Aktual / Azadqadin.az məlumat mərkəzi

Bu gün Rəcəb ayının 27-si-Merac günüdür

sheh | 7-06-2013, 08:30
7 352 58



Bu gün İslam aləmində bayram günlərindən biridir.Müqəddəs Rəcəb ayının 27-si-Merac gecəsidir.Bəs elə isə bizə sual verə bilərlər ki.bu Merac gecəsi nədir və nəyə görə,hansı xüsusiyyətlərinə görə digər günlərdən fərqlənir?Mən də bildiyim azacıq məlumatlarımı sizinlə bölüşmək istədim.İnşallah,bacılarım da öz şərhlərində mənim yadımdan çıxartdıqlarımı qeyd edərlər.
Qurani-kərimdə "İsra” surəsinin əvvəlində oxuyuruq: 

"Bəzi ayələrini göstərmək üçün bəndəsini bir gecə Məscidül - Həramdan ətrafını mübarək etdiyimiz Məscidül - Əqsaya aparan Allah pak və müqəddəsdir. O, doğrudan da, eşidən və biləndir”
(İsra surəsi-1 ayə)
İsra sözü gecə səyahəti deməkdir.Bu gecədə Allahu-Təala ona sadiq olan Məhəmməd Peyğəmbəri(s.ə.s) öz qatına qaldırmışdır.Bu hadisə yer üzündəki baş verən bir çox möcüzələrdən biridir.
Həzrəti Muhəmməd (s.a.s) səfər zamanı nəqliyyat vasitəsi kimi ölçüdə atdan kiçik, uzunqulaqdan böyük olan qanadlı behişt məxluqu Buraqdan istifadə edirdi. Bütün səfər boyunca Allahın yaxın) mələyi Cəbrail (ə) onu müşayiət edirdi. Merac zamanı Həzrəti Muhəmməd Peyğəmbər (s.a.s) səmanın yeddi qatını keçmiş, hər mərtəbədə özündən əvvəlki böyük peyğəmbərlərlə görüşmüşdür.  Merac zamanı Allahın izni ilə Həzrəti Muhəmmədə (s) cənnət və cəhənnəmdən mənzərələr göstərilmiş, onların sakinləri barədə məlumat verilmiş,  peyğəmbərimiz insanın hansı əməllərinə görə cənnətə və cəhənnəmə düşdüyünü öyrənmişdir. Əlbəttə, cənnət və cəhənnəm Qiyamət gününə kimi boşdur, heç bir mömin və kafir şəxs hesab günündən əvvəl nə cənnətə, nə də cəhənnəmə salınmaz. Lakin Allah-Təala üçün zaman məfhumu yoxdur. Allahın sonsuz elmi bütün hadisələri baş verməmişdən əvvəl də əhatə edir. Demək, Merac zamanı Allah-Təalanın əmri ilə cənnət və cəhənnəm səhnələri Həzrəti Muhəmməd Peyğəmbərdən (s) ötrü vaxtından əvvəl canlandırılmışdır. Və yaxud Allah-Təala Həzrəti Muhəmməd Peyğəmbərin (s) daha yaxşı anlaması üçün cənnət və cəhənnəm görüntülərini onun gözü qarşısında canlandırmışdır. Merac səfərində müsəlmanlara gündə beş vaxt namaz qılmağın vacibliyi barədə əmr də Peyğəmbərə vəhy olunmuşdur. Bu səfərin esas nöqtəsi olan Sidrətu’l-Müntəha (yeddinci qat)-a çatdıqda Hz. Cəbrail (a.s) –  "Ya Muhamməd, mən burdan o tərəfə bir addım da ata bilmərəm, artıq yola yalnız davam edeceksəin” deyərək, Peyğəmbərimiz (s.a.s)in uca Rəbbimizlə görüşüb, danışacağı yerə gətirib buraxmışdır. Daha sonra bu səyahət götürüldüyü yerə qaytarılması ilə başa çatmışdır.

Qurani-Kərimin bir neçə ayəsini təfsirçilər Meracla bağlayırlar. Məsələn,

«Nəcm» surəsinin 8-9-cu ayələrində buyurulur: «Sonra (Peyğəmbər Allaha) yaxınlaşdı, yenə yaxınlaşdı. Aralarında kamanın iki ucu arasındakı qədər və ya bundan da az məsafə qaldı».

Əlbəttə, İslam dininin əqidə əsaslarına görə, Allah-Təala cisim deyil, onun məkanı yoxdur və Allahın hər hansı məkanda olduğunu düşünmək günahdır. Burada Allahla Peyğəmbər arasında məsafənin «kamanın iki ucu arasındakı məsafədən də az» olması ifadəsi məcazi məna daşıyır. Ayədə Merac zamnı Peyğəmbərin Allaha həmişəkindən daha yaxın olduğunu bildirmək üçün bu cür ədəbi üsuldan istifadə edilmişdir. Bu yaxınlıq isə maddi deyil, mənəvi və ruhani məna daşıyır. İnsanın Allaha yaxınlığı onun lütf və mərhəmətinə layiq görülmə dərəcəsi və sevimli bəndələr cərgəsindəki yeri ilə ölçülür. Elə bir çox ibadət əməllərimizin əvvəlində işlətdiyimiz «qurbətən iləllah» – «Allaha yaxınlıq» sözləri də bunu sübut edir.

 


Yagis_Negmesi | 28 noyabr 2015 22:48 | Status: Gümüş user | Şərh: 1 614
Sitat: BaLaMiN DeCeLi
tesekurle xebeere gore
Sunay Elizade | 29 may 2015 16:16 | Status: Gümüş user | Şərh: 2 157
tesekurle xebeere gore
AYAN A-VA | 29 noyabr 2013 17:56 | Status: Gümüş user | Şərh: 1 722
TEWEKKURLER XEBERE GORE
RaySum | 20 noyabr 2013 22:04 | Status: Professional user | Şərh: 2 594
Allah razi olsun!
Nazlı_Kız | 9 oktyabr 2013 12:36 | Status: Brilliant user | Şərh: 6 473
Allah razi olsun Butun dualariniz qebul olsun amin deyerli xeber ucun cox tewekkurler Sheh xanim
FLOVERandGİRL | 26 iyun 2013 20:21 | Status: Professional user | Şərh: 3 251
Sitat: mehimim
allah dualarimizi qebul etsin.

amin
mehimim | 11 iyun 2013 22:24 | Status: VİP user | Şərh: 663
allah dualarimizi qebul etsin.
Torpaq | 11 iyun 2013 11:51 | Status: Professional user | Şərh: 3 570
Sitat: Allahin Gulu
Bunu coxdan yazmaq isteyirdim amma yazacam.sual verirsen ki sunne sene edib.deyir siz Alini sevmirsiz.XEYR biz ferqli olaraq butun xelifeleri peygemberin butun dostlarini sevirik.Peygemberimiz buyurub menim eshabelerimi sevmeyen cennet uzu gormeyecek.Men hec onlarin dirnaginin tozu olmaram ne heddimeki birini sevim birini sevmeyim.Sabah sorgu sual gunu onlarla uz uzbe uz kimin durmaga heddi var.hec kimin ona gore bize ehli sunne mektebinde sevgini oyerdibler sorgusuz sualsiz.Eger onlar deyen kimidirse Allahu alem biz deyen kimidirse yene Allahu alem.Nifaq yaxshi shey deyil.Allahu tala quranda buyurub mominler bir birinin baci qardashidr.Din qardashin bacisina kin tutan cennetlik olmaz.

ozu de sehabelerden Allahin razi oldugu Quranda var. Allah ensar ve muhacirlerden razidir...Allah razisa bize ne dusub onlarin her hansi birinden razi olmayaq?
derecelerle 1 1lerinden stun ola bilerler o ayri...
Senin de dediyin kimi Allah onlari bize ayirmagi demedi...
eslinde yeterince dusmenimiz varken oz aaramizd cekismeyimiz ne qeder dogru olar?
bu saat qerb olkelerindeki pis niyyetli insanlarin de istediyi bu deyilmi?
en asan parcalama-qelebe yoludu onlarcun...1 fitne ve cekilib kenarda dursunlar qelebe ovuclarinda... sad
Seyidli | 11 iyun 2013 00:42 | Status: Yazar | Şərh: 2 706
Sitat: Allahin Gulu
Sitat: Damla
Cahil adamin beynini yumaq asan olur

Ay Allah senden razi olsun.Sunnelere nifer edib saudiyya erebistanin dinin beshiyine qarshi cixirlar.Zornan gozlellik olmaz.Allah besiret gozunu acmadiqca xeyri yoxdur.Bunu coxdan yazmaq isteyirdim amma yazacam.sual verirsen ki sunne sene edib.deyir siz Alini sevmirsiz.XEYR biz ferqli olaraq butun xelifeleri peygemberin butun dostlarini sevirik.Peygemberimiz buyurub menim eshabelerimi sevmeyen cennet uzu gormeyecek.Men hec onlarin dirnaginin tozu olmaram ne heddimeki birini sevim birini sevmeyim.Sabah sorgu sual gunu onlarla uz uzbe uz kimin durmaga heddi var.hec kimin ona gore bize ehli sunne mektebinde sevgini oyerdibler sorgusuz sualsiz.Eger onlar deyen kimidirse Allahu alem biz deyen kimidirse yene Allahu alem.Nifaq yaxshi shey deyil.Allahu tala quranda buyurub mominler bir birinin baci qardashidr.Din qardashin bacisina kin tutan cennetlik olmaz.namaz qilan oruc tutan zekat veren xeyir ishler goren momindir.Allah bizi tutdugumuz yoldan dondermesin.

Amin bacım!!! Düz buyurursan, səhabələri ayırmaq kimin həddinə. Heç onlar da bizə bunu rəva bilməzdilər. Sorgu sual günü mənim adımdan niyə bunu demisiniz desələr, O Səhabələrin adından edilən böyük günahların cəzası nə olacaq düşünmək belə qorxuludur...
MELEK_ | 10 iyun 2013 23:55 | Status: Professional user | Şərh: 3 949
men bilirdim, emeye hormet
Nursan. | 10 iyun 2013 20:41 | Status: Gümüş user | Şərh: 1 020
Sitat: Allahin Gulu
ay canim bele gunler olanda men mutleq yaziram cox yerde 1 gun qabaa yazmishdim dini bolmedede

Yəqin mən görməmişəm.Allah razı olsun
Allahin Gulu | 10 iyun 2013 15:30 | Status: Professional user | Şərh: 2 102
Sitat: nursan
Qəndil gecəsinin vaxtını bilmədim,çox pis oldum.Xahiş edirəm düzgün bilənlər əvvəlcədən saytda məlumat versinlər.Ötüb keçəndən sonra nə faydası

ay canim bele gunler olanda men mutleq yaziram cox yerde 1 gun qabaa yazmishdim dini bolmedede
Nursan. | 10 iyun 2013 12:57 | Status: Gümüş user | Şərh: 1 020
Qəndil gecəsinin vaxtını bilmədim,çox pis oldum.Xahiş edirəm düzgün bilənlər əvvəlcədən saytda məlumat versinlər.Ötüb keçəndən sonra nə faydası?
Girl | 10 iyun 2013 12:28 | Status: Professional user | Şərh: 8 206
ALLAH RAZI OLSUN!
cucem. | 8 iyun 2013 22:25 | Status: Professional user | Şərh: 4 415
ALLAH RAZI OLSUN ALLAHUMESELLI ELA MUHAMMEDIN VE ALI MUHAMMED
Allahin Gulu | 8 iyun 2013 18:26 | Status: Professional user | Şərh: 2 102
Sitat: Damla
Cahil adamin beynini yumaq asan olur

Ay Allah senden razi olsun.Sunnelere nifer edib saudiyya erebistanin dinin beshiyine qarshi cixirlar.Zornan gozlellik olmaz.Allah besiret gozunu acmadiqca xeyri yoxdur.Bunu coxdan yazmaq isteyirdim amma yazacam.sual verirsen ki sunne sene edib.deyir siz Alini sevmirsiz.XEYR biz ferqli olaraq butun xelifeleri peygemberin butun dostlarini sevirik.Peygemberimiz buyurub menim eshabelerimi sevmeyen cennet uzu gormeyecek.Men hec onlarin dirnaginin tozu olmaram ne heddimeki birini sevim birini sevmeyim.Sabah sorgu sual gunu onlarla uz uzbe uz kimin durmaga heddi var.hec kimin ona gore bize ehli sunne mektebinde sevgini oyerdibler sorgusuz sualsiz.Eger onlar deyen kimidirse Allahu alem biz deyen kimidirse yene Allahu alem.Nifaq yaxshi shey deyil.Allahu tala quranda buyurub mominler bir birinin baci qardashidr.Din qardashin bacisina kin tutan cennetlik olmaz.namaz qilan oruc tutan zekat veren xeyir ishler goren momindir.Allah bizi tutdugumuz yoldan dondermesin.
NaraAzer | 8 iyun 2013 12:16 | Status: Professional user | Şərh: 1 373
Allahumme Selli Muhemmedin ve Ali Muhemmed
Damla | 8 iyun 2013 07:12 | Status: Brilliant user | Şərh: 7 178
Sitat: Allahin Gulu
Sitat: Sumeyye
xeyr Azerbaycandada dunen qalanlar olub sadece yenede mezheb sohbeti sunnuler dunen qaliblar shielerde bugundu. hamsida kecen ilde 1 gunun sohbetidir ki camaati bele casdirir

Ay canim elbetde etiraz edecem bunun alergiyaya ne dexli var haqsizliqdir axi dunen butun hamimiz oruc idik dunya muselmanlari hamisi birdene Azerbaycan din xadimleri neye qulluq edir bilinmir.onsuzda din icinde olanalar oruclarin tutublar sunni shiyyeye dexli yoxdur.Saudiyya Turkiye Pakistan butun ereb devletleri dini sehv bilir bizim mollalar duz. :angry:

Sitat: Decel
bir rayon seher novruzu 20 si edirse yarisi 21 i edir Ramazan bayraminda da olkenin yarisi bir gun evvel yarisisda bir gun sora bayram edir qurbanliqda hemcinin

milletin bashinda imam yoxdur ona gore yaxshilarida terorcu adiynan damliyir

Aytenim seninle raziyam. Butun muselman olkeleri hemiwe eyni gunde olur birce bizim memleketden basqa. 9 milyonluq ehalinin umumi gotursek 3-4 milyonu din yolu ile gedir. Wie sunni mezhebi bir kenara n qeder ferqli teriqetler var.o deyir senin yolun sehv bu deyir senin yolun sehv. Heresi elinde bir kitab tutub oz alimlerinin duzgun oldugunu vurgulayirlar. Cahil adamin beynini yumaq asan olur. Bizde cox qarwilawmiwiq elalari ile amma susaraq uzaqlawmiwiq. Dinimiz gozeldir amma dinimizi sehv istiqametde yonlendirenler coxdur teesufki.
Allahin Gulu | 8 iyun 2013 02:02 | Status: Professional user | Şərh: 2 102
Sitat: Sumeyye
xeyr Azerbaycandada dunen qalanlar olub sadece yenede mezheb sohbeti sunnuler dunen qaliblar shielerde bugundu. hamsida kecen ilde 1 gunun sohbetidir ki camaati bele casdirir

Ay canim elbetde etiraz edecem bunun alergiyaya ne dexli var haqsizliqdir axi dunen butun hamimiz oruc idik dunya muselmanlari hamisi birdene Azerbaycan din xadimleri neye qulluq edir bilinmir.onsuzda din icinde olanalar oruclarin tutublar sunni shiyyeye dexli yoxdur.Saudiyya Turkiye Pakistan butun ereb devletleri dini sehv bilir bizim mollalar duz. :angry:

Sitat: Decel
bir rayon seher novruzu 20 si edirse yarisi 21 i edir Ramazan bayraminda da olkenin yarisi bir gun evvel yarisisda bir gun sora bayram edir qurbanliqda hemcinin

milletin bashinda imam yoxdur ona gore yaxshilarida terorcu adiynan damliyir
Səcdə | 7 iyun 2013 22:41 | Status: Qonaq | Şərh: 0
Allah mübarək eləsin! hər kəsi təbrik edirəm, dualarınız qəbul olunusun.
casiye 45 | 7 iyun 2013 21:29 | Status: Gümüş user | Şərh: 1 449
her kesi tebrik edirem
Sumeyye | 7 iyun 2013 20:03 | Status: Professional user | Şərh: 1 720
Sitat: Allahin Gulu
.Azerbaycan bu camaati yalnish yonlendirmek ne isteyir bilmirem.

senin Azerbaycana allergiyan var deyesen wink xeyr Azerbaycandada dunen qalanlar olub sadece yenede mezheb sohbeti sunnuler dunen qaliblar shielerde bugundu. hamsida kecen ilde 1 gunun sohbetidir ki camaati bele casdirir.
sheh | 7 iyun 2013 19:59 | Status: Yazar | Şərh: 3 353
Sitat: Allahin Gulu
Allah razi olsun.Amma dunen idi receb kandili.Azerbaycan bu camaati yalnish yonlendirmek ne isteyir bilmirem.Hec olmasa Turkiye kanallarina baxinda.

Can bacim.gorursen.hele ramazanda adami lap yandirib tokur e.hami bayram eliyir biz oruc oliruq
Aliyeva | 7 iyun 2013 19:51 | Status: Yazar | Şərh: 4 036
Sitat: SHIRIN-SHIPSIRIN.
Sitat: Sabahım.
heyf deyil belə yazılar yoxsa seks gəldi kriminal getdi

deme-deme mende demisem nece defe ama goruremki,,pis gelir sozlerim

saytin formati beledi neylemek olar(( amma fikirlerinize qatiliram canlarim love
SHIRIN-SHIPSIRIN. | 7 iyun 2013 18:42 | Status: Gümüş user | Şərh: 1 347
Sitat: Sabahım.
heyf deyil belə yazılar yoxsa seks gəldi kriminal getdi

deme-deme mende demisem nece defe ama goruremki,,pis gelir sozlerim
leyla# | 7 iyun 2013 18:31 | Status: Şərhçi | Şərh: 371
Allah razi olsun
DENIZ QIZI3 | 7 iyun 2013 18:15 | Status: Gümüş user | Şərh: 3 858
Allah bizleri Axiret tedaruku bol edenlerden nesib etsin .bizleri imandan ve oz yolundan ayirmasin,xestelere sefa veren Allah gunahlarimizi bagisla ,tovbelerimizi qebul ele,bizim dualarmizi qebul buyur,oruc tutanlarinda orucunu qebul et Allahim,Receb ayi ALLAHIN ayidir ,kim bu ayda oruc tutsa mukafati cennetdir,
sanel | 7 iyun 2013 16:15 | Status: Professional user | Şərh: 3 647
[quote=Allahin Gulu]Allah razi olsun.Amma dunen idi receb kandili.Azerbaycan bu camaati yalnish yonlendirmek ne isteyir bilmirem.Hec olmasa Turkiye kanallarina baxinda.
[/quote
duzdu men de turkler nece edirler hele edirem
TATLI GUZEL | 7 iyun 2013 15:25 | Status: Professional user | Şərh: 5 781
Tesekkurler sheh xala:)
Allahin Gulu | 7 iyun 2013 14:56 | Status: Professional user | Şərh: 2 102
Allah razi olsun.Amma dunen idi receb kandili.Azerbaycan bu camaati yalnish yonlendirmek ne isteyir bilmirem.Hec olmasa Turkiye kanallarina baxinda.