Aktual / Müəllif yazıları

Kəramət Böyükçöl feminist qadınları aşağıladı: "Kimsiniz axı? Saçınıza bir tumar dəyən kimi özünüzdən gedirsiz"

Aynur_Qurbanqizi | 8-02-2019, 18:05
561 0

Tanınmış yazıçı Kəramət Böyükçöl kişi və qadınların bərabər hüqüqlü olmasını təbliğ edən feminist qadınları aşağılayıb. Azadqadin.az həmin açıqlamanı oxuculara təqdim edir: 

"Ümumiyyətlə, qadın tarixin ictimai-siyasi formasiyalarının içərisindən müstəqil bir varlıq kimi çıxa bilməyib. Həmişə od keşikçisi, nəsil artırıcısı olaraq qalıb. Təsəvvür edin, Azərbaycan qadınına 2 min il vaxt verilib və bu vaxt ərzində uzaq başı Sara xatun olublar. Və hamı onu Uzun Həsənin anası kimi tanıyıb. Aləmşah bəyim olublar, hamı deyib ki, Şah İsmayılın anasıdı. Qadından bir Nizami Gəncəvi olubmu? Nəsimi, Füzuli olubmu? Bəs niyə onlara ikinci dərəcəli varlıq kimi baxılmasından narahatdılar? Nə istəyirlər? Səndən Napaleon olar? Səndən Pyotr olar? Dözə bilməzsən! Saçına bir tumar dəyən kimi özündən gedirsən, pişik kimi sığallanmağa məhkum bir varlıqsan. Qadınsan da, bunu niyə özünə sığışdırmırsan? Eynşteyn olmusan? Ən yaxşı halda Afaq Məsudsan da, onu da Vaqif Bayatlı ilə Ramiz Rövşən yazıçı eləyib. Azərbaycan, eləcə də dünya tarixində kişi ilə müqayisədə böyük təfəkkür sahibi olan qadınların sayı neçədi? Ümumiyyətlə, varmı? Topası Dostoyevskinin ən zəif əsərinin çəkisində deyil. Qadın bir gülə məğlub olan zərif bir varlıqdı, bunu anlamaq çətidirmi? Sən kişi əzablarını çəkə bilərsən, buna hünərin çatar?

Məsələn, bəşəriyyəti inkişaf etdirən ixtiraların (odun, təkərin, kitab çapını, saatın, mühərrikin, radionin, telefonun və s.) heç birinin müəllifi qadın deyil. Bəs xeyir ola bu dünyanı kişi ilə bərabər paylaşmaq istəyirsən? Hansı haqla? Axı buna təfəkkürün, düşüncən imkan vermir. Məsləhət olsaydı, 124 min peyğəmbərin biri qadın olardı da! Qadının kişidən bircə üstünlüyü var: doğmaq! Onlar isə özlərini çox şeydə kişidən üstün bilirlər. Elə bu yekabaşlığına görə təbiət hər ay qadının cəzasını verir.

Boşanmaların sayının sürətlə artmasına səbəbləri təbii, çoxdur: uzun müddət adət-ənənə ölkəsi olmuşuq, qadının indi-indi hüquqdan başı çıxır, sosial problemlər, qadının iqtisadi müstəqilliyinin get-gedə artması və s. Ancaq təkrar edirəm, qadının ilahi görəvi var: od keşikçisi, nəsil artırıcısı. Hesab edirəm ki, boşanmaların ən ümumi səbəbi də qadının od keşikçisi, nəsil artırıcısı olduğunu altşüurda özünə sığışdırmamasıdır. Dirəşiblər ki, biz də kişiyik! Başa sala bilmirsən ki, sən kişi deyilsən, nakişisən.

Bu xəbərləri MÜTLƏQ oxuyun:

600 bal toplayan tələbə qızın virusdan öldüyü deyilir - Fotolar

Hansı bürclər 2019-da daha çox pul qazanacaq? Bu ilin ən şanslı bürcləri...YENİ

Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı-Əməliyyatlar pulsuz olacaq

Bolqarıstanlı həkimin ŞOK tapıntısı: 4 qaşıq ye XƏRCƏNGƏ YOLUXMA.!

Bu mövsümlərdə keçməyən inadçıl öskürəyi 2 gündə keçirəcək möhtəşəm resept