Aktual / Müəllif yazıları

Nakam bir sevginin tarixçəsi.

laleyka | 27-07-2012, 19:12
14 085 95
Bu söhbət beş il əvvəl olub...

Çox bədbin idi, ilk dəfə idi onu belə görürdüm. Açığı sıx- sıx görüşdüyümüz vaxtlar- tələbəlik illərində həmişə özüm kefsiz olanda dostlar arasında ancaq onu arayırdım ki, görüşək, oturaq bir yerdə, kefim açılsın.
Artıq iki il olardı ki, normal əlaqəmiz yox idi, bir- iki dəfə ötəri dostların məclisində görüşmüşük.

İndi təsadüfən rastlaşıb bir məkanda oturub dərdləşmək istədiyim köhnə dostumun, daim kefcil tanıdığım bir insanın birdən- birə qəflətən intihar dərəcəsinə çatması mənə çox qəribə gəldi...

Özümü saxlaya bilmədim:

- Salamatlıqdır?

- Nə olub?!...

Tanıyırdı, bilirdi ki, belə buraxmayacam onu... Açılışmağa başladı:

- Olmayan olub!... Sən o qızı tanıyırdın də (adıyla dedi, mən yazmıram), lap universitetdən mənimlə....

Sözünü axıra çıxmağa qoymadım:

- Rəhmətliyin nəvəsi, bunu bütün universitet bilirdi... Əvvəldən axıra qədər o qıza görə az qala qız qrup yoldaşlarınla belə kəlmə kəsmirdin, univestitetin Leyli- Məcnununa dönmüşdünüz... Nə olub indi? Evlənərsiniz, narahat olma, düzələr hər şey, təki sən evlən (bilirdim ki ailələri maddi cəhətdən toya hazır deyil).

Bunları xatırladaraq əlimi çiyninə vurub gülümsəməyə çalışdım ki, kefini açım...

Çiynini əlimdən ehmalca sürüşdürüb, yüngülcə istehza dolu təbəssüm göstərdi...

O, mənim yaxın iki- üç dostumdan biridir. Biz demək olar ki, hər şeyi bölüşürük...

Bəlkə də elə buna görə o, uzatmadan stolun üstündəki külqabını barmaqları arasına alıb fırlada- fırlada mətləbə keçdi:

- Kaş heç rastlaşmayaydıq... Ömrümdə bir “səhv” elədim, altından nələr çıxdı ə !...- deyib, nəql eləməyə başladı:

... O vaxt siz gördüyünüz kimi xoşbəxt idik. Hər gün axşamlar kirayə tutub yaşadığım balaca otaq ağlıma gələn arzuları səhər dərsə gedən kimi elə tənəffüsdəcə ona danışırdım. Məsləhətləşirdik. Kasıblığıma, məndən daha imkanlı ailədən olmasına, hətta ailələrində mənə qarşı narazılıqlar olmasına baxmayaraq o demək olar ki, bütün gələcək planlarını mənimlə bölüşürdü.
Artıq əmin idim ki, həyatda çox şeylərdə tay- tuşlarıma həsəd aparsam da, artıq sevilməyimə görə ən imkanlı ailələrin övladları belə mənə həsəd aparırlar.

Həmişə təklikdə Allaha yalvarırdım ki, elə şərait yaratmasın ki, mən onun hansısa istəyini yerinə yetirə bilməyim. Bilirsən, mən ona ilk dəfə hisslərimi bildirəndə o artıq ikinci kursda- məndən bir kurs aşağı oxuyurdu. Qarabuğdayı saçları, iri alma gözləri, yumru sifəti və şux yerişi ilə hamının diqqətini çəksə də kifayət qədər qaradinməz qız idi. Buna görə də o vaxta qədər kim ona yaxınlaşmışdısa, ailə qurmaq məqsədilə yanaşırdı.

Eyni fakültədə oxuyurduq, bütün bunlar göz qarşısında baş verirdi.
Ona bu niyyətlə yaxınlaşanlar arasında elə imkanlı ailədən oğlanlar vardı ki, mənim aylıq xərcim onların bir saatlıq xərcinə ancaq bərabər olardı. Amma onların hərəsi bir- iki ay əlləşsə də ondan heç vaxt müsbət cavab ala bilmirdi. Yaxınlaşana qədər onu izlədikcə bütün bunlar məndə fərəh hiss oyatması ilə yanaşı böyük ümidsizlik də yaradırdı. “O cür oğlanları bəyənməyən mənim üzümə heç baxmaz”-, deyə çox vaxt ümidsizləşirdim.

Amma çox qəribəsi, bəlkə də sonralar məni daha da çox ona bağlayan ən böyük səbəblərdən biri bu oldu ki, o, bu seçimlər qarşısında məni axıra kimi dinlədi. Bir sözlə məni seçdi...

Sonralar marağımı saxlaya bilməyib sözarası üstüörtülü də olsa, bunu ondan soruşanda əsmər bənizi bir az da allanırdı, üzünü yana çevirib: “Sən hər gün qarşımı kəsəndə elə danışırdın ki, özümdən asılı olmayaraq arzularıma doğru ümidlərim artırdı...”.- dedi.

Beləcə gün- gündən sən demişkən, əsl Leyli və Məcnuna çevrilirdik...
Bir gün axşam otağımda uzanıb kitab oxuyurdum. Birdən kirayə qaldığım evin sahibəsi başını öz qapısından uzadıb ənənəvi cır səsilə yenə məni diksindirdi: “ A bala yenə o qızdır, səni telefona çağırır...”.

Nədənsə bu arvad ona həmişə “o qız deyəndə” bərk əsəbiləşirdim, amma qoca arvad idi deyə baş qoşmurdum.
Cəld telefona cumdum. Dəstəyi götürdüm, bir- iki saniyə keçdi, o, başqaları üçün soyuq, mənim üçün doğma olan səslə:

- Kitab oxuyurdun?

- Hardan bildin?

- Yenə salam verməyi unutdun, fikrin yenə kitabda qalıb... (gülür)

O, güldüyü bir neçə saniyə ərzində vaxt tapıb içimdə öz- özümü yaxşıca danladım.

Buna baxmayaraq özümü sındırmayıb onun əhvalını daha da qaldırmaq üçün gülümsəməyə çalışdım:

- Nə əcəb yatmamısan? Həmişə bu vaxt yeddinci yuxuda olursan, nənəm kimi...(mən həmişə onu nənəmlə müqayisə edəndə çox xoşuna gəlirdi, ümumiyyətlə, rayon işvəsi, xüsusilə mənim Qarabağ adətlərim onun çox xoşuna gəlirdi. Onun əsli Qərbi Azərbaycandan olsa da atası Bakıda doğulmuşdu, elə o vaxtdan şəhərdə yaşayırdılar)
Bu dəfə də sözümdən xoşallanaraq, ancaq təklikdə büruzə verdiyi xüsusi əda ilə mızıldandı:

- Nə bilim e... – deyib, sonra şəhər ləhcəsinə rayon işvəsi qatmağa çalışaraq:- Bir səhv edib darıxdım... (yenə güldü)

- Sabah şənbədir, yenə kitabxanaya gedək? Bəlkə bu dəfə teatra gedək? Çoxdandır getmirik...

Xüsusi ərklə sözümü kəsdi:

- Sabah anamla “talkuçka”ya gedəcəyik...- desə də, məni çox məyus halda saxlamadı: Bilirsən, bilmirəm xəbərin var ya yox... Əmrah (türk müğənnisi) Bakıya gəlib, birisi gün konsertidir... Bu gün qızlardan eşitdim...

Təccüblənməyimlə yanaşı, bu, bir az da gülməli gəldi mənə... İlk dəfə idi ki, o, konsertə getmək istəyirdi. Bu iki ildə nəinki konsertə, hətta bir neçə dəfə fakültəmizin “karnaval” gecəsinə getməyimizi istəsəm də, sonda o xahiş edib məni bu fikirdən daşındırımışdı. Elə məndən əvvəl də qrup yoldaşlarının təşkil etdiyi belə tədbirlərdən daim kənarda olan olub.
Bilmirəm ya məni maddi çətinliklərlə üz- üzə qoymaqdan çəkinirdi, ya nə səbbədən idi... Mənimlə həmişə getdiyi yerlər də sadə yerlər olub...

İlk dəfə idi ki, mənə konsertə getməyi təklif edirdi, özü də kimin?- Əmrahın!
Təbii ki, təklifini məmnunluqla qəbul etdim: “Birisi gün səhər saat 10-da həminki yerdə gözləyəcəm”- deyib dəstəyi asdım.

Məni fikir götürmüşdü, cibimdə cəmi “bir şirvan” vardı, evdən də pulu təzəcə göndərmişdilər. Özlüyümdə bir- iki dostumu nəzərdən keçirdim, “sabah açılsın, onlardan bir “on şirvan” borc alaram, düşünüb yorğanı başıma çəkərək yuxuya getdim. Lakin elə səhər tezdən Sarayın kassası qarşısında konsert salonunda təkcə arxa yerlərə biletin birinin 50 dollar olduğunu biləndə elə bil qol- qanadım sınıb yanıma düşdü. Deməli mənə ən azı 100 dollar lazımdır və bu qədər pulu olacaq dostum da yox idi ki, ondan tapam. Hamısı tələbələrdir...

Əlacı üzülmüş adamlar kimi yanımdan keçənlərə dolaşa- dolaşa fikirli halda Saraydan Nizami metrosuna qədər piyada gəldim. Metroya düşdüm. Qatara minməyə həvəsim yox idi, elə bil mindiyim qatar məni Onun yanında pərt olmağa tələsdirəcəkdi... Bir az platformadakı oturacaqlarda oturub həvəssiz qatara mindim, Yasamala -qaldığım evə gəldim...

Dar, balaca otağımda çarpayımın üstünə yenicə özümü yıxmışdım ki, gözüm otağın yuxarı başında divardan asdığım, ev sahibəsinin verdiyi qatlanan güzgüyə sataşdı. Daha doğrusu, daim güzgünün başından asdığım boyunbağına...

Bu boyunbağını böyük nəvəsi olduğuma görə mənə ata nənəm vermişdi, ona da öz nənəsindən yadigar qalmışdı. Bir sözlə, ailəmizin maddi durumuna uyuşmayacaq qədər çox qədim və qiymətli qızıl boyunbağı idi. Ortasında Günəşin maketi olan qızıl klon bəlkə də də indi yoxdur, klonun arxasına 1901 həkk olunmuşdu. Forması elə idi ki, onu həm kişi, həm də qadın istifadə edə bilərdi. Bir sözlə, xalis qızıl olması ilə yanaşı 100-dən çox yaşı olan qiymətli boyunbağı idi. Həm də soy kökümdən yadigar olduğu üçün mənim üçün ikiqat əziz idi. Ona görə də itirəcəyimdən ehtiyat edib heç vaxt üstümdə gəzdirmirdim. Nənəm verəndən gətirib yaşadığım otaqda xüsusi bəzədiyim güzgünün üstündən asmışdım, otağım çox etibarlı həyətdə idi...

Hə qardaş.... düz fikirləşirsən, başqa əlac yox idi... Ya onun ilk dəfə olaraq xahişini yerə salmalıydım, bəlkə də həyatımda ilk yeganə an olaraq bir kişi kimi sevgimdə qarşılaşdığım imtahandan üzü qara çıxmalıydım, ya da bu qiymətli hədiyyədən vaz keçməli idim...

Elə seçim qarşısında qalmışdım ki, bunu heç düşmənimə belə arzulamıram...

Bu qarışıq fikirlərlə sabahı açdım. Dərs günü deyildi, günorta idmana gedəcəkdim. İdmana gedənə qədər də bir qərara gəlməmişdim. İki müqəddəs seçim qarşısında qalmışdım, vaxt daraldıqca az qala ürəyim partlayırdı...

Məşqim çox həvəssiz keçdi, uşaqlar da bunu hiss etdilər. Onlar arasında Ariz (həqiqi adı deyil, şərtidir). məşq yoldaşım olması ilə yanaşı həm də eyni fakültədə oxuyurduq. Həmişə məşqdən bir çıxıb evə gəlirdik, onların öz evləri Yasamalda idi. Yaxın dostluğumuz olmasa da artıq az- çox yoldaşlığımız vardı. Yol boyu əl çəkməyib qəflətən belə məyusluğumun səbəbini dayanmadan soruşurdu. Qərarsızlıqdan dözə bilməyib ancaq pula dərhal və kəskin ehtiyacımla bağlı ürəyimi Arizə boşaltdım. O, dərin fikrə getdi və utancaq formada dedi:

- İmtahanların hamısını (yaz semestri yenicə başlamışdı) atamın köməkliyi ilə vermişəm, evdən pul istəyə bilmirəm. İstəsəm də verməyəcəklər... Bilmirəm sənə necə kömək edəm...

- Narahat olma, canın sağ olsun...- desəm də hardansa, nə vaxtsa məşqdən çıxan vaxt söhbət əsnasında atasının zərgər olduğunu deməsi yadıma düşdü.
Bu yadıma düşəndən heç iki dəqiqə keçməmişdi ki, qəfil cəsarətə gəldim:

- Bura bax! Bəlkə atanla danışasan, həmin boyunbağımı satacam, başqa əlac yoxdu...

- Bəlkə bir az fikirləşəsən? Evdəkilər eşitsə, yaxşı çıxmayacaq (ailəmi nəzərdə tutur)...

Artıq qərar vermişdim:

- Başqa variant yoxdur!

Elə axşamı Ariz ilə görüşüb atasının dükanına getdik. O, məni atası ilə tanış etdi, mən də onun atasını mətləblə tanış etdim və Günəş boyunbağımı çıxardıb masasının üzərinə qoydum. Atası peşəkar zərgər idi, boyunbağına baxmaqla doymurdu... Təbii ki, qiymət danışmadım. Kişi seyfini açıb mənə 150 dollar sayıb verdi. O vaxt bu, az pul olmasa da, hiss etdim ki Günəş boyunbağımın qiyməti deyil, amma nə isə...

Oradan elə birbaşa Sarayın kassasına qaçdım, biri 60 dollar olmaqla orta yerə iki bilet aldım. Sabahı Onunla görüşüb konsertə getdik...

Sonralar evdə dedim ki, kirayə qaldığım yeri dəyişərkən boyunbağımı itirmişəm. Demək mənim üçün, eşitmək isə onlar üçün çox çətin olsa da başqa nə edə bilərdim?...

Aylar, günlər keçirdi və keçən günlər bizi bir- birimizə daha çox bağlayırdı. Artıq bakalavrı bitirmişdim, magistraturada oxuyurdum. O, da axırıncı kursda idi, əlaçı olsa da magistraturaya qalmaq fikri yox idi: “Evimizdə bir alim oldu, bəsdi də...”- deyə, mənə söz ataraq gülürdü. Bununla yanaşı tez- tez ailələrində mənimlə bağlı problemlərinin də olduğunu hiss edirdim, amma buna baxmayaraq bir neçə dəfə qəti olaraq məndən bunu özümə dərd eləməməyimi xahiş edirdi: “Əgər ikimiz bir ata ilə bir ananı (özününküləri nəzərdə tuturdu) razı sala bilməyəcəyiksə, onda nə səndən ata olacaq, nə də məndən”-deyib, zarafatları ilə mənə təsəlli verirdi... Və qəribə idi, o mənim əvəzimə də özünə təsəlli verirdi...

Axrıncı kursda oxuyanda növbəti dəfə rayona, valideynlərimə baş çəkməyə getmişdim. Uzun çək- çevirdən sonra ilk dəfə olaraq anam mənimlə ciddi söhbət etdi. Oradan- buradan söz salıb evlənmək vaxtımın olduğunu bildirdi. Nəhayət, ailəmizin imkansızlığını önə çəkib özünün imkanlı qardaşları (iki dayım var) ilə qohum olmağımızın vacibliyini dedi. Bir sözlə, böyük qardaşın qızı ilə evlənməyimiz təklif etdi: “Bu gün -sabah universiteti bitirisən, sənə “arxa” lazımdır, özün də görürsən ki bizdə elə güc yoxdu, bala”- deyib, daha doğrusu, artıq qərar verdiklərini söylədi, yəni məndən xəbərsiz..

Həm anamla aramızda ilk dəfə olaraq gedən bu mövzunun utancaqlığından, həm də qəzəbimdən özümdə deyildim. Qərarı valideynlərim verməsinə baxmayaraq ani olaraq özümü Bakıda məni gözləyən Onun qarşısında böyük xəyanətkar kimi hiss elədim. Və özüm də bilmədim nə vaxt anama bərk bağırdım, əlimdəki kitabı fırladıb həyətə tolazladım... Özüm də bilmədim bu bağırtı ilə artıq neçə ildir kimisə sevdiyimi, Bakıda məni gözləyən böyük bir ürəyin olmasını bircə- bircə anama anlatdım. Həmin gün axşama kimi nələr oldu, hansı danışıqlar oldu, yadımda qalmayıb. Təkcə gecə şəhərə gəlmək üçün avtobusa minməyə hazırlaşarkən qapı arxasından eşitdiyim anamın hıçqıraraq atama dediyi bu sözlər yadımdadır: “A kişi, uşaq deyəsən daha bizim deyil... Ümidlərimiz öldü...”.

