Aktual / Araşdırma

Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu

Banu. | 25-02-2020, 15:20
87 0

Qadın repçi "Məkkənin qızları" mahnısına görə həbs olundu

Səudiyyə Ərəbistanlı qadın repçi Asayel Slay ifa etdiyi son repə görə saxlanılıb.
Repçi ifa etdiyi “Məkkənin qızları” mahnısındakı məkkəli qadınlar haqqında ifadə etdiyi “şirin” sözünə görə saxlanılıb. Dövlət rəsmiləri onu, İslam dininin ən müqəddəs şəhəri sayılan Məkkəyə hörmətsizlik və ənənlərə zidd davranmaqda günahlandırır.
Slayın mahnısındakı sözlərdə Məkkə qadınlarının güclü və gözəl olduğu qeyd olunur. “Bütün ehtiyacın sadəcə bir məkkəli qızdır. Onu üzmə, o da səni üzər” ifadələrinin yer aldığı mahnıda, həmçinin “Onunla evlənə bilərsən. Həyatın bir cənnət olacaq” sözləri də diqqət çəkir. Mahnının yayımdan qaldırılan klipində Slay mahnısını bir kafedə oturub ifa edir. Bir kişi və qadın isə rəqs edir./Kulis.az