Aktual / Müəllif yazıları

Sev"M"irəm!(19-cu bölüm)

Selenity | 25-04-2013, 20:00
9 633 34

Yasəmən vecsiz gözlərlə Eldara baxırdı. Onun dediyi sözləri anlamağa çalışırdı. Birdən Nilufərlə Eldarın təəccüblü baxışlarına məhəl qoymadan gülməyə başladı. Sonunda özünə gəlib, hələ də arada gülərək dedi:
-İndi güya sən məni sevirsən?
Eldar Yasəmənin bu reaksiyasından təəccüblənmiş halda kəkələyərək dedi:
-Hə..hə. Həm...həmdə çox sevirəm...
Yasəmən birdən ciddi üz ifadəsi alıb dedi:
-Bu sevgi deyil. Sevgi belə olmaz. Senin güya ki, məni sevdiyini hamı-mən, ailəm, sənin ailən, dostlarımız bilirdi. Bəs mənə niyə əvvəllər etiraf etmirdin? Çünki sevginin arxasında dura bilməzdin. İndi də "sən yeriyəndən sonra" deyirsən, yəni mənim yeriməyim sənə bu qədər vacibdi? Məncə sevgi sadəcə sevdiyinin nəfəsini yanında hiss edərək bir ömür yaşaya bilməkdir. Bir qüsuruma görə mənə olan "sevginin" arxasında dayanmadın əsla. Aydının məni əsla sevməyəcəyini deyirsən. O sevməsədə çəkinmədən mənimlə evləndi, sən güya sevərkən buna cəsarət etmədin. Onun gözünün həmişə başqalarında
olduğunu dedin, o biraz şorgözdə olsa əsla evli qadına göz dikməzdi sənin kimi. Əgər sənin sevgin budursa mən sənin kimi bir "sevən" yerinə, Aydın kimi "sevməyən"lə evlənməyimə sevinirəm.
Yasəmən bu sözləri deyib əsəbi halda üzünü yana çevirdi. Qucağına bir dəstə qızılgül qoyulduğunu hiss edib, qabağa baxdıqda Aydının Eldarın yaxasından tutub güclü bir yumruq ilişdirdiyini gördü.
Aydın durmadan yumruqlayırdı Eldarı. Heç bir söz demədən sadəcə vururdu, əslində sözə ehtiyac yox idi, hər ikisi niyə dalaşdıqlarını bilirdi. Artıq heç bir müqavimət göstərə bilməyən Eldar, ağzı-burnu qan içində yerə yıxılmışdı. Bundan qorxan Nilufər Yasəmənə yaxınlaşıb dedi:
-Jasmin nəsə eləməliyik, öldürəcək onu.
Yasəmənidə qorxudurdu Aydının bu halı, lakin içinə dolan qəribə qürur hissiylə seyr edirdi onu. Nilufərin sözlərindən həqiqətən nəsə etməli olduğunu anlayıb bir anlıq düşündü. Ağlına gələn fikirlə gülümsəyərək Nilufərə baxıb göz vurub, sanki huşunu itirmiş kimi gözlərini yumub başını əydi.
Rəfiqəsinin planını başa düşən Nilufər gülümsəyib, süni təlaşla:
-Jasmin nə oldu sənə?!- qışqırıb onu yanına diz üstə çökdü.
Aydın Nilufərin qışqırığını eşidib, yerə yıxıb üzərinə çıxdığı Eldara sonuncu yumruğunu atıb, üzünü çevirib onlara tərəf baxdı. Yasəməni huşsuz halda görüb cəld ayağa qalxıb ona tərəf gəldi. Üzünü əllərinin arasına alıb qorxu qarışıq təlaşla:
-Yasəmən yaxşısan? Aç gözlərini-deyib onu ayıltmağa çalışırdı.
Nilufər Eldarın güclə ayağa qalxıb səndələyərək getdiyini görüb pıçıldadı:
-Getdi Jasmin.
Nilufərin bu sözündən sonra Yasəmənin gözlərini açdığını görüb nə baş verdiyini anlayan Aydın, Eldarın ardınca getmək üçün arxaya çevrilmək istəyirdiki, Yasəmən onun əlindən tutub uşaq məsumiyyəti ilə ona baxaraq dedi:
-Getmə...
Aydın Yasəmənin bu baxışlarına dözməyib, getmək istəsə də dayandı. Yasəmənin əlini tutan əlini sığallayıb pıçıldadı:
-Yaxşı... Amma birdə qarşıma çıxsa öldürəcəm onu.
Birdən bic-bic gülümsəyərək:
-Deməli mənimlə evləndiyinə sevinirsən?-deyib mənalı-mənalı baxdı
Yasəmənə.
Yasəmən bu sözdən biraz tutulub, əlini cəld çəkərək, uşaq şıltaqlığı ilə dodağını büzüb:
-Mən onu söz gəlişi dedim.-deyib gözünü süzdürdü.
Aydın gülümsəyib:
-Əlbətdə, əminəm elədir.
-Mən hər bir Azərbaycanlı qadını kimi davrandım. Həm ondan zəhləm gedir deyə, sındırmaq istədim.
Aydın yüngülcə başını yelləyib:
-Bəhanələr uydurma. Sən mənim Yasəmənim kimi davrandın. Nə qədər inkar etsəndə məni sevdiyini bilirəm-deyib bic-bic gülümsədi.
Yasəmən biraz tutulsada inadkarlığından əl çəkməyib, əsəbi şəkildə:
-Pah! Bu hardan ağlına gəlib bilmirəm. Mən səni sevmirəm! Bu boş xəyallardan əl çək!-deyib üzünü çevirdi.
Aydın Yasəmənin bu inadkarlığına ürəyində gülüb, ələrini cibinə qoyub vecsizcə çiynini çəkib:
-Məndən fərqli olaraq yalan deməyi heç bacarmırsan. Eybi yox, mən sənin bu inadını qıraram gözəlim-deyib arxasını dönüb asta addımlarla getdi. Birdən cəld arxaya çevrilib gözlədiyi kimi Yasəmənin arxasınca baxdığını görüb, gülümsəyərək göz vurub yoluna dəvam etdi...

