Aktual / Araşdırma

"Bir az utan! Bildik də, ərə gedirsən, get nəzir-niyaz ver"

Banu. | 19-10-2019, 23:31
117 0
Elçin Əlibəylinin "El bizim, sirr bizim" proqramında köhnə adət-ənənələr müzakirəyə çıxarılıb. 

Şair və aktrisa İlhamə Elşadqızı müasir toylarımızda gəlinlərin şıdırğı rəqs etməsini pisləyib: 

"Köhnə adət-ənənələrdən nə qalıb ki? Biz görmüşük ki, rəfiqələri, qohumları gəlinə yaxınlaşıb asta-asta onu çağırıb rəqsə dəvət edirlər. O da utana-utana rəqs edir. İndi elə deyil. Bir gəlin gördüm, ilahi-pərvərdigar, bismillahir-rəhmanir rəhim, elə şıdırğı rəqs etdi ki, bir də gördüm ayaqqabının biri sağa uçdu, biri sola. Dedim görəsən nə baş verir?"

Elşadqızı öz toyunda ritmik rəqs havalarında oynayan gəlinlərə üzünü tutub, belə bir mesaj göndərib:

"Bir az özünü saxla da, bir az yavaş-yavaş da. Az, bir az utan. Bildik də, ərə gedirsən, get nəzir-niyaz ver. Başa düşürük, 30 yaşın var, vaxtın keçib, qatarın gedib. Özündən də 4 yaş kiçik oğlana ərə getmisən, sevinirsən. Daha bu qədər yox da".

BAKU.WS