Aktual / Müəllif yazıları

Evdən qaçan qızlar bu TORA DÜŞÜR - Əxlaqsızlığa meyl, yoxsa...

Banu. | 7-02-2020, 08:00
275 0
Demək olar ki, hər il ölkəmizdə yetkinlik yaşına çatmayan qızların fahişəliyə cəlb edilməsi hallarına rast gəlmək mümkündür.


Araşdırmalara görə, azyaşlı qızların əksəriyyəti ya aldadılaraq, ya da məcburən fahişəliyə cəlb edilirlər. Bütün hallarda bu tendensiyanın artması fahişəliyə cəlb olunan  azyaşlı qızların həmyaşıdlarında da bir maraq doğurur. Onlar düşünürlər ki, yaxşı yaşamaq və geyinmək üçün bu yola əl atmalıdırlar. Baxmayaraq ki, azyaşlı qızların fahişəliyə cəlb edilməsi tibbi və psixoloji baxımdan onları uçuruma aparır.


Bəs görəsən, azyaşlı qızların fahişəliyə cəlb edilməsinin qarşısını necə almaq olar?



“Sağlam Toplum” İctimai Birliyinin sədri, jurnalist-sosioloq Lalə Mehralı  açıqlamasında bildirib ki, bu tora adətən evdən qaçan qızlar düşür:


“Azyaşlı qız ailədə mənəvi və ya fiziki zorakılıq gördükdə, azad həyat axtarışında olmaq istəy ilə evdən qaça bilər. Onlar bu addımı atmaqla,  azadlıqlarına qovuşacaqlarını və ailə basqısından yaxa qurtaracaqlarını düşünürlər. Səbəbdən asılı olmayaraq, bütün hallarda geri qayıtmayan və ya ailəsi tərəfindən tapılmayan azyaşlı qızların fahişəliyə cəlb edilməsi daha çox yayılır. Bu məsələdə sosial şəbəkələr və serialların təsiri, Avropaya meylliliyin yüksək olması da məlum tendensiyanın artmasına yol aça bilər. Çünki əvvəllər azad həyata meyl yüksək səviyyədə deyildi”.


Bir neçə il öncə "İnsan alverinə qarşı mübarizə haqqında" Qanuna dəyişikliklərin müzakirəsi zamanı deputat Siyavuş Novruzovun ölkədə fahişəliyin leqallaşdırılması təklifinə də münasibət bildirən sosioloq Lalə Mehralının fikrincə, bu təklif çıxış yolu deyil və absurd fikirdir:


“Ölkəmizdə fahişəliyin leqallaşdırılması yolverilməz və mental dəyərlərimizə zidd addım olar. Azyaşlı qızların fahişəliyə cəlb edilməməsi üçün ailələrdə maarifləndirmə işləri aparılmalıdır. Valideynlər qızın yaşına uyğun tərbiyə verməlidir. Valideynlər uşaqlarını elə böyütməlidir ki, qızları nəyin təhlükəli, nəyin təhlükəsiz olduğunu dərk etməlidirlər”.

Redaktor.az