Fərid parkda
oturacaqda əyləşib Nilufəri gözləyirdi... Əslində hər şey Yasəmənin ad günündə Nilufərin Fəridə sərt davranması ilə başlamışdı. Hər bir oğlan kimi, Fərid də "əldə olunmazı" axtarırdı və Nilufəri o hərəkətindən tapdığını anlamışdın. Həmin gündən sonra Nilufərdən əl çəkmədi. 1 aydan çox arxasıyca süründükdən və bol-bol zərbə aldıqdan sonra Nilufəri fikrinin ciddi olduğuna inandıra bilmişdi. Amma əlaqələrini ikisidə dostlarından gizlətməyə qərar vermişdilər. Çünki Yasəmənlə Aydın tez-tez dalaşırdı və onlarda öz dostunun tərəfini saxlayırdı. İki sevgili əvəzinə, Aydınla Yasəmənin dostu kimi tərəflərini saxlamaq daha asand idi. Lakin onlarının bu "gizli eşqini" Yasəmənlə Aydın çoxdan anlamışdı...
Fərid uzaqdan Nilufərin gəldiyini görüb ayağa qalxıb ona tərəf getdi. Əlini tutub gülümsəyərə:
-Necəsən sevgilim?-deyib yanağından öpmək istəyirdiki Nilufər onu əliylə saxlayıb qaşlarını çataraq dedi:
-Ey, həddini bil
Fərid yazıq-yazıq ona baxıb:
-Yaxşı-deyib pıçıldadı:
-ALLAHım nəydi mənim günahım.
Nilufər onun bu sözünə gülümsəyib:
-Oğlan olaraq dünyaya gəlmən-deyib, birdən ciddiləşib əlavə etdi:
-Nəysə, biz bura o inadkarları barışdırmaq üçün gəlmişik, ALLAHa üsyan etmək üçün yox. Təcili nəsə fikirləşməliyik-deyib Fəridin əlindən tutub biraz kənardaki oturacağa tərəf çəkib apardı...

Yasəmən otaqda kitab oxuyurdu ki, birdən Nilufər içəri girib dedi:
-Jasmin Əli dayını çağır gəlib bizi aparsında bulvara.
Yasəmən başını qaldırıb sınayıcı nəzərlərlə rəfiqəsinə baxıb dedi:
-Bu hardan ağlına gəldi?
Nilufər biraz tutulub:
-Heç, ürəyim istədi. Nolar gedək Jasmin-deyib uşaq məsumiyyəti ilə Yasəmənə baxdı. Yasəmən onun bu baxışlarına dözməyib gülümsəyərək dedi:
-Yaxşı, indi zəng edərəm...

Nilufərlə Yasəmən yarım saat idiki teleqüllənin yaxınlığında dayanmışdılar. Nilufərin durmadan ətrafa baxmasından şübhələnən Yasəmən ona diqqətlə baxıb dedi:
-Nilu niyə burda tərpənmədən dayanmışıq və sən niyə özünü şübhəli aparırsan?
Nilufər Yasəmənin bu sualından çaşıb nə deyəcəyini
bilmədən çiynini çəkdi. Üzünü çevirdikdə göyə qalxan 100-lərlə şarı görüb Yasəmənə baxıb sevinclə dedi:
-Jasmin ora bax, gör nə gözəldi.
Yasəmənin şarlara heyranlıqla baxmağından istifadə edib sakitcə ondan uzaqlaşdı.
Yasəmən balaca uşaq kimi sevinərək göyə qalxan qırmızı şarları seyr edirdiki, yanında birinin olduğunu hiss edib üzünü çevirdikdə əlində eyni qırmızı şar olan Aydını gördü. Onu daha çox təəccübləndirən isə şarın üzərində "SƏNİ SEVİRƏM GÖZƏLİM" yazılması idi.
Aydın Yasəmənin yazıya diqqətlə baxdığını görüb açıqlamaq istədi:
-Əslində adını yazdırmalı idim, amma arvadımın adını hər adamın bilməsini istəmədim.
Yasəmən Aydından bunu heç gözləmirdi. Elə burda onu nə qədər sevdiyini demək istədi, lakin son anda özünü saxlayıb güclə pıçıldadı:
-Çox sağ ol Aydın. Amma bu heç nəyi dəyişdirməz-deyib ağlamamaq üçün gözlərini yumdu.
Aydın qəzəblə yumruğunu sıxıb qışqırdı:
-Bəsdi! Anlamırsan...
Aydın:
-Bəsdi! Anlamırsan, sənsiz nəfəs belə ala bilmirəm! Sənsiz bacarmıram-deyib Yasəmənin qarşısında diz üstə çökdü.
Yasəmən Aydının bu hərəkətindən və onlara baxan insanlardan utanıb başını aşağı salıb pıçıldadı:
-Aydın xahiş edirəm qalx. Hamı bizə baxır.
Aydın vecsizcə çiynini çəkib:
-İnan mənim daha ciddi problemlərim var. İndi yanımızdan keçən hər sevgilisi oğlan mənə nifrət edir-deyib yazıq-yazıq gülümsədi.
Yasəmən başını qaldırıb:
-Niyəki?-deyib təəccüblə Aydına baxdı.
Aydın gülümsəyib:
-Yasəmən bura Azərbaycandı. Mənim elədiyimi heç bir oğlan etməz. 1 ay bundan qabaq mənim etdiyimi bir dostum etsəydi, hər görəndə gülərdim ona. İndi vecimə deyil. Mən səni istəyirəm və səni geri qaytarmaq üçün bütün dünyanın qarşısında sənə yalvarmağa hazıram, amma bunu etməsək daha yaxşı olar hə gözəlim-deyib Yasəmənin əlindən tutub uşaq şirinliyi ilə gülümsədi.
Yasəmən gülümsəyib:
-Yox, yox eləmə, lazım deyil. Onsuzda indi yetərincə biabr oluruq-deyib süni əsəbiliklə gözünü süzdürdü.
-Əla, onda bağışla məni gedək evimizə. İnan məndə bu vəziyyətdə heç də rahat deyiləm.
Yasəmən biraz düşünürmüş kimi davranıb, gözlərini qıyaraq Aydına baxıb soruşdu:
-Yəni belə tez?
Aydın təəccüblə:
-Tez? Hardasa bir həftə keçib. Heç də tez deyil.
-Aydın illərlə özünü bağışlada bilməyən insanlar var.
Aydın:
-Bu onların öz səfehlikləridi. Sevən adam əlindən gələni edib özünü bağışladar mütləq-deyib qalib gəlmiş kimi gülümsədi.
Yasəmən onun bu lovğalığına əsəbləşib:
-Pah. Bu o qədər də asand deyil Aydın bəy-deyib əllərini çəkdi.
Aydın onun bu şirin əsəbiliyinə gülüb:
-Yaxşı ki, "mənim kimi" demədim, yoxsa pis sınardım-deyib başını yellədi.
Yasəmən dodağını büzüb, uşaq şıltaqlığı ilə dedi:
-Özündənrazı.
Aydın təəccüblə Yasəmənə baxıb:
 -Mənəm özündənrazı? Bu halıma bax, camaatın gözü qabağında qarşında diz çökürəm. Məncə burda yeganə özündənrazı sənsən. Sənin yerinə başqa qız olsaydı çoxdan  atılmışdı boynuma.
Yasəmən əsəbi tərzdə:
-Eləmi? Onda get başqa qızın yanına, o dolansın boynuna-deyib gözlərini süzdürdü.
Aydın gülümsəyib:
-Problem ondadıki mən başqasına yox, sənə aşiq olmuşam. Görəsən kimin ahın almışamki ALLAHda mənə səni verib-deyib süni təəssüflə başını yellədi.
-Pah. Əsas ALLAH keçmiş və gələcək günahlarıma görə səni mənə verib! Sənə dözdüyümə görə yəqin cənnətə düşəcəm.
Aydın bic-bic gülümsəyib:
-Deməli ALLAHın bizi bir-birimizə verdiyini qəbul etdin gözəlim-deyib mənalı-mənalı baxdı.
Yasəmən Aydının tələsinə düşdüyünü anlayıb, heç nə demədən donub qaldı. Əslində deməyə söz tapmırdı. Utanıb başını aşağı saldı. Sonra özünü toplayıb Aydına baxıb pıçıltıyla:
-Dəli...-deyib gülümsədi.
Aydın Yasəmənin inadını qırdığını anlayıb gülümsəyərək dedi:
-Bu qızların dilində 'səni çox sevirəm' deməkdi hə?
Yasəmən uşaq şıltaqlığı ilə çiynini çəkib:
-Yox. Heç də elə demək deyil. Dəli, elə dəli deməkdi-deyib gözünü süzdürdü.
-Hı hı, inandım.
-Heç inanmada, mənə nə?.
Aydın Yasəmənə baxıb:
-Normal bir qız bu jestimdən sonra mənimlə dalaşmaq əvəzinə eşqnamə oxuyardı
bilirsəndə?-deyib gülümsədi.
Yasəmən də Aydının bu sözünə gülümsəyib dedi:
-Deməli mən normal qız deyiləm.
Aydın Yasəmənin əlini tutub gözlərinə baxaraq:
-Normal qız olsaydın mən səni belə çox sevməzdim-deyib gülümsədi.
Yasəmən Aydının baxışlarından utanıb başını aşağı saldı.
Əslində onlara qalsa bu romantik vəziyyətdə çox qalardılar, lakin bayaqdan onlar hiss etmədən ətraflarına toplaşan adamlardan biri-təxminən 65 yaşlı bir nənə onlara yaxınlaşıb şirin əsəbiliklə dedi:
-Ay qiz nə çox naz edirsən? Bu yazıq uşaq bayaqdan yalvarır, əgər sən bağışlamasan aparıb evimizə öz nəvəmi verəcəm bu balama.
Yasəmənlə Aydın nənənin bu sözlərindən təəccüblənib donub qalmışdılar. Aydın özünə gəlib Yasəmənin danlanmasına ürəkdən gülməyə başladı. Yasəmən Aydının güldüyünü görüb əsəbi şəkildə ona baxıb dedi:
-Ey, bu haqsızlıqdı! Günahkar olan sənsən, danlanan mən.
Aydın yalandan yazıq görkəm alıb dedi:
-Axı mən peşman olmuşam, sən isə hələ də məni incidirsən.
Bayaqdan onlara qulaq asan nənə:
-Ay qız çox incitmə
uşağı. Nə eliyib, qələt eliyib, bağışla getsin-deyib gülümsündü.
Yasəmən Aydına baxıb:
-Ən azından az da olsa səni danladı-deyib gözünü süzdürdü.
Aydın bic-bic gülümsəyib:
-Yasəmən inan indi məni bağışlamasan nənə səni döyəcək-deyib gözüylə nənəni işarə etdi.
Yasəmən nənəyə baxıb həqiqətəndə onun zəhmindən qorxub, güya ürəyincə deyilmiş kimi pıçıldadı:
-Yaxşı bağışlayıram səni. Amma nənənin xətrinə ha.
Aydın sevinclə gülümsəyib öpmək üçün Yasəmənə yaxınlaşırdıki nənənin səsi onu dayandırdı:
-A gedə xalxın qızın niyə öpürsən?
Aydın qorxu qarışıq təəccüblə dedi:
-O xalxın qızı deyil, mənim arvadımdı.
-Bıy. Sən bayaqdan öz arvadına yalvarırdın? Kül başına, cılız şeydi, vur qoltuğuva apar evinədə.
Aydın Yasəmənə baxıb:
-Niyə bu fikir mənim ağlıma gəlməyib. Boş yerə bu qədər əziyyət çəkdim-deyib Yasəmənin ona qəzəblə baxdığını görüb əlavə etdi:
-Amma gözəl arvadımın nazıyla oynamaq mənə daha xoşdu.
Yasəmən gülümsəyib dedi:
-Yaxşı, sən get, birazda burda qalsan bizi döyəcəklər.
-Mən sənsiz heç yerə getmirəm.
-Get, mən sabah əşyalarımı yığıb gələcəm.
Aydın uşaq şıltaqlığı ilə:
-Sən indi gəlsən, əşyaların sonra gələr.
-Bəsdi Aydın, uşaqlıq eləmə, get.
Aydın könülsüzcə ayağa qalxıb, Yasəməni öpmək üçün əyilirdiki nənənin hələ də zəhmlə ona baxdığını görüb sadəcə yanağından öpdü. Gedərkən ətraflarındaki insanları öz kəskin baxışlarıyla qovmağı unutmadı...

2 SAAT SONRA:
Yasəmənlə Nilufər hələ də milli parkda söhbət edirdilər. Getdikcə havanın qaraldığını görüb Nilufər dedi:
-Jasmin bəlkə gedək? Həm əşyalarını yığmalıyıq.
Yasəmən "yaxşı" mənasında başını yellədi. İkisi yola tərəf gedirdilərki Nilufərin telefonuna zəng gəldi. Yasəmən zəngin kimdən gəldiyini anlayıb mənalı şəkildə ona baxıb:
-Yaxşı, biraz o tərəfdə danışa bilərsən-deyib gülümsədi.
Nilufər utancdan qızarıb:
-Jasmin gözlə, 5 dəqiqəyə gəlirəm-deyib telefonu açıb uzaqlaşdı.
Yasəmən yolun digər tərəfindəki maşınına baxıb, Nilufəri maşında gözləməyi qərara alıb yolu keçmək istədi, amma
yolun ortasında təkəri çökəkliyə ilişdi. Çıxmağa çalışırdı, amma o qədərdə qorxmurdu. Onsuzda park yolundan maşınlar aşağı sürətlə keçirdilər və artıq 5-6 avtomobil yanından zərərsiz keçmişdi...

Aydın evə gəlib, bir başa Yasəmənin otağına getdi. Sevinclə yatağa üzanıb pıçıldadı:
-Sənsiz keçəcək son gecə gözəlim...
Birdən gözünə tumbanın üstündə duran dəftər sataşdı. Əlinə alıb vərəqləməyə başladı. Bu Yasəmənin şeir dəftəri idi və Aydın ondaki bütün şeirləri oxumuşdu. Hətda birini Yasəmənə mahnı kimi oxumuşdu. Bu fikirlərlə dəftəri vərəqlədikdə diqqətini son səhifədə olan adsız bir şeir çəkdi:

Bağışla məni sevgilim, uzaqdayam.
Buraxıb getdim sənin əllərini.
Keşkə bu an yanında ola bilsəm,
Silə bilsəm yaş axan gözlərini.

Sən idin mənim qoruyucu mələyim,
İlk sevgim, tək sevgim və son nəfəsim.
Amma unutma bunu əsla sevgilim,
Mən sonsuzadək olacam sənin.

Gəlmə daha hər gün məni görməyə,
Görməyim kədərini, eşitməyim ahlarını.
Niyə unutmursan axı məni sevgilim?
Göz yaşların yandırır soyuq məzarım...
Aydın oxuduğu şeirdən təsirlənib dəftəri örtüb, içinə dolan səbəbini bilmədiyi kədərdən qurtulmağa çalışdı.

Yasəmən yolun ortasında çökəkdən qurtulmağa çalışırdı. Tək bacarmayacağını anlayıb Nilufəri gözləməyə başladı. Hələ də qorxmurdu. Avtomobillər yanından yavaşca keçirdi. Lakin birdən siqnal səsinə diksini yana baxdıqda son sürətlə üstünə gələn maşını gördü. Avtomobil böyük sürətlə getdiyi üçün nə dayandıra, nə cəld dönüş edə bilirdi sürücü, əlindən sadəcə siqnal vermək gəlirdi. Yasəmən çökəkdən vaxtında çıxa bilməyəcəyini anladığı üçün sehirlənmiş kimi ruhsuzca üstünə gələn maşına baxırdı. Sadəcə gözlərini yumdu...son gördüyü avtomobilin işıqları...son eşitdiyi güclü zərbə səsi...son sözü: ALLAHım indi yox...
Həyatımız bir qaçış yarışına bənzəyir. Durmadan qaçarıq finish'e-arzularımıza doğru. Lakin nə qədər qaçsaq da yarışın sonu gəlməz. Hər yeni arzu finish xəttini bizdən daha da uzaqlaşdırır. Ən dəhşəlisi bilirsiz nədir? Yorulmaq...

Aydın yorulmuşdu... Həyatdan, əlində zənn etdiyini itirməkdən, sevgisinə yaxınlaşdığını sanarkən ondan daha da uzaqlaşmaqdan...
Bir yuxu kimi gəlirdi ona...gecə yarısı gələn zəng...Nilufərin ağlayaraq dediyi sözlər...maşını dəli kimi sürüb xəstəxanaya gəlməsi. İndi isə xəstəxana dəhlizində reanimasiya şöbəsinə tərəf gedirdi. Həyatında ilk dəfə bu qədər çox qorxurdu. Qapının qarşısında Nilufərin yerə çöküb ağladığını gördü. Nə edəcəyini bilmədən divara söykənib gözlərini boşluğa dikdi. Nə edə bilərdiki? Sevdiyi qapının arxasında ölümlə mübarizə edərkən, onun əlindən gələn tək şey ümid etmək idi sadəcə. 20 dəqiqə keçməmişdiki həkim çıxdı otaqdan. Aydın həkimə yaxınlaşıb diqqətlə üzünə baxdı. Nə eşidəcəyini bilmirdi və bundan çox qorxurdu..
Həkim qarşısındaki gəncin baxışlarından anladı nə demək istədiyini. İllərlə bu baxışlar ondan xoş xəbər istəmişdi. Sonunda dərindən nəfəs alıb sözə başladı:
-Qəza çox ağır olub, amma xoşbəxtlikdənmi, ya da bədbəxtlikdənmi xanım qız əlil arabasında olduğu üçün ciddi fiziki zədə almayıb.-deyib gözlərini aşağı dikib dəvam etdi:
-Lakin başını zərblə harasa vurduğundan kəllə-beyin travması alıb. Beyninə qan sızma ehtimalından şübhələnirik. İndi koma vəziyyətindədi. 24 saat ərzində ya ayılacaq, ya da beyninə qan sızdığı üçün...-həkim sözünü bitirmədən "ALLAH köməyiniz olsun"-deyib getdi.

Aydın həkimin sözlərindən sonra yenə divara söykəndi. Ruhsuz bir bədən kimi idi. Ondan sonra olanlar sanki yuxu kimi gəlirdi ona. Öz anasının, Yasəmənin ailəsinin gəlməsi, təsəlli sözləri, dualar, göz yaşlar...bütün bunlar kabusun parçasıydı sanki. Saatlar keçmək bilmirdi. Əslində Aydın bilmirdi bu saatların keçməsini istəyir, ya yox. Bu saatlar Yasəmənin həyatının ən qorxunc, ya da son saatları ola bilərdi.
Gecə saat 4-də artıq dözə bilmədi Aydın. Xəstəxanadan qaçaraq çıxıb maşınına mindi. Bu olanlardan qaçmaq istəyirmiş kimi son sürət sürürdü boş küçələrdə. Artıq getdiyi küçələri tanımırdı. Heç bilmədiyi bir küçədə gözünə kiçik bir məscid sataşdı. Maşını saxlayıb bir anlıq düşündü, sonra qətiyyətlə aşağı enib məscidə tərəf addımladı. İçəri girdiyi anda ürəyinə qəribə bir hiss doldu. İlk dəfə idi bir məscidə girirdi. ALLAHa inanırdı, amma bu yaşına kimi heç dua etməmişdi. İndi də nə edəcəyini bilmədən dizləri üstə çökdü. Ürəyindən dua etmək, Yasəməni ondan almaması üçün yalvarmaq keçirdi. Amma necə edəcəyini bilmirdi. Sadəcə ürəyindən "ALLAHım yalvarıram"-deyə keçirmək gəlirdi əlindən. Artıq 1 saatdan çox idiki o vəziyyətdə idi və özü də hiss etmədən gözlərindən yaş süzülürdü. Birdən kiminsə içəri girdiyini hiss etdi. Bir qoca qarşısında sübh namazı qılmağa başladı. Namazı bitirdikdən sonra sevinclə şükr edirdi durmadan. Birdən arxaya çevrilib ona bayaqdan təəccüblə baxan Aydına baxıb
gülümsəyərək dedi:
-Cavan oğlan nə olub?
Aydın təəccübdən çıxıb:
-Mən...mən dua etməyə gəlmişəm-deyib gözlərini yerə dikdi.
Qoca:
-Belə dua edilməz oğlum.
-Bəs necə? Mən nəyi düzgün etmirəm?
-Əgər dua edəcəksənsə bir düşün. Doğurdan dua etməyə dəyər? Sənin yaşındakılar çoxu pul, maşın, var-dövlət kimi fani şeylər üçün dua edir. Dua ALLAHdan nə isə xahiş etməkdi. Aləmlərin Rəbbindən elə boş şeylər istəmək düzgündü səncə?
Aydın başını qaldırıb qocanın üzünə gülümsəyərək baxıb dedi:
-Mənim var-dövlətə ehtiyacım yoxdur. Mən həyatım üçün dua edirəm.
Qoca təəssüflə başını yelləyib:
-Bağışla oğlum. Nəsə xəstəliyin var?- deyib diqqətlə Aydına baxdı.
Aydın əlini ürəyinin üstünə qoyub:
-Var dayı. Ürək xəstəliyim var. Bu gün axşam ya bir ömür xoşbəxt yaşayacam, ya da öləcəm-deyib acı-acı gülümsədi.
Qoca biraz düşünüb:
-Oğlum bəzən insan yad adama, doğmasından daha rahat dərdini danışır. Sən də danış dərdini. Dərmanı məndə olmaz bəlkə, amma bura ALLAHın evidi, Yaradan mütləq eşidər səni-deyib gülümsədi.
Aydın biraz tərəddüt etsədə, özünü toplayıb Yasəmənlə olanları danışmağa başladı. Danışdıqca Yasəməni nə qədər çox sevdiyini anlayırdı. Danışıb bitirdikdən sonra çarəsizcə qocanın üzünə baxdı.
Qoca Aydının üzünə gülümsəyərək baxıb dedi:
-Yalançısan a gedə.
Aydın təəccüblə:
-Nə? Mən nə yalan demişəm? Kimə demişəm?-dedi.
-Özünə demisən oğlum, özünə. Bu 1-2 aylıq sevgi deyil. Bu illərdir içində böyüyən bir sevgidi. Özünə illərdir "sevmirəm" deyə yalan demisən. Bir hərfin hökmünə boyun əymisən. Amma sevmisən oğlum, ölümünə sevmisən. Boşuna özünü də, o qızı da incitmisən. Amma deyimki o qız da səni sevib, çox sevib, yoxsa sənin bu axmaqlıqlarına dözməzdi. İndi isə get arvadının yanına və o gözünü açanda yanında səni görsün.
Aydın itəatkarlıqla ayağa qalxıb qapıya tərəf getdi. Birdən ayaq saxlayıb arxaya çevrilib gülümsəyərək:
-Sağ ol dayı və haqqlısan, mən onu çoxdan sevirəm.-deyib qapıdan çıxdı.

Artıq xəstəxana idi. Heç kəsin ətrafda olmamasına təəccüblənsə də,
bundan istifadə edib reanimasiya şöbəsinə girdi. Yasəmən xəstəxana çarpayısında huşsuz vəziyyətdə yatmışdı. Qoluna serumlar taxılmış, rəngi ağarmış, qara saçları yastığın üzərinə dağılmışdı. Aydın ürək ağrısı ilə onu biraz seyr edib, yaxınlaşıb çarpayının kənarında diz çökdü. Yasəmənin əlini tutub danışmağa başladı:
 -Yasəmən...Yasəmənim. Bilirsən mən çox yalançı biriyəm. Səni çox sevirəm, amma indi yox, çoxdan sevirəm. Səni sevməyə başlayanda hələ 15 yaşındaydın. Qısa saçların vardı, durmadan dalaşırdıq. O qədər inadkar idin ki... Əsəbləşən də elə şirin olurdunki... Danışığın, gülüşün, gözlərini süzdürməyin... Bəzən tutulub qalırdım səndə, bəzən elə baxırdınki mənə, nəfəs ala bilmirdim. Amma onda hələ uşaq idin, elə bilirdim gəlib-keçəcək. Sonra başım çox qarışdı, instut-filan. " ,, Sənə bir də fikir verəndə 18 yaşındaydın. Saçların uzanmışdı, gözəlləşmişdin. Elə dəyişmişdinki yaxınlaşmağa cəsarət etmirdim. İnanmırdım səni sevdiyimə. Özümü "sevmirəm" deyib aldadırdım. Səni öpdüyüm an anlamışdım
nə qədər inkar etsəmdə sevdiyimi. Amma qorxdum, səni incitməkdən qorxdum. Bəlkə də sən adi qız olsaydın çoxdan etiraf edərdim sevgimi. Amma sən o qədər dəyərli idinki özümü sənə layiq bilmirdim. Sanki çəmənlərdə bitən kiçik çiçəyim idin mənim. Xırda, zərif, gözəl...əlini uzadıb dərməyə cəsarət edə bilmədiyim çiçəyim. Amma nə çəkdirdiyin əziyyətlərdən sonra anladımki sevgim səni incitməz, amma içimdə qaldıqca məni öldürəcək. Sevdiyin insan sənin evində, sənin arvadın olaraq yaşayır və sən ona nə sevgini göstərə bilirsən, nə də toxuna bilirsən. Səni az qala itirəndə başa düşdüm axmaqlığımı. Axmaq kimi illərdir gizlədirdim səndən sevgimi. Səni çox sevirəm Yasəmən. Əgər sən məni qoyub getsən, mən səndəndə inadkaram, əl çəkməyəcəm səndən. Əmin ol hara getsən ardınca gələcəm...


Cəmilə Məmmədli

dılay | 11 yanvar 2016 17:31 | Status: Brilliant user | Şərh: 8 183
Sitat: meley..........
TESEKKUR... laughing
ESMERRi | 3 noyabr 2015 00:32 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: ESMER
Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir

Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir

Sitat: ESMER
Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir

Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir
ESMER | 20 oktyabr 2015 23:23 | Status: VİP user | Şərh: 817
Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir

Sitat: SaFFir
Bu qız qəşəng yazır xoşum gəlir
SaFFir | 22 iyun 2015 02:30 | Status: Qonaq | Şərh: 0
Bu qız qəşəng yazır xoşum gəlir
meley.......... | 4 may 2015 20:17 | Status: Şərhçi | Şərh: 221
TESEKKUR... laughing
Miraj | 31 yanvar 2015 19:49 | Status: Professional user | Şərh: 2 625
neyse//////..
jale elizade | 30 yanvar 2015 21:46 | Status: Şərhçi | Şərh: 323
COX XOWUMA GELDI AMMA EVVELKI BOLUMLERI TAPA BILMEDIM
Aydan18 | 12 dekabr 2014 11:21 | Status: Şərhçi | Şərh: 485
Tşkkķkkkk ....

Tşkkķkkkk ....

Tşkkķkkkk ....
QERIB INSAN | 13 noyabr 2014 18:36 | Status: VİP user | Şərh: 567
Tesekkurler
Ay_Sun | 4 noyabr 2014 00:11 | Status: Brilliant user | Şərh: 13 408
Sitat: Girl 
Sitat: obitius
омрумде китаб охумамышам
Ömründə kitab oxumayan adam birinci dəfədir görürüəm..

Ele mende winked
Miraj | 3 noyabr 2014 17:22 | Status: Professional user | Şərh: 2 625
artiq sevmirem
KARAGULUM | 31 oktyabr 2014 17:53 | Status: Gümüş user | Şərh: 1 433
Maraqli yazidi...mende xowluyuram bele yazilar tazmagi
ehtibar | 30 oktyabr 2014 09:41 | Status: Gümüş user | Şərh: 2 547
maraqlidir
Girl | 25 oktyabr 2014 23:14 | Status: Professional user | Şərh: 8 206
Sitat: obitius
омрумде китаб охумамышам

Ömründə kitab oxumayan adam birinci dəfədir görürüəm..
Sitat: obitius
бунун ардыны хардан тапым:??

Elə saytımızda var ardı..
Ne uzundue.oxumadim.tesekkurler
Gulshen. | 24 fevral 2014 18:45 | Status: Qonaq | Şərh: 0
Tewekkurler
obitius | 30 sentyabr 2013 14:47 | Status: Qonaq | Şərh: 0
омрумде китаб охумамышам буну нече охудумса саата баханда саат 6 иди бунун ардыны хардан тапым:??
nillay | 27 aprel 2013 12:32 | Status: Qonaq | Şərh: 0
aydaa ele pis oldum kovreldim bir anliq damarimda ele bil qanim durdu,,,ellerinize quvvet coox maraqlidi,,,xaiw edirem hekayeni hazandan deye bilerdiz sonuna nece bolum qalib ????
Damla | 27 aprel 2013 10:46 | Status: Brilliant user | Şərh: 7 177
oxuyuram Camilka hetta sonunu bile-bile her defe oxuyuram....
ferzane | 27 aprel 2013 02:12 | Status: VİP user | Şərh: 1 042
twk ardini gozluyurem
Gunel | 26 aprel 2013 23:41 | Status: Professional user | Şərh: 4 087
Serial kimi uzandie buda lap ureyim uzuldu daha))
Deniz-Deniz | 26 aprel 2013 23:15 | Status: Professional user | Şərh: 523
alihim alahim bu hekaye kurtlar vadisi kimi cerledi meni sonun getirin ki oxuyum bawdan axira deyesen men bunu oxuya bil;meyecem men bawlayaram oxumaga birde gorererm qizimim mektebi bitirib
Yasmin Arzu | 26 aprel 2013 16:13 | Status: Professional user | Şərh: 586
evelini oxumamsdlm deye anlamadlm teşekkurler
nesibe | 26 aprel 2013 15:12 | Status: Qonaq | Şərh: 0
cox tesirlendim ardini sebirsizlikle gozleyirem
Aliyeva | 26 aprel 2013 13:35 | Status: Yazar | Şərh: 4 036
Sitat: Akademik
Ay daaa.... Bu seriyal helede davam edir? Halaldı bunu yazana.

serial?)))
Ellada84 | 26 aprel 2013 13:17 | Status: Şərhçi | Şərh: 89
Maraqlidi..Amma pis oldum..
zoluwka | 26 aprel 2013 02:19 | Status: Professional user | Şərh: 3 172
Yasemeni mawin vuran anda ele bil meni mawin vurdu bir hala qaldimki Selenity qelemine quvvet cox gozel yazmisan.ardini sebirsizlikle gozleyirem
DENIZ QIZI3 | 26 aprel 2013 00:36 | Status: Gümüş user | Şərh: 3 858
TESEKKURLER YAZANA ELLERIN YORULMASIN . SEVGI ENCEL TANIMIR SEVEN GOZDE QUSUR OLMAZ SEVIRDILIR BIR BIRLERINI AMMA UZMEKDEN HEZZ ALIRDILAR ESL SEVGI BELE OLUR HEM AGLADIM HEMDE GULDURUR,KONUL SEVEN GOYCEK OLAR INDI ELE SEVGIYE TEK TUK HALLARDA RAS GELMEK OLAR.AMMA UREYIM COX BELE SEYGIYE AGRADI COX KEDERLENDIM COX ISTERDIM SEBIRSIZLE GOZLEDIYIMIZ BU SEVGI HEKAYASI YAXSI QUTARSIN .
muslim woman | 25 aprel 2013 23:17 | Status: Gümüş user | Şərh: 476
maraqlidi amma teessuf ki butun seriallarda oldugu kimi bu da uzanir

meselen aydinin yasemene yalvarmasi cox uzun cekdi ve umumi gedisat cox uzanir

admin redaktorlar sunun surasinda 7 hisse qaldi onlari da tez tez qoyun ureyimiz uzuldu)))
Hande 18 | 25 aprel 2013 21:56 | Status: Professional user | Şərh: 3 302
tewekkurler