Aktual / Araşdırma

Sidiyin rəngi bu xəstəliklərə işarə edir - izah

Banu. | 2-12-2018, 01:17
11 588 0
Normada sidik şəffaf açıq sarı rəngdə olmalıdır.
Sidiyin rəngi dəyişildikdə, sidikdə çöküntü, köpük əmələ gəldikdə, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliklərin simptomu ola bilə.
Sidiyin rənginin dəyişilməsinə səbəb olan bəzi xəstəliklərin və pozulmaların siyahısını təqdim edirik.
Normal sidik
 

 Çox açıq rəngdə, rəngsiz sidik
 
Bu həddindən artıq su içən insanlarda və ya şəkərli diabetdən əziyyət çəkənlərdə ola bilər.
Tünd sarı sidik

Bunları da oxuyun

Bu havayı inqredientlə ağ saçlardan birdəfəlik xilas olacaqsınız! Bundan asan və əlverişli nə ola bilər ki...

Xalq artistinin 20 yaşlı qızını əri döyüb öldürdü - 20 gün idi ana olmuşdu...Övladı qətlə yetirilən məşhurlar

Aparıcı Vüsalə ilk dəfə üzləşdiyi XƏYANƏTDƏN DANIŞDI

Azər Axşamın ikinci həyat yoldaşı, görün kimin qızı imiş-VİDEO


Bu o deməkdir ki, siz az su içirsiniz və orqanizminizdə susuzlaşma gedir.
Qırmızı sidik


 Bu ciddi simptomdur. İnfeksiya, böyrək daşı xəstəliyi, böyrək və ya sidik kisəsi xərçəngi, kişilərdə prostat vəzi xəstəliklərinə işarə edə bilər.
Bəzən qırmızı sidiyin səbəbi xəstəlik deyil bəzi qidaların (çuğundur, böyürtkən və s.) həddindən artıq istehlakı, bəzi dərman preparatların qıbulu ola bilər.
Göy sidik


Bunun səbəbi bəzi dərmanlar və nadir irsi xəstəlik olan hiperkalsiyemiya ola bilər.
Qəhvəyi sidik
 
Ağır qaraciyər (sirroz, qaraciyər xərçəngi), böyrək xəstəlikləri sidiyin qəhvəyi rəngdə olmasına səbəb ola bilər.  
Həmçinin bunun səbəbi bəzi dərmanların qəbulu da ola bilər.
Bulanıq sidik
 
Bu infeksiya və ya böyrək daşı xəstəliyinin simptomu ola bilər.
Köpüklü sidik
 
Bu hal daim təkrarlanırsa, mütləq həkimə müraciət edin. Bu ağır böyrək xəstəliklərinə, şəkərli diabetə, ağır beyin və ürək-damar sistemi xəstəliklərinə, kişilərdə eyakulyasiya problemlərinə işarə edə bilər.   Saglamolun.az




info

İnformasiya

Qonaq qrupunda olan ziyarətçilər bu məqaləyə şərh yaza bilməzlər.