Aktual / Müəllif yazıları

Sev"M"irəm!(18-cu bolum)

Selenity | 19-04-2013, 21:00
8 546 19

Sev"M"irəm!(18-cu bolum)

Artıq səhər hər ikisi qərarını vermişdi...

Yasəmənlə Nilufər qonaq otağında səhər yeməyi yeyirdilər. Qapının zengi çalanda Nilufər ayağa qaxıb rəfiqəsinə gülümsəyib qapını açmağa getdi. Açdığı anda qarşısında əlində gül buketi olan Aydını gördü.
Aydın:
-Salam- deyib gülümsədi.
Nilufər əsəbi tərzdə:
-Və sağ ol-deyib qapını örtmək istəyirdiki, Aydın əliylə qapını saxladı.
-Nilufər bilirəm məni görməyinə sevinmədin.
-Sevinmək? Elə sevindimki indi sevincimdən səni boğacam.
-Başa düşürəm əsəbləşmisən mənə. İcazə ver Yasəməni görüm.
-Jasmin burda deyil.
Aydın gözlərini qıyaraq Nilufərə baxıb:
-Anasıgil Rusiyaya gedib, Gülnar çox uzaqdadi. Tek variant sən qalırsan, xahiş edirəm çəkil görüm Yasəməni.
-Bəlkə Jasmin sevgilisinin yanına gedib?
-Nə sevgilisi?
-Eşitməmisən ərlə arvadın torpağı bir götürülüb. Sənin varsa, deməli onun da var!
Aydın utancla başını aşağı salıb, alçaq səslə dedi:
-Xahiş edirəm icazə ver içəri keçim. Yasəməni görməliyəm.
Nilufər qəzəblə:
-Sən bundan sonra Jasmini ancaq yuxunda görə
bilərsən-deyib zərblə qapını çırpdı. Otağa keçib masaya əyləşərək kədərli görünən rəfiqəsinə baxdı:
-Keçəcək Jasminim-deyib saçlarını sığalladı. Yasəmən rəfiqəsinə baxıb kədərlə gülümsədi. Elə bu an qapının zəngi yenə çaldı.
Nilufər:
-Açmayacam qapını. Əvvəl-axır bezib gedəcək axmaq-deyib kinayəylə gülümsədi.

45 DƏQİQƏ SONRA:
Nilufər başını əllərinin arasına alıb, qapının zəngindən bezmiş halda getdikcə əsəbləşirdi. Yasəmən isə Aydının bu inadkarlağından özü də bilmədən üzündə yaranan sevinc gülümsəməsini gizlətməyə çalışırdı. Sonun da Nilufər əsəbi şəkildə dedi:
-Jasmin sabah ilk iş o qapının zengin sökəcəm.
-Qapının toxmağı da var Nunu.
-Onuda sökəcəm!
Yasəmən rəfiqəsinə baxıb:
-Nilu qapı yerində durduğu müddətcə onu döyməyin 100-lərcə yolu var-deyib gülümsədi.
Nilufər uşaqcasına dodaqlarını büzüb Yasəmənə yalvaran gözlərlə baxıb dedi:
-Jasmin nolar qapını açım, o axmaq nə sözü var desin getsin. 10 dəqiqə daha bu zəngi eşitsəm maştağalıq olacam.
Yasəmən sanki heç də ürəyincə deyilmiş kimi baxıb dedi:
-Yaxşı, sənin xətrinə.
Nilufər sevinərək ayağa qalxıb qapını açdı. Aydının üzünə belə baxmadan otağa qayıdıb yerinə əyləşdi.

Aydın Nilufərin qapını açıb getməsindən sonra bir anlıq qapının ağzında donub qaldı. Səhərki qətiyyətini itirirdi yavaş-yavaş. Yasəməni geri qaytarmaq istəyirdi, amma özünü necə bağışladacağını bilmirdi. Sonunda cəsarətini toplayıb dərindən nəfəs alaraq içəri keçdi. Asta addımlarla qonaq otağına tərəf gedərək həyacanını boğmağa çalışırdı. Otağın qapısından keçdiyi an Yasəməni görüb dayandı. Darıxmışdı... Bir gecə də nə qədər darıxa bilərsən ki, birindən? Bəlkə də Yasəmənə bir gecə yox, bir ömür həsrət qalmışdı. Gözlərindən, saçlarından, ətrindən, səsindən...hər şeyindən ötrü darıxmışdı. İndi onu qucaqlamaq, doya-doya öpmək keçirdi ürəyindən, lakin tək edə biləcəyi baxmaq idi. Bəlkə də bir ər kimi haqqı var idi Yasəmənə toxunmağa, amma bu haqqı özü itirmişdi və cəzasını çəkməli idi. Bütün bunları anlayıb masaya
yaxınlaşıb Yasəmənə baxaraq dedi:
-Salam Yasəmən.
Yasəmən Aydına baxmadan başıyla salamını aldı. Heç kəs danışmaq istəmədiyindən ortalığa sükut çökdü. Aydın hələ də masanın kənarında ayaq üstə qalmışdı. Sonunda heç kəsin ona təklif etməyəcəyini anlayıb özü stul çəkərək oturdu. Yasəmənlə danışmaq istəyirdi amma Nilufər yanlarında olduğu üçün cəsarət edə bilmirdi. Cəsarətini toplayıb onları tək qoyması üçün Nilufərə baxmağa başladı. Nilufər bu baxışların mənasını anlasada, inadına yerindən tərpənmədən Aydına baxırdı. Sonunda Aydın Nilufərin öz xoşu ilə getməyəcəyini anlayıb dedi:
-Nilufər mən bura sənə baxmağa gəlməmişəm.
Nilufər:
-Bilirəm-deyib vecsizcə çiynini çəkdi.
-Bəlkə bizi 10 dəqiqə tək qoyasan.
-Mən rəfiqəmi səninlə tək qoya bilmərəm.
Aydın bezmiş şəkildə başını yelləyib:
-Nilufər mən Yasəmənlə 2 ay yaşamışam, əmin ol 10 dəqiqədə edəcəklərimdən daha çox şey edə bilərdim 2 ayda istəsəydim-deyib kinayəylə gülümsədi.
Nilufər bu sözdən sonra Yasəmənə baxdı, Yasəmənin başını razılıq mənasında
yüngülcə yellədiyini görüb istəməsədə ayağa qalxdı. Aydına təhdidkar baxışlarla baxıb, yandaki otağa keçdi.

Tək qaldıqları anda Yasəmənin Aydın içəri keçdikdən bəri başlayan həyacanı daha da artdı. Qəlbi nə qədər qırılsa da, Aydını gördüyü anda onu hələ də çox sevdiyini anladı. Mümkün olduqca ona baxmamağa çalışırdı, çünki bilirdi Aydına baxdığı anda güclə yaratdığı soyuq ifadənin yox olub, ona sevgi dolu baxışlarla baxacağını. Amma yox, o bir qərar vermişdi artıq...

Aydın stulunu Yasəmənə yaxınlaşdırıb, əlindəki buketi ona uzadaraq dedi:
-Sənin qədər gözəl olmasa da sənin üçündü.
Yasəmən əlini uzadıb buketdi tutdu. Aydın buraxdığı anda, bilərək buketi yerə salıb süni təəssüflə başını yelləyib:
-Bilmədən oldu, heyif. Amma yerdəki parketə çox yaraşır, elə orda qalsın-deyib kinayəylə gülümsəyərək Aydına baxdı.
Aydın Yasəmənin bu hərəkətindən biraz tutulsada zorla gülümsəyərək:
-Necə istəyirsənsə gözəlim.-deyib dərindən nəfəs alıb dəvam etdi:
-Yasəmən mən üzr istəyirəm bağışla məni. İnan hər şey Xəyalənin planı imiş. Bilirsən Rənanı da o göndəribmiş. Boynuma alıram, mən böyük səhv elədim və çox peşmanam. Amma əmin ol onunla aramızda heç nə olmayıb, heç əlini belə tutmamışam. Məni bağışla, qayıdaq evimizə. Söz hər şey yaxşı olacaq, əsil ailə kimi olacayıq. Həm mən səni...

Aydının sözünü bayaqdan ona boş nəzərlərlə baxan Yasəmən kəsdi:
-Yanılırsan Aydın, biz əsla əsil ailə olmayacağıq, əsla... Problem sənin o qızla nə yaşaman deyil, problem sənsən. Daha doğrusu problem bizim uşaqcasına əməllərimizdi. Evlənməyimiz xətaydı və buna dəvam etməyin ancaq ikimizə zərəri olacaq.

Aydın Yasəmənin bu qətiyyətindən biraz çəkinsə də, "yox gözəlim, səni bu qədər sevərkən itirə bilmərəm"-düşünüb:
-Sənə elə gəlir. Mən evlənməyimizə peşman deyiləm və əsla peşman olmayacam-deyib gülümsədi.
Yasəmən:
-Necə peşman olduğunuzu özünüz dünən etiraf etmişdiniz Aydın bəy. Həm bizim evliliyimiz onsuzda oyun idi-deyib kinayəylə gülümsədi.
-Nə oyun? Halımıza bax normal ər- arvadlar kimi dalaşırıq.
Yasəmən:
-Pah, bizim nəyimiz normal olduki, evliliyimizdə normal olsun-deyib gözlərini süzdürdü.

Aydın heç nə demədən əlini uzadıb Yasəmənin əlini tutdu. Yasəmən çəkməyə çalışsa da buraxmadan onun gözlərinə baxıb insanın ruhunu oxşayan səs tonu ilə danışmağa başladı:
-Bir evliliyi əsl edən nədi bilirsən gözəlim? Sevgi... Mən səni sevirəm, deməli evliyimiz artıq bir oyun deyil...

Yasəmən eşitdiklərinə inana bilmirdi. Aydın onu sevirdi? İllərdir eşitməyi arzuladığı cümləni eşitmişdi. Ürəyi sürətlə döyünməyə başlamışdı, sanki bədəni od tutub yanırdı. Nə deyəcəyini bilmədən Aydına baxırdı. Amma bu halı çox çəkmədi, ağlı ona Aydının yalan dediyini söyləyirdi. Bu fikirlə özünü toplayıb əsəbi şəkildə:
-Demək sevgi? Onda evliliyimiz hələ də bir oyundu sadəcə, çünki mən səni sevmirəm-deyib əlini çəkməyə çalışdı.
Aydın gülümsəyərək Yasəmənin ondan qurtarmağa çalışdığı əlini bərk tutub:

-Sənin bilirsən nəyinə vurulmuşam? Bu inadkarlığına, şirinliyinə, baxışına və "məni öp"-deyə yalvaran dodaqlarına.-deyib Yasəməni özünə çəkərək dodaqlarından öpdü...

Yasəməni özünə çəkərək dodaqlarından öpdü...
Yasəmən müqavimət göstərmək istəsə də, Aydının güclü qollarından qurtulmaq elə də asand deyildi. Həm kim sevdiyi insanın öpüşlərindən xilas olmaq istərki? Amma Yasəmən bunu etməli idi, o qərarını vermişdi. Aydınsa Yasəməni özünə sıxıb ehtiraslı və zərifcə öpməyə dəvam edirdi. Yasəmən də artıq bütün gücünü itirib, bu öpüşlərə təslim olmaq istəyirdiki birdən aldığı zərbədən Aydının karıxdığını hiss edib bütün gücüylə onu itələdi. Aydın ondan ayrılıb yerə yıxılanda, qarşısında əlində tava dayanan Nilufəri gördü. Nə baş verdiyini anlayıb, öz gülməyini güclə saxladı.
Nilufər əsəbi halda Aydına baxıb dedi:
-Ey, nə yapışmısan rəfiqəmdən?!
Aydın yerdə ağrıyan başını əliylə tutub qəzəblə Nilufərə baxıb:
-O rəfiqən mənim arvadımdı. Bağışla da, gələn dəfə onu öpmək üçün səndən yazılı icazə alaram-deyib kinayəylə gülümsədi.
-Ha ha ha, çox gülməlisən. Jasmini incitdikdən sonra heç onun əlini belə tuta bilməzsən.
-Buna sən yox, arvadım qərar verə bilər.
Bu sözdən sonra Aydınla Nilufər Yasəmənə diqqətlə baxmağa başladılar.
Yasəmən bayaqdan onların bu kiçik deyişməsinə gülməyini güclə saxlayaraq baxırdı. İkisinində sual dolu nəzərlərlə ona baxdığını görüb, bir söz deməli olduğunu anladı. Özünü toplayıb süni ciddiyyətlə qaşlarını çatıb dedi:
-Nilufər haqqlıdı. Aydın birdə belə şey eləmə. Bizimki qurtardı.
Aydın ayağa qalxıb, Yasəmənə baxıb:
-Hələ təzə başlayırıq gözəlim. Səndən belə tez əl çəkəcəyimi gözləmə. Özümü mütləq əfv etdirəcəm, buna əmin ol-deyib gülümsədi, üzünü çevirib Nilufərə baxarar dəvam etdi:
-Amma bu rəfiqənin yanında biraz çətin olacaq. Eybi yox, sevdiyim qızın uğrunda 1-2 tava zərbəsinə dözmək olar.-deyib otaqdan çıxaraq, hələ də açıq olan qapını arxasıyca örtüb getdi.
Aydın qapıdan çıxdığı anda Yasəmən Nilufərə baxıb gülməyə başladı. Nilufər inciklə gözlərini süzdürüb dedi:
-Gülmə. Utanmadan mənim evimdə +18 işlərlə məşğul olursuz, tərbiyəsizdər. Yadınızdan çıxıb deyəsən, bu evdə qız uşağı yaşayır eee.
Yasəmən:
-Nunu supersən, tam vaxtında oldu. Tam vaxtında demişkən-deyib gözlərini qıyaraq Nilufərə baxıb dəvam etdi:
-Sən bizi güdürdün hə?
Nilufər uşaq şıltaqlığı ilə dodaqlarını büzüb, "hə" mənasında başını yellədi. İkisidə dözə bilməyib gülməyə başladılar.

Səhər Yasəmənlə Nilufər televizora baxırdılar.
Birdən həyətdən gitar səsi gəldi. İkisidə bir-birlərinə baxıb təəccüblə çiyin çəkdilər. Amma Yasəmənin telefonuna gələn mesaj onları balkona çıxmağa məcbur etdi-"balkona çıxa bilərsən gözəlim?". Gördükləri mənzərə onları daha da təəccübləndilər. Aydın əlində gitar gülümsəyərək onlara baxırdı. Heç nə demədən gözlərini Yasəmənə dikərək gitarı çalıb oxumağa başladı:

"Sevgi nədir?" deyə soruşma,
Adını ilk dəfədir eşidirəm.
"Məni sevirsənmi?" tezdir demə,
Sevməyi hələ də öyrənirəm.

Gözlərimdə yaş, dilimdə xoş söz,
Könlüm qan ağlar, ürəyim bir köz,
"Sevirəm" sözü- o necə bir söz?
Qəlbim hayqırdı, özüm deyəmmədim.

Bu sevgidirsə, eşit sevgilim
Səni sevirəm, sevirəm dedim.
Qınama məni əziz sevdiyim.
Sevgimin qədrini mən biləmmədim.

Sevgimi çox incidir, yoxsa sevgilim?
Onsuz bir günüm, olub bir ilim.
Səni sevirəm, bunu bil sevgilim.
Bir ömür sənindir bu dəli ürəyim...
Aydın mahnını bitirib gözlərini hələ də Yasəməndən çəkmədən gülümsədi.

Nilufər və Yasəmən bu jestdən donub qalmışdılar. Musiqi, sözləri elə gözəl idiki... Sonunda özünə gələn Nilufər pıçıldadı:
-Jasmin Aydının niyə indiyə kimi bu qədər çox sevgilisi olduğunu anladım. Biraz axmaq-filandı amma romantikadan başı çıxır.
Yasəmən üzünü çevirib vecsiz nəzərlə rəfiqəsinə baxıb, başını yellədi. Telefonunu çıxarıb Aydına zəng etdi.

