Aktual / Azadqadin.az məlumat mərkəzi

Bu gün Rəcəb ayının 27-si-Merac günüdür

sheh | 7-06-2013, 08:30
7 372 58



Bu gün İslam aləmində bayram günlərindən biridir.Müqəddəs Rəcəb ayının 27-si-Merac gecəsidir.Bəs elə isə bizə sual verə bilərlər ki.bu Merac gecəsi nədir və nəyə görə,hansı xüsusiyyətlərinə görə digər günlərdən fərqlənir?Mən də bildiyim azacıq məlumatlarımı sizinlə bölüşmək istədim.İnşallah,bacılarım da öz şərhlərində mənim yadımdan çıxartdıqlarımı qeyd edərlər.
Qurani-kərimdə "İsra” surəsinin əvvəlində oxuyuruq: 

"Bəzi ayələrini göstərmək üçün bəndəsini bir gecə Məscidül - Həramdan ətrafını mübarək etdiyimiz Məscidül - Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidən və biləndir”
(İsra surəsi-1 ayə)
İsra sözü gecə səyahəti deməkdir.Bu gecədə Allahu-Təala ona sadiq olan Məhəmməd Peyğəmbəri(s.ə.s) öz qatına qaldırmışdır.Bu hadisə yer üzündəki baş verən bir çox möcüzələrdən biridir.
Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi. Bütün səfər boyunca Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s.a.s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür.  Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş,  peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz. Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur. Bu səfərin esas nöqtəsi olan Sidrətu’l-Müntəha (yeddinci qat)-a çatdıqda Hz. Cəbrail (a.s) –  "Ya Muhamməd, mən burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam edeceksəin” deyərək, Peyğəmbərimiz (s.a.s)in uca Rəbbimizlə görüşüb, danışacağı yerə gətirib buraxmışdır. Daha sonra bu səyahət götürüldüyü yerə qaytarılması ilə başa çatmışdır.

Qurani-Kərimin bir neçə ayəsini təfsirçilər Meracla bağlayırlar. Məsələn,

«Nəcm» surəsinin 8-9-cu ayələrində buyurulur: «Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı».

Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu arasındakı məsafədən də az» olması ifadəsi məcazi məna daşıyır. Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz «qurbətən iləllah» – «Allaha yaxınlıq» sözləri də bunu sübut edir.

 


Saida Kerimova | 7 iyun 2013 14:44 | Status: Professional user | Şərh: 1 672
Sitat: Akademik
ALLAH DUALARIMIZI QƏBUL ETSİN!

Amin!
FLOVERandGİRL | 7 iyun 2013 14:27 | Status: Professional user | Şərh: 3 251
maraqlidir
Torpaq | 7 iyun 2013 13:50 | Status: Professional user | Şərh: 3 570
Gozel melumat xeber ucun tesekkurler...
elin qolun var olsun...

Sitat: Seyidli
Şeh bacı bir şeylə razı deyiləm mən. Allahın məkanı açıq aşkar bildirilir ki ARŞ dır. Axı Peygəmbərimiz ARŞA onun hüzuruna qaldırılıb

raziyam men de...
Sabahım. | 7 iyun 2013 13:31 | Status: Professional user | Şərh: 3 359
heyf deyil belə yazılar yoxsa seks gəldi kriminal getdi
RaySum | 7 iyun 2013 13:01 | Status: Professional user | Şərh: 2 594
xebere gore tesekkurler
ferzane | 7 iyun 2013 12:11 | Status: VİP user | Şərh: 1 042
Tewekkurler bele deyerli xebere gore ALLA razi olsu komeyin olsun
drop | 7 iyun 2013 12:10 | Status: Gümüş user | Şərh: 2 448
Allah razi olsun, bu haqda melumatim yox idi
ayruska | 7 iyun 2013 12:02 | Status: Professional user | Şərh: 3 978
Sitat: Damla
Allah razi olsun! Deyerli xeberdi.
Mickey Mouse | 7 iyun 2013 11:39 | Status: Professional user | Şərh: 4 008
Allah razi olsun.
Damla | 7 iyun 2013 11:30 | Status: Brilliant user | Şərh: 7 178
Allah razi olsun! Deyerli xeberdi.
SHIRIN-SHIPSIRIN. | 7 iyun 2013 11:20 | Status: Gümüş user | Şərh: 1 347
evvelce tesekkurumu bildirirem,belegozelxebere gore,,cunki,menim xeberim olur,,boyuk suablara batirsiz,ALLAH sizden razi olsun!bacilarimin hamisinin mebes mabramini tebrik edirem,qoy ALLAH hamimimizin dualarini esitsin!
Saida Kerimova | 7 iyun 2013 11:19 | Status: Professional user | Şərh: 1 672
Hər kəsi təbrik edirəm.Təşəkkürlər,Sheh bacı
Aliyeva | 7 iyun 2013 11:11 | Status: Yazar | Şərh: 4 036
mebes bayrami ... Peygembere peygemberlik verilen gun... mubarek gundu hamin izi tebrik edirem.inawallah bele bir gunde oruc tutanlarimiz var...
Jale baci esas tebrik senedi qonwu love ehsen!
PAYIZ | 7 iyun 2013 10:57 | Status: Gümüş user | Şərh: 1 078
Sitat: Akademik
gözəl xəbərdi. MERAC GÜNÜNÜZ MÜBARƏK! ALLAH DUALARIMIZI QƏBUL ETSİN!

Qatılıram.Amin.
Seyidli | 7 iyun 2013 10:51 | Status: Yazar | Şərh: 2 706
İlk öncə bu gözəl məlumata görə təşəkkürlər mənim gözəl bacım!
"Bəzi ayələrini göstərmək üçün bəndəsini bir gecə Məscidül - Həramdan ətrafını mübarək etdiyimiz Məscidül - Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidən və biləndir”
(İsra surəsi-1 ayə)
ALLAH HƏR ŞEYƏ QADİRDİR.
Şeh bacı bir şeylə razı deyiləm mən. Allahın məkanı açıq aşkar bildirilir ki ARŞ dır. Axı Peygəmbərimiz ARŞA onun hüzuruna qaldırılıb. Və əlbətki onu düz buyurursan ki Allahı təsvir etmək olmaz. Ona cism, əl, üz sifətləri düşünmək belə olmaz. Çünki necəliyi məlum deyil.
Birdəki Peygəmbərimizin cismani və ya ruhani qaldırılması mübahisəli mövzudu. Yəni bunu hələ dəqiq deyən olmuyub məncə.


Akademik | 7 iyun 2013 10:39 | Status: Professional user | Şərh: 4 580
gözəl xəbərdi. MERAC GÜNÜNÜZ MÜBARƏK! ALLAH DUALARIMIZI QƏBUL ETSİN!
Hande 18 | 7 iyun 2013 10:37 | Status: Professional user | Şərh: 3 302
Merac gününüz mübarək olsun!Çox maraqlı idi.Xəbərə görə təşəkkürlər! smile
ARZUM 01 | 7 iyun 2013 10:32 | Status: VİP user | Şərh: 768
Sitat: Vetenperver
Merac gününüz mübarək olsun!Çox maraqlı idi.Xəbərə görə təşəkkürlər!
Feriha. | 7 iyun 2013 10:29 | Status: Professional user | Şərh: 4 746
allah razi olsun
xaqani_1980 | 7 iyun 2013 10:10 | Status: Şərhçi | Şərh: 206
Çox sağgözel bacım ALLAH dualarımızı qəbul eləsin
Ay Gul | 7 iyun 2013 09:52 | Status: VİP user | Şərh: 431
Allah razi olsun
Nur | 7 iyun 2013 09:35 | Status: Professional user | Şərh: 3 989
ALLAH razi olsunn sheh baci,Allah dualarimizi qebul elesin,men 2 gun bunnan qabaq ewitdimki MERAC kandilidi,cawdim qaldim,bugundu,ya 2gun bunnan qabaq oldu?
Princess_93 | 7 iyun 2013 09:31 | Status: Brilliant user | Şərh: 5 877
Allah razi olsun Jale xala dunen mecidde diyibler sabah oruc tutmaq lazimdi mende bacimla tutdum ama bilmirdik ki ne gunudu cox tewekkurler sayenizde oyrendim
Vetenperver | 7 iyun 2013 09:30 | Status: Professional user | Şərh: 6 700
Merac gününüz mübarək olsun!Çox maraqlı idi.Xəbərə görə təşəkkürlər!
shahrun | 7 iyun 2013 09:30 | Status: Qonaq | Şərh: 0
çox gözəl xəbərdir, məlumatım var idi ALLAH hamımızın, namaz və dualarımızı qəbul etsin inşALLAH
SULTANIM | 7 iyun 2013 09:22 | Status: Ekspert | Şərh: 4 743
Allah dualarimizi qebul etsin.Amin!
sanel | 7 iyun 2013 08:58 | Status: Professional user | Şərh: 3 647
Allah razi olsun MERAC KANDILINI bacimla geceni saxladiq dualarla kecirdik Allah haminin duasini qebul elesin amin
shela | 7 iyun 2013 08:55 | Status: Gümüş user | Şərh: 2 910
Allah hamımızı himayəsində saxlasın,gunahlarımızı baqışlasın,bizi Məhəmməd Peygəmbərin(s) ümmətindən,cənnət əhlindən etsin .İNŞALLAH.Hamını təbrik edirəm.