Status: Şərhçi | Şərh: 263
sir evden qacdi

sir evden qacdi
ALEV | 15 noyabr 2012 16:57 | Status: Şərhçi | Şərh: 325
COX GOZEL APARICIDI
leylawka | 7 oktyabr 2012 15:22 | Status: Professional user | Şərh: 1 866
SÖZÜN DÜZÜ YAZININ BASLIGI BIR AZ ABIRSIZ OLUM AMMA NEYENEYEK KI DOGRU DOGRUDUR
azeri_oglu | 28 sentyabr 2012 12:11 | Status: Gümüş user | Şərh: 2 243
cox gozel aparicidi :n33:
Torpaq | 28 sentyabr 2012 12:02 | Status: Professional user | Şərh: 3 570
berbaddi.tvde baxilasi proqramlar yox derecesinde
cucem. | 10 sentyabr 2012 18:24 | Status: Professional user | Şərh: 4 415
Sitat: yeva
allah agil versin.ozu pozulub camaatida pozub ardinca aparmag istiyir agilsiz insan.dusuy dusuy verlisler ve aparicilar indi moddadi biz ne qeder deseyde onsuzda yenede baxirlar bu realliqdi dostlar.bir dene olsun seviyeli vetenperver verlis yoxdu hamisi seviyesiz bos bos verlisler.



HEM SEVIYYESIZ HMDE MEDENIYYETDEN.TERNIYEDEN KENAR :n13:
life82 | 17 avqust 2012 13:19 | Status: Gümüş user | Şərh: 985
yeva,
SENE QOŞULURAM.DUPPEDUZ DEDIN :n49:
yeva | 24 iyul 2012 22:42 | Status: Qonaq | Şərh: 0
allah agil versin.ozu pozulub camaatida pozub ardinca aparmag istiyir agilsiz insan.dusuy dusuy verlisler ve aparicilar indi moddadi biz ne qeder deseyde onsuzda yenede baxirlar bu realliqdi dostlar.bir dene olsun seviyeli vetenperver verlis yoxdu hamisi seviyesiz bos bos verlisler.
gunelcik | 15 iyul 2012 20:20 | Status: Gümüş user | Şərh: 421
dəlixanadıee
OZ_DUNYAMIZ | 15 iyul 2012 20:15 | Status: Gümüş user | Şərh: 1 205
AMMA HERDEN BAXMAQ MESLEHETDIRR wink
AXUND DEYIB AYDA 1 DEFE ISTIRAHET ETMEK OLARR :n33: