Aktual / Müəllif yazıları

Sonun başlanğıcı +18 (Nicat Kazımov Hekayəsi)

Nicat Kazimov | 6-12-2012, 12:00
24 568 42


 

İllərdir səhərlər oyanıb sübh namazı qılmağıma görə artıq eyni vaxtda oyanmağım vərdiş halını almışdı. Payız fəsli olduğundan havalar artıq tez qaralır, səhərlər isə gec açılırdı. Qazı yandırıb çayı üzərinə qoydum və içəri otağa keçib iki rükət namazımı qıldım. Səhərlər namaz qılmağı sevirəm, sanki Allahın nəfəsini bədənimdə gəzər kimi hiss edirəm. Hər gün dərk edirdim ki, alnımın yerdə olmasına baxmayaraq, Allah məni yoxluq içərsində dinləyir. Bu da məni ona hər gün daha bağlayırdı. Mən susuram "O” danışır, "O” susur mən danışıram sanki…

 

Sevgi bəlkə də budur – "Onu və Onun yaratdıqlarını sevmək”. "Onun ” yaratdığı hər kiçik şeydə belə xüsusi sevgi var. Həqiqətən hər şeyi bizə ram edən Allah pak və müqəddəsdir. Oturduğumuz stul, baxdığımız televizor, danışdığımız telefon.. Hər bir şey…Əgər Allahın köməyi olmasaydı bizim bunlara gücümüz çatmazdı . Biz öldükdən sonra Rəbbimizin hüzuruna qayıdacağıq. Gəldiyimiz yerə… Cənnətə…

Namazı bitirdikdən sonra bir fincan çay içərək, yeni yazdığım romanı printerdən çap edərək nəşriyyata aparmaq üçün evdən çıxdım. Payız sübhü şaxta yaratmışdı. Bu soyuqlara tab gətirə bilməyən və özlərinə isti bir yuva axtarmağa başlayan durnalar mirvarı kimi ard-arda düzülərək uçurdular. Kaş … Kaş onlara qoşulub haqqın ardınca gedə bilərdim…

Haqq harda idi? Durnaların Günəşə doğru getdiyi yerdə? Yoxsa qəlbimdə? Bu yaşıma da çatdım hələ də haqqın məkanını fikirləşirəm… – Elə bunu fikirləşə-fikirləşə nəşriyyata gəlib çıxdım. Yeni yazdığım romanı bitirdiyim üçün və çap olunacağı üçün çox sevinirdim. Artıq iyirmi ikinci çapı tamamlamışdım.
Daha sonra ofisə gedib internetdə paylaşılan yazılara baxdım. Artıq saat günortanı göstərirdi. Bu gün mənim 5 ildir sevdiyim qızla- Baharla görüşəcəkdim. Bunun üçün həmişə görüşdüyümüz parka getdim. Parkda ağaclar çox olduğundan, sarı yarpaqlarını yerə səpələmişdilər. Külək yarpaqları üfürür, bir yerdən başqa bir yerə ağuşuna alıb uçururdu. Ayağımın altında qalan qırmızı yarpaqların xışıltısı mənə zövq verirdi. Uzaqdan mənim ömrümün baharı-Bahar gəlirdi.

Baharla 5 il öncə kitab mağazasında tanışmışdıq. Kitab mağazası mənə ödəniş etməsi üçün dükana getmişdim. Bahar da həmin vaxt kitab alırdı. Onun əlində mənim kitabım olduğunu gördüm. Ona yaxınlaşıb demişdim:
- O müəllifi tanıyırsınız?
- Yox tanımıram, amma bəyəndiyim yazardı. İki kitabını oxumuşam, çox bəyənirəm yazılarını.
- Bəyəndiyiniz üçün sevindim. Çoxları deyir yaxşı yazmır, sizin fikiriniz fərqli oldu.
- Fikrimcə, bu sözü deyənin ədəbi anlayışı yoxdur. Onun yazılarını bəyənməmək mümkün olmur…
- Ola bilər. – gülümsəmişdim.
- Sizi tanıyıram? Tanış gəlirsiniz…
- Oxşayır? – Kitabı əlindən götürüb arxasındakı şəkilimi göstərib gülmüşdüm.
- Demək, siz…siz… Fəridsiniz. Sizi tanıdığıma həqiqətən çox sevindim…

Beləcə tanış olmuşduq. Onun mütaliəsinin zəngin olması məni ona daha da bağlayırdı. Həm də onun şabalıdı gözləri, kaman qaşları, uzun saçları, bəyaz dərisi məni ona həyatımda ilk dəfə aşiq olmağa sövq etdirmişdi. Onun gözəlliyinin qarşısında aciz qalınmış, hər təbəssümünə nəfəsim kəsilirdi.
Biz tez-tez görüşüb kitablar haqqında müzakirələr aparırdıq. Tanış olduğumuz gün o, tibb universitetinə yeni qəbul olduğunu demişdi.
Bir gün isə parkda söhbət edərkən, qəflətən özümü toplayıb, ona ürəyimdə olan sevgini nəql etmişdim. Bir müddət susduqdan sonra, onun da ürəyinin mənə qarşı boş olmadığını öyrənəndə sanki dünyanı mənə vermişdilər. Həmin gündən sonra namazımın duaları artmışdı. Hər namazdan sonra Allahdan mənə "Baharın sevgisini çox görməməsini”- istəyirdim. Bilirdim "O” məni duyurdu.

İlk dəfə sevdiyimi söylədiyim yer bizim daimi görüş yerimizə çevrilmişdi və o mənə yaxınlaşırdı.
Üzərində önü kəmərlə bağlanılmış, ağ manto, dəri çanta və uzunboğaz çəkmə var idi. O bu gün möhtəşəm görünürdü və mənə yaxınlaşdı:
- Bağışla, bu gün dərsdən gec çıxdım. Laboratoriyada qan analizi testləri edirdik. Üstüm başım qanı iylənir. – üzülərək dedi.
- Çox deyil gəlmişəm. Gəl gedək yemək yeməyə. Deyəcək sözlərim var.
O, qoluma girdi və başımıza səpələnən yarpaqların altında söhbət edə-edə yaxınlıqdakı elit restoranlardan birinə gəldik və balıq sifariş verdik. Hiss edirdim ki, Bahar mənim danışacaqlarımı gözləməklə səbrsizlənirdi. Çox keçmədən ona danışmağa başladım:
- Bu gün artıq bir-birimizi sevməyimizin 5 ili tamam olur. Səni necə sevdiyimə Allah və elə sənin özün şahidsən. İşlərim qaydasındadır, hər şey yaxşıdır. Fikirləşirəm ki, münasibətimizi belə uzatmayaq…
- Necə yəni? Ayrılmaq istəyirsən? Bezdin məndən? – Əlində çəngəl və bıçaq tutan Bahar, əlindəkiləri buraxaraq həyəcanla söylədi.
- Yox, səhv başa düşdün məni. Evlənmək istəyirəm səninlə. Valideynlərimi elçi göndərmək istəyirəm, artıq sənə qovuşmaq istəyirəm. Bu bizim haqqımızdır.
- İnana bilmirəm. Səni çox sevirəm… – Baharın gözlərindən mirvari tək damlalar axırdı.
- İstəyirəm mitinqi bitirən kimi bizimkilər sizə elçi gəlsin. Evinizə bildir üç gün sonra sizə gələcəklər.
- Lütfən, bu mitinqə getmə. Həmişə getmisən, indi isə lazım deyil getməyin. Zatən, heç bir nəticə vermir.
- Yox, getməliyəm. Tanınmış yazıçı olduğum üçün, istəyirəm ki, öz oxuyucularım məni mitinqdə görsün və onlar da iştirak etsin.
Bir müddət bu haqda danışandan sonra, Bahar heç nə edə bilməyəcəyini başa düşüb susdu. Yeməyi bitirəndən sonra, o qoluma girdi və restorandan çıxdıq, evlərinə yola saldım. Daha sonra günorta azanının səsini eşitdim və ən yaxında olan bir məscidə girdim. Əlimi-əlimin üstünə qoyub namazımı qılıb, duamı eləyib məsciddən çıxdım. Sahildə dostlarımla  həmişə görüşdüyüm kafedə görüşdüm . Ən yaxın dostum Anar da orada idi. Anar İngiltərədə kompyuter sahəsi üzrə bakalavr və master etmişdi. Sahəsi üzrə dahiydi. Uşaqlığımdan onu tanıyıram, mən onlarda, o isə bizdə qalırdı tez-tez. İndi ikimizdə Vətəndaş Hərəkatının tanınmış simalarına çevrilmişdik. Stol arxasında müzakirələr gedirdi. 3 gün sonrakı  mitinqin məramı haqqında danışırdıq və bacardığımız qədər aktiv olmağımızı şərt kimi qəbul etdik. Söhbətdən bir az sıxıldım. Anara göz vuraraq, çölə çıxmağını işarə ilə bildirdim.
Sahilin kənarında gəzərkən, qardaşım olmamasına baxmayaraq, onu qardaşım gördüyüm üçün, Baharla ailə quracağımı söylədim. O çox sevinmişdi. Sevincinin həddi görünmürdü. O da tək uşaqdır və əmin idim ki, o da məni elə böyük qardaşı kimi görür.

Anar məni maşınına mindirərək bunu qeyd etmək üçün bir restorana aparmaq istədi. Ancaq razılaşmadım. O məni bir-başa evə apardı. Artıq hava qaralmışdı. Anar məni düşürən kimi, maşını sevincindən bərkdən sürərək, gözdən itdi.
Evimizlə qarşı-qarşıya olan evdə yenə dava düşmüşdü. Polis rəisi Cahangir, yenə sərxoş evə gəlib, öz arvadını döyürdü. Onların da qəribə hekayələri var.
Bir gün, Cahangir, arvadı Şöləyə yalan söyləyərək iş üçün rayonlardan birinə gedəcəyini söyləmişdi. Gecə ikən o öz evini güdür və evə başqa bir oğlanın daxil olduğunu görür. Cahangir qapını açır və evə girir, Şölə ilə oğlan yataqda sevişərkən üstlərinə çıxır. Təbii ki, Cahangir silahı ilə oğlanı yataqdaca bir güllə ilə öldürür. Şöləyə heç bir şey etmir. Bəlkə də sevdiyindən heç bir şey etmir. Cinayət araşdırması zamanı təbii ki, Cahangir rəis olduğundan heç bir şey olmur. Oğlan isə oğru kimi göstərilir məhkəmədə.
Həmin gündən sonra Cahangir evə içkili halda gələrək arvadını döyür.
Mən başımı sallayaraq, qapını döydüm. Qapı bir az gec açıldı. Anam qapını açanda hicabda idi və başa düşdüm ki, namaz qılırmış. İçəri keçib əl-üzümü yuyub axşam namazını qıldım. Namazımı bitirəndə valideynlərimə Bahar ilə evlənəcəyimi söylədim və tezliklə elçi getmələrini istədim. Anamın sevinci gözyaşlarından bilinirdi. Atam da fəxr edirdi ki, həkim gəlinləri olacaq. Anam dedi:

- İstərdim ki, mitinqdən sonra elçi gedəsiniz.
- Oğlum, nə olar ki, bu mitinqlərə getməyəsən? – anam həyəcanla dedi.
- Ana, ata özünüz Quran hafizi insanlarsınız. Bəs ümmət-i Məhəmməd (sav) buyurmayıb kı, haqqa dost ol, haqsıza qarşı savaş. Mən yalnış bir şey etmirəm, Allahın dediyini edirəm. – Sözümü atam dedi.
- Gedərsən oğul. Allah köməyiniz olsun, sənin də, dostlarının da! Əlbəttə bir gün ədalət öz yerini tapacaq. Artıq iyirmi səkkiz yaşın var, sən özün hər şeyi yaxşı bilirsən və başa düşürsən. Bax artıq ailə qururusan!
- Təşəkkür edirəm , atacan. Nərd oynayaq?
- Uduzmaq istəyirsənsə, gəl.
- Mən də sizə pürrəngi bir çay dəmləyim. – ailəmin məni başa düşən olması, məni çox sevindirir. Həqiqətən onları çox sevirəm. Atam həmişəki kimi, üç tas oyunda mənə qalib gəldi.
Birdən qapı bərkdən döyülməyə başladı. Rəisin həyat yoldaşı üzü qan içində qapının arxasında idi. Anam onu içəri aldı.
- Xədicə xala, xahiş edirəm məni qoruyun. Öldürəcək məni!
- Gəl qızım qorxma. Burda sənə heç kim, heç nə edə bilməz.
- İcazə verin bu gün sizdə qalım. Sabah anam gilə deyim, rayondan gəlsinlər məni bu caninin əlindən qurtarsınlar.
Mən bu olanlara qarışmaq istəmədim. Amma çöldən Cahangir qışqıra-qışqıra gəlib qapını döydü. "Fahişə, fahişə! Çıx gəl görüm bura. And olsun öldürəcəm. Başqasının evinə girmək nə deməkdir?! -qapını bərkdən döyürdü.
Atam qapını açdı və rəisə dedi:
- Şölə, bu gün bizdə qalsa yaxşı olar.
- Çəkil əə , sən kimsən?! – hıçqıraraq dedi.
- Oğlum, içkilisən, qoy səhər açılsın elə danışaq. İndi get yat!
Atamın səsinə mən gəldim. Rəis atamı vurmaq istəyirdi. Həmin vaxt atamı geri çəkib, onun qolundan tutdum və üzünə yumruq ilişdirdim. Ayağı sürüşərək yerə bərk dəyməsi də onu ikinci dəfə bərk sarsıtdı. Naləsindən hiss olunurdu ki, beli çox ağrıtdı. O ayağa birtəhər qalxaraq dedi:
- Küçük, sənin var-yoxunu s……..m!
- İtil burdan! Get ayıl sonra danış! – O, kefli halda evinə girdi. Atam dedi:
- Fərid, gərək vurmazdın.Sözlə başa salardıq.
- Ata səni vuracaqdı o alçaq. Buna heç kim cürət edə bilməz.
- Axı özün bilirsən, o evinin içində adam öldürdü. Sənə nəsə eləsə bəs?
- Mənə heç kim, heç nə edə bilməz!

Biz içəri keçdik. Anam ağlayan Şöləni susdurmağa çalışırdı. Mənim yerimi ona hazırladı və Şöləni içəri aparıb yatızdırdı.
***

Səhər açıldı və hər kəs stol arxasında idi. Mənim qarşımda Şölə oturmuşdu. O şirin çayı qarışdırırdı. Arada ayağının ayağıma toxunmağını hiss elədim. İlk öncə fikir vermədim. Sonra hiss elədim ki, masanın altında ayaqları ayağıma sürtələyir. Üzümə baxıb söylədi:

- Yeni kitabın çıxacaq.
- Hə çıxacaq. – ürəyimdə dedim ki, elə yaxşı edib Cahangir bunu döyür… Masa arxasından qalxdım və işə getdim. İşdən sonra Bahar ilə görüşdüm və o mənə bilridi ki, ailəsi bizimkiləri dediyim gün gözləyəcək. Onlar üçün də xoşdur bizi qonaq etmək. Çöldə yağış yağırdı, eyni çətirin altında evə gedirdik. Onu yola saldım və axşamın düşdüyünü gördüm. Ümid edirdim ki, Şölə də artıq evinə gedib. Mən evə gəldim və gördüm ki, Şölə ilə anam süfrəyə qabda borş düzürlər. Bir kəlmə kəsmədən borşu yedim və otağıma keçib Judith Mcnaught-ın "Sənsiz” əsərini oxumağa başladım.

Artıq gecə yarısı idi. Evdəki hər kəs yatmışdı. Mən gecə namazımı qılıb yatmağımı fikirləşdim. Səccadəni salonun ortasına sərib namaza başladım. Namaz qılanda arxama kiminsə keçdiyini hiss elədim. Namazımı bitirəndə arxamdan Şölənin səsi gəldi. Üzümü ona çevirmədən səccadəmi səliqəli qatlayaraq ona cavab verirdim:
- Nə yaman belə uzun çəkir namaz?!
- Dualarım çox olur.
- Nə dua edirsən elə? – istehza ilə.
- Hər kəs üçün dua edirəm. Sənin üçün də həmçinin.
- Mənim üçün?
- İstəyirəm ki, ərinlə hər şey qaydasında olsun.
- Ay sən Allah, dua eləmə. Mən o keçəli heç kişi kimi saymıram. Mən ondan boşanacam.
- Öz işindir.
- Sənə çay gətirdim. – stolun üzərindəki çayı göstərək dedi. Mən stolun arxasında keçdim. O da qarşımda oturdu. Üznüdəki qızartı da getmişdi. Mənə dedi:
- Bilirsən, niyə burdayam?
-???
- Əslində özüm qəsdən, etdim ki, ərim məni döysün bura gələ bilim.
- Buna səbəb nə idi?
- Səbəb sənsən! Yoruldum artıq. Aylardır, səni izləyirəm pəncərədən. Sənin fikrini çəkməkdən artıq yorulmuşam. Başa düşürsən? Yorulmuşam! Mən səni çox sevirəm. Səni o qədər sevirəm ki, hər şeyi gözə alıb gəlmişəm bura.
- Bəsdir, sənin ərin var. Günahdır! – ayağa qalxaraq dedim.
- Hahaha! Günah? Güldürmə məni! Mən günaha filan inanmıram. Mən sevgiyə inanıram.
- Bəsdir, get yat, sabah da rədd ol get! – asta səslə dedim ki, evdəkilər oyanmasın.

O məni divara itələyərək, əlini sinəmə qoyub dodaqlarımdan öpməyə başladı. Öpüş uzun çəkdi , qorxurdum ki, valideynlərim oyanar səsə. Onu itiələdim və mənim üçün hazırlanmış yatağa yıxıldı.
- Mənim kimi bir qıza yox deyirsən? Axmaq olma… Bu bədəni istəmirsən? Bu sənindir. Həəə. Gəl – o əli ilə yaxasını açaraq dedi.
- Axmaqsan sən… – Gecə ikən paltomu götürərək evdən çıxdım. Həyatda belə insanların da mövcud olduğunu görüb lap kədərə qapılmışdım. Səhərə kimi dənizin kənarında gəzdim. Bu gün mitinq var idi. Mitinqdən əvvəl Bahar mənə zəng edib bildirdi ki, yuxusunu qatıb. Ancaq ona təsəlli verdim
Saat 12 olanda meydanda artıq yüzlərlə insan var idi. Polis dəyanmadan mitinqdəkiləri dəyənəklə vura-vura avtobuslara mindirib aparırdı. Mən Anarla birlikdə hərəkət edirdim. Yanımızda da 11-12 dostlar var idi. Jurnalistlər məni tanıyar-tanımaz yaxınlaşıb mikrofonu üzümə tutdudular. Mən fikrimi bir şerlə ifadə elədim:

"Bir kərə yüksələn bayraq, endi min kərə
Bayraq ağır deyil qaldırmaq olar,
Kimi gözləyir görən bu millət
Gözləyin-gözləyin külək qaldırar”

Bu şerdən sonra ətrafdakı insanlar cuşa gəldi və şeri hamı bir ağızdan söyləyə-söyləyə polisə hücum çəkdi. Polislər bizi də tutdular. Hamını eyni kameraya doldurdular, məni isə tək bir kameraya bağladılar. Mənə heç kim yaxınlaşmırdı. Gecə də yuxusuz olduğundan, elə oradaca bir az uzanıb yatdım. Gözlərimi qapı ardında danışan iki polisin səsinə oyandım. Onlardan biri dedi: ” İçəridə uşaqlardan birini danışdıranda bizimkilər birini bərk döyüb, deyəsən ölübdür. Heyif, İngiltərədə təhsil alıbmış. Adı da Anardır” – bu sözləri eşidər eşitməz, bir anlığa sıçrayıb qışqırmağa başladım. Şok keçirirdim sanki. Elə oradaca özümdən keçdim.
Məni oyadıb rəisin otağına apardılar. Rəis qonşumuz Cahangir idi:
- Belə-belə işlər. Düşdün əlimə!
- Anarı öldürmüsünüz, qatillər!!! – özümü saxlaya bilməyib ağladım.
Rəis mənə yaxınlaşaraq sillə çəkib dedi:
-Şölə necə idi? Hə? Ləzzətini çəkdin?
- Nə danışırsan?
- Keçən gecə Şölə gəlib mənə dedi ki, Fərid səndən də kişidir. Sən yataqda heç nəsən, amma o bir möcüzədir və buna görə məndən boşanacağını dedi.
- Yalan deyir, ona toxunmamışam.

Rəis mənim başımdan tutub masaya çırpdı, mən bihuş olub yerı yıxıldım. Xayalarımın üzərindən bərk təpik irişdirdi, üstümə oturub yumruqlarını sifətimə döşəməyə başladı. İçəri girən digər polislər onu aralamaq istədilər, ancaq bacarmadılar. Sonra dayanaraq, dedi ki, sənə ölüm yoxdur, burada çürüyəcəksən.
Yaşadığım evdən silahları çıxardılar, kilolarla narkotik, həşişlər çıxardılar və boynuma qoydular ki, terror yolu ilə dövlət çevrilişi etmək istəmişəm. Məhkəmənin qərarı ilə mənə 15 il cəza kəsildi və bu cəzanı tək bir otaqda çəkməli idim.

Bütün günümü tək bir otaqda özümü dinə həsr etmişdim. Dayanmadan namaz qılırdım. Və bir gün mənə Bahardan məktub gəldi. Məktubda bildirilmişdi ki, həmişə məni sevəcək , ancaq artıq ailəsi onu başqasına verməyi düşünür. Məktubun sonunda isə "Əlvida” yazılmışdı.
Sarsılmışdım… Anarın ölümündən sonra, Baharın bu məktubu məni çox incitmişdi. Yaşama həvəsimi öldürmüşdü. Namaza daha çox tutundum. Səcdəyə gedərkən istəmədən sanki başımı yerə çırpırdım.
Nazik dəmiri olan yemək qabını dişimlə,dırnağımla deşib, ucu biz hala əyib gətirmişdim. Həyatda tutuna bilməyəcəyim üçün, ümid qalmadığı üçün o dəmirlə şah damarımı kəsməyə cəhd etdim. İlk cəhd alınmadı, ikinci cəhd də isə qan görsəndi. 3-cü cəhddə dəmiri şah damarıma bərk sancdım, sümüyə dəydiyində beynimdən cingilti qopdu. Qan üzümə fışqırdı, yerimə uzanıb qolumu aşağı halda saxladım. Get-gedə halsızlaşırdım, otaq soyuyurdu, bədənim üşüyürdü, gözümə Bahar görsənirdi və o yavaş-yavaş bulanıqlaşırdı. Anarın səini eşidirdim, "Gəl…Gəl…” deyə sanki çağırırdı. Yuxum bərk gəlirdi, başımı qaldırmağa belə taqət yox idi və mən öldüm…

***

 

 


Hər şey burdan başladı.. Necə? Hahaha… İndi izah edərəm. Həqiqətən ölmüşəm və mən öz cəsədimin yanındayam. Cəsədim göyərib, gözləri açıq canım çıxıb. Oturub bayaqdan öz cəsədimə baxıram. Həqiqətən ölmək qəribə hiss imiş. O an … Yaşamaqla, ölmək arasında olan o anı insan həyatda 1 kərə yaşayır. Və o hissi yaşadım. Elə indicə polis cəsədimi görüb dik atıldı. Xəstəxandan gəlib cəsədimi götürüb morqa yerləşdilər.
***
Ruh olmaq qəribə hissdir. İstədiyin yerdə istədiyin vaxt ola bilirsən. Bir göz qırpımında Niagara şəlaləsinin altındasan, ancaq islanmırsan… Sadəcə su içindən gəlib, keçir. İstanbulda Taksim meydanındasan, minlərlə insan gəlir və gedir, hamısı sənin içindən keçir və heç kim səni görmür. Səmalardasan… Payızdan qaçan durnalar içindən keçir… Əfqanıstandasan… Atılan güllələr içindən keçir. Bunların heç birini hiss etmirsən, heç kim səni görmür və heç kimə toxuna bilmirsən, heç kim səni eşitmir. Sən ruhsan, artıq ölmüsən. Bu günə kimi Yer üzünə aid idin, indi isə Kainata…

Bəs… Bəs axı mən ölmüşəm. Cənnət və Cəhənnəm hardadı? Başa düşə bilmirəm… Oxuduğum kitablardan, axı öyrənmişəm ki, insan öz axirətini yaşayır öldükdən sonra. Axirətim bu yer üzüdürmü? Başa düşə bilmirəm…
Dediyim kimi, bir göz qırpımında Baharın yanındayam. Oturub televizora baxır. Bəllidir ki, mənim ölümümdən xəbəri yoxdur. Mən ölməsəydim, birdə Baharı 15 il sonra görəcəkdim… İndi amma onun yanındayam. Nəfəsi ruhumun içindən keçir. Toxunmaq istəyirəm, toxuna bilmirəm, səsimi eşitmir.
Amma bəlkə də Cənnət budur. Öldükdən sonra belə sevdiklərinin yanında ola bilmək.

Baharın telefonu zəng çalır, telefonun displeyində ən yaxın rəfiqəsi Nailə yazır.Bahar Nailənin ağlayan səsini eşidəndə, rəngi qaçır və mən hiss etdim ki, bu xəbəri Nailə verəcək. Elə dediyim kimi də oldu. Baharın əlindən telefon yerə düşdü. Susdu..Susdu və birdən fəryad çəkdir.

"Yooooooooooox”… "Yoooooooooooooox”…. ” Fəəəərriiiid”…. ” Ola bilməəəəz”
- Ağlama ömrüm, bax ölməmişəm, yanındayam! Görmürsən məni? Ağlama xahiş edirəm.Yalvarıram sənə ağlama.. Dözə bilmirəm! Bax qarşındayam. – ona sarılmaq istərkən yerə düşdüm.
Qaça-qaça Baharın anası gəldi və nə olduğunu söylədi. Anası da biləndə kədərləndi. Bahar getmək istədi dəfn mərasimimə, ancaq anası qoymadı. O dedi ki, "Sən nişanlı qızsan, ora getsən, nə deyər camaat. Öldü, Allah rəhmət eləsin. Heç yerə qoymuram səni!”.

Bahar ağlaya-ağlaya otağına keçdi. Mənim kitabımı götürüb, arasına qoyduğu şəkillərə baxaraq ağlamağa başladı. Kitabın arasındakı qurutduğu qızıl gülün, bütün ləçəkləri qopub yerə səpələndi. Şəkillərimə baxıb hönkürürdü. Mənsə onun bir addımlığında dayanmışdım.
Onun telefonuna mesaj gəldi. Telefonu götürmək istəyəndə, mənim kitabım da, gülümdə, şəkillərimdə döşəməyə səpələndi. Telefonda yazılmışdı ki, " Yaxşı ki, biz nişanlandıq. İndi səninlə olmaq üçün dahada səbrsizlənirəm. Səni sevirəm.Həmdə çox.”

Mən sarsıldım.Bir Bahar ayaqlarının altına səpənmiş xatirələri gördüm və birdə ağlaya-ağlaya mesaja cavab yazmağını gördüm. O mesajı göndərəndən sonra yerə səpələnmiş xatirələri yığışdırdı. Hamısını toplayıb, siyirməni açdı. Siyirmənin içinə çox sərt şəkildə qoydu və onu bağladı. Xa xa xa…. Məni hələ tabuta qoymamışdılar, ancaq Bahar artıq xatirələrimi dəfn etdi, bir şkafda… Amma yox, mən ona haqsızlıq edə bilmərəm. O hələ də ağlayır. Buna əminəm ki, indi o yazdığı məktuba görə peşmandır.Ancaq cifayda… Mən bir ruham….

Bu mənzərəyə dözə bilmirəm… Qoy gedim bir az anamın yanına. Amma yox, o mənzərə bu mənzərədən də betərdi. Amma getmək lazımdır. Sonra məni dəfn edəndən sonra, birdən onları görmərəm.
Bir göz qırpımında, çadırın yanındayam. Artıq mənim şəkilimi də, mağarın içindən asıblar. Yaraşıqlı düşmüşəm. Bu şəkili nə vaxt çəkdirmişəm heç xatırlamıram. Evimizdən qadın ağı səsi gəlirdi. Mən atamın yanına tərəf gedib, onun iyini hiss etdim. Onun qulağına pıçhıldadım ki, dünyanın ən yaxşı atası sənsən… Mənə həmişə dəstək olmusan. Sanki atam hiss etdi. Gözündən yaş yerə düşdü və üzü gülümsədi. Sonra cibindən dəsmal çıxardaraq hönkürməyə başladı. Məncə o məni duymuşdu. Amma yox mən bir ruham. Necə duysun məni? Bəs onda niyə atam həmin reaksiyanı verdi?

Anamı görürəm… O necə dizlərini döyür, necə fəryad edir….vay…. Anam lütfən ağlama… Sənə qara paltar geyindirən mən oldum. Qoy elə cəhənnəmə düşüm ki, sənin kimi ananı ağladıram mən. Ana lütfən ağlama… Yadıma əskərlikdə olduğum vaxt anama həsr etdiyim şerim düşdü. Nədənsə, ruh olandan sonra hər şeyi daha yaxşı xatırlayıram..
Onların günahı yox idi, belə bir əziyyət çəkmələrinə… Mən pis adamam, həm də çox pis… Ancaq səkkiz il də orada qalmaq olmazdı. Molla fətva verdi ki, namazın vaxtıdı, bütün namaz qılanlar, bir otağa doluşub camaat namazı qılmağa başladılar. Məndə keçdim içəri ki, namazımı qılım. Ruh olmağıma baxmayaraq namaz qılmaq vacibdir. İstər diri üçün, istər ölü üçün. Ancaq hər kəs sonda möhkəmdən mənim ruhuma dua edirdilər. Qəribə oldum. Elə bil hər kəs üzümə deyirdi ki, "Sən Ölüsən”. Bu artıq mənə təhqir kimi gəlirdi. Ancaq nə edim, həqiqətən ölmüşəm və mən bir ruham.

Sabaha kimi evimiz boş qalmadı. Hər kəs səhərə kimi mənim cənazəm üstündə ağladı. Arada atam gəlib mənə eləcə baxıb gedirdi. Mənə yox daha doğrusu, cəsədimə baxıb gedirdi. Həm anamın, həm də atamın hiss edirdim ki, təzyiqləri düşüb. Bu gün heç nə yeməmişdilər. Necə yesinlər? Tək övladları vəfat edib. Arada Baharın evində vaqe olurdum. O isə eləcə ağzı üstə uzanıb ağlayırdı. Otağından çölə çıxmırdı. Telefondakı şəkillərimizə çoxlu-çoxlu baxırdı. Mən səhərə kimi onun başının üstündə durub, onun yatmağını seyr edirdim. Elə gözəl yatırdı ki….Arada " Fərid, səni çox sevirəm” – deyib sayaqlayırdı. Mənsə ağlayırdım. Amma yenədə gözümdən yaş gəlmir, sadəcə ruhum ağlayırdı.Bilmirəm bəlkə də həmin vaxt cəsədimin gözlərindən yaş gəlirdi. Amma yox, bu mümkün deyil. Çünki Fərid ölüb artıq. Yəni mən yoxam…Sadəcə bir ruham…

Baharın göz yaşlarını silmək istəyirdim gecə ikən… O, yata-yata ağlayırdı. Mən onun sadəcə "Məni öp” deyən dodaqlarını öpmək istəyirdim. Ancaq nə gözlərinin yaşını silə və nədə ki, dodaqlarından öpə bilirdim. Bir anlığa boşluğa keçib, yıxılırdım. Ona o qədər yaxın dururdum ki, nəfəsi içimi dəlib keçirdi. Bu qız yatanda mələk olur. Hanı bəs deyirdilər, yatanda insanın ruhu bədənindən çıxar. Ancaq elə deyil. Əgər Bahar yatdığı müddətdə, ruhu bədənindən çıxsaydı, mən çox xoşbəxt olardım. Mən ona heç ölüm yaraşdırmıram. Onun gözəlliyi elə bir möcüzədir ki, sanki heç vaxt qocalmayacaq. Elə həmişə belə qalacaq. Mənə deyin, Allahın möcüzələrini sevməmək olarmı? Mən Allahın bütün möcüzələrini sevirəm. Ən birinci isə, onun dünyada yaratdığı ən gözəl əsərini, yəni Baharı…. Mən onu çox sevirəm. Amma gərək məni gözləyərdi. Bəlkə qərar çıxardı , mənlə tezliklə qovuşardı.

