Aktual / TV verilişlər

"Toy olsun" verilişinin aparıcıları nə düşünür?

Azadqadin.az | 24-02-2011, 11:25
7 617 121


Müsahibənin qonaqları "Toy olsun" verilişinin aparıcıları Elgiz Əkbər və Ulvira Qarayevadır.




ANS TV-nin “Toy olsun” layihəsi Azərbaycan teleməkanında reytinq rekordları qırır. Sizcə, bu, nəyin nəticəsidir?


-Ülvira: İnsanların, xüsusən də azərbaycanlıların ən çox sahib olmaq istədiyi şey ailədir. İnsanlar yalnız ailə içində özünü qorunmuş, müdafiə olunmuş hiss edirlər. Bizim proqrama tənha olanlar üz tuturlar. Ölkəmizdə 1990-cı illərdə çoxlu ailələr dağılmışdı. Bölgələrimizdəki gənclər qazanc dalınca Rusiyaya üz tutmuşdular. Bir çox kəndlər boşalmışdı. Bu səbəbdən də təkcə dağılan ailələr deyil, yaşı ötmüş xanımlarımız da bizə üz tuturlar. Buna görə də bu proqrama həmişə baxılacaq.

-Elgiz: Bu verilişə maraq bizim mentalitetimizdən irəli gəlir. Azərbaycan xalqına toy-nişan həmişə maraqlı olub. "Toy olsun"un məramı və məqsədi gözəl olduğundan insanlar bizi böyük maraqla izləyirlər.
Tanınmış insanların çoxu bizim layihə barədə öz xoş sözlərini bildiriblər. Və bu zümrənin böyük əksəriyyəti dərk edir ki, tək qalmaq çox pis şeydir. İnsanların evlənməsi, ailə qurması, oğul-uşaq sahibi olması çox gözəl haldır. Bizim veriliş də bu məqsədə qulluq etdiyindən xalqın marağı hədsizdir.

Bəziləri veriliş iştirakçılarının davranışını, özünü təqdim etmə bacarığını bəyənmirlər.

Ulvira: Ruslarda bir məsəl var: “Na zerkale neçeqo menyat”. Əslində "Toy olsun" reallığın güzgüsu olduğuna görə bəzilərini qıcıqlandırır. Axı insan güzgüyə baxanda daha gözəl şeylər görmək istəyir.

Əslində mən "Toy olsun"a gələnlərin hər birinin səviyyəsi ilə tamamilə razıyam. Çünki mən yolda, dükanda bu cür insanlarla rastlaşıram. Azərbaycanı da bu cür insanlarla sevirəm. Təbii ki, ziyalılarımızın yeri başqadır. Mən həmin o orta statistik azərbaycanlıları sevirəm.

Elgiz: Elə insanlar var ki, heç ailə mühiti, ata-ana istisi görməyiblər. Biz verilişimizə gələn kasıb və yaxud varlı iştirakçılar, ali təhsilli və yaxud təhsilsiz iştirakçılar arasında fərq qoymuruq. Heç bir iştirakçıya yalandan bəzək-düzək vurmuruq. Kasıbı kasıb, varlını varlı, alimi alim kimi təqdim edirik. Və heç vaxt əksini etmək fikrimiz yoxdur!




"Toy olsun"a müraciət edənlərin sayı çoxdurmu?

Elgiz: Həddindən artıq çoxdur və artan templə də davam edir. Ən böyük səbəblərdən biri də real olaraq gördüyümüz işlərdir. Yəni insanlar gördülər ki, bir-birinin ardınca beş toy etdik. Toyların beşi də çox yüksək səviyyədə təşkil olundu. Cütlüklərə bir-birlərini tanımaları üçün yetərincə vaxt verdik. Onlara cehizlər verdik. İnsanlar şahid oldular ki, bu layihədə başqa maraq güdmürük. Məqsədimiz sırf insanlara səadət bəxş etməkdir.

Ulvira: Müraciət edənlər çoxdur. Bəzən o qədər yeni iştirakçılar olur ki, veriliş boyu onları təqdim etməyə imkanımız olmur. Hər dəfə bu proqramdan o biri proqrama qalırlar. Belə həftələrlə gözləyən yeni iştirakçılarımız olur. Köhnələrə başımız qarışır, elçilər gəlir, tanışlıq-filan. Ona görə də iki saat bizə yetmir. Hər dəfə iştirakçıların çoxluğu üzündən çətinliklərimiz olur. Veriliş davam etdikcə həm iştirakçıların sayı artır, həm də keyfiyyət etibarı ilə dəyişikliklər olur. Artıq ziyalı təbəqə də evlənmək üçün bizə üz tutur. Universitet bitirənlər, xaricdə yaşamış həmvətənlərimiz və s.

