Aktual / Araşdırma

Qohum nigahlar hansı fəsadlara yol açır? (ARAŞDIRMA)

Sevinc Fedai | 9-04-2012, 18:30
19 504 87
Hər bir dövrdə müəyyən problemlər nəticəsində nigahların pozulması və ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir. Bu arzuolunmaz halın yaranma səbəblərindən biri də qohum nigahlardır. Belə nigahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir.Dünyanın 20%-i qohum evliliklərdir və doğulan uşaqların ən azı, 8,4 %-i qohum nigahdan doğulur. Biz də qohum nigahların daha çox harada, hansı amillər səbəbiylə və hansı fəsadlarla qarşılaşıldığına aydınlıq gətirməyə çalışacağıq.
Qohum nigahlara ən çox harada rast gəlinir?
Qohum nigahlar, xüsusilə  Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən ikiqat artaraq 8-9 % təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 %-dən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 % nisbətindədir, hətta adalarda 29 %-ə qədər yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olaraq aşkarlanan xəstəlik riski 3 %-dir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 %-dir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaq düşmələri, ölü doğum, beyin iflici halları göstərilir.
Qohum nigahların ən çox rast gəlindiyi ölkələrdən biri olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 %-i qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir.
Əgər dünyada əngəlli doğulan uşaqlar 1 %-dirsə, qohum evlilklərində 9 %-dir…
Qeyd edək ki, hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNK-nı formalaşdırır. DNK-nın funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.
Beləliklə, qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 %  qohum evliliklərdir. 8,4 % doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 %-dir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və sairədir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.
Alimlərin araşdırmalarına görə, sümük iliyi nəqli dedikdə, sadəcə, xərçəng xəstələri ağla gəlsə də, irsi xəstəliyi aşkar olunan xəstələr üçün də sümük iliyi vacib amildir. Belə ki, irsi xəstəliklərin bir qismi sadəcə sümük iliyi ilə müalicə edilir.
Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir
Ən çox rast gəlinən irsi xəstəliklərdən biri də talassemiya olduğu vurğulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir. Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qisminin 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə itirilməsi, xüsusilə də ailələrin oğlan uşaqlarının yaşamadıqlarına rastlanır. Bu isə immunitet çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən qaynaqlanır.
Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.
Talassemiyanın ən ağır formalarına da əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.
Qohum nigahlar daha hansı fəsadları ortaya çıxarır?
Bu nigahın yaratdığı fəsadlardan biri otozomal resesif xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri isə odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otozomal resesif xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır (heterozigot). Normal olan ata-ananın uşaqlarının 1/2-nin daşıyıcı olması, 1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər. Xəstə bir uşağın qardaş və bacılarında xəstəlik çıxma riski 25 faizdir və ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir. Yəni, ailədə bir xəstə uşaq olduğu üçün bu risk azalmış deyil.
