Aktual / Araşdırma

Övladlığa götürülən bacısını bu yolla tapdı - “Unudulmaz duyğular idi!”

Banu. | 18-07-2019, 09:24
397 0


İslandiyanın Dalvik şəhər sakini Una Olşevska Rusiyanın Nijni Novqorod şəhərində yaşayan bacısını tapıb. Bacısının varlığından bir neçə il əvvəl xəbər tutan qadın onunla “VKontakte” sosial şəbəkəsi vasitəsi ilə əlaqə yarada bilib.  
“Mən 70-ci illərdə övladlığa götürülən və Latviyadan Nijni Novqoroda aparılan bacımı axtarıram”, - paylaşımına doğmasının uşaqlıq fotosunu əlavə edən Olşevksa yazıb.
Una qeyd edib ki, onun anası alkoqol düşkünü olduğundan valideynlik hüququndan məhrum edilmişdi. Ailə Riqada yaşayırdı, qadının 5 uşağı var idi. Qızları ayrı-ayrı ailələr övladlığa götürmüşdü. O, bacısını heç vaxt görməmişdi.



Una Olşevskanın "VKontakte" sosial şəbəkəsindəki paylaşımı
Olşevskanın “Life”a danışdığına görə, onun özünü 2 yaşında ikən Lativadan olan bir cütlük övladlığa götürüb. O, 25 yaşınadək Latviyada, daha sonra 15 il İngiltərədə yaşayıb.
“Artıq bir ildir İslandiyada yaşayıram. Mən Nijni Novqorodda üç il əvvəl olmuşdum, amma fiziki şəxslərin məlumatlarının qorunması səbəbindən bacımı tapa bilməmişdim”, - deyə Una izah edib.
Qadın qeyd edib ki, bacılarını tapmaq və hamılıqla bir yerə yığışmaq onun böyük arzusu olub. Bir müddət sonra Una öyrənib ki, böyük bacısı artıq dünyasını dəyişib, daha bir bacısı Hollandiyada, üçüncüsü Latviyada, dördüncüsü isə Rusiyada yaşayıb.
“Mən onu tapmaqda artıq ümidsiz idim və son olaraq bacımın axtarışı ilə bağlı post yerləşdirdim. Çox tezliklə, bir aydan sonra o özü mənə yazdı! Biz görüşdük. Unudulmaz duyğular idi!”, - Olşevska qeyd edib.
Məlum olub ki, əvvəllər onun bacısı həqiqətən də Nijni Novqorodda yaşayıb, amma sonra başqa ölkəyə köçüb. 
“Qafqazinfo”

Digər xəbərlər burada:

Bir stəkan südə bir çay qaşığı mixək əlavə edin və sonsuzluğa, cinsi zəifliyə son!

1 limonu 4 hissəyə bölün, üzərinə duz töküb mətbəxə qoyun, bu sizin bütün həyatınızı dəyişəcək

İstənməyən tüklərdən bir anda ağrısız və qəpiyə xilas olun- Pomidor+Diş pastası

Nənəsinin keçmişinə görə gənc qızı öldürdülər – Bakıda

“Qoşulub qaçdım... dedi, səni ikinci arvad kimi saxlayıram...” - ARAŞDIRMA