Heç olubmu ki, "Toy olsun"a evlənmək üçün üz tutanları geri qaytarmağa məcbur olasınız?

Elgiz: Bəli, olub. Məsələn, sənədlərini yoxlayıb görmüşük ki, keçmiş həyat yoldaşından qanuni sürətdə ayrılmayıb. Ümumiyyətlə, psixoloji durumunda problemi olanları qəbul etmirik, elə xəstələr də var ki, onlara qətiyyən evlənmək olmaz. Və yaxud elələri olur ki, nə işləri var, nə də bir peşələri, amma evlənmək istəyirlər. Belələrinə bildiririk ki, hələ evlənməyə hazır deyillər.

Ulvira : Belə hallar çox olub, hətta efirdə tamaşaçıların gözü qarşısında da olub. Tamaşaçılar aysberqin bir üzünü görürlər. Bizim əsas işimiz efirdən kənarda olur. Hər bir iştirakçının dosyesini rəhbərliyimiz bilir. Biz nəyi biliriksə, rəhbərliyə çatdırırıq. İştirakçının layihədə nə qədər qalacağına birlikdə qərar veririk. ANS nüfuzlu kanal olduğundan, telekanalın nüfuzuna xələl gətirəcək şəxsləri efirə buraxmırıq və ya sonradan da olsa layihədən kənarlaşdırırıq.




Verilişə müraciət edənlərin çoxu nədənsə gənclərdir?

Elgiz: Əslində bu veriliş daha çox yaşlı insanlar üçün, yəni son illərini tənha keçirmək qorxusu ilə yaşayanlar, özlərinə həyat yoldaşı tapmaqda çətinlik çəkən fiziki qüsurlular üçün nəzərdə tutulmuşdu. Amma görürük ki, daha çox gənclər müraciət edir. Bu da yəqin ki, müəyyən problemlərlə əlaqədardır. Biz burada pulsuz toy edirik, cehiz veririk. Mən belə başa düşürəm ki, ailələr məhz bu məqsədlə övladlarını bizim verilişə göndərirlər. Amma onu da deyim ki, bizə imkanlı ailələr də üz tuturlar. Məsələn, Sevinc və Elçin cütlüyü. Onların hər ikisi çox imkanlı ailənin uşaqlarıdır. Amma öz talelərini "Toy olsun" verilişində tapdılar.

Ulvira: Əslində verilişimiz hər iki təbəqə üçün nəzərdə tutulub. Amma öncə yaşlılar üçün. Biz gənclərə də şans veririk ki, gəlib bizim layihədə tanış olub, öz qismətlərini tapsınlar. Amma orta nəsil özünə qulaq yoldaşı axtarır, yəni nəsil də bütün həyatını paylaşmağa can yoldaşı. Gənclər yanılmamaq üçün "Toy olsun"a üz tuturlar. Çünki, ANS kimi şirkət bura qol qoyur. Bu az önəm daşımır. İnsanları bizim layihəyə gətirən elə ANS-ə olan inamdır.

Hamını evləndirirsiniz, bəs özünüz nə vaxt evlənməyi planlaşdırırsınız?

Elgiz: Mənim 34 yaşım var. Heç vaxt nişanlı, evli olmamışam (ürəkdən gülür). Təbii ki, hər bir insanın həyatda sevdiyi bir şəxs olur. Mən uşaq bağçasına gedəndə bir qız sevmişəm. Çox sevirdim onu, hələ də unuda bilmirəm. Məktəb vaxtı bəyəndiyim qız olub. Hər halda evlənmək lazımdır. Kim bilir, bəlkə mən də "Toy olsun"da evləndim.

Ulvira: Bu suala cavab vermək istəmirəm.




"Toy olsun"a zəng vurub sizə elçi düşənlər olubmu?

Elgiz: Çox olub. Sadəcə prodüsserlər o zəngləri efirə qoşmurlar.

Ulvira : Bir dəfə olmuşdu, yarızarafat canlı yayıma bağlamışdılar

Birdən qoşdular. Ola bilərmi ki, Elgiz kiməsə desin ki, “Geyinin, keçinin gəlin”?

Elgiz: Və yaxud da ola bilər ki, hansısa xanım evlənmək məqsədilə verilişimizə gələr və bizim aramızda sevgi yaranar, evlənərik. Niyə də olmasın ki!?


/// ANSPRESS


Nergiz love | 13 mart 2014 21:13 | Status: Professional user | Şərh: 7 871
MARAQSIZDIR
SAYKA NUR | 8 aprel 2013 21:12 | Status: Qonaq | Şərh: 0

noldu bu verlise maraqli idi ulvira haqda melumat yazsaniz cox sevinerem gozleyirem

Milaska. | 23 mart 2013 21:34 | Status: Gümüş user | Şərh: 1 486
BIZE AID BIR WEY DEYIL CUNKI BIZIM MILLET WITIN CXARIR HER WEYIN
Meqa | 30 yanvar 2013 20:07 | Status: Professional user | Şərh: 2 077
Sitat: Aliyeva
men baxmiram baxanida ora gedeni de qinayiram!

GEDENİ QINAYA BİLERSEN AMMA BAXANI ESLA :n3:
Aliyeva | 31 dekabr 2012 20:47 | Status: Yazar | Şərh: 4 036
men baxmiram baxanida ora gedeni de qinayiram!
Nergiz33 | 12 dekabr 2012 16:18 | Status: VİP user | Şərh: 1 079
MENIM HEC BIRINDEN ZEHLEM GETMIR NIYE ZEHLEM GETSIN KI NE GOZEL GULER UZLU XOS SOZLU INSANLARDIR DA KIME PISLIK EDIRLERKI. EKSINE DUZUNU DEYIMKI ZAURLA GUNAYDA YEKEXANALIG VAR ANCAG BUNLARDA YOX. ALLAH HAMSIN XOSBEXT ETSIN AMIN
sweet_girl | 21 noyabr 2012 17:04 | Status: Şərhçi | Şərh: 585
ADI INSANLARDIDA.....KIME PISLIK EDIBLER KI.NIYE ZEHLENIZ GEDIR?
Nurus. | 11 noyabr 2012 16:11 | Status: Brilliant user | Şərh: 6 982
Elgizle,Ulviradan zehlem gedir.Amma Zaurla Gunaya xosbextlik arzulayiram
S24 | 1 noyabr 2012 21:58 | Status: Gümüş user | Şərh: 797
maraqli idi sagolun
leylawka | 7 oktyabr 2012 10:25 | Status: Professional user | Şərh: 1 866
XOSBEXT OLSUNLAR smile
azeri_oglu | 28 sentyabr 2012 11:59 | Status: Gümüş user | Şərh: 2 243
elgizi gorende delioluramda
Torpaq | 28 sentyabr 2012 11:56 | Status: Professional user | Şərh: 3 570
_Nazlim_,
raziyam
_Nazlim_ | 17 sentyabr 2012 23:12 | Status: Professional user | Şərh: 2 267
neyime lazimdi onlarin ne duwunub duwunmemeyi.
sevinc keder | 11 sentyabr 2012 15:59 | Status: Professional user | Şərh: 3 818
BUNLARIN VERLIWLERINE GELENLERDE NEDENSE ELE OZLERINE OXWUYURLARDA :n3:
ET TOKEN-ET TOKEN
cucem. | 10 sentyabr 2012 18:23 | Status: Professional user | Şərh: 4 415
GOR BIZIM GENCLERIMIZI KIMLER EVLENDIRIR :n13:
azeri_oglu | 2 sentyabr 2012 06:40 | Status: Gümüş user | Şərh: 2 243
verliwleri cehennem, ozleride bir wey deyil
rufet ehmed | 31 avqust 2012 11:36 | Status: Gümüş user | Şərh: 1 391
MEN HEC BUNLARA BAXMIRAM BAXMAQ BELE ISDEMIREM
HEYATIM | 8 iyul 2012 00:44 | Status: Professional user | Şərh: 2 110
UFF BULARIN VERLIWDERINDEN HEC XOWUM GELMIRDE MENASIZDI
TATLI GUZEL | 6 iyul 2012 22:10 | Status: Professional user | Şərh: 5 781
cox menasiz adamlardi.hec verlisde apara bilmirler.Prosta ele-bele cixiblar efire guya verlis aparirlar :n20: