Aktual / Müəllif yazıları

Tuman altdakılar, yoxsa tumanın altındakılar? - Yeganə Cansail yazır

Banu. | 1-10-2019, 14:43
362 0

Qonaqlı qaralı şəhərimiz bu günlərdə öz qucağını alman əsilli grafist rəssam Karolina bacımıza açdı. 

Karolina da gözünə döndüyüm necə özünü yaxın hiss elədisə dedi  uzaq durun, mənə divar verin, pərilərim başıma dolanır, nəsə çəkməliyəm. Deyiblər ki, divar? Təki sən bizdən divar istə, dee, bomboş divarlar, götür nə qədər istəyirsən çək də. Amma divarı ayırsalar da Karolina bacıya  bizim nə qədər mentalitetə düşkün, əxlaq gözətçisi olduğumuzu deməyi unudublar. 

Karolina qaragün də uşaq əlinə qələm alan kimi götürüb rənglərini, fırçasını düşüb divarın üstünə. Çəkhaçək, rənglərin ahəngi kənardan izləyənləri möhtəşəm bir əsər intizarında saxlasa da sonda sürpriz başqa olub. 

Təsəvvür edirsiz də acgöz, öz bədənindən bixəbər, qız görəndə ağzının suyunu saxlaya bilməyən, iki təkər qaldıran, evdə xoruz, çöldə quzu balası olanların qadının tumanı altda penis görməsi necə bir həngamə yaradıb? Hələ intellektual, müasir, kosmopolit kimi görünənlərin reaksiyasından heç danışmaq istəmirəm.  

Düz deyiblər ki, cahilin oxumuşu daha təhlükəlidir. “belə xoşunuz gəlir, götürün evinizdən asın o şəkli”, “abrımız həyamız əldən gedib”,  “o şəklə uşaqlar baxır”... bu kimi şərhlərdən onlarla, yüzlərlədir. ən dəhşətlisi isə insanların sənəti, incəsənəti anlamaq istəməməyi, ona əxlaqsız don geyindirməyidir. 

Bu təkcə sözügedən rəsmə aid deyil. Bu yaxında instagram səhifəmdə çılpaq qadın fotosu paylaşdım. Qadın, rəssamın qarşısında arxası ona tərəf əyləşib poz vermişdi. Kölgələr, qadının sümükləri, belindəki “batıq”ları o qədər zərif və incə idi ki, ondan gözünü çəkmək olmurdu. 

Amma insanların reaksiyası necə oldu? əlbəttə ki, aydındır. Kimi, ona əxlaqsız, kimi pul üçün özünü reklam edən küçə adamı, “bomba şey” , kimi də sənət əsəri kimi yanaşdı. 


Bu adamlar heç vaxt kitab üzü açmayıblar. ən azından onlar bilməli idilər ki, bu sənətdir. Bizə dərsliklərdə intibah dövrünün əsərləri tədris olunub. Həmin dərsliklərdə Mikelancelonun “David”i, Rodenin “Öpüş” ü, Venera və başqa sənət inciləri əks olunub. 

Görünür bu əxlaq gözətçiləri həmin dərsliklərin məhz o səhifələrini cırıblar. Yaxud, ümumiyyətlə dərsdə ya ərə getmək, ya da qız tutmaq haqqında düşünüblər. Ən bəlası isə odur ki, bu əxlaq gözətçiləri məsələ özlərinə gələndə müqəddəslik obrazından çıxıb daha betər əxlaqsız olurlar. 

Bu adamlar, nə normal uşaq tərbiyə edir, nə də cəmiyyətə fayda verəcək bir işin qulpundan yapışır. Müşahidələr göstərir ki, belələri daha çox divanda uzanıb telefonda sosial şəbəkələrdə müdrik məsləhətlər verir. 

Uşağına gün ağlamayanlar, evində zibil əlindən tərpənə bilməyənlər gəlib mommy blogger olduğu kimi bu əxlaqsızlar da sosial şəbəkə qəhrəmanı seçilirlər. Öz cinsiyyət orqanınızdan qorxmayın, o sizi yeməyəcək. 

Bu dəhşətli, uçuruma gedən “tərbiyəli” düşüncə tərzinizdən qorxun. Bizi  məhv eləsə belələri edəcək. 

Evdə uşağını döyüb, onun istəklərindən bixəbər olan, çöldə “ayıbdır, uşaq görür” deyənlər. Sosial şəbəkələrdə tumanın altındakını görüb şirə dönən,  ən ağır təhqirlərlə insanları söyən, aqressiya püskürən, həyatda  üz üzə gələndə isə qorxusundan tuman altda gizlənənlər...  Tanrı bizə yar olsun. 

Yeganə Cansail
BAKU.WS

Digər xəbərləri də oxuyun:

“Dedim, yataq otağımız görünür” – Gənc oğlan sosial şəbəkədə tanış olduğu qızla...

Azərbaycanda itkin düşən iki ayın gəlini görün haradan tapıldı - VİDEO

Əhaliyə ŞAD XƏBƏR - “Uşaqpulu”nun məbləği nə qədər olacaq?-Hansı yaş qrupuna nə qədər ...

Toy gecəsi bakirə olmadığı ortaya çıxan 22 yaşlı qızı BU HALA SALDILAR - FOTO

Bakıda dəhşətli hadisə: Gəlin telefonuna kontur yükləyərkən Hacı nömrəsini götürdü Və...