Magistraturanı bitirib planlaşdırdığım kimi aspiranturaya hazırlaşmaq əvəzinə əsgərliyə gedəsi oldum. Yəni aspiranturaya hazırlaşmaq üçün hərbi xidmətdən müəyyən vaxta hərbi möhlət almaq məcburiyyətində qaldım ki, buna da imkanım olmadı. Bunu ilk dəfə Ona deyəndə, gözləmədiyi xəbər olsa da sakit qarşıladı. Üzə vurmasa da hansısa ümidlərinin boşa çıxdığını hiss etdim. Həmin gün gecə yarısına kimi şəhəri gəzdik. Həmişə axşam saat yeddi olan kimi evə tələsirdi, amma bu gün elə bil evə getmək istəmirdi. Xatırladanda ki, gecdir, evdə gözləyərlər, cavabı qısa olurdu: “Bu gündən doymaq istəyirəm...”.

Gecəyə yaxın ayrılarkən soruşdu:

- Neçə gündən sonra gedirsən?

- Bir həftədən sonra hərbi hissədə olmalıyam..

Ani olaraq aciz və ciddi görkəm aldı:

- Qulaq as! Artıq atam da dolayısı ilə üstümə düşüb! Tək onlara heç nəyi sübut edə bilmirəm. Sən lazım idin, amma əsgərlik imkan vermir...(gözündən axan yaşı saxlaya bilmir)...

Təkrar- təkrar evdə olanları mənə açıq danışmasını xahiş etdim, amma üzə vurmasa da əsgərlik qabağı əhvalımı korlamamaq üçün heç nə demədi. Tək bu sözləri həmin gün ayrılana kimi üç dəfə özü də bərk- bərk tapşırdı:

- Sən yetər ki, hər həftə mənimlə əlaqə yarat, məni zənglə də olsa, yada sal, yetər... Allah kərimdir!

Onun bunu mənə tapşırmasının özü mənə xoş gəlmədi.. Məgər o deməsə, mən onu unudacaqdım?!..

Amma sən demə, O, da haqsız deyilmiş...

O vaxt şəxsi mobil telefonum yox idi, heç əvvəldən olmamışdı da... Xoşbəxtlikdən Bakıya düşsəm də hərbi hissə çox “ustav” idi. Həm də əsgərliyin ilk günlərində atamın infarkt xəbəri dünyamı tamam qarışdırdı. Anamla son söhbətimizi xatırlayıb özümü günahkar sayırdım...

Bir sözlə, Hərbi Andı qəbul edənə qədər- düz 40 gün Onunla əlaqə yarada bilmədim. “Prisyaqa” günü şəhərə buraxılan kimi dərhal yaxınlıqdakı avtomat telefondan Onun ev nömrəsini yığdım. Bacısı götürdü və Onun evdə olmadığını dedi. Soruşanda ki, O necədir, yaxşıdırmı və sair, sözüm ağzımda qaldı... Bacısı dəstəyi yarımçıq asdı...

Həmin gün şəhəri dolaşa- dolaşa axşam hərbi hissəyə dönənə kimi dəfələrlə onlara zəng etdim. Hamısında da “evdə yoxdur!” deyib, dəstəyi yarımçıq asırdılar. Artıq məndə şübhə yox idi ki, O, özü telefona gəlmir.

Hərbi Andı qəbul etdikdən sonra bölünərək düşdüyüm bölük əlverişli idi, yəni telefon sarıdan əlverişli yer idi. Zabitlərin bəziləri ilə münasibət yaradıb telefondan istifadə edə bilirdim. Düz bir ay iki gündən bir dalbadal Onlara zəng etsəm də gah “evdə olmurdu”, gah da səsim tanınan kimi dəstəyi yarımçıq asırdılar... Hə, bir təsadüfü də deyim ki, atasına Günəş boyunbağımı satdığım Ariz də əsgərliyi mənimlə düz bir bölüyə düşmüşdü. Artıq onunla ən azı köhnə tələbəlik yoldaşı kimi burada qardaşlaşmışdıq. Amma mən O. barədə nə boyunbağını satarkən nə də əsgərlikdə heç vaxt A.a təfərrüatı ilə heç nə danışmamışam. Ehtiyac da yox idi...
Bir gündə eyni cavabı gözləyərək kazarmada dəstəyi könülsüz götürüb yığan kimi o başdan onun səsi gəldi. Heyhat! Sevincimdən nə deyəcəyimi belə bilmədim. Amma az keçən kimi onun yad və əsəbi səsi məni ayıltdı:

- Nə istəyirsən?! Niyə bizi narahat edirsən?! Sənə nə lazımdır?!