Aydın telefonuna gələn zəngin Yasəməndən olduğunu görüb, qalib gəlmiş kimi gülümsəyərək telefonu açdı:
-Xoşuna gəldi gözəlim?
-Mənim şeirimlə, mənə serenad oxuman?
-Neynim, çox gözəl şeirdi, mən əsla beləsini yaza bilməzdim. Həm bəzi yerlərini dəyişdirmişəm, sən "deyəmmədim" yazmışdın. Yasəmən bağışladın məni?
-Anlamırsan hə Aydın? Sənin sözlərin məni incitmədi, ayıltdı. Sən məni belə qəbul etmək istəmədin və ya edə bilmədin. Bu nə o qızla, nə də senin sevginə inanmağımla bağlı deyil, bu mənim özümə olan hörmətimdən yaranan problemdi. Mən bir ömürü səninlə "görəsən o məndən utanır? Peşman deyilki? Bezməyibki?" suallarından əziyyət çəkərək yaşaya bilmərəm. Yəni sən nə etsəndə, artıq biz əsla bir yerdə ola bilmərik. Məni anlamağa çalış. Mən səni bağışlamışam, sən məni bağışla...
Aydın eşitdiyi sözlərdən donub qalmışdı. Əslində hər şeyin düşündüyündən daha ciddi olduğunu anladı. Yasəmənin sadəcə qısqanclıqdan, ona xəyanət edildiyini düşündüyündən belə etdiyini zənn edirdi, amma Yasəmənin incikliyi daha dərin imiş. Bir anlıq nə deyəcəyini bilmədi. Düşündü: "bir ömür Yasəmənlə keçirsəm peşman olmaramki? Yasəmənsiz keçən hər saniyəmə peşmankən, onla keçən günlərimə peşman olmaq..."-bu fikirdən gülümsəyib danışmağa başladı:
-Yasəmən incimə amma, sən biraz səfehsən.
-Nə?!
-Qulaq as gözəlim, mən səni sevirəm. Əgər Aydın
Məmmədov birini sevərsə, aldığı hər nəfəsdə artan bir sevgiylə sevər, onun gözlərinə bir dəfə baxmaq üçün ömrünün qalanını fəda edəcək qədər sevər, bir nəfəs qədər yaxınkən toxunmağa qıymayacaq qədər sevər və bir dəfə sevərsə ömrünün sonuna qədər sevər. Bu sözlərimdən sonra belə səninlə həyatımı keçirəcəyimə peşman olacağımı düşünürsənsə biraz yox, çox səfehsən.
-Özünsən səfeh!

Yasəmən son sözlərini deyib telefonu söndürdü. Əslində eşitdikləri çox xoşuna gəlmişdi. İçində ümid qığılcımları yandığını hiss edirdi. Özüdə bilmədən gülümsəyərək "axmaq..."-deyə pıçıldadı.

Aydın gülümsəyərək son dəfə Yasəmənə baxıb:
-Səndən əl çəkməyəcəm gözəlim. Məndən əsla qurtula bilməzsən-qışqırıb asta adımlarla küçənin sonunadaki maşınına tərəf getməyə başladı.

