Aktual / Gəlin, müzakirə edək!

İslamda çoxarvadlılığ - səhvdir ya düzdür?

Vetenperver | 15-02-2012, 19:22
14 352 169

 

 

 

 

Belə bir sual yaranır: görəsən, Allah-Taala kişiyə birdən çox qadınla evlənməyi vacib əmr kimi buyurmuşdur, yoxsa halal bir iş kimi? Çünki vacib və halal hökmü bir-birindən fərqlənir. Vacib o əmələ deyilir ki, insan onu mütləq yerinə yetirməlidir. Əks halda günah etmiş olar. Halal isə o işə deyilir ki, insan onu edib-etməməkdə ixtiyar sahibidir. Əgər o işi yerinə yetirməsə, ona heç bir günah yazılmaz.
     Qurani-Kərimin ayələrində kişiyə müəyyən şərtlər əsasında birdən çox qadınla evlənməyin halal olduğu göstərilir. Allah-Taala “Nisa” surəsinin 3-cü ayəsində belə buyurub: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxarsınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır”.
       Çox arvadlılıqda əsas məqsədlərdən biri qadının cəmiyyətdə ərsiz və ya arxasız qalmamasıdır. Çünki bu cür qadınlar fərdi və ictimai həyatlarında bir çox çətinliklərlə üzləşirlər. Ümumiyyətlə, hər bir qadın öz ərinin birinci arvadı olmaq istəyir və başqa bir çıxış yolu və yaxud kiminsə birinci arvadı olmasına müvəffəq olmadıqda, ikinci arvad olmağa razılaşır. Daha aydın desək, həmin qadın ərsiz qalmaqdansa, kiminsə qanuni arvadı olmasını üstün tutur.
     Həmçinin, kişi ikinci qadın ilə evlənmədə ixtiyar sahibi olduğu üçün birinci qadın ondan evlənməməyi tələb edə bilməz. Digər tərəfdən, birinci qadının razılaşmaqdan başqa çıxış yolu da yoxdur. Çünki boşanmaq nə məqsədə uyğundur, nə də məsələnin həllidir. Əgər indi o, birinci xanım sayılırsa, boşanandan sonra ya ərsiz, ya da kiminsə ikinci və ya üçüncü xanımı olacaq. Bu səbəbdən həmin qadın ərinin birinci qadını olmasını boşanmaqdan üstün tutacaq.
     Amma bəzi İslam alimlərinin rəyinə görə qadının haqqı vardır ki, ərə gedərkən əqd zamanı şərt kəssin: “Mənim razılığım olmadan ikinci qadınla evlənə bilməzsən”. Bəzi alimlər isə bu şərtin doğru olmadığını söyləyirlər, çünki ədalətlə rəftar edə biləcəyi təqdirdə kişi iki, üç, dörd qadınla evlənə bilər.
     Məsələyə başqa tərəfdən yanaşaq: Cəmiyyətdə kişi və qadının say bərabərliyini nəzərə alsaq, kişilərin qadınlardan az olmasının şahidi olarıq.
     Bunun bir səbəbi də kişilərin müharibə və s. kimi hadisələrdə dünyalarını dəyişməsidir. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı, ailə qurmaq üçün kişilər azlıq təşkil edirsə, ailə qurmaq arzusunda olan qadınlar nə etməlidirlər? Onları himayəsiz buraxmaq olarmı? Axı onların da öz həyatlarını, rahatlıqlarını təmin etmək üçün haqqı vardır.
     Gəlin, başqa növlərə nəzər salaq. Adətən, aparılan müşahidələr say etibarı ilə müqayisədə erkək cinsinin dişi cinsindən azlıq təşkil etdiyini göstərir. Yüz ədəd yumurta üzərində cinsi növlülüyü təyin etmək üçün tədqiqat aparılsa, toyuqların sayı xoruzların sayından çox olacaq. Toyuğun sayca çox olmasının bir səbəbi budur: toyuq bizə yenə də yumurta verir və biz o yumurtadan ya yeyir, ya da o yumurtanı toyuq və ya xoruz çıxarması üçün saxlayırıq.
     Yaxud yüz xurma ağacı əkilsə, onlardan çoxu dişi, azı erkək çıxacaq. Çünki meyvəni gətirən dişi ağaclardır. Yəni dişi xurma ağacı həm xurma, həm də xurma ağaclarının toxumlarını gətirir. Ətrafa diqqət etsək, bütün varlıq aləmində dişi cinsin funksiyasının bu cür olduğunun şahidi olarıq. Səbəbi isə odur ki, erkək cinsi dişi cinsini mayalandırır, o isə məhsul verir.

 Bundan əlavə, İslam şəriəti halalın qarşısına elə bir şərt qoymuşdur ki, az adam onun öhdəsindən gələ bilər

. Həmin şərt ədalət prinsipidir. Kişi, ancaq ədalətə riayət edəcəyinə əmin olduğu təqdirdə birdən çox qadınla nikah bağlaya bilər.
İki arvadlı olmasına səbəb olan amilləri də unutmamalıyıq. Bəlkə birinin arvadı yataq xəstəsidir. Onun üçün ikinci arvadla nikah bağlamaq zərurəti meydana çıxır. O nə etməlidir? O, ikinci arvadı almaqdan ötrü, xəstə arvadı boşanmalıdırmı? Yoxsa gedib başqa qadınla zina etməlidir? Axı, xəstə qadını boşamaq da olmaz, onun öz kişisinə ehtiyacı vardır. Başqa qadınla zina etmək isə haramdır.

     Belə olan təqdirdə kişi nə üçün ona halal olan ikinci qadınla evlənməməlidir?


     Məgər Allah-Taala insanlar üçün nəyin xeyirli, nəyin zərərli olmasını bilmirmi? Əlbəttə ki, Allahın nazil etdiyi hökmlərdə bir sıra hikmətlər vardır. İstər insan o işdəki hikməti anlasın, istərsə də yox. Bu, İlahi hökmə xələl gətirməz. O hikmətləri görməyənlər isə əlbəttə ki, məsələyə öz bəsit düşüncələri ilə yanaşmalı olacaqlar.
     Bəs, ayədəki “ədalət” kəlməsi hansı mənanı ifadə edir?
     Bu ayədə Allah-Taalanın bizdən tələb etdiyi ədalət şərti mütləq ədalət deyil, əksinə, mümkün ola bilən, yəni insanın gücü çata bilən ədalətdir. Belə ki, burada ədalət, kişinin öz arvadları ilə bərabər vaxt keçirməsi, onların xərclərini eyni tərzdə ödəməsi kimi məsələlərdə bərabərliyə riayət etmə anlamını ifadə edir. Təbii ki, kişinin bir qadını üçün israfçılıq edib, o birisi üçün xəsislik etməsi ədalətdən deyil. İslam dini nə israfçılığı, nə də xəsisliyi bəyənir. Lakin kişidən arvadlar arasında məhəbbət baxımından ədalətlə rəftar etməsi tələb olunmur. Kişi birini o birindən çox sevə bilər. Qəlblə bağlı olan sevgi-məhəbbət iradəyə tabe olmadığından ədalət şərti bu məsələyə aid edilmir. Çünki qəlb istər-istəməz ikisindən birinə daha çox meyl edəcək. Amma bu meyl bir qadına o qədər güclü olmamalıdır ki, digəri asılı vəziyyətdə qalsın, (yəni, ayədə vurğulandığı kimi, nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış olsun).
     Peyğəmbərin (s) xanımı Həzrət Aişə deyir: “Rəsulullah (s) gecələrini qadınları arasında bölüşdürərdi və ədalətlə rəftar edərdi. Sonra da duasında deyərdi: “İlahı! Bu, mənim gücüm çata bilən ədalətlə dolanmağımdır. Sənin malik olduğun, mənim isə malik olmadığım ədalətdə məni qınama!” Burada Peyğəmbərin malik ola bilmədiyi ədalət sevgi-məhəbbətlə bağlıdır. Təbii ki, o da bir qadınını digərlərindən çox sevirdi, lakin gecələri bərabər şəkildə bölüşdürərdi.
     Nəzərə almaq lazımdır ki, birdən çox qadınla nikah bağlamaq sosial problemləri həll etmək zərurətindən də irəli gələ bilər.
     

Azadqadin.az administarsiyasi:

Biz islam saytlarından götürülən bu yazını sadəcə müzakirə üçün sizin ixtiyarınıza veririk.

Çoxarvadlılığın hansı mənfi və müsbət cəhətləri var? 