Çöldə qar yağırdı. Qar dənəcikləri içimdən gəlib keçirdi. Mən də, ətrafda bu yandan, o yana gedirdim. İnsanlar bu gün məni dəfn edəcəkdilər. Havanın soyuq olması, hər kəsi mağara girməyə məcbur edirdi. Qadınlar içəirdə halva, kalapur və başqa şeylər düzəldirdilər. Axı mənim ruhum şad olsun deyə ehsan verirdilər. Mənim ruhumun şad olmağı üçün gərək sevdiklərim yanımda olsun…. Artıq saat on ikini göstərirdi. Molla əlində Quranla kişiləri çağırdı ki, artıq dəfn etmək vaxtıdır. Molla nə vaxt ki, mənim cəsədimin yanına gəldi, qadınlar məni aparacaqlar deyə elə bir nalə çəkdi ki, cəsədim o naləyə görə az qala titrəsin. Anam üstümə örtülüb, aparmıyın balamı deyə qışqırırdı. Mən kənardanca durub baxırdım. Deməyə söz tapa bilmirdim. Qadınlar anamı geri çəkdilər. Kişilər kəfənimin ucundan tutdular və tabuta yerləşdirdilər. Sonra da tabutun dəstəyinin içinə qoydular. Şəklim də yaşıl parçanın üstündən asılmışdı. Gənc vəfat etdiyim üçünsə, ətrafı qızıl güllər ilə bəzədilmişdi. Artıq küçənin ortasında və çiyinlərdə gəzirdim. Qəribə bir musiqi ilə məni müşayiət edirdilər. Qarşıda kişilər gedirdi. Arxadan da "Getmə Fərid” deyən qadınlar. Hər kəs qara geyimdə idi. Ən arxada da mən gedirdim. Məni yola salmaq üçün çox insanlar gəlmişdi. Hər insana bu nəsib olmaz. Bir neçə yerdə jurnalistlər videoya çəkirdilər. Qəribə idi… Həm də çox… Öz dəfnimi seyr etmək üçün ağlayanların arxasınca gedirdim. Qərəz… Mənim tabutumu qara maşına yerləşdirdilər. Məişət qanunlarına görə qadınların qəbrsanlığa dəfn üçün gəlməyi qadağandır. Bu səbəbdən qadınların hamısı geri döndü. İndi sadəcə kişilər maşınlara doluşub yol boyunca hərəkətə keçdilər. Xeyli vaxtdan sonra hər kəs qəbrstanlıqda oldu. Yerim qazılmışdı. Qara torpaq səliqə ilə qazılıb mənim üçün isti yataq halına gəlmişdi.

Mənim cənazə namazımı qıldılar və sonrada ehmalca quyuma qoydular. Üzərimə taxta düzüb, torpaq atmağa başladılar. Qara torpaq ağ kəfəni öz altında rəngini boğurdu. Əvvəlcə ayaqlarım torpaq altında qaldı, sonra sinəm. Atam kürəyi heç kimə vermək istəmirdi sanki, eləcə o doldururdu. Atama bu yaşında belə əziyyət vermək istəməzdim. Ətrafdakı kişilər, siqaret çəkə-çəkə ağlayırdı. Pisimə gəlirdi, atamın ayaqları palçığa bulaşması. Ruh olmasaydım onun ayaqqabılarını təmizləyərdim ki, həmişə ki, kimi parlasın.Atam torpağımı göz yaşları ilə sulayırdı. Ağlaya-ağlaya kürəklə torpaq səpirdi. Molla bir daha "Əl-Fatihə” surəsini oxudu və hər kəs maşınlara doluşub getdi. Mənsə məzarımla baş-başa qaldım: " Eh ay Fərid, sənə yaraşmadı bu torpaq, amma bəxtindən buranın mənzərəsi gözəldi. Səni qınamıram, Fərid. 15 il heç kim orada, yalnız kamerada qala bilməzdi. Üstəlik nəyinsə həsrətini çəkirsənsə və ya bərk sarsılmısansa… Onsuz da orada çürüyüb öləcəkdin… Bəlkə də ən düzünü etdin..Bəlkə də ən səhvini…

Həqiqətən həyat çox qəribədi. Xoşbəxt yaşamaq üçün çox yol gedirsən. Çatdığını sanırsan, ancaq dağa çatırsan. Dağı aşırsan ki, çatasan, bu səfər çaya çatırsan, çayı aşırsan, səhraya çatırsan, səhranı keçirsən, dəniz gəlir və bu həmişə davam edir. Çətindir…Amma təki problem olsun, dərd olmasın… İndi mənim üçün həm böyük problem və həll olunmaz bir dərdim var. Budur…. Soyuq hava… Məzarımın üzərinə düşən qar… Və mən, yəni ruh…. Artıq dəfn olundum, özümü Allaha təhvil verməliyəm….

***
Hər şeyin üstündən 1 ay keçib, ancaq mən hələ də burdayam. Allah tərəfindən unduldummu? Artıq burada qalmağın hər günü mənə əziyyət verir.
Baharın toyu oldu, o gəlinliklə mənim içimdən keçdi. Həmin gecə çox ağlayırdı. O, eləcə mənim şerimi oxuyudur:
Eşq mənim adımdır, qövm-ü məkanə bəllərəm
Sənsiz mən heç kiməm, sanki dərd-ü xəstəyəm
Gözlərin bir çiraq kimi parlarsa eşqi hicrandan
Çün sən Leyli tək,mənsə divanə ismi-Məcnunam

Onun şerimi öz toy gecəsi oxuması həqiqətən məni hələ də sevdiyini sübut edir… Ona həmişə deyərdim:

"Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, qısqanclıq ölülər diyarı kimi möhkəmdir, onun odu alovlanır, O, atəşdir,tamamilə yandırıb-yaxır. Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, hamı ona xor baxar.” – Mən onu  çox sevirəm. Ancaq Hər kəs bədəninin ölümünü düşünür. Ürəyinin ölümünü düşünən yoxdur. Əsl əhəmiyyətli olan ürəyin ölməsidir. Mənim bədənim öldü, indi məzarlıqdadı. Lakin ürəyim sanki ölməyib və hələ də Xülyanın yanındadı. Sanki, onun döyünən ürəyi elə məhz, mənim ürəyimdir. Nə acılıdr elə deyilmi? Hər kəs kimi normal ölməməyin, nəticəsi budur …

Toy gecəsi onun gərdəyini gördüm. Əri onun gözəlliyindən elə ilk toy gecəsi faydalanmağa başlamışdı. Onun bakirəliyini pozarkən çox incitmişdi, ağrıdan Bahar ağlayırdı.

Bu bir ay içində başqa hadisələr də baş verdi. Anam və atam söhbət edərkən mənə məlum oldu ki, mən onların övladları deyiləm. Bilmədim kimin övladıyam. Çox qışqırdım, eşitmədilər məni. Duymadılar… Az qala ağlımı qaçırım. 28 yaşıma kimi kimin övladı olduğumu məndən gizlədiblər. Bütün vaxtımı onların yanında keçirirdim ki, bəlkə biri bir söz deyər. Amma çifayda…
***
Paytaxtda siyasi vəziyyət heç də yaxşı görsənmir, şəhərdə dini qarşıdurmalar güclənib və ziyalı təbəqələrini bir-bir aradan götürürlər. İnsanların içində gəzərkən duyduğum şaiələrə görə, bir neçə nəfər ziyalı bir insanı öldürməyə cəhd etmiş lakin baş tutmamışdır. Ancaq üstündən bir neçə gün keçəndən sonra həmin ziyalı xəstəxanada keçinmişdir. Artıq insanlar küçələrə axışır mənim, Anarın və vəfat edən ziyalının fotolarını havaya qaldırıb şüarlar səsləyirlər. Buna şahid  olmaq üçün həmin kiçik mitinqlərin içərisində gəzirdim. Ancaq mən iki gün sonrakı toyu düşünməli idim. Bu mitinqə vaxt sərf edə bilmərəm. Zatən heç nə baş tuta bilməyəcək. Mən həyatım boyu yalanların içində böyümüşəm. Hələ də anam və atamın kim olduğunu bilmirəm. Bəlkə sağlığımda bu mənə deyilsəydi mən nəsə edə bilərdim. Amma sanki mənim ölümümü gözləyiblər.
***
Nəsə yüngüllük hiss edirəm. Sanki məni qəbrstanlığa çağırırlar.Cəsədimin üstündə kimsə var sanki… Ora gedirəm və artıq ordayam. Baş daşımı anam qucaqlayıb ağlaya-ağlaya öpür, neçə qohum ilə birlikdə valideynlərim qəbrimin üstündə kitab oxuyurlar. Sonra anam qəbrimin üstünə gül suyu səpələdi. Dini adətlərimiz qəribədi. Ancaq istəməzdim ki, mənim belə bir başdaşım olsun. Çünki bunu mən dinimizə uyğun saymıram. Şəkildə gülərüzəm, ancaq ruhum ağlamağa cəhd edir, anamı və atamı gördükdə. Atam ağacların arasında necə də ağlayır uşaq kimi. Qəbrimin üstündəki, çinar ağacı isə tumurcuqlayıb. O da mənim kimi gəncdir. Artıq mənim cəsədim, çürüyəcək və gübrələnib bu ağacın dibinə gedəcək. Görürsünüzmü? Mənim cəsədimində xeyri var… Soxulcanlar ac qalmır, mənim ətimi didib, nəsil artırırlar, sümüklərim isə hissəciklərə çevrilib, çinar ağacının tezliklə ucalmağına köməklik edəcək. Öz cəsədimlə Allahın yaratdıqlarına kömək etdiyi üçün, fəxr etdim. Yəqin ki, bu günə kimi heç bir ölü insan öz cəsədi ilə fəxr etməmişdi.

Atam anamın çiynindən tutaraq, geri çəkdi və yavaş-yavaş hər kəs oradan uzaqlaşmağa başladı. Mənsə başdaşımdakı gülərüz şəklimlə baş-başa qaldım. Mərmərin yamacında əyləşib, dirsəyimi qəbrimin üstünə qoydum və səmaya baxdım. Bu günkü ad günümü, Xülyamı düşündüm. Bu gün o evlənəcəkdi. Gecə isə artıq başqasının yatağında olub, pak bakirəliyini sındıracaqdı. Mən bunların şahidimi olacağam? İnana bilmirəm… Buna heç vaxt razı da olmayacağam. Nəfəs ala bilmirəm… Ürəyim də yoxdu ki, deyim ürəyim sıxılır…
Uzaqdan sarı rəngli bir taksi yaxınlaşdı. Onun içindən qaraya bürünmüş, bir az beli bükük qadın düşdü və mənə və ya mənim qəbrimə doğru əsə-əsə addımlamağa başladı.Arxamda yüzlərlə qəbir var, yəqin edirəm ki, o yüzlərlə qəbirlərdən birinin üstünə gəlir. Ancaq yox, düz mən tərəfə gəlir. Bu qadını tanıyıram. Bu qadın…Bu qadın… Anarın anası Zərinə ana idi…
***
Onun burada nə işi var? Heç bilmirəm, Anarın qəbri haradadır, yoxsa onun qəbrinidə ziyarət edərdim. Bəlkə də Zərinə ana onun qəbrinin üstünə görə gəlib və məni də ziyarət edir. Qəbrimin yanına gəlib çatanda dizlərini yerə qoyub daşı qucaqladı və ağlamağa başladı. Sonra ağlaya-ağlaya nəsə danışmağa başladı:
- Allahım, mənə niyə bu əzabı göstərirsən? Axı mənim günahım nə idi, oğullarımı əlimdən aldın? – Oğullarım demək istəyəndə, həmişə Anara və mənə öz oğlu kimi baxırdı. O yenə davam edirdi: Allahım,sənə üsyanmı edim? Onların canını almaqdansa mənim canımı alardın, nə olardı axı? Yalvarıram mənim də canımı al.Bu ağırlığı, bu dərdi daşıya bilmirəm,  oğlanlarımı məndən alıb, məni niyə yaşadırsan axı? Bu sənin ədalətindirmi? – Həqiqətən hiss olunurdu ki, Zərinə ana çox dərd çəkir, o eləcə əlini göyə qaldırıb, üzünü sanki Allaha tutarmış kimi səsini yüksəldə bildiyi qədər-yüksəldirdi. Anarın ölümdünən sonra sürətlə üzündə qırışmalar başlayıb və elə bil on il qocalıb.Sonra o belini başdaşıma söykəyərək avaz səslə deməyə başladı: Bilirəm, bilirəm…. Günah məndədir… Mən Fəridi başqasına veməməli idim. Öz oğlumu başqalarına  satdım. Haqq olur mənə… Mən oğlumu satdım, sənsə ikisini birdən aldın mənim əlimdən… Yalvarıram bağışla etdiyim günaha görə. Bağışlamasan da mən bu günahların əcirini çəkirəm. Mən intihar etməyəcəm və ölənə kimi bu günahların bədəlini yaşayacağam. Qoy mənim kimi pis bir ana bunu yaşasın. Oğlum, Fərid… Sən məni bağışla… Allah bağışlamayacaq onsuz da. Sən məni duyursansa bağışla ki, səni yaban əllərə satdım.Bağışla…Bağışla… Bağışla…
- Xanım, başınızı vurmayın mərmərə zədələnəcək, gəlin maşına minin və gedək artıq. Allah rəhmət etsin…
Mən… Mən… nə söz deyim bilmirəm. Ad günümün hədiyyəsi anamın kim olduğunu bildim. Xa-xa-xa… Xa-xa-xa…. Bu necə bir şeydir İlahi? Mənim gerçək anam Zərinə , atam isə Nizamidir… O zaman…O zaman…

 

Ardı burada

 


milashka_167 | 9 noyabr 2015 16:13 | Status: VİP user | Şərh: 1 452
Maraqliydi....
ESMERRi | 3 noyabr 2015 00:28 | Status: Brilliant user | Şərh: 5 379
Sitat: dılay
Yazdiqlqrinizi beyenirem
dılay | 21 oktyabr 2015 23:17 | Status: Brilliant user | Şərh: 8 185
Yazdiqlqrinizi beyenirem
ESMER | 26 sentyabr 2015 22:22 | Status: VİP user | Şərh: 817
Sitat: Sirli dunyam
tesekkurler


[quote=Meley...][quote=SARA55]Qesheng hekayedi teshekkurler.[/quote][/quote][/quote]

[quote=Meley...][quote=SARA55]Qesheng hekayedi teshekkurler.[/quote][/quote][/quote]

[quote=Meley...][quote=SARA55]Qesheng hekayedi teshekkurler.[/quote][/quote][/quote]
ESMER | 20 sentyabr 2015 23:32 | Status: VİP user | Şərh: 817
[quote=Meley...][quote=SARA55]Qesheng hekayedi teshekkurler.[/quote][/quote][/quote]
Sirli dunyam | 14 avqust 2015 00:28 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Meley... | 10 iyul 2015 20:56 | Status: VİP user | Şərh: 696
[quote=SARA55]Qesheng hekayedi teshekkurler.[/quote][/quote]
Nagizade.Leyla | 31 may 2015 13:13 | Status: VİP user | Şərh: 1 321
Maraqlo hekayədi
SARA55 | 26 mart 2015 01:58 | Status: Qonaq | Şərh: 0
Qesheng hekayedi teshekkurler.[/quote]
ayka wirinka | 18 mart 2015 13:48 | Status: Şərhçi | Şərh: 233
maraqlidi oxuya bilersiz
mila21 | 23 fevral 2015 20:46 | Status: Şərhçi | Şərh: 283
BOOOOOOOOYYYYYYYYYYY NE UUUUUUUZUNDU
●♥ Meley ♥● | 9 fevral 2015 08:29 | Status: Gümüş user | Şərh: 413
Hmmmm tesekkurler
nurlana nurlana | 7 fevral 2015 08:35 | Status: Gümüş user | Şərh: 1 950
Hele ardı vaarrrrrrrr boyyyy
Luna-90 | 30 yanvar 2015 23:25 | Status: Qonaq | Şərh: 0
Buda ne be dastandi
sirin bala | 9 noyabr 2014 15:18 | Status: Gümüş user | Şərh: 1 669
COX UZUN IDI OXUMADI

COX UZUN IDI OXUMADI
Ay_Sun | 3 noyabr 2014 23:54 | Status: Brilliant user | Şərh: 13 409
Maraqli idi tesekkurler.
aysu tuncay | 21 yanvar 2013 04:36 | Status: Şərhçi | Şərh: 212
tesirlendim :n27:
Fatima Q. | 19 yanvar 2013 18:06 | Status: Gümüş user | Şərh: 984
Eserin bashlangicinda sherh yazmaq uchun tamam ayri sozler fikirleshmishdim.Xoshuma geldi eser.Olumden sonraki sehneleri oxuyanda vaxtimi itirmemeyimi dushundum..Dishimi sixib biraz da oxudum..Bir de gordum ki artiq achilib ozumu esere buraxmisham..
LÇKE smile


Xoshuma gelen ifadeler.

Xoşbəxt yaşamaq üçün çox yol gedirsən. Çatdığını sanırsan, ancaq dağa çatırsan. Dağı aşırsan ki, çatasan, bu səfər çaya çatırsan, çayı aşırsan, səhraya çatırsan, səhranı keçirsən, dəniz gəlir və bu həmişə davam edir. Çətindir…
Öz cəsədimlə Allahın yaratdıqlarına kömək etdiyi üçün, fəxr etdim.
K.AWK.S.LOVE | 16 dekabr 2012 16:20 | Status: Gümüş user | Şərh: 1 236
MARAQLIDIR NE DEYE BILEREM
Necibe | 10 dekabr 2012 22:00 | Status: Qonaq | Şərh: 0
Əlimi-əlimin üstünə qoyub namazımı qılıb, duamı eləyib məsciddən çıxdım.

Bu cumlede yazarin meqsedini anlamadim.namazi nece qildigini yazmaqda meqsed nedi goresen?
B_R | 8 dekabr 2012 11:11 | Status: VİP user | Şərh: 971
maraqliydi. xebere gore twk :n43:
casiye 45 | 7 dekabr 2012 17:34 | Status: Gümüş user | Şərh: 1 449
ardini sebirsizlikle gozleyirem,,ama ne olar xirdaliqlara cox girmeyin :n10:
rufet ehmed | 7 dekabr 2012 15:17 | Status: Gümüş user | Şərh: 1 391
maraqlidir
Aya:)) | 7 dekabr 2012 14:40 | Status: Gümüş user | Şərh: 2 239
maraqlidir
Damla | 7 dekabr 2012 11:18 | Status: Brilliant user | Şərh: 7 178
Hormetli muellif cox maraqla oxudum ve cox beyendim..Ardini gozleyirem sebirsizlikleee..
Bu kelmeler ise cox mohtewemdir mence..
"Məni qəlbinin başında, qolunun üstündə Bir möhür kimi saxla. Çünki sevgi ölüm qədər qüvvətlidir, qısqanclıq ölülər diyarı kimi möhkəmdir, onun odu alovlanır, O, atəşdir,tamamilə yandırıb-yaxır. Sevgini ümman sular söndürə bilməz, Onu çağlayan çaylar batıra bilməz. Bir insan sevgisi uğrunda var-yoxunu versə belə, hamı ona xor baxar.” – Mən onu çox sevirəm.
Glass heart | 6 dekabr 2012 21:56 | Status: Gümüş user | Şərh: 484
Coox uzun yazidiyee..oxumaqa vaxtim yoxdu yoxsa oxuyardim..atdim secilmiwlere vaxt tapan kimi mutleq oxuyacam.
sheyla | 6 dekabr 2012 20:26 | Status: Professional user | Şərh: 836
Ellerinize sagliq dusunurem ki, yaxsi hekayedir.Sonluga nezer saldim.Maragimi cekdi.Vaxt mehdudiyyetim var,ona gore de tam oxuya bilmedim.Vaxtim olan kimi mutleq1 oxuyacam!
Esmerim-S | 6 dekabr 2012 20:10 | Status: Qonaq | Şərh: 0
OLENden sonra ruhun nece olacagi yasayan insan bilmez bunu olen biler ruhlar ise danismaz ardini sabah İnallah oxuyariq.
Princess_93 | 6 dekabr 2012 20:00 | Status: Brilliant user | Şərh: 5 877
oxumadim oxuyub yazaram
Lale | 6 dekabr 2012 19:18 | Status: Yazar | Şərh: 3 264
oxumaq isteyirem.ama cox pcitlitelni insanam.bilmirem nece tesir edecek.