Yasəmən heyran gözlərlə onun arxasınca baxırdıki Nilufərin səsi onu ayıltdı:
-Jasmin özünə gəl. O getdi.
Yasəmən bu sözlərdən biraz utanıb, sanki heç nə anlamamış kimi Nilufərə baxıb:
-Mən onun arxasınca baxmırdımki, sadəcə küçəniz mənə maraqlı gəldi-deyib çiynini çəkdi.
Nilufər gülümsəyərək rəfiqəsinə baxıb:
-Hı hı, inandım. Mənə də gəlmə da. Etiraf edim çox şirin hərəkət etdi, bağışlayasan onu?
Yasəmənin bayaqdan sevinclə gülümsəyən üzünə birdən kədər çökdü:
-Yox. Nunu indi belə davranır, bəs 5 il, 10 il sonra? Aydını sən də tanıyırsan, yenə məndə olmayanları başqa qadında axtarmayacağına söz verə bilərsən?-deyib kövrəlmiş halda Nilufərə baxdı.
Nilufər biraz düşünüb, pıçıltıyla dedi:
-Bilmirəm Jasmin, bilmirəm. Amma əgər o Aydınçik səni uğrunda mübarizəyə dəvam etsə, söz verə bilərəm.
Yasəmən kədərlə gülümsəyib:
-Aydının bu mübarizəsinin çox dəvam edəcəyini zənn etmirəm, amma istərdim...-deyib yanağından süzülən bir damla yaşı sildi...
  Bəzən ağlımızla ürəyimiz arasında seçim etməli oluruq. Bəs hansı seçimin doğru olacağını hardan bilək? Ağlımızmı bizi xoşbəxt edir, yoxsa ürəyimiz? Nə qədər gülünc olsa da, cavab: heç biri! Əgər ağlımızı dinləsək bir ömür ürəyimizi dinləmədiyimizə peşman olacayıq, yox əgər ürəyimizin dediyini etsək bir ömür ağlımız bizə yalnış etdiyimizi söyləyəcək... Yasəmən də bu iki seçimin arasında qalmışdı və o da hansı seçimi etsə mütləq peşman olacağını bilirdi. Bir dəfə alçaldılmışdı, ikinci dəfə alçaldılmaq istəmirdi, amma Aydını da çox sevirdi. Sadəcə inamını itirmişdi. Aydının sözlərini eşitdikdə içində nəsə qırılmışdı və o qırıqlar hər Aydını görəndə ürəyinə batırdı sanki. O qırıqların ürəyində açdığı yaraları sağaltmaq üçün Aydına- onu sözlərinə, nəvazişinə, isti nəfəsinə, öpüşlərinə ehtiyacı vardı...amma inana bilmirdi onun hər zaman yanında olacağına, buna görə də tamamilə Aydından aslı olmadan
uzaqlaşmaq istəyirdi... Bu kimi düşüncələrlə boğuşarkən hissizcə gözlərini əlində tutduğu kitaba dikmişdi. Onu düşüncələrindən qapının zəngi ayıltdı. Yuxudan ayılmış kimi diksinib təəccüblə Nilufərə baxdı.
Nilufər bayaqdan kövrəlmiş halda kədərli rəfiqəsinə baxırdı. Qapının zənginə o da diksinib təəccüblə Yasəmənə baxıb çiynini çəkdi. Ayağa qalxıb gedib qapını açdıqda, qarşısına böyük bir ayı çıxdı, daha doğrusu oyuncaq ayı. Ayı Nilufərin təəccübdən donmasından istifadə edərək heç nə demədən içəri keçdi. Qonaq otağına girib başını biraz əydikdə bayaqdan ayıcığı gəzdirən Aydın göründü. Aydın gülümsəyərək təəccübdən böyümüş gözlərlə ona baxan Yasəmənə baxdı. Sonunda Aydını tanıyan Nilufər qonaq otağına qayıdıb qollarını çarpazlayaraq əsəbi halda Aydına baxırdı. Aydın Nilufərə baxıb kinayəylə gülümsəyərək, üzünü çevirib Yasəmənə baxaraq:
-Salam gözəlim. Necəsən? Bax bu sənin üçündür-deyib ayıcığı Yasəmənin qabağına qoydu.
Yasəmən təəccüb qarışıq maraqla özündən böyük ayıcığa baxıb bir uşaq kimi sevindi. Aydına sevinclə gülümsəyərək baxıb:
-Aydın bu çox şirindi. İndi bu mənimdi? Ayallax, mən bundan sonra ancaq bunu qucaqlayıb yatacam- deyib birdən ciddiləşərək əlavə etdi:
-Amma bu heç nəyi dəyişdirməz. Biz əsla barışmayacağıq.
Aydın Yasəmənin bu sözlərinə gülümsəyib:
-Mən buna əmin deyiləm gözəlim. Əmin olduğum tək şey: sən sonsuzadək mənimsən!-deyib insanın ruhunu dələn baxışlarla Yasəmənə baxdı.
Yasəmən Aydının bu baxışlarından nəfəsi kəsiləcəkdi az qala. Bir anlıq gözlərini yumub, özünü toplayıb qətiyyətlə dedi:
-Deməli yanılırsan. Bu dünyada heç nəyə əmin olmamalısan. Həm qadınlar bir mal-mülk deyillərki sahiblənəsən. Hər qadın azad iradəylə, heç kəsdən aslı olmadan həyatını yaşamalıdır və mən də sənsiz bir həyat yaşamaq istəyirəm.
Aydın təəccüb qarışıq bezgin ifadəylə Yasəmənə baxırdı. "Bu qıza nə olub belə? Əvvəllərdə inadkar idi, amma indi lap inadkar keçi olub. Eybi yox, nə etsən də səndən əl çəkməyəcəm
gözəlim"-düşünüb gülümsəyərək dedi:
-Bu dünyadaki bütün qadınlar azad yaşaya bilər. Hətda sən də azad yaşaya bilərsən, amma ancaq mənimlə.
Yasəmən uşaq şıltaqlığı ilə dodağını büzüb:
-Amma mən səninlə yaşamaq istəmirəm-deyib gözlərini süzdürdü.
Aydın onun bu şirinliyinə gülümsəyərək baxıb dedi:
-İstəyirsən. Mənim səni sevdiyim kimi, sən də məni sevirsən.
-Sevmirəm! Hətda səndən zəhləm gedir!
Aydın Yasəmənin səsini təqlid edərək:
-Tərcüməsi: mən səni çox sevirəm Aydın-deyib güldü.
Yasəmən əsəbiliklə:
-Mən elə danışmıram və elə düşünmürəm-deyib gözünü süzdürdü.
Aydın vurğun gözlərlə Yasəmənə baxıb:
-Əsəbləşəndə çox şirin olursan gözəlim.-deyib ona yaxınlaşırdıki bayaqdan ikisinində varlığını hiss etmədiyi Nilufər Aydının qarşısına keçib dedi:
-Bundan artıq yaxınlaşa bilməzsən romeo. Bezdim artıq bu dalaşmanızdan. Sizə görə görüşümə gecikəcəm.
Aydın biraz əsəbləşib, kinayəylə gülümsəyərək dedi:
-Əlbətdə. Sən get, dostumu çox gözlətmə.
Nilufər biraz tululub, utancaqlıqla dedi:
-Nə dostun? Mən heç nə anlamadım.
-Bəsdi Nilufər. Siz heç nə deməsiz də Fəridin səndən əl çəkməyəcəyini bilirdim.
Nilufərin təəccübdən donub qaldığını görən Yasəmən gülümsəyərək dedi:
-Bəsdi Aydın, utandırma Nilunu. Amma bunu bizdən gizlədə biləcəyinizi necə düşündüz anlamıram.
Nilufər çevrilib təəccüblə Yasəmənə baxıb dedi:
-Jasmin sən də bilirsən?!
Yasəmən "hə" mənasında başını yellədi.
Aydın gülümsəyərək qızlara baxıb:
-Yaxşı, mən gedim. Amma yenə gələcəm, hər gün gələcəm. Mütləq bir gəlişimdə sənidə özümlə aparacam.-deyib qapıya tərəf gedirdiki birdən ayaq saxlayıb, ağlına gələn fikirlə cəld gəri dönüb ayıcığı qucağına alaraq:
-Mən hələ səni qucaqlayıb yata bilməzkən, o səninlə yata bilməz. Öz növbəsin gözləsin. Mən bunu da evimizə aparım, gözlərindən şorgözlük yağır, səni ona əmanət edə bilmərəm.-deyib ayıcıqla bərabər evdən çıxdı. Nilufərlə Yasəmən Aydının bu hərəkətinə təəccüblənib bir-birlərinə baxdılar və gülməyə başladılar...

Səhər Yasəmənlə Nilufər həyətdə söhbət edirdilərki, uzaqdan birinin onlara tərəf gəldiyini gördülər. Bu gələnin Eldar
olduğunu anladıqda Yasəmən qəzəb qarışıq təəccüblə Nilufərə baxdı.
Nilufər təəccüblə çiynini çəkib dedi:
-Jasmin Vallah bu dəfə mən heç nə etməmişəm. Bilmirəm niyə gəlib.
Artıq onların yanında olan Eldar bu sözləri eşidib Yasəmən baxaraq dedi:
-Yasəmən Nilufərin günahı yoxdu. Burdaki dostlarım sənin burda olduğunu mənə xəbər edib. Səninlə danışmaq istəyirəm.
Yasəmən qəzəblə ona baxıb, əsəbiliklə dedi:
-Mən səninlə danışmaq istəmirəm! Aydın səni görmədən get burdan!
Eldar Yasəmənə baxıb:
-Danışmalıyıq. O Aydından qorxmuram, həm onun sənə elədiklərin bilirəm. O əsla sənin qədrini bilməyəcək. Səni sevmir. Səni sevən mənəm-deyib gülümsədi.
Nilufər qəzəblə Eldara baxıb dedi:
-Eldar qürurun olsun! Yasəmən evlidir, əl çək ondan! Get burdan!
Eldar:
-Xahiş edirəm Nilufər sakitləş. Mən sadəcə Yasəmənə bir söz demək istəyirəm-deyib Yasəmənə baxaraq dəvam etdi:
-Mən səni çox sevirəm. Düzdü Leylaya kömək elədim, amma inan səni sevdiyim üçün etdim. O axmağın səni incitdiyini bilirəm və o həmişə səni incidəcək. Çünki səni sevmir. Onun gözü həmişə başqalarınd olacaq. Amma mən səni əsla incitmərəm, səndən başqasına baxmaram. Boşan ondan! Bilirsən atam cərrahdı, səni mualicə üçün Türkiyəyə, Rusiyaya, İrana, lap Amerikaya apararıq. Sən yeriyəndən sonra da evlənərik. Söz verirəm bütün həyatım boyu səni xoşbəxt etmək üçün əlimdən gələni edəcəm. Təki sən razılaş. Bu dünyadaki heç kəsin sevə
bilməyəcəyi qədər çox sevirəm səni. Razısan?- deyib sual dolu gözlərlə Yasəmənə baxdı.
Nilufər də, Eldar da böyük həyacanla Yasəmənin cavabını gözləyirdilər...və hər gün olduğu kimi əlində gül Yasəməni görmək üçün gəlib onu həyətdə gördükdə bayaqdan onu gizlicə izləyən Aydın qəzəb, qısqanclıq və ümid qarışıq hisslərlə Yasəmənin cavabını gözləyirdi...