ESMERRi | 10 aprel 2016 14:28 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: boris arxan
mən sevdiyim birini başqası ilə paylaşa bilmərəm
Ajmqmpw | 2 mart 2016 22:59 | Status: Qonaq | Şərh: 0
Qadinlar elbette bununla razi olmayacaqlar,bu teeccublu deyil,bele meseleleri muzakire etmeyi de duzgun hesab etmirem.Allah ne buyurubsa bir hikmeti var,Allah bosh soz demez,elbette o bizi bizden yaxsi taniyir..
boris arxan | 3 aprel 2015 02:21 | Status: Professional user | Şərh: 4 784
mən sevdiyim birini başqası ilə paylaşa bilmərəm
BULUTUM | 12 fevral 2015 23:09 | Status: Professional user | Şərh: 7 387
Ortaqli erin olunca ortaqli malin olsun.hec vaxt qebul ede bilmerem.Ikinci arvad bewinci arvad nedi qabaqindaki baliq bawi zadi.
SEVA | 27 avqust 2014 00:36 | Status: Professional user | Şərh: 5 150
sevdiyim adami basqasi ile paylasa bilmerem
Gulshen. | 23 fevral 2014 10:53 | Status: Qonaq | Şərh: 0
Sitat: Yuxular
mən müsbət cəhət görmürəm. mən sevdiyim birini başqası ilə paylaşa bilmərəm

Yuxular | 16 iyun 2013 00:02 | Status: Şərhçi | Şərh: 186
mən müsbət cəhət görmürəm. mən sevdiyim birini başqası ilə paylaşa bilmərəm
ayruska | 20 may 2013 14:24 | Status: Professional user | Şərh: 3 978
DINDE QEBUL EDILSEDE COXARVADLILIQ MEN HEYATYOLDASIMI HEC KIMLE BOLUSMEREM
Aytekin82 | 6 mart 2013 12:04 | Status: Brilliant user | Şərh: 6 587
Mənəvi və maddi cəhətdən təmin edəcəksə niyə də almasun?))))))))
Mənfi cəhəti özünün sağlamlığı)))))))
Müsbət cəhət isə çoxdur eee nəsil artırmaqdan tutmuş taa nələr nələr))))))))))
_Nazlim_ | 28 yanvar 2013 20:37 | Status: Professional user | Şərh: 2 267
Allah qorusun.neye lazimdir
elena.m | 26 yanvar 2013 12:54 | Status: Qonaq | Şərh: 0
man bela seyi qabul eda bilmaram yoldasim agar 2-ci arvad alarsa catinda olsa o daqiqa bosanaram yoxsa gunum bela kecar :n2:
xanim. | 27 dekabr 2012 00:52 | Status: Qonaq | Şərh: 0
dunyada ele edaletli kishi yoxdu,hem de ki erim menim ustume bir qadin alsa ellbette ki boshanaram ele kishi mene layiq deyi
Torpaq bele baxiram siz boyuk memnuniyyetle razisiniz,erinizin bexti getirib...
Nurus. | 5 dekabr 2012 00:59 | Status: Brilliant user | Şərh: 6 982
Cox arvad almaq cox asandir,amma her kisinin isi deyilki neqeder istese alsin sonrada onlari istedikleri kimi saxlasin
rosee | 2 dekabr 2012 22:02 | Status: Professional user | Şərh: 1 850
men istemerem gelecekde ere getdiyim shexs ustume 2 ci arvad alsin hec vaxt razi olmaram emr memr bilmirem kim nece buyurub vecimede deil.
kisinin arvadi 1 olmalidir 2-3-5 yoxxxxx!!!
:n8:
CIKOLATA | 28 noyabr 2012 04:08 | Status: Şərhçi | Şərh: 213
BEZI KISILER DIND BIR KISIYE 4 ARVAD BUYRULUR DEYE ARXAYIN OZ ISLERINDEDILER AMMA DAVAMINI BILMIRLER NECE OLAR KI 4 ARVAD ALMAQ OLAR
Torpaq | 3 oktyabr 2012 10:19 | Status: Professional user | Şərh: 3 570
XEDICE,
7yoox 4 .amma bu emr deyil.ALLAHIN emr buyurdugu isler var.1ci onlardan baslayaq. NISA 3.e bildirilir ki,''...eger o qadinlarla edaletle dolanacaginizdan qorxursunussa onda 1i ile yaxud sahib oldugunuz cariyelerle kifayetlenin.Bu, haqsizliq etmemeye daha yaxindir''
nurashka | 18 avqust 2012 13:16 | Status: Qonaq | Şərh: 2 167
Sitat: Sun




mence cox arvadliliq cox problem demekdir.qaldi menim fikrime ise men qebul ede bilmerem.sadece mene cetin olar bir qadin kimi.kenarda ne edir etsin amma heyat yoldawi bir nefer olmalidir.ikinci bir qadina doze bilmerem.

Uyh bu nədir ay qiz??! wink
Solnuwka. | 9 iyul 2012 16:53 | Status: Həkim | Şərh: 974
mence cox arvadliliq cox problem demekdir.qaldi menim fikrime ise men qebul ede bilmerem.sadece mene cetin olar bir qadin kimi.kenarda ne edir etsin amma heyat yoldawi bir nefer olmalidir.ikinci bir qadina doze bilmerem.