- Nə olub axı?... Bilirəm haqlısan, ilk ay imkan olmadı sənə zəng edim, bilirsən...

Sözümü ağzımda qoydu:

- Saxla bu nağılı, daha gecdir! Mənim 3 il “döyüşdüyüm səngərdə” sən 40 gün tab gətirə bilmədin! Mən sənə görə illərdir atamla soyuq davrandım. Amma sən məni onların yanında yerə vurdun! Mən onlara söz vermişdim ki, universiteti bitirən kimi sizinkilər bizə gələcək, amma sən nəinki bunu etdin, heç məni belə axtarmadın! Mən daha evdə sınmış biriyəm, yalvarıram əl çək məndən!

- Bir dəqiqə...

- Gecdir! Həqiqətən gecdir!!!- deyib zərblə dəstəyi çırpdı.

Günlərlə onun nömrəsini yığsam da, imkan düşdükcə şənbə- bazar buraxılış götürüb şəhərə çıxaraq məhəllələrinə getsəm də o, nəinki mənimlə görüşdü, hətta son günlər telefonda tez- tez mənə nifrət etdiyini deməyə başladı. Açığı artıq axır vaxtlar səsimi eşidən kimi heç danışmırdı...
Başqalarına qəribə görsənər, amma həqiqətən bu vəziyyətə münasib bir səbəb tapa bilmirdim.

Hərbi hissədə də Ariz bir neçə dəfə pərişanlığımı görüb bunun səbəbilə maraqlansa da ona Onun haqqında heç nə demədim, əslində daha danışmağa nə ümidim, nə də həvəsim vardı. Ona görə də Ariz hər dəfə mənə deyirdi:

- Bilmirəm o qız kimdir, amma dəqiq bilirəm ki, bir qızdan ötəri bu günə düşmək mənasızdır.

Arizin sözlərinə baş qoşmurdum, çünki onun axı nədən xəbəri vardı?... Buna baxmayaraq Ariz əsgərlikdə yeganə yaxın dostuma çevrilmişdi. Demək olar ki, qardaş kimi idik.

Bu minvalla aylar keçdi. Artıq bir neçə ay idi ki, Onun təhqirə bərabər rədd cavablarını eşitməmək üçün zəng etmirdim, planım bu idi ki, bir gün birtəhər görüşüb vəziyyətə aydınlıq gətirim. Hərbi xidməti başa vurdum, evimizə- Bərdəyə getdim. Amma çox qalmadım, tezliklə şəhərə qayıdıb dostların köməyilə yaxşı bir firmada işə düzəldim. Bu ərəfədə fürsət gəzirdim ki, Onunla rastlaşım, danışım. Eşitmişdim ki, hətta nazirliklərin birində işə də düzəlib...

Açığı, buna o qədər təəccüblənmədim də, çünki atası da pis yerdə işləmirdi... Buna baxmayaraq məni həmin an dəlicəsinə rahat buraxmayan onun hərbi xidmətimin əvvəlindəki 40 gün ayrılıqdan sonra birdən- birə dəyişməyi idi. Bu, artıq məni onun özündən də çox maraqlandırırdı...
İki ay idi şəhərə qayıdıb işləməyimə baxmayaraq hələ də bu fürsəti tapmamışdım. İşlədiyim firmanın da işləri ağır idi, vaxt eləmək olmurdu.
Hətta haqqında danışdığım həm məşq, həm də əsgərlik yoldaşım Ariz əsgərlikdən qayıdandan bir neçə həftə sonra evləndi, toyuna dəvət etdi, gedə bilmədim. İşdən vaxt edə bilmədim...

Bir gün fürsət edib Arizin nömrəsini yığdım. Görüşüb həm toya gəlməməyimin üzrxahlığını eləmək istəyirdim, həm də Onun barəsində hər şeyi Arizə danışıb məsləhət almaq istəyirdim.

Zəngləşdik. Zəngimə sevinib o, məndən əvvəl görüş təyin etdi (həqiqətən xətrimi çox istəyirdi, əsgərlik bizi daha yaxın etmişdi). “Gənclik” metrosunun yanında görüşdük. Mən ondan toya gəlməməyimə görə, çox üzrxahlıq elədim, o, “heç bir problem yoxdu, biz qardaşıq!” deyib, boynumu qucaqladı. Mən dərhal marağımı saxlaya bilmədim:

- Yaxşı görək, bəs bu qəfil evlənmək haradan çıxdı? Mən bilən sənin sevdiyin- filan yox idi..

O, çox etinasız və sadə cavab verdi:

- Əşşi, nə sevmək?!.. Elə mən əsgərlikdə olanda evdəkilər qohumlardan birini gözaltı ediblər, qayıdan kimi də təklif elədilər, sözlərindən çıxmadım. Bilirsən, evin tək oğluyam axı mən...

- Hə... Əşşi yenə də xoşbəxt ol, həqiqətən çox sevindim- deyib, onu yaxınlıqdakı kafeyə dəvət elədim. Amma o, etiraz elədi:

- Nə kafe?!.. Mən elə bu yaxınlıqda oluram, evi qoyub kafedə oturaq?!...

Soruşanda ki, axı sən şəhərin başqa yerində qalırsan, o,: “atam toy münasibətilə mənə ayrıca ev aldı, atamgildən ayrı yaşayıram indi...”-deyib, göz vurdu...

Onun kifayət qədər imkanlı ailədən olduğunu xatırlayıb onlara getdim. Gənclikdə yaxşı binaların birindən ev almışdı, elə bloka girən kimi binanın adi bina olmaması adama işarə vururdu. İçimi qəribə dostluq qüruru bürüdü... Amma bu, çox çəkmədi, daha doğrusu, onun evinin qapısı açılandan sonra, nəinki o qürür dağıldı, dünyam dağıldı, desəm, azdır... (ilk dəfə olaraq yanımda gözləri doldu- M.A.).

Evin qapısı açılan kimi elə bil məni ildırım vurdu. Tək eşitdiyim sözlər Arizin gülümsəyərək mənə: “Tanış ol, bizim evin xanımıdı....”- deməsi oldu, arxasını eşidə bilmədim. Çünki bu, O, idi... O QIZ! Üzüm od tutub alışdı elə bil, birdən- birə bədənimə güclü qızdırma gəldi.... Heç cürə vəziyyəti həzm edə bilmirdim: Dostum Arizin evləndiyi qohumu mənim illərdir istədiyim, ümidlərimi bağladığım o qızdır....!

Onun məni görəndən sonra içini çəkməsi azacıq məni ayıltsa da bu, çox çəkmədi. Gözlərim ilişib onun sinəsində qaldı- mənim bir vaxtlar ehtiyac üçün Arizin atasına satdığım Günəş boyunbağım onun sinəsindəydi...

... Dostum daha burdan sonrasını danışa bilmədi. Daha doğrusu, hekayətinin ortasından bəri onu izləyən göz yaşlarına hakim ola bilmədi, başını masanın üzərində qollarının arasına alıb üzünü gizlətdi. Mən xeyli onun bu vəziyyətinə tamaşa etdim....

P.S. Onun başına gələn bu əhvalatı beş il sonra- indi yazmaq cəhdi də səbəbsiz deyil. Biz- bir qrup dost- tanış bütün bayramlarda zəngləşirik. Həmişə də o, məndən qabağa düşür. Sonuncu Yeni il bayramında isə ondan qabağa düşüb mən zəng etdim. Telefonu qardaşı götürdü və “... ölüb, qəfil infarkt keçirdi..... iki gün əvvəl “qırxı” idi...”- deyərək şaqqıltı ilə ağladı...

İndi xəyalən onunla: “Bəlkə də yeganə insansan ki, sevgindən tutmuş biz dostlarına qədər hamımız sənə borcluyuq, nə o günündə, nə də ölümündə dost desəm də səndən uzaq oldum, mümkünsə bağışla! Sən nə qədər də əlçatmaz oldun .....!”-deyib, “danışa- danışa” gücüm ancaq bunu yazmağa çatdı...



Müəllif: Mübariz Aslanov

Yagis_Negmesi | 3 dekabr 2015 15:04 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: gece-gunduz
Yalnız əvvəlin və axırıncı oxudum
milashka_167 | 10 noyabr 2015 15:26 | Status: VİP user | Şərh: 1 452
Pis oldum cox
dılay | 7 noyabr 2015 15:01 | Status: Brilliant user | Şərh: 8 185
Cox tesirlendim of.........
ESMERRi | 3 noyabr 2015 00:05 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: gece-gunduz
Yalnız əvvəlin və axırıncı oxudum
gece-gunduz | 1 oktyabr 2015 23:18 | Status: Gümüş user | Şərh: 1 720
Yalnız əvvəlin və axırıncı oxudum
ESMER | 26 sentyabr 2015 16:56 | Status: VİP user | Şərh: 817
Sitat: meley..........
hovselem yoxdi oxuyum
ESMER | 20 sentyabr 2015 23:33 | Status: VİP user | Şərh: 817
Sitat: meley..........
hovselem yoxdi oxuyum
Sienna | 25 iyun 2015 02:03 | Status: Şərhçi | Şərh: 287
tewekkurler
meley.......... | 4 may 2015 16:22 | Status: Şərhçi | Şərh: 221
hovselem yoxdi oxuyum
Kenan25 | 3 may 2015 11:13 | Status: Şərhçi | Şərh: 225
Sitat: Lola 98
Cox uzun idi hovselem catmadi oxumaga yenede yazan eller sag olsun eziyet cekibsiniz
Lola 98 | 15 aprel 2015 10:12 | Status: Qonaq | Şərh: 0
Cox uzun idi hovselem catmadi oxumaga yenede yazan eller sag olsun eziyet cekibsiniz
BULUTUM | 25 mart 2015 17:44 | Status: Professional user | Şərh: 7 392
Sitat: boris arxan
heyatdi ne demek olar
lady sweet | 24 mart 2015 02:18 | Status: Gümüş user | Şərh: 1 880
TESEKKURLER
boris arxan | 3 mart 2015 00:48 | Status: Professional user | Şərh: 4 784
maraqliidi tewekkurler
Nigar | 22 fevral 2015 13:43 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: ●♥ Meley ♥●
tesekkurler
●♥ Meley ♥● | 10 fevral 2015 14:55 | Status: Gümüş user | Şərh: 413
tesekkurler
nurlana nurlana | 7 fevral 2015 08:49 | Status: Gümüş user | Şərh: 1 950
Sekil cox maraqlıdı toxuna bilmediyin biri ücün darıxarsansa darıxdığın insan coxdan toxunmusdur qelbine
jale elizade | 2 fevral 2015 23:07 | Status: Şərhçi | Şərh: 323
ilahi heyatda neler olmur?dogurdan da yawanmiw heyat hekayesidi?
boris arxan | 12 yanvar 2015 01:45 | Status: Professional user | Şərh: 4 784
heyatdi ne demek olar
sirin bala | 1 dekabr 2014 21:18 | Status: Gümüş user | Şərh: 1 669
oxyub bitremedim
N....N92 | 27 noyabr 2014 13:58 | Status: Professional user | Şərh: 4 352
cox uzunnnnn.
Fraulein | 26 noyabr 2014 16:13 | Status: Şərhçi | Şərh: 503
0101 cocx qemli hekayetdi
EMILYA | 18 noyabr 2014 11:23 | Status: Qonaq | Şərh: 0
ne mehebbete ?mehebbet yoxdu vare bir muddet sonra verdis hali alir,amma men yoldasimi cox sevirem,mehebbet bizim evliliyimizdi
Ay_Sun | 3 noyabr 2014 23:50 | Status: Brilliant user | Şərh: 13 409
Cox tesirlendim 0106
KARAGULUM | 30 oktyabr 2014 06:51 | Status: Gümüş user | Şərh: 1 433
Maraqli.ama deymez
Nigar | 17 fevral 2014 12:51 | Status: Gümüş user | Şərh: 6 064
Sitat: meryem30
dogrudan tesirli hadisedi

Röyamsan. | 12 dekabr 2013 12:34 | Status: Brilliant user | Şərh: 6 103
Tewekkurler...

Tewekkurler...
Kenan :) | 21 noyabr 2013 01:05 | Status: Şərhçi | Şərh: 347
twk xebere gore
gabi | 15 noyabr 2013 02:57 | Status: Qonaq | Şərh: 0
artiq saat gece 3 e yaxindir men inanin o qiza deymezdi fikir ne bilim qesd edib olmek men ozumu cox pis hiss etdim
AYAN A-VA | 12 noyabr 2013 20:23 | Status: Gümüş user | Şərh: 1 722
Təşəkkürlər

Təşəkkürlər