 

Cəmilə Məmmədli

dılay | 11 yanvar 2016 17:26 | Status: Brilliant user | Şərh: 8 183
TEwekkurler
ESMERRi | 3 noyabr 2015 00:32 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: Wiyinn
cox maraqlidi yasemen tekce aydini sevir
Wiyinn | 28 avqust 2015 13:12 | Status: VİP user | Şərh: 889
cox maraqlidi yasemen tekce aydini sevir
Nergiz love | 5 may 2015 20:42 | Status: Professional user | Şərh: 7 871
Sitat: ayka22
incimeyin amma hec sebrim catmadi oxumaga
meley.......... | 4 may 2015 20:16 | Status: Şərhçi | Şərh: 221
TESEKKURLER...
nurlana nurlana | 7 fevral 2015 10:19 | Status: Gümüş user | Şərh: 1 950
Oxumadımmmmm 0115

Oxumadım cox uzundu deye
N....N92 | 16 noyabr 2014 15:16 | Status: Professional user | Şərh: 4 351
Tewekkurler.
Ulviyye | 6 dekabr 2013 02:11 | Status: Gümüş user | Şərh: 2 839
maraqldi.........
zoluwka | 25 aprel 2013 23:11 | Status: Professional user | Şərh: 3 172
Mence Yasemen Eldar redd ol get deyecek Aydin o terefden sevincinden ucacaq.tewekkurler
Gunel | 24 aprel 2013 20:02 | Status: Professional user | Şərh: 4 087
Yasemen yox deyecek elbetde.Cunki o bir tek Aydini sevir...Gelen defeki bolumunu sebirsizlikle gozleyirem.
Billurə | 24 aprel 2013 16:30 | Status: Professional user | Şərh: 4 892
yasemen deyecek cix get burdan vesselam)
M.M... | 24 aprel 2013 00:43 | Status: Professional user | Şərh: 1 740
Ardini sebirsizlikle gozleyirem. Tewekkurler.
Damla | 23 aprel 2013 18:33 | Status: Brilliant user | Şərh: 7 177
davamini gozleyirik....
Princess_93 | 23 aprel 2013 12:12 | Status: Brilliant user | Şərh: 5 877
tewekkur edirem
sanel | 23 aprel 2013 08:32 | Status: Professional user | Şərh: 3 647
tesekkur ardini gozleyirik
ferzane | 20 aprel 2013 11:55 | Status: VİP user | Şərh: 1 042
twk maraqlodi ardini gozleyirem
Aliyeva | 19 aprel 2013 22:13 | Status: Yazar | Şərh: 4 036
ellerinize,qeleminize,ureyinize sagliq! Allah yaradiciliginizi davamli elesin inwallah.. maraqla izleyirem...
ayka22 | 19 aprel 2013 21:23 | Status: VİP user | Şərh: 75
incimeyin amma hec sebrim catmadi oxumaga
Akademik | 19 aprel 2013 21:04 | Status: Professional user | Şərh: 4 580
oxuyuram-oxuyuram heçnə başa düşmürəm, gərək əvvəlki seriyaları da oxuyam. fellow