Onu da qeyd edək ki, qan bağı olmadan da bu xəstəliklər, iki daşıyıcı evlənərsə, ortaya çıxa bilər. Ancaq eyni tip xəstəlikli genlə qarşılaşma riski qohumluq olduğunda daha yüksək olacağından, xüsusilə də ailəsində otozomal resesif xəstəlikləri olan şəxslərin mütləq genetik məsləhət almaları və yaxın qohumla evlənəcəyi zaman ortaya çıxacaq təhlükələr haqqında məlumat almalıdırlar.
Bu xəstəliklərdən ən çox rast gəlinənlərdən biri kistik fibrozistdir və orta sıxlığı 2000-də 1-dir. Kistik fibrozistdə toxumalar pozulma və müxtəlif problemlər yaranır. Kistik fibrozisli xəstələrin yaşama müddəti orta hesabla 27 ildir.
Alimlərin araşdırmalarına əsasən, yaxın qohumlar arasında bağlanan nigahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nigaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Mütəxəssislər təəssüflə bildirirlər ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Gələcək ailə, cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi – dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
Qohumlar arasında bağlanan nigahların əsas səbəbləri – var-dövləti nəsildə saxlamaq, ailədə sevgini qorumaq, qohumçuluğun saxlanılması, qayınana-gəlin münasibətləri, toy xərclərində güzəştlər…
Onu da qeyd edək ki, şəhər əhalisinə nisbətən ucqar rayon və kənd əhalisi arasında qan qohumluğu nigahlarına daha çox rast gəlinir və haqq qazandırılır. Həmçinin qan qohumluğu nigahlarının təhsil səviyyəsindən də asılılığı mövcuddur, yəni, natamam və tam ali təhsilli şəxslər belə nigahları daha çox tənqid edirlər. Qohumlar arasında bağlanan nigahların əsas səbəbləri kimi bunlar göstərilir: var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq, qohumçuluq əlaqələrinin saxlanılması və güclənməsi, qayınana-gəlin münasibətlərinin yaxşı olacağı düşüncəsi, toy xərclərində güzəştlər və s. Qan qohumları arasında nigahlara qarşı ən çox irəli sürülən arqument isə dünyaya gələcək uşaqların irsi xəstəliklərlə doğulmasıdır.
Bildirilir ki, ümumiyyətlə, əsas səbəblərdən biri nigaha daxil olan qan qohumlarının gələcək problemlər haqqında məlumatsız olmasıdır. Buna görə də bu barədə maarifləndirmə işlərinin aparılması labüddür. Çünki irsi xəstəliklər çox böyük problemdir. Gənclər qohumla ailə qurduqda uşaqların 50 %-i xəstə ola bilər. Bu o demək deyil ki, qan qohumluğu xəstəlik yaradır, sadəcə xəstəliyin yaranma riski qalxır. Əgər bir neçə xəstəliyin daşıyıcısı olan insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə isə, onun qanında çox vaxt xəstəliyi daşıyacaq genlər var.
Qohum evliliklər boşanmalara və hüquqların pozulmasına da zəmin yaradır…
Bundan başqa, qan qohumluğunun hüquqlarla bağlı mənfi amillərinə rast gəlinir. Mütəxəssislərin fikrincə, qohum nigahlar çox zaman valideynlər tərəfindən arzuolunan nigahlardır. Çox vaxt onun nəticəsində reproduktiv sağlamlıqla bağlı hüquqlar pozulur.  Erkən nigahların böyük əksəriyyəti də məhz qohum nigahlardır.
Eyni zamanda, boşanmalara səbəb olan ailə problemlərindən biri də qan qohumluğudur. Düşünüb addım atmaq lazımdır ki, gələcək fəsadlarla rastlaşmaq ehtimalı da az olsun.
Belə nigahlar sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir…
Antropoloq Erik Lepistonun qohum nigahlara göstərdiyi səbəblərə görə, insanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Bu isə, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir.
Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nigahları seçənlər ən azından, xəstə övladlarının dünyaya gələcəyini düşünməlidirlər. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nigahlar heç də xoşbəxt ailə vəd etmir. Elə isə doğru qərar vermək və sağlam ailə qurmaq naminə düşünməyə dəyər…
Sevinc Fədai


Hər bir dövrdə müəyyən problemlər nəticəsində nigahların pozulması və ailədə xəstə uşaqların doğulması hallarına rast gəlinir. Bu arzuolunmaz halın yaranma səbəblərindən biri də qohum nigahlardır. Belə nigahlar genetik xəstəliklərə təsir göstərən önəmli amillərdən biridir.Dünyanın 20%-i qohum evliliklərdir və doğulan uşaqların ən azı, 8,4 %-i qohum nigahdan doğulur. Biz də qohum nigahların daha çox harada, hansı amillər səbəbiylə və hansı fəsadlarla qarşılaşıldığına aydınlıq gətirməyə çalışacağıq.

Qohum nigahlara ən çox harada rast gəlinir?


Qohum nigahlar, xüsusilə  Qərbi Aralıq dənizi və Cənubi Hindistanda çox geniş yayılıb. Qohum evliliklərdə problemli uşaqların doğulma riski digərlərinə nisbətən ikiqat artaraq 8-9 % təşkil edir. Almaniya qohum evliliklərinə çox az təsadüf edilən ölkələrdəndir. Xalqın təhsil səviyyəsi və genetik xəstəliklər mövzusundakı məlumatının artması, bu cür evliliklərin 0,3 %-dən aşağı düşməsinə, hətta böyük şəhərlərdə daha da azalmasına səbəb olub. Yaponiyada isə qohum evlilikləri 6 % nisbətindədir, hətta adalarda 29 %-ə qədər yüksəlməkdədir. Ərəb ölkələri, Cənubi Hindistan, Misir və Türkiyə kimi ölkələrdə isə bu nisbət daha da yüksəkdir. Avropa və Amerikada isə qohum evliliklərindən doğulacaq uşaqların qüsurlu, irsi xəstəliklər və əqli qüsurlu olma vəziyyəti geniş yayılıb. Qohum evliliyində olan problem, sağlam olan şəxslərin genlərində daşıdıqları xəstəliklərin uşaqlarına keçməsidir. Birinci dərəcə qohumlar arasında evliliklərdə genlərin 1/8-i paylaşıldıqda genetik olaraq aşkarlanan xəstəlik riski 3 %-dir. Aralarında qan bağı olmayan ata-analardan doğulan uşaqlarda isə 2 %-dir. Birinci dərəcədən qohumlar arasındakı evliliklərdə uşaq düşmələri, ölü doğum, beyin iflici halları göstərilir.Qohum nigahların ən çox rast gəlindiyi ölkələrdən biri olan Türkiyədə bu səbəbdən uşaqlarda bir sıra irsi xəstəliklərin yüksək olduğu müşahidə edilir. Belə ki, Türkiyədə qurulan evliliklərin 30-35 %-i qohum nigahların payına düşür. Bu evliliklər irsi xəstəlikləri özü ilə gətirir.

Əgər dünyada əngəlli doğulan uşaqlar 1 %-dirsə, qohum evlilklərində 9 %-dir…
 
Qeyd edək ki, hər insanda 23 cüt xromosom var. Hər bir cüt xromosomun biri anadan, digəri atadan gəlir. Xromosomlar DNT-ni formalaşdırır. DNT-nin funksiyalarını müəyyənləşdirən, kodlaşdıran bölümlərinə isə gen deyilir. Bizlər nəsillər öncəsi atalarımızın bizə hədiyyə etdiyi genetik xüsusiyyətlərlə yaşayırıq. Qısası, bu genlər bizim bütün həyat tərzimizin divarlarını hörür. Bir və ya bir neçə gen bizdəki özəlliyin məlumatını özündə daşıyır. Qohum evlilər eyni soydan gəldikləri üçün ana və atanın eyni geninin sürətini daşıyırlar. Qohum evliliklərdə zərərli genlərin bir-biri ilə qarşılaşma ehtimalı yüksəkdir. Ona görə də onların uşaqlarının müəyyən xəstəliklərə tutulması ehtimalı çox yüksək olur.Beləliklə, qohum nigahlar genetik xəstəlikləri artıran önəmli faktordur. Dünyada 20 %  qohum evliliklərdir. 8,4 % doğulan uşaqlar da bu ailələrin payına düşür. Əgər dünyada əngəlli doğulan uşaqlar 1 faizdirsə, qohum evliliklərində 9 %-dir. Bu ailələrdə ölü və yarımçıq doğuşların sayı yad evliliklərə nisbətən 2 dəfə çoxdur. Qohum evliliklərdə ən çox rast gəlinən qan xəstəlikləri, göz, qulaq, əzələ – sinir, ürək – damar və şəkər xəstəlikləri, ağıldankəmlik və sairədir. Qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və başqa qan xəstəlikləri daha çox yayılıb.Alimlərin araşdırmalarına görə, sümük iliyi nəqli dedikdə, sadəcə, xərçəng xəstələri ağla gəlsə də, irsi xəstəliyi aşkar olunan xəstələr üçün də sümük iliyi vacib amildir. Belə ki, irsi xəstəliklərin bir qismi sadəcə sümük iliyi ilə müalicə edilir.
 
Talassemiyanın ən ağır formalarına əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir
 
Ən çox rast gəlinən irsi xəstəliklərdən biri də talassemiya olduğu vurğulanır. Belə ki, Türkiyədə sümük iliyi nəql edilən 400 xəstənin 150-i talassemiyalı xəstələrdir. Onu da qeyd edək ki, dünyada qohum evliliyi nəticəsində doğulan uşaqların bir qisminin 1 yaşına çatmadan ağır infeksiyalar səbəbilə itirilməsi, xüsusilə də ailələrin oğlan uşaqlarının yaşamadıqlarına rastlanır. Bu isə immunitet çatışmazlığı ilə bağlıdır ki, bunların da bir qismi məhz qohum evlilikdən qaynaqlanır.
Talassemiya nəsildən-nəsilə keçən çox ağır irsi qan xəstəliyidir. Belə xəstələrdə lazım olan miqdarda qan hemoqlobin hasil olunmur, qanla birlikdə bədənə dəmir də köçür ki, bu da orqanizmdə dəmir artıqlığı yaradır. Dəmir artıqlığı 11 yaşından sonra insanın qara ciyərini, ürəyi, sonra endokrin sistemini zədələyir. Belə uşaqlarda cinsi yetişkənlik əlamətləri əmələ gəlmir. Yığılmış dəmir ürək-damar çatışmazlığının inkişafı nəticəsində xəstənin ölümünə səbəb olur.
Talassemiyanın ən ağır formalarına da əksər hallarda bir-biri ilə qan qohumluğu olan nigahlarda təsadüf edilir. Ona görə də belə nigahlara yol verməmək məsləhət görülür. Bir-biri ilə yaxın qohum olan gənclər ailə qurmalarında təkid etdikləri halda isə, gələcəkdə ağır patologiyalı (məsələn, talassemiya) uşaqların doğulmaması üçün, onlar müvafiq tibbi müayinədən (həmçinin genetik) keçməlidirlər.

Qohum nigahlar daha hansı fəsadları ortaya çıxarır?
 
Bu nigahın yaratdığı fəsadlardan biri otozomal resesif xəstəlikləri adlanır. Burada genetik keçmənin özəllikləri isə odur ki, ilk növbədə, cinsiyyət fərqi yoxdur. Otosomal resessiv xəstəliklər hər nəsildə özünü göstərmir. Sağlam ata-anadan doğulan uşaq xəstədirsə, həm ana, həm də ata daşıyıcıdır (heterozigot). Normal olan ata-ananın uşaqlarının 1/2-nin daşıyıcı olması, 1/4-nin isə genotipik olaraq tamamilə sağlam olması gözlənir. Xəstə adam ilə genotipik olaraq tamamilə sağlam şəxs evlənərsə, uşaqlarının hamısı daşıyıcı olacaq. Xəstə şəxslə daşıyıcı şəxs evlənərsə, uşaqlarının yarısı xəstə, yarısı daşıyıcı olacaq. Daşıyıcılar, fenotipik olaraq sağlam olsalar da xəstə genləri sonrakı nəsillərə ötürən daşıyıcı vəzifəsini yerinə yetirirlər. Xəstə bir uşağın qardaş və bacılarında xəstəlik çıxma riski 25 faizdir və ailə bu təhlükənin hər hamiləlik üçün eyni olduğunu yaxşı dərk etməlidir. Yəni, ailədə bir xəstə uşaq olduğu üçün bu risk azalmış deyil.
Onu da qeyd edək ki, qan bağı olmadan da bu xəstəliklər, iki daşıyıcı evlənərsə, ortaya çıxa bilər. Ancaq eyni tip xəstəlikli genlə qarşılaşma riski qohumluq olduğunda daha yüksək olacağından, xüsusilə də ailəsində otozomal resesif xəstəlikləri olan şəxslərin mütləq genetik məsləhət almaları və yaxın qohumla evlənəcəyi zaman ortaya çıxacaq təhlükələr haqqında məlumat almalıdırlar.
Bu xəstəliklərdən ən çox rast gəlinənlərdən biri mukovizsidozdur və rastgəlmə tezliyi (kistoz fibroz)ı 2000-də 1-dir. Mukovizsidozda toxumalar pozulma və müxtəlif problemlər yaranır. Mukovizsidozlu xəstələrin yaşama müddəti orta hesabla 27 ildir.
Alimlərin araşdırmalarına əsasən, yaxın qohumlar arasında bağlanan nigahlar nəticəsində uşağın xəstə doğulması riski daha da artır. Beləliklə, nigaha daxil olmuş qan qohumlarının genetik xəstəliklərə yol açma riski olduqca yüksəkdir və dünya əhalisinin bir qismi bu problemdən əziyyət çəkir. Mütəxəssislər təəssüflə bildirirlər ki, Azərbaycanda da yaxın qohumlar arasında bağlanan nikahlara rast gəlmək mümkündür. Gələcək ailə, cəmiyyət qarşısında müəyyən məsuliyyət daşıyır. Gənclər ailə həyatı qurarkən yalnız özləri barədə deyil, dünyaya gətirdikləri övladları haqqında da fikirləşməlidirlər. Gələcək valideynlərin öz sağlamlıqlarının qeydinə qalmaları dünyaya gətirdikləri körpənin sağlamlığının təminatıdır. Sağlam uşaq sağlam ailədə böyüyür. Hər hansı bir problemi öncədən bilib qarşısını almaq onu həll etməkdən daha asandır. Əfsuslar olsun ki, bəzən insanlar öz sağlamlıqları barədə yalnız dünyaya xəstə uşaq gətirdikdə və ya ümumiyyətlə, hər hansı bir problemlə üzləşdikdə fikirləşirlər. Halbuki bu xoşagəlməz hadisənin qarşısını əvvəlcədən almaq mümkündür. Sağlam ailənin formalaşması kimi vacib bir prosesdə gənclərin ailə həyatı qurmazdan əvvəl tibbi müayinədən keçməsi – dünyaya göz açan uşaqların irsi və ya anadangəlmə xəstəliklərlə doğulmasının qarşısının alınması və ailələrin şən, firavan və rahat həyat sürmələri üçün atılan addımların başlanğıcıdır.
 
Qohumlar arasında bağlanan nigahların əsas səbəbləri – var-dövləti nəsildə saxlamaq, ailədə sevgini qorumaq, qohumçuluğun saxlanılması, qayınana-gəlin münasibətləri, toy xərclərində güzəştlər…
 
Onu da qeyd edək ki, şəhər əhalisinə nisbətən ucqar rayon və kənd əhalisi arasında qan qohumluğu nigahlarına daha çox rast gəlinir və haqq qazandırılır. Həmçinin qan qohumluğu nigahlarının təhsil səviyyəsindən də asılılığı mövcuddur, yəni, natamam və tam ali təhsilli şəxslər belə nigahları daha çox tənqid edirlər. Qohumlar arasında bağlanan nigahların əsas səbəbləri kimi bunlar göstərilir: var-dövləti nəsildə saxlamaq, ailə fərdləri arasında sevgi və hörməti qorumaq, qohumçuluq əlaqələrinin saxlanılması və güclənməsi, qayınana-gəlin münasibətlərinin yaxşı olacağı düşüncəsi, toy xərclərində güzəştlər və s. Qan qohumları arasında nigahlara qarşı ən çox irəli sürülən arqument isə dünyaya gələcək uşaqların irsi xəstəliklərlə doğulmasıdır.
Bildirilir ki, ümumiyyətlə, əsas səbəblərdən biri nigaha daxil olan qan qohumlarının gələcək problemlər haqqında məlumatsız olmasıdır. Buna görə də bu barədə maarifləndirmə işlərinin aparılması labüddür. Çünki irsi xəstəliklər çox böyük problemdir. Gənclər qohumla ailə qurduqda uşaqların 50 %-i xəstə ola bilər. Bu o demək deyil ki, qan qohumluğu xəstəlik yaradır, sadəcə xəstəliyin yaranma riski qalxır. Əgər bir neçə xəstəliyin daşıyıcısı olan insan qohumla ailə qurmazsa, o zaman onun riski azdır, əks təqdirdə isə, onun qanında çox vaxt xəstəliyi daşıyacaq
genlər var.
Qohum evliliklər boşanmalara və hüquqların pozulmasına da zəmin yaradır…
 
Bundan başqa, qan qohumluğunun hüquqlarla bağlı mənfi amillərinə rast gəlinir. Mütəxəssislərin fikrincə, qohum nigahlar çox zaman valideynlər tərəfindən arzuolunan nigahlardır. Çox vaxt onun nəticəsində reproduktiv sağlamlıqla bağlı hüquqlar pozulur.  Erkən nigahların böyük əksəriyyəti də məhz qohum nigahlardır.Eyni zamanda, boşanmalara səbəb olan ailə problemlərindən biri də qan qohumluğudur. Düşünüb addım atmaq lazımdır ki, gələcək fəsadlarla rastlaşmaq ehtimalı da az olsun.
 
Belə nigahlar sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir…
 
Antropoloq Erik Lepistonun qohum nigahlara göstərdiyi səbəblərə görə, insanlar öz varidatını bir yerdə saxlamağa çalışır. Fərqi yoxdur, istər Azərbaycanda olsun, istər Afrikada, Amerikada, yaxud Yaponiyada, insanlar öz qohumları ilə evlənməyə çalışırlar. Bu isə, sosial olmaqdan daha çox siyasi və iqtisadi fenomendir.
Beləliklə, hərtərəfli, daha yaxından tanıma kimi cəhətlərə üstünlük verərək qohum nigahları seçənlər ən azından, xəstə övladlarının dünyaya gələcəyini düşünməlidirlər. Əgər ailədə ən mühüm amillərdən birinin məhz sağlamlıq olduğunu nəzərə alsaq, demək qohum nigahlar heç də xoşbəxt ailə vəd etmir. Elə isə doğru qərar vermək və sağlam ailə qurmaq naminə düşünməyə dəyər…

Sevinc Fədai

samire memmedova | 8 fevral 2016 22:13 | Status: Qonaq | Şərh: 0
Salam sualim ginekoloqadi hekim mende qawinma olur tez tez duru maye gelirki buda qawindirir by neden ola biler?
Yalcin Sabranli | 13 dekabr 2015 20:19 | Status: Şərhçi | Şərh: 110
Sitat: dılay
QoHum nigaHIn elehineyem

Mende
Yagis_Negmesi | 25 noyabr 2015 22:47 | Status: Gümüş user | Şərh: 1 614
Dayim emisi qiziynan evlenmiwdi 7 il uwaqlari olmadi 7 ilden sonra oldu
dılay | 13 noyabr 2015 08:59 | Status: Brilliant user | Şərh: 8 183
QoHum nigaHIn elehineyem
ESMERRi | 3 noyabr 2015 00:28 | Status: Brilliant user | Şərh: 5 378
Sitat: guldeniz
MEN QOHUMLA AILE QURMUWAM WUKUR ALLA YAXWIDI
dılay | 21 oktyabr 2015 23:26 | Status: Brilliant user | Şərh: 8 183
tewekkurler
guldeniz | 26 sentyabr 2015 17:07 | Status: Professional user | Şərh: 1 641
MEN QOHUMLA AILE QURMUWAM WUKUR ALLA YAXWIDI
ESMER | 26 sentyabr 2015 16:58 | Status: VİP user | Şərh: 817
Sitat: Sirli dunyam
tesekkurler
ESMER | 20 sentyabr 2015 23:23 | Status: VİP user | Şərh: 817
Mənim tanıdığım insanlar var doğrudanda qohum evliliyi var uşaqlarda xestə 3 uşaq var üçüdə xestə
Sirli dunyam | 19 avqust 2015 13:54 | Status: Qonaq | Şərh: 0
tesekkurler
Elcin sangu | 1 avqust 2015 12:56 | Status: Şərhçi | Şərh: 238
Xebere gore tewekkurler
Nagizade.Leyla | 24 may 2015 03:26 | Status: VİP user | Şərh: 1 321
Xebere gore tsk
Kenan25 | 3 may 2015 13:18 | Status: Şərhçi | Şərh: 225
[quote=SARA55]Xəbərə görə təşəkkür[/quote][/quote]

Sitat: ●♥ Meley ♥●
Hmmmmmm her sey Allahin elindedir winked


Sitat: N....N92
Sitat: sadəcə MƏN
Heç 1 zaman qohumla ailə qurmağı düşünməmişəm..
lady sweet | 15 aprel 2015 02:46 | Status: Gümüş user | Şərh: 1 880
Sitat: Leyla Ezizli
Xəbərə görə təşəkkür
Rüzgarım | 4 aprel 2015 16:19 | Status: Qonaq | Şərh: 0
Teşekkür xeber üçün
SARA55 | 26 mart 2015 01:52 | Status: Qonaq | Şərh: 0
Xəbərə görə təşəkkür[/quote]
Leyla Ezizli | 19 mart 2015 21:09 | Status: Şərhçi | Şərh: 372
Xəbərə görə təşəkkür
boris arxan | 3 mart 2015 00:43 | Status: Professional user | Şərh: 4 784
tewekurler
Nigar | 22 fevral 2015 13:44 | Status: Gümüş user | Şərh: 6 063
Sitat: nurlana nurlana
Teşşekür emeye hörmet
Nigar | 19 fevral 2015 15:47 | Status: Gümüş user | Şərh: 6 063
bizde qohum nigahi deyil
Nigar | 17 fevral 2015 22:28 | Status: Gümüş user | Şərh: 6 063
Twkler...........
●♥ Meley ♥● | 9 fevral 2015 08:25 | Status: Gümüş user | Şərh: 413
Hmmmmmm her sey Allahin elindedir winked
nurlana nurlana | 7 fevral 2015 08:40 | Status: Gümüş user | Şərh: 1 950
Teşşekür emeye hörmet
sirin bala | 22 noyabr 2014 10:31 | Status: Gümüş user | Şərh: 1 669
helle bele sey qalib ki
N....N92 | 3 noyabr 2014 17:00 | Status: Professional user | Şərh: 4 351
Sitat: sadəcə MƏN
Heç 1 zaman qohumla ailə qurmağı düşünməmişəm..
KARAGULUM | 31 oktyabr 2014 18:39 | Status: Gümüş user | Şərh: 1 433
Maraqli olmaze bele aile
ALLEGRETTO | 25 sentyabr 2013 18:55 | Status: Gümüş user | Şərh: 2 218
elə məndə istəməmişəm)
sadəcə MƏN | 25 sentyabr 2013 18:50 | Status: Brilliant user | Şərh: 4 771
Heç 1 zaman qohumla ailə qurmağı düşünməmişəm..
cucem. | 30 sentyabr 2012 13:08 | Status: Professional user | Şərh: 4 415
men qohumla evlenmerem
TATLI GUZEL | 5 sentyabr 2012 11:46 | Status: Professional user | Şərh: 5 781
Ay hec xosum gelmir qohumla qohum aile heyati qursun.Ne bilim qismet yenede.Amma hamisinnan yaxsi mence kenardi yeni ozgesi.